HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə65/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   61   62   63   64   65   66   67   68   ...   337

111

 

 



növ rəngli libaslar geyindirmişdilər. Onun adına Sekemuni-Fu deyirlər. Dəstə-dəstə kafirlər gəlirlər və o bü-

tün qarşısında başlarını yerə qoyurlar. 

 

Bundan başqa, həmin imarətin bayırında karvansara otaqları kimi bir-birinin böyründə yerləşən, hər 



biri bir bütxana olan evlər vardı. Onlar müxtəlif zərbafta pərdələrə, qızılı kürsülərə, səndəlilərə, şamdanlara, 

çini sürahilərə və tam bər-bəzəyə malik idilər. Bu Qəmcuda on dənə belə müəzzəm bütxana vardı. Daha bir 

ev də tikmişdilər ki, müsəlmanlar oraya çərxi-fələk deyirdilər. Bu, səkkiz bucaqlı bir köşk şəklində olub, aşa-

ğıdan yuxarıya qədər on beş mərtəbədən ibarət idi. Onun hər təbəqəsində gözətçi yerləri düzəltmiş, hər gö-

zətçi yerində Xətay üsullu bir qübbə qurmuş, gözətçi yerlərinin ətrafında otaqlar və eyvanlar tikmiş, cürbəcür 

surətlər yaratmışdılar. Məsələn, [bu təsvirlərin birində] taxtın üzərində oturmuş padşah və onun solunda və 

sağında dayanıb hər biri hansısa xidməti həyata keçirməklə məşğul olan xadimlər və qızlar [əksini tapmışdı]. 

Beləliklə, bir-birinin üzərində yüksələn bu on beş mərtəbədə bir qarışdan bir gəz uzunluğuna qədər kiçikli-

böyüklü surətlər düzəltmişdilər və bunların tamamının altında bu köşkü çiyinlərində tutan divlərin heykəllə-

rini  düzəltmişdilər.  O  köşkün  çevrəsi iyirmi  gəz  və  hündürlüyü  on iki  gəz  idi. Bu  məcmunu  taxtadan  yon-

muşdular, amma elə qızıla boyamışdılar ki, adam onun tamamilə qızıldan düzəldiyini təsəvvür edirdi. Onun 

altında  bir  sərdabə düzəltmişdilər  və aşağıdan  yuxarıyadək  bir  dəmir  mil  yerləşdirmişdilər,  onun bir  ucunu 

aşağıda dəmir kürsünün üzərinə qoymuşdular və digər ucunu o köşkün yerləşdiyi evin damına bərkitmişdilər. 

Belə ki, o sərdabədə bir balaca hərəkətlə bu cür əzəmətli köşk fırlanmağa başlayardı. Gərək dünyanın bütün 

dülgərləri, dəmirçiləri və naqqaşları onu seyr etsinlər və oradan sənət dərsi öyrənsinlər.  

 

Bu yamlardan keçib şəhərlərə çatırdılar və Xanbalığa yaxınlaşdıqca elçilərə verilən ziyafətlər daha 



ehtişamlı olurdu. Elçilərin və onların nökərlərinin yüklərini və heyvanlarını bu Qəmcu şəhərində qoyub tap-

şırdılar ki, geri dönüş vaxtı tamam-kamal onlara təslim edilsin. Padşaha peşkəş olaraq gətirdikləri şeyləri də 

elçilərdən aldılar və onların dərd-qəmini dağıtdılar. 

 

Bu  minvalla  hər  gün  bir  yama  və  hər  həftə  bir  şəhərə  çatırdılar.  Nəhayət,  şəvval  [ayının]  14-də 



(22.10.1420)  Qaramun  çayına

571


 yetişdilər.  O,  təqribən  Ceyhun  qədər  böyük  bir  çay  idi.  Olduqca  gözəl  və 

möhkəm gəmidən körpü (bərə) bağlamışdılar, adam budu yoğunluğunda olan əzəmətli bir dəmir zənciri ça-

yın o tayından və bu tayından on gəz qədərincə quruya çıxmış şəkildə çəkmişdilər, hər iki tərəfdən hər biri 

adam beli yoğunluğunda olan mili yerə möhkəmlətmişdilər və həmin zənciriləri onlara bərkitmişdilər. Gəmi-

lərin böyük qarmaqlarını o zəncirlərə bağlamışdılar. Orada iyirmi üç gəmi vardı. Gəmilərin üzərindən olduq-

ca möhkəm və hamar taxtalar salmışdılar. Beləliklə, bütün heyvanlar zəhmətsiz şəkildə onun üzərindən ke-

çirdilər. 

 

Qaramun çayının o tayında böyük bir şəhər vardı. Elçilərə ziyafət verdilər. Bu ziyafət daha öncə ve-



rilən ziyafətlərdən daha möhtəşəm idi. Bu şəhərdə olduqca əzəmətli və görkəmli bir bütxana vardı. Belə ki, 

sərhəddən oraya qədər o imarətin tayı-bərabəri görünməmişdi. Oranın üç böyük xərabatı

572

 vardı və onların 



içində gözəl qızlar vardı. Deyirdilər ki, bu qızlardan bəziləri hələ də bakirədirlər. 

 

Bu şəhərdə çox dürüst əsnaflar və sənətkarlar vardı. Xətay əhalisinin əksəriyyəti hüsn-camal sahibi 



olsa da, məhz bu şəhərə “Hüsnabad” (“Gözəllik şəhəri”) deyirdilər.  

 

Oradan da çıxıb, bir neçə digər şəhərdən keçdilər. Nəhayət, zilqədə [ayının] 12-də (18.11.1420) Cey-



hun çayının iki bərabəri qədər olan, böyük dalğalara malik bir çaya çatdılar

573


. Sonra gəmiləri hazır etdilər və 

hamı çaydan keçdi. Bir neçə başqa çaylardan da keçdilər, bəzilərindən gəmi ilə və bəzilərindən körpü ilə. 

 

Zilqədə [ayının] 27-də (03.12.1420) Sedinfu



574

 şəhərinə çatdılar. Ora da böyük bir şəhərdir. Çoxlu iz-

dihama və yaxşı imarətlərə malikdir. O cümlədən orada əzəmətli bir bütxana var ki, onun ortasında bürünc-

dən tökülmüş bir büt düzəltmişlər və onu qızıl suyuna boyamışlar. Elə bil ki, o, tamamilə qızıldandır. Onun 

əlli zər

575


 miqdarında hündürlüyü vardı və həmin heykəlin əzalarının hamısını münasib şəkildə düzəltmişdi-

lər. Onun bütün əzalarına əl surəti çəkmişdilər və hər əlinin ovcuna bir göz surəti çəkmişdilər. Ona “min ələ 

                                                 

571


 Qaramun (Qaramuran) çayı – Hvanq-hu çayı nəzərdə tutulur (Nəvai, şərhlər, s.277). 

572


 Xərabat – meyxana, içki içilən yer mənasındadır. 

573


 Bu çay da qıvrıla-qıvrıla axan, çoxlu qolları olan və Sarı dənizə tökülən Hvang-hu çayıdır (Nəvai, şərhlər, s.277).  

574


 Sedinfu – Çinin Singinfu şəhəridir (Nəvai, şərhlər, s.278). 

575


 Nuruosmaniyyə nüsxəsi: “əlli gəz”. Zər – 107 sm-ə bərabər uzunluq vahidi. 


112

 

 



malik büt” deyirdilər. Onun şöhrəti bütün Xətayı bürümüşdür. Əvvəla, yaxşı yonulmuş daşlardan böyük və 

möhkəm  bir  kürsü  tikmişlər.  Həmin  kürsü  bu  bütü  və  ətrafındakı  imarətləri  öz  üzərində  saxlayır.  Bundan 

başqa,  bir neçə  mərtəbədən  ibarət çoxlu  rəvaqlar,  gözətçi  yerləri  və  lojalar  düzəltmişdilər: birinci  mərtəbə 

onun ayaq dabanından keçmişdi; ikinci mərtəbə onun dizinə çatmamışdı; üçüncü mərtəbə onun dizindən keç-

mişdi; digəri onun belinə çatmışdı; daha bir [mərtəbə] sinəsinə qədər idi və bu minvalla [mərtəbələr] onun 

başına qədər davam edirdi. Bu tikililər möhtəşəm olub, ustalıqla inşa olunmuş və daha sonra o imarətin başı 

qübbə ilə örtülmüşdü. Onun üzərini elə örtmüşdülər ki, adamlar ona heyran qalırdılar. O, səkkiz mərtəbədən 

ibarət idi. Hər mərtəbənin həm bayır, həm də iç tərəfindən imarətin ətrafını dolaşmaq olardı. Bu bütü ayaq 

üstə dayanmış vəziyyətdə düzəltmişdilər. Onun hər biri təqribən on gəz olan iki ayağını iki incə sütun üzərin-

də tökmüşdülər. Belə ki, bu sütunlar görünmədiyi üçün adama elə gəlirdi ki, o, boşluqda (havadan asılı və-

ziyyətdə) dayanmışdır. Həmçinin hesablamalara görə, bu iş üçün ən azından yüz min xərvar

576


 bürünc xərc-

lənmişdi. 

 

Bundan  əlavə,  o  bütün  ətrafında  əhəngdən  (gipsdən)  kiçik  bütlər  düzəltmiş,  onları  rəngləyib  qızıla 



boyamışdılar. Dağların, yamacların, mağaraların rəsmlərini çəkmişdilər. Beləliklə, bəxşilər, ruhbanlar və cu-

kilər (yəni bütpərəst rahiblər və zahidlər) orada çillədə oturmuşdular və əzab çəkirdilər. Yabanı qoç, dağ ke-

çisi, bəbir, əjdaha və ağacların şəkilləri birlikdə suvaq üzərinə həkk edilmiş və qalan divarlara da rəsmlər çə-

kilmişdi. Belə ki, mahir ustalar ona heyran qalardılar. Onun ətraf imarətləri də bu cür idi. Bu evdə Qəmcuda 

olduğu kimi fırlanan bir çarx vardı, amma bu, ondan daha möhtəşəm və daha böyük idi. Buradan da köç etdi-

lər, hər gün dörd-beş fərsəx getdilər, nəhayət, zilhiccə [ayının] 8-də (14.12.1420) sübh çağında, hələ qaranlıq 

ikən Xanbalıq darvazasına çatdılar.  

 

 Bu, çox böyük bir şəhər idi. Belə ki, hər divarı bir fərsəx olmaqla çevrəsinin uzunluğu dörd fərsəx 



idi. Şəhər divarlarının ətrafını çəpərləmişdilər. O səbəbdən ki, hələ divarların tikintisi başa çatmamışdı. Bu-

nun üçün hər biri əlli gəz olan yüz min ədəd yonulmuş taxtadan istifadə etmişdilər. Hələ dan yerinin sökül-

düyü vaxt olduğu üçün darvaza açılmamışdı və elçiləri tikilməkdə olan bürcdən şəhərə daxil etdilər. Onlar 

padşah  sarayının  qapısının  önündə  endilər.  O  sarayın  qapısı  önünə  yeddi  yüz  addım  miqdarında  yonulmuş 

daş  örtük  döşəmişdilər.  Elə  ki  bu  daş  döşəmənin  kənarına  çatdılar,  elçilərə  buyurdular  ki,  “piyada  olun!”. 

Onlar  piyada  şəkildə  o  döşəmənin  üzərindən  keçərək  sarayın  qapısına  çatdılar.  Qapının  iki  tərəfində  on  fil 

bağlanmışdı: beşi bu tərəfdən, beşi isə o tərəfdən dayanmışdı və onlar xortumlarını yolun üzərinə tutmuşdu-

lar. Elçilər fillərin xortumlarının arasından keçdilər və içəriyə getdilər. Hələ hava işıqlı olmasa da, padşahın 

sarayının qapısı önündə təqribən yüz min adam vardı. Elə ki ilk qapıdan içəri girdilər, orada üz yüz gəzin iki 

yüz əlli gəzə ölçüsündə bir sahə vardı və o sahənin önündə bir köşk yerləşirdi. Köşkün kürsüsü otuz gəz idi. 

O kürsünün üzərində əlli gəzlik sütunlar ucaldılmış, onun üstündə bir imarət tikilmiş və altmış gəzin qırx gə-

zə ölçüsündə bir eyvan düzəldilmişdi. Ondan sonra üç darvaza vardı. Ortadakı daha böyük idi, solda və sağ-

da yerləşənlər isə nisbətən kiçik idi. Ortadakı qapı padşahın giriş qapısı idi və oradan hər kəs keçə bilməzdi. 

Sol və sağ qapıdan isə xalq keçərdi. Darvazanın arxasındakı köşkün üzərində, solda və sağda kurkə qoymuş 

və zəng asmışdılar. İki nəfər müntəzir idi ki, padşah nə zaman taxta çıxacaqdır. Bu meydanda qadınlı, kişili 

təqribən üç yüz min adam cəmləşmişdi və təqribən iki min müğənni dayanmışdı. Onlar birlikdə bəm və zil 

avaz üzərində köklənərək Xətay dilində və öz üsullarına görə padşaha dua edirdilər. Təqribən iki min nəfər 

də vardı ki, hər biri əllərində silahlar tutmuşdular. Bəziləri nacax

577

, bəziləri zopa, bəziləri zubin



578

, bəziləri 

mizraq, bəziləri polad qarpun, bəzləri təbərzin, bəziləri nizə, bəziləri qılınc, bir dəstəsi gürz, bəziləri Xətay 

yelpiyi və bəziləri çətir tutmuşdular və çevrə-çevrə evlərin ətrafını və önünü səflərlə bağlamışdılar. Səflərin 

kənarında müəzzəm sütunlar vardı və evlərin divarlarının hamısı taxtadan və yonulmuş daşdan elə düzəldil-

mişdi ki, hər sənətin ustadları ona heyran olardılar. 

                                                 

576


 Xərvar (farsca “eşşək yükü”) – Yaxın Şərq ölkələrində və Orta Asiyada mövcud olmuş çəki vahidi. Təxminən 300 kq-a bərabər-

dir. 


577

 Nəcəq və ya nacax – baltaya bənzər bir silah növüdür (H.H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri /Səfəvilər dövrü/. Bakı, 



1962, s.390). 

578


 Zubin – ucu iki şaxə olan kiçik  nizədir. Köhnə zamanların müharibələrində onu düşmənin üzərinə tullayırdılar (M.Müin. Fər-

həngi-farsi, II c., s.1759). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə