HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX


Rum diyarında baş vermiş hadisələr haqqında söhbət



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə62/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   58   59   60   61   62   63   64   65   ...   337

105

 

 



Rum diyarında baş vermiş hadisələr haqqında söhbət 

 

Bu il Rum padşahı Sultan Məhəmməd ordu və yaraqla Əflaq diyarına yönəldi və Tuna (Dunay) çayı 



kənarında dayandı. Yergög qalasını

541


 təmir etdi. Qasım bəy İsfəndiyaroğlunu igidlik meydanının bahadırla-

rından ibarət bir dəstə ilə kafirlər diyarına basqın etməyə göndərdi. Əflaq hakimləri iş bacaran elçilərini bol 

peşkəşlə o yüksək şanlı padşahın dərgahına göndərib üzrxahlıq və bağışlanmaq xahişi ilə ağız açdılar. Ərz et-

dilər ki, “bizim nə həddimiz var ki, sultana qarşı müxaliflik edək?!” 

Şeir 

“Hələ sən atanın belində olarkən, sənin qılıncının xəyalı, 



Dövlət və din düşmənlərini ortadan ikiyə bölərdi. 

Sənin nizən zəmanə həşəratlarını udub yeyər, 

Necə ki, Kəlimin

542


 əsası cadugərlərin cadusunu udmuşdu”. 

 

Ona görə də Sultan Məhəmməd onların təqsirlərindən keçib o diyardan döndü və Samsun



543

 qalasını 

fəth etdi. O əsnada Amasya şəhərində olan oğlu Sultan Murad İskilibə

544


 yönəldi, [Elxani hökmdarı] Sultan 

Əbu-Səid Bahadır xan zamanından orada qalmış moğol və tatar camaatını köçürüb Rumeliyə apardı və onları 

Məhəmməd bəy Minnətoğluya tapşırdı. 

 

Həmçinin bu il Börklücə Mustafa adlı bir şəxs peyğəmbərlik iddiasına düşdü və bir dəstə avam ca-



maat  onun  dərgahına  toplaşdı.  O,  Aydın

545


 diyarını  ələ  keçirdi  və  adamlarının  sayı  təqribən  üç  min  nəfərə 

çatdı. 


 

Bu xəbər Sultan Məhəmmədə çatdıqda oğlu Sultan Muradı və Bayəzid paşanı daş ürəkli bir ordu ilə 

o yoldan çıxmış azğını dəf etməyə göndərdi. Onlar çoxlu döyüşdən sonra o bədbəxt yaramaza qalib gəldilər 

və  Qaraburnu  (Qaraburun)

546

 mövqeyində  onu  bütün  mürtədlərlə  birlikdə  qətlə  yetirdilər.  Bayəzid  paşa  bir 



dəstə  igidlə Manisaya

547


 gəldi.  Orada bir  dəstə  yəhudi ilə  birlikdə  müxaliflik  edən Kamal  adlı  bir  yəhudini 

qətlə yetirdi. 

 

Həmçinin bu il Simavna qazısının oğlu



548

 hakimiyyət (səltənət) iddiasına düşdü. Sultan Məhəmməd 

onu  dəf  etmək  üçün  çoxlu  qoşun  göndərdi.  Onlar  onu  Seresdə

549


 tutub  [sultanın]  dərgahına  göndərdilər  və 

Mövlana Xəlilin fitvası ilə öldürüldü. 

Həmçinin bu il Sultan Məhəmməd Bursada ali bir imarət tikdirdi və Ədirnə şəhərini paytaxt (darül-

mülk) etdi. Bundan əvvəl isə Osmanlı (Ali-Osman) padşahları Bursada qışlaq edirdilər. 



824-CÜ İLDƏ (1421) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

Misir padşahı Sultan Əşrəfin Diyarbəkrə qoşun göndərməsi 

 

Bu il Misir padşahı Sultan Əşrəf öz böyük əmirlərindən olan Tanrıvermişi altı minbaşı ilə Diyarbək-



rə  göndərdi.  Onlar  Hələbdən  keçib  Birəyə

550


 çatdılar  və  Fərat çayı  üzərində  körpü  bağlayıb  suyu  adladılar. 

Ruha (Urfa) qalasına yönəldilər. O əsnada bir dəstə cəsur cavanla orada yerləşmiş Qara Osman Bayandurun 

oğlu Habil bəy qaladan çıxıb döyüşə və vuruşa hazırlaşdı. Misirlilər bir həmlədə onu məğlub etdilər. Habil 

bəy qalaya sığındı. 

                                                 

541


 Tehran nəşrində Bərkuk yazılmış, M.Öztürk tərəfindən (Ankara nəşri, s.147) Yergög şəklində düzəliş verilmişdir. Yergög (Yer-

gögü) qalası – Bolqarıstanın şimalında, Dunay çayı sahilində, Rusçuk (Ruse) şəhəri yaxınlığında yerləşir. 

542

 Kəlim – Musa peyğəmbər. 



543

 Samsun – Türkiyənin Qara dəniz sahilində şəhər. 

544

 İskilib (İskilip) – Türkiyənin Çorum vilayətinin bir ilçəsi. 



545

 Aydın – Türkiyənin cənub-qərbində, Egey dənizi sahillərində vilayət. 

546

 Qaraburun – Türkiyənin İzmir vilayətində bir ilçə. 



547

 Manisa – İzmirdən şimal-şərqdə şəhər. 

548

 Osmanlı şeyxlərindən olan Şeyx Bədrəddin Mahmud nəzərdə tutulur. Börklücə Mustafa və Torlaq Kamal onun müridləri olmuş-



lar (Nəvai, şərhlər, s.259). Simavna – Ədirnə yaxınlığında yerləşən və hazırda Yunanıstanın tərkibində olan bir kənddir.   

549


 Seres (Serez) – Yunanıstanın Orta Makedoniya bölgəsində bir şəhərdir. 

550


 Birə (Birəcik) – Türkiyənin cənub-şərq bölgəsində, Şanlıurfa ilə Qaziantep arasında, Fərat çayı sahilində şəhər. 


106

 

 



 

O zaman Qara Osman Urumsaray

551

 yaylağında idi. O, bu xoşagəlməz xəbəri eşitdikdə çoxlu ordu ilə 



misirlilərin üzərinə yollandı. [Misir] qoşunu Qara Osmanın gəlişindən xəbər tutduqda qalaya hücum etdi və 

qalanın  ətəyində  yerləşən  Ruhanın  köhnə  hasarını  aldı.  Qara  Osmanın  oğlu  Habil  bəyin  ürəyini  tamamilə 

qorxu bürüdü. O, yaxşı danışıq qabiliyyətinə malik elçilərini bol peşkəşlə misirlilərin yanına göndərib aman 

istədi. Əhd-peyman bağlandıqdan sonra o, qaladan çıxdı. Qulamlar onu tutub mülazimlərini gedər-gəlməzə 

göndərdilər. Habil bəyi isə özləri ilə Misirə apardılar. 

Ölümlər 

 

Bu il Bəsrə



552

, Vasit və Şüştər hakimi Sultan Üveys ibn Şahvələd ibn Şeyx Əli ibn Sultan Üveys İl-

kani  Bağdada  qoşun  çəkdi.  O  zaman  Şahrux  sultanın  qorxusundan  fərar  edərək  Şah  Məhəmmədin  yanına 

Bağdada getmiş Cahanşah Türkman onu dəf etməyə tələsdi. Onların arasında böyük bir müharibə baş verdi. 

Çoxlu döyüşdən və vuruşdan sonra Sultan Üveys əsir tutulub qətlə yetirildi. 

 

Bu il Uluğbəy Səmərqənd şəhərinin ortasında ali bir mədrəsə bina etdirdi, oraya çoxlu mülk vəqf etdi 



və rəsəd (rəsədxana) tikdirdi. 

 

Həmçinin bu il Sufi-oğlan, Büraqın yanına gəlib çoxlu mallar gətirdi. O zaman Şir Məhəmməd-oğlan 



və Sarıq-oğlan qələbəlik bir dəstə ilə Cətədən

553


 fərar edib Səmərqənd ətrafına gəldilər. Ona görə də Mirzə 

Uluğ bəy bir dəstə bahadırla onların üstünə gəlib, onları tutaraq geri döndü və Şir Məhəmməd-oğlana hörmət 

göstərib onu Cətəyə yolladı. 

825-Cİ İLDƏ (26.12.1421 – 14.12.1422) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

 

Bu il Azərbaycandan Dəli Əhməd Türkman xeyli ordu ilə Sultaniyyəyə gəlib, o şəhəri qarət edərək 



qənimətləri Təbrizə göndərdi. Dəli Əhmədlə Xoca İlyasın mülazimləri arasında gərgin bir döyüş baş verdi. 

Dava-dalaşdan  sonra  Dəli  Əhməd  məğlub  oldu  və  onun  əksər  mülazimləri  öldürüldü.  O,  qohum-əqrəbasız 

qalıb çoxlu məşəqqətlə Azərbaycana qaçdı. 

 

Həmçinin bu il Şahrux padşahın oğlu Mirzə İbrahim düşməni məhv edən bahadırlarla hərəkət bayra-



ğını Xuzistana doğru qaldırdı. O diyarın valisi olan Sultan Mahmud ibn Şahvələd ibn Şeyx Əli ibn Sultan 

Üveys İlkani ərəb diyarı tərəfə qaçdı. Mirzə İbrahim sultan o diyarı ələ keçirdi. 

 

Bu il Şahrux padşahın Xətaya getmiş elçiləri Herata gəldilər. Onların getməsinin təfsilatı belədir



554

 



Zilqədə  [ayının]  16-da  (04.12.1419)  darüssəltənə  Heratdan  çıxdılar  və  zilhiccə  [ayının]  9-da 

(27.12.1419) Bəlxə çatdılar. 823-cü ilin məhərrəm [ayının] başlanğıcına (17.01.1420) qədər yağıntı və soyuq 

səbəbindən orada qaldılar. Ondan sonra köç edib, məhərrəm [ayının] 22-də (07.02.1420) Səmərqəndə yetiş-

dilər. Onlar oraya çatmazdan iki ay öncə böyük əmir Uluğ bəy Kürəkan öz elçiləri Sultanşahı və Məhəmməd 

Bəxşini getməkdə olan xətaylılar camaatı ilə birlikdə göndərmişdi. Eyni zamanda, Əmirzadə Süyurqatmışın 

Ərğudaq adlı elçisi, Əmir Şahməlikin Ərdüvan adlı elçisi, Bədəxşan şahının Xoca Tacəddin adlı elçisi top-

laşdılar və səfər [ayının] 10-da (25.02.1420) Xətay elçiləri ilə birlikdə darüssəltənə Səmərqənddən yola düş-

dülər. Rəbiüləvvəl [ayının] 4-də (19.03.1420) Daşkəndə, 11-də (26.03.1420) isə Seyrama çatdılar. Rəbiüssa-

ni [ayının] başlanğıcında (15.04.1420) Moğol elinə daxil oldular. Orada gözəl çəmənlər vardı və bahar fəsli 

idi. Hər gün köç edirdilər. Qəflətən xəbər gəldi ki, Üveys xan, Şir Məhəmməd-oğlanı qətlə yetirmək üçün ça-

ğırmışdır, Qul Məhəmmədlə bəzi moğol əmirləri bu səbəbdən Üveys xana yağı (düşmən) olmuşlar və el bir-

birinə  dəymişdir.  Elçilər qorxuya  düşdülər  və  köç  etdilər.  Ondan sonra  xəbər  gəldi  ki,  o  fitnə  yatmışdır  və 

                                                 

551


 Urumsaray – Ərzincanın şimalında bir kənd olub, indiki adı Məcidiyyədir (Öztürk, şərhlər, s.149). 

552


 Bəsrə – İraqın cənubunda, Dəclə və Fərat çaylarının qovuşduğu Şəttülərəb çayı üzərində mühüm liman şəhəri. Vasit – İraqda, 

Bağdadla Bəsrə arasında, Dəclə çayı hövzəsində bir vilayətdir. 

553

 Cətə – Monqolustandadır (Nəvai, şərhlər, s.311). 



554

 Həmin elçilik heyətinin tərkibində olan Mövlana Qiyasəddin Naqqaş bu barədə bir səyahətnamə qələmə almışdır. Onun səyahət-

naməsi  daha  sonra  Teymuri  tarixçilərindən  Hafiz  Əbrunun  “Zübdətüt-təvarix”  və  Əbdürrəzzaq  Səmərqəndinin  “Mətləüs-səədeyn” 

əsərlərinə daxil edilmişdir. Ağqoyunlu dövründə, h. 900 / m. 1494-95-ci ildə Ərdistan daruğası Zeynəddin Nurəli bəy Mahmudlunun 

əmri ilə Hacı ibn Məhəmməd Ərdistanlu tərəfindən farscadan türkcəyə tərcümə edilmişdi (Ш.Мустафаев. Тимуридское посольст-

во в Китай и его описание на азербайджанском языке согласно рукописи XV в. // Известия НАН Азербайджана. Серия об-

щественных наук. Баку, 2015, № 3, с.98-115). Həsən bəy Rumlu bu səyahətnamənin farsca mətnini, güman ki, Teymuri salnamələ-

rindən əxz etmişdir. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə