HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə64/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   60   61   62   63   64   65   66   67   ...   337

109

 

 



nı)  üzlərinə  taxdılar.  Belə  ki,  onların  qulaqlarının  ucundan  və  üzlərindən  heç  bir  parça  belə  görünmürdü. 

Sanki o maska deyildi, həmin heyvanın özü idi. Onlar o surətləri taxıb gəzirdilər və xətaylıların üsulu ilə rəqs 

edirdilər. Belə ki, ağıl buna heyran və məəttəl qalırdı. Günəş üzlü digər oğlanlar da əllərində sürahilər və pi-

yalələrlə  dayanmışdılar.  Bəziləri  əllərində  fındıqdan,  innabdan,  qozdan,  təmizlənmiş  şabalıtdan,  limondan, 

sirkə ilə isladılmış sarımsaq və soğandan və Xətayda olan, bu tərəflərdə isə olmayan, heç kəsin görmədiyi, 

adını eşitmədiyi tərəvəzlərdən, kəsilmş qarpızdan, qovundan ibarət çərəz tabaqları tutmuşdular. Bunların ha-

mısını bir tabağa xana-xana düzmüş və hər birini orada ayrı-ayrı yerləşdirmişdilər. Hansısa bir əmir kasa gö-

türdüyü zaman dərhal həmin oğlan irəli gəlir və tabaqları ona tərəf uzadırdı ki, meylinin çəkdiyi çərəzi ora-

dan götürsün. 

 

Bundan başqa, bezdən bir leylək düzəltmişdilər, ona lələklər və qanadlar taxmışdılar, onun dimdiyini 



və ayağını qırmızı etmişdilər. Beləliklə, o, mütləq surətdə leyləyə oxşayırdı. Amma daha böyük idi. Bir oğ-

lan həmin surətin içinə girib gəzirdi və özünün hər tərəfini örtmüşdü. O, eynən leyləyə bənzəyirdi və xətaylı-

ların çaldıqları nəğməyə uyğun şəkildə ayağını yerə döyür, başını bu tərəfə, o tərəfə döndərirdi. Orada olan-

ların hamısı ona heyran qalmışdı. 

 

Uzun sözün qısası, o gün axıra kimi bu minvalla vaxt keçirdilər. Onlar bütün bu tədarükləri çöldə 



uzanıb gedən on günlük yolla elçiləri qarşılamaq üçün gətirib gəlmişdilər. 

 

Şaban [ayının] 17-də (27.08.1420) oradan köç edib çölə daxil oldular və nəhayət, qaravul məntəqəsi-



nə çatdılar. Bu qaravul məntəqəsi möhkəm bir qaladan ibarət idi və ətrafına dərin bir xəndək çəkilmişdi. Yol 

iki qalanın arasından keçirdi və onun ətrafı tamamilə yolu olmayan dağlar idi. Bu qaladan çıxdıqdan sonra 

digər qalaya getmək lazım idi. Elə ki qalaya daxil oldular, adamların adlarını yazmayınca, o qaladan digər 

qalaya getmələrinə izin vermədilər. 

 

Qaravul  məntəqəsindən  keçdikdən  sonra  Səkcu  şəhərinə  çatdılar.  O  şəhərdə  böyük  bir  poçt  binası 



(yamxana) vardı. Hamı o yamxanada endi və elçilərə dedilər:  

-  Burada  enin!  Çünki  bu  vilayətin  qaydası  belədir.  Bundan  belə  hər  nəyə  ehtiyacınız  olsa,  hamısı 

yamxanadan veriləcək.  

Onların heyvanlarını və yüklərini alıb hamısını dəftərə yazdılar və etibarlı adamlara tapşırdılar. On-

dan sonra elçilərin minikdən və döşəkdən hər nə ehtiyacı varsa, hamısını yamxanadan təmin etdilər və hər 

gecə onların sayına uyğun olaraq, hər birinə bir çarpayı və ipəkdən bir dəst yataq paltarı ilə buyruqlarını yeri-

nə yetirmək üçün bir xidmətçi təyin etdilər.     

 

Bu Səkcu çox böyük bir şəhər idi və möhkəm bir qalası vardı. Şəhərin vəziyyəti dördbucaq şəklində 



idi. Elə bil ki, xətkeş və pərgarla çəkmişdilər onu. Bazarın ortasında əlli şəri gəz

567


 miqdarında genişlik vardı. 

Oranın  hər  yerinə  su  vurub  süpürgə  çəkmişdilər.  Elə  təmiz  idi  ki,  əgər  yerə  yağ  dağılsaydı,  onu  toplamaq 

mümkün olardı. Onların evlərində çoxlu əhliləşdirilmiş donuz vardı. Dükanda qəssablar qoyun və donuz əti-

ni bir-birinin yanında asmışdılar. Dükanlarda müxtəlif sənət əşyaları qoymuşdular. Onların çox sayda dörd 

girişli bazarları vardı və hər dörd girişin başında taxtadan bər-bəzəkli və olduqca ehtişamlı bir tağ düzəltmiş, 

ona taxta küngürələr taxmış və naxışlı Xətay günbəzləri bağlamışdılar. Şəhərin qala divarlarında hər iyirmi 

addımdan bir üstü bağlı bürc düzəltmişdilər. [Qala divarları] o qədər düz idi ki, bu darvazadan o birinə çat-

maq yaxın görünürdü. Amma əslində isə yol uzun idi. Hər darvazanın arxasında Xətay üsulu ilə iki mərtəbəli 

köşk düzəltmişdilər. Onlar da Mazandaranda olduğu kimi imarətlərin başını dik qübbəli edirlər. Amma fərq 

bundadır  ki,  Mazandaranda  bunu  rəngsiz  kirəmitdən  edirlər,  xətaylılar  isə  onu  əksər  hallarda  çini  kasadan 

düzəldirlər. 

 

Bu  şəhərdə  çoxlu  bütxana vardı.  Hər  biri  təxminən  on  cərib  miqdarında idi.  Onların  bütün  zəmini 



bişmiş və yonulmuş kərpiclə döşənmişdi. Onların bişmiş kərpici cövhər daşı kimidir və möhkəmdir. Bütxa-

naları elə təmiz saxlayırlar ki, qətiyyən heç bir natəmizlik tapmaq  mümkün deyildir. Bütxananın qapısında 

yaraşıqlı oğlanlar dayanıb qərib adamlara yol göstərirlər. Onların çatdıqları bu şəhər padşah

568


 divanının hök-

mündə olan ilk şəhər idi. Oradan padşahın paytaxtı olan Xanbalığa

569

 doxsan doqquz poçt mənzili (yam) mə-



                                                 

567


 Gəz (şəri gəz) – təxminən 3 futa bərabər uzunluq vahidi. 

568


 Çin padşahı nəzərdə tutulur. 

569


 Xanbalıq – Pekin. 


110

 

 



safə vardı və onların hamısı abad idi. Hər bir yam bir şəhərin və qəsəbənin yanında yerləşirdi. Yamların ara-

sında neçə qarğu və kiydi-fu vardı. Qarğu altmış gəz hündürlüyü olan bir evdir və daim on nəfər keşik çək-

mək üçün bu evdə qalır. Əlbəttə, oranı elə düzəldiblər ki, o biri qarğu oradan görünür. Əgər qəflətən bir hadi-

sə baş versə, məsələn, yadlar qoşun çəksə, sərhəddə olan məntəqədən dərhal atəş yandırarlar və o biri qarğu 

atəşin əlamətini görən kimi o da belə bir atəş yandırar. Beləliklə, bir gecə və gündüz ərzində üç aylıq yol mə-

safəsində olanlar bilərlər ki, nə isə olmuşdur. O atəşin ardınca isə baş vermiş hadisə haqqında məktub yazar-

lar və kiydi-fular vasitəsilə bir-birinin əlinə çatdırarlar. Kiydi-fu bir neçə ailədən ibarətdir ki, bir yerdə sakin 

olmuşlar. Onların vəzifəsi və işi odur ki, bir xəbər çatdığı zaman növbətçi şəxs qalxıb, dərhal onu o biri kiy-

di-fuya yetirməlidir. Həmçinin o da digərinə çatdırmalıdır ki, bu minvalla [xəbər] paytaxta yetişsin. Bir kiy-

di-fudan digərinə qədər on mərrə məsafə var və hər on altı mərrə bir şəri fərsəxə bərabərdir. Qarğuda yerləş-

dirilən  camaat  növbə  ilə  xidmət  edir.  On  gün  keçdikdən  sonra  onlar  gedərlər  və  onların  əvəzinə  on  adam 

növbə çəkməyə gələr. Amma kiydi-fuda olan camaat orada sakindirlər, evlər tikmişlər, təsərrüfata malikdir-

lər və əkinçiliklə məşğul olurlar. Onların işi odur ki, əgər bir xəbər çatsa, onu digər kiydi-fuya yetirsinlər. 

 

Səkcudan böyük bir şəhər olan Qəmcuya



570

 qədər doqquz yam [məsafə] vardı. Qəmcu Səkcudan çox 

böyük və daha abad bir şəhərdir. Sərhəd hakimlərinin (dacilərinin) ən böyüyü olan Vank Daci o şəhərdə ha-

kimlik edirdi. Səltənət şüarlı həzrətin (Şahruxun) və onun oğullarının hüzurundan getmiş bu elçilər üçün hər 

yamda  dörd  yüz  əlli  at  və  yorğa  uzunqulaq,  əlli-altmış  araba  gətirmişdilər.  Atlara  baxan  oğlanlara  “bafu”, 

uzunqulaqlara  baxanlara  “lufu”,  araba  çəkənlərə  isə  “cinu”  deyirdilər  və  onların  sayı  çox  idi.  Ona  görə  ki, 

arabalara kəndirlər bağlamışdılar və onu həmin oğlanlar çiyinlərinə bağlayaraq dartıb aparırdılar. Əgər qarşı-

larına yağıntı və dağ çıxsaydı, oğlanlar öz çiyinlərinə güc verərək o arabaları bir yamdan digər yama çatdırır-

dılar. Hər arabanı on iki nəfər çəkirdi. Oğlanların hamısı xoş görkəmli idi, qulaqlarında yalançı Xətay mirva-

ridləri  vardı  və  saçlarını  başlarının  ortasında  düyünləmişdilər.  Gətirdikləri  atlar yəhərli,  yüyənli  və  qamçılı 

idi. Bu bafular ta digər yama qədər cilovun başında yürüyərlər. Necə ki, peyklər (qasidlər) bu diyarda təəs-

süblə yürüyərlər. Hər yamda təyin olunduğu miqdarda qoyun, qaz, toyuq, düyü, un, bal, şərab, araq, sirkədə 

isladılmış sarımsaq və soğan, göyərti, sirkəyə batırılmış tərəvəz çeşidləri və bundan başqa ehtiyaclar yamxa-

nalarda  tədarük  edilmişdi.  Hansı  şəhərə  çatırdılarsa,  elçilərə  ziyafət  verirdilər.  Onlar  divanxanaya  “dusun” 

deyirlər. Hansı dusunda ziyafət verirdilərsə, əvvəlcə üzü onların padşahının paytaxtı olan Xanbalığa sarı yer-

ləşdirilmiş kurkənin önündə bir taxt qoyardılar və onun üzərindən taxtın yan tərəfinə bir pərdə asardılar. Bir 

şəxs taxtın yanında dayandı və böyük, təmiz bir keçəni taxtın böyründən asdı. Böyük əmirlərə və elçilərə o 

taxtın  yanında  yer  verdilər.  Digər  adamları  isə  onların  arxasında  sıraladılar.  Taxtın  yanında  dayanmış  şəxs 

Xətay dilində üç dəfə bir nida söylədi. Ondan sonra dacilər başlarını yerə qoydular. Elçilərə və başqa adam-

lara da təklif etdilər ki, başlarını yerə qoysunlar. Sıralar elə düzgün dayanmışdı ki, lap müsəlmanların nama-

za dayanmasına bənzəyirdi. Baş qoyduqdan sonra hər kəs özü üçün qoyulmuş ayaqlı sinilərin yanına getdi. 

 

Həmin gün Vank Daci Qəmcuda elçilərə ziyafət verdi. Ramazanın 12-si (20.09.1420) idi. Elçilərdən 



xahiş etdi ki, “bu, padşahın ziyafətidir; padşah sizi əziz tutmuşdur və bir şey yeyin”. Şadi Xoca və elçilərin 

böyüklərindən olan kimsələr də xahiş etdilər ki, “dinimizdə rəva görülməyən şeyi bizə təklif etməyin”. Vank 

Daci onların üzrxahlığını qəbul etdi, ayaqlı siniləri və onlar üçün tərtib edilmiş şeyləri onların otağına gön-

dərdi. 


 

Bu Qəmcu şəhərində yetərincə böyük bir bütxana vardı. Belə ki, bütxananın əsl imarəti və ona daxil 

olan qisim beş yüz gəzin beş yüz gəzə ölçüsündə idi. Bu imarətin ortasında bir bütxana vardı. Onun içində 

yatmış bir büt düzəltmişdilər ki, o bütün uzunluğu əlli qədəm və ayağının pəncəsinin uzunluğu doqquz qə-

dəm idi. Onun kəlləsinin çevrəsi iyirmi bir şəri gəzə bərabər idi. Onun ətrafında ehtişamlı imarətlər, arxasın-

da və başının üzərində hər biri təxminən iyirmi gəz ölçüsündə digər bütlər vardı. Bəxşilərin (rahiblərin) surə-

tinin hər biri bir adam boyunda idi. Elə ustalıqla düzəldilmişdilər ki, görənlər onların canlı olduqlarını zənn 

edirdilər.  Digər  divarların  üzərinə  elə  rəsmlər  çəkmişdilər  ki,  dünyanın  bütün  naqqaşları  [onları  gördükdə] 

heyrət barmaqlarını dişlərinin arasına qoysunlar. Bu böyük  və yatmış büt bir  əlini başının altına qoymuşdu 

və digər əlini budunun üzərinə qoymuşdu. Bu böyük bütün tamamını qızılı su ilə boyamışdılar və ona növbə-

                                                 

570


 Qəmcu – Çinin Kansu əyalətinin cənub şəhərlərindən olan və Ning-Hia əyalətinin sərhədi yaxınlığında yerləşən Kan-Tsou şəhə-

ridir (Nəvai, şərhlər, s.275). 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə