HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə63/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   59   60   61   62   63   64   65   66   ...   337

107

 

 



əmirlər Üveys xanla sülh etmişlər. O diyarın mötəbər əmiri olan Əmir Xudadad gəlib çatdı və elçilərə hörmət 

göstərib Üveys xanın yanına getdi. 

 

Elçilər əmin olub öz yolları ilə getdilər. Cəmadiyüləvvəl [ayının] 18-də (31.05.1420) Bilğutu deyilən 



və Məhəmməd bəyin eli (ərazisi) hesab edilən yerə çatdılar. Orada Bədəxşan şahının tacirlərindən və elçilə-

rindən bəzilərinin və Xətaya gedən başqa şəxslərin hamısının gəlib çatması üçün bir qədər gözlədilər. Cəma-

diyüləvvəl  [ayının]  21-də  (03.06.1420)  oradan  köç  etdilər  və  [ayın]  22-də  (04.06.1420)  Kəngər  çayından 

keçdilər. [Ayın] 23-də (05.06.1420) elçilər bu ulusun hakimi olan Məhəmməd bəyi gördülər. Məhəmməd bə-

yin oğlu Sultan Şadi cahan şahının (şahi-cahan) kürəkəni idi. Onun xatunu böyük əmirzadə Cuki Bahadırın 

xatununun  bacısı  idi.  Cəmadiyüləvvəl  [ayının]  28-də  (10.06.1420)  Yılduz  çəməninə  və  vadisinə  gəldilər. 

Oradan da Şir Bəhramın elinə getdilər. Günəş Xərçəng bürcünə çatsa da, su buz bağlamışdı. Belə ki, [su] iki 

barmaq qalınlığında buzla örtülmüşdü.      

 

Cəmadiüssani [ayının] 8-də (20.06.1420) xəbər çatdı ki, Məhəmməd bəyin oğulları Üveys xanın elçi-



si ilə yoldaş olan bir taciri qarət etmişlər. Tacirlər və elçilər vahiməyə düşdülər və dedilər: 

 

- Biz gərək səy göstərək ki, tezliklə özümüzü Xətay sərhədinə çatdıraq. 



 

Yolda  sərt  dağlar  vardı.  Əksər  vaxtlarda  yağış  və  dolu  yağırdı.  Cəmadiülaxır  [ayının]  (13.06-

11.07.1420) axırında Turfan şəhərinə

555


 çatdılar. Bu şəhərdə əksəriyyət bütpərəst idi və çox ehtişamlı və bö-

yük bir bütxana vardı. Orada çoxlu bütlər qoyulmuşdu. Bəzilərini yeni düzəltmişdilər və bəziləri köhnə idi. 

Səfin ən qabağında böyük bir büt vardı. Deyirdilər ki, bu, Sakemuninin

556


 heykəlidir. 

 

Rəcəb  [ayının]  2-də  (13.07.1420)  köç  etdilər  və  hava  olduqca  isti  idi.  Rəcəb  [ayının]  5-də 



(16.07.1420)  Qara-Xocaya

557


 çatdılar. [Ayın]  10-da  (21.07.1420)  bir  dəstə  xətaylı gəlib  çatdı  və  dedilər  ki, 

elçilərin adlarını və onların sayını yazsınlar. Rəcəb [ayının] 19-da (30.07.1420) Ata-Sufi deyilən yerə çatdı-

lar. Termez

558


 seyidlərindən olan Tacəddin adlı birisi orada təkyə qurub məskunlaşmışdı. O, Qumul

559


 müsəl-

manlarının hakimi Əmir Fəxrəddinin kürəkəni idi. Rəcəb [ayının] 21-də (01.08.1420) Qumul şəhərinə çatdı-

lar. Bu şəhərdə Əmir Fəxrəddin böyük bir məscid tikdirmişdi. Məscidin qarşısında olduqca böyük bir bütxa-

na tikmişdilər. Orada böyük bir büt düzəltmişdilər və onun sağında, solunda çoxlu kiçik bütlər vardı. Böyük 

bütün önündə on yaşlı bir uşağın misdən çox sənətkarlıqla və gözəl bir şəkildə heykəlini düzəltmişdilər. Evin 

divarlarının üzünə ustalıqla rəsmlər çəkmişdilər və gözəl rənglərlə boyamışdılar. Bütxananın qapısı üzərinə 

bir-birinə həmlə edən iki divin surətini çəkmişdilər. Mengli Teymur Baburi Qumul hakimi idi. O, hüsn-ca-

mal sahibi olan bir cavan idi. 

 

Rəcəb [ayının] 25-də (05.08.1420) oradan köç etdilər və ondan sonra yolun çox hissəsi çöl idi. Hər 



bir-iki gündən bir suya (çaya) çatırdılar. 

 

Şaban [ayının] 12-də (22.08.1420) elə bir mövqeyə çatdılar ki, orada səhra dəvələri və çöl öküzləri 



çox idi. Oranın çöl öküzləri çox böyük olurlar. Oranın camaatı söyləyirdi ki, bir dəfə bir öküz bir süvariyə 

həmlə etmiş və süvariyə buynuzunu sancıb onu yəhərin üzərindən qaldırmışdı. O şəxs ölmüş və bir müddət 

beləcə [öküzün] buynuzunda qalmışdı. Axırda onun yağı öküzün gözünə axmış və [öküz] kor olmuşdu. 

 

Şaban [ayının] 14-də (24.08.1420) elə bir yerə çatdılar ki, oradan xətaylıların ilk şəhəri olan və onla-



rın qaravulları yerləşən Səkcuya

560


 qədər çöllə on günlük yol vardı. Bir dəstə xətaylı, padşahın hökmünə uy-

ğun olaraq, elçiləri qarşılamağa gəlmişdilər. Orada gözəl bir çəmənlik vardı. O çəmənlikdə ali bir platforma 

(qaldırım)  düzəltdilər,  bez  kölgəliklər  (sayəbanlar)  qurdular,  ayaqlı  sinilər  və  səndəlilər  qoydular.  Qazdan, 

toyuqdan, bişmiş ətdən, yemişlərdən, quru və təzə meyvələrdən ibarət növbənöv qidaları çini tabaqlara düz-

dülər və hər siniyə süni gül budağı bağladılar. 

 

Xülasə, o biyabanda elə bir möhtəşəm ziyafət (“toy”) təşkil etdilər ki, beləsini heç şəhərlərdə də tər-



tib etmək olmazdı. Göyərtilər qoymuş, süfrələr açmışdılar. Yeməkdən sonra araq və şərabdan ibarət növbə-

                                                 

555

 Şərqi Türküstanda yerləşən bu şəhər manixeyizmin önəmli mərkəzlərindən idi (Öztürk, şərhlər, s.151). 



556

 Sakemuni – Buddanın ləqəblərindən biridir. 

557

 H. 800 / m. 1397-98-ci ildə qırğızlar tərəfindən süquta uğradılmış Uyğur xanlığının ümdə şəhərlərindən biri idi (Nəvai, şərhlər, 



s.266).  

558


 Termez – Özbəkistanın Əfqanıstanla sərhədində şəhər. 

559


 Şərqi Türküstanda şəhər.  

560


 Səkcu – Çinin Kansu əyalətinin Suçsu (Sou-Tcheou) şəhəri nəzərdə tutulur (Nəvai, şərhlər, s.267). 


108

 

 



növ içkilər gətirdilər və hamını məst etdilər. Ziyafətdən başqa, hər kəsə öz dərəcəsinə görə qoyun, un, arpa, 

səfər ehtiyacları, araq və şərab verdilər və bütün bunların hamısını Səkcudan gətirmişdilər. Orada qeydiyyata 

aldılar ki, hər kəsin yanında nə qədər nökər vardır. Tacirlərdən iltizam aldılar ki, gərək artıq sayda nökər yaz-

masınlar. Çünki Xətay qayda-qanunu (yasaq) çox dəqiqdir. Kim yalan söyləsə, onun etibarı qalmaz. Tacirlə-

rin çoxusu elçilərin yanında nökər olub xidmət etdilər. 

 

Xülasə, bu təfsilatla yazdılar: Əmir Şadi və Xoca Gögcə - 220 nəfər; Sultan Əhməd və Xoca Qiya-



səddin – 150 nəfər; Ərğudaq – 60 nəfər; Ərdüvan – 50 nəfər; Bədəxşan şahının nökəri Xoca Tacəddin – 50 

nəfər. Böyük əmirzadə Uluğ bəy Kürəkanın nökərləri daha öncə getmişdilər. Əmirzadə İbrahimin nökərləri 

isə hələ gəlib çatmamışdılar. 

 

Şaban [ayının] 16-da (26.08.1420) elçilərə xəbər etdilər ki, bu gün Vank Daci şahanə ziyafət verə-



cəkdir.  Həmin  bu  Vank  Daci  Xətay  padşahı  tərəfindən  Qumul  səmtində  yerləşən  o  sərhədin  hakimi  idi  və 

Səkcudan onun şəhərinədək doqquz yam (poçt mənzili) məsafə vardı. O, beş-altı minlik qoşunla elçiləri qar-

şılamağa  gəlmişdi.  Elçilərin  hamısı  atlara  mindilər  və  Vank  Dacinin  yurdunun  (düşərgəsinin)  yaxınlığına 

gəldilər. 

 

Onların səhrada yerbəyer olması qaydası belə oldu ki, əsgərlər pərgar və xətkeş kimi düz xətt boyun-



ca dördbucaq şəklində yerləşdilər. Çadırların iplərini bir-birinə elə bağladılar ki, piyadanın oradan içəri keç-

məsi üçün heç bir yol qalmadı. O dördbucağın dörd tərəfində dörd darvaza qoydular və onların aralarındakı 

məsafə böyük idi. Bu dördbucağın ortasında bir cərib

561


 miqdarında böyük bir platforma düzəltdilər və böyük 

bir çadır qurdular. Onun qarşısına iki Xətay nizəsi vurdular. Şahın oturduğu yer kimi orada taxtadan bir tal-

var  düzəldib  bez  kölgəliklər  qurdular.  Beləliklə,  o  bir  cərib  ərazi bütövlüklə  kölgəlik  oldu. Talvarın  altına 

Vank Dacinin səndəlisini, soldan və sağdan da digər səndəliləri qoydular. Belə ki, sol tərəfdə elçilər oturdu-

lar və sağ tərəfdə Xətay əmirləri. Onların arasında sol tərəf sağ tərəfə nisbətən daha hörmətli yer sayılır. On-

dan sonra elçilərdən və əmirlərdən hər birinin qarşısına iki ədəd ayaqlı sini qoydular: birində əlvan nemətlər, 

quru Xətay meyvələri, toyuq, qaz, düyü və bişmiş ət, digərində isə şirin qoğallar, yaxşı çörəklər və kağızla 

ipəkdən  düzəldilən,  izah  edilməyəcək  dərəcədə  gözəl  olan  süni  güllər  vardı.  Digər  adamların  qarşısına  bir 

ədəd ayaqlı sini, çox böyük bir kurkə

562


, çini küplər və küpçələr, irili-xırdalı çini və gümüş sürahilər qoymuş-

dular. Kurkənin böyründə soldan və sağdan bir dəstə mütrüb dayanmışdı. Yatuğan

563

, Xətay kamançası, biri-



si başdan, digəri isə yandan üfürülən iki növ ney, Xətay tönbəki, musiqar

564


, sepayə (üçayaqlı) üzərinə qoyul-

muş ikiüzlü təbil öz üsuluna görə çalınırdı. Onların yanında sinc və çaharpayə (dördayaqlı) üzərinə qoyulmuş 

dühül

565


 vardı və oyunçular (bazigəran) ayaq üstə dayanmışdılar. Yaraşıqlı oğlanlar qırmızı və ağ rəngə bo-

yanmışdılar. Hər kəs görsəydi deyərdi ki, qızdırlar. Başlarında külahlar, qulaqlarında mirvaridlər vardı. Onlar 

Xətaya  məxsus  elə  oyunlar  göstərirdilər  ki,  bunların  misli  dünyanın  heç  yerində  yoxdur.  O  platformanın 

önündən ta dörd darvazaya qədər ki çadırlar qurmuşdular, cəbbə (əsləhə) geymiş adamlar əllərində uzun ni-

zələrlə ayaqları tərpənməz şəkildə dayanmışdılar. Onların başının üstündə bir yasavulun

566


 dayanmasına ehti-

yac yox idi. Çünki səhlənkarlıq edəcəkləri təqdirdə onlara veriləcək cəzanı sözlə təsvir etmək mümkün deyil-

dir. 

 

Adamları münasib yerlərdə əyləşdirdikdən sonra onlara kasa və piyalə verdilər və yeyib-içdilər. Di-



vanı idarə edən Miri-Dusun (divan əmiri) ayağa qalxdı və kasa payladı. Onun yanında süni güllərlə dolu san-

dıq aparırdılar. O, hər kəsə kasa verdi və bir şaxça süni gülü onun başına və sarığına taxdı. Beləliklə, bir saat 

içində məclisi gülüstana çevirdi. 

 

Ondan sonra oyunçular onun buyruğu ilə elə oyunlar göstərdilər ki, onların şərhini yazmaq mümkün 



deyildir. O cümlədən aləmdə ad salmış hər heyvanın müqəvva kağızından düzəldilmiş surətlərini (maskaları-

                                                 

561

 Cərib – eni və uzunu 60 arşın olan yer ölçüsü. 



562

 Kurkə  –  böyük  təbil  deməkdir,  zərb  musiqisi  alətlərindəndir.  Bu  söz  əski  türk  kəlməsidir  və  əslində  “kurka”  kimi  səslənir 



(M.Müin. Fərhəngi-farsi. III c. Tehran, 1345, s.3121).  

563


 Yatuğan (yatağan) – İranda santur adı ilə tanınan musiqi alətidir (Nəvai, şərhlər, s.270). 

564


 Tönbək (dümbək) – zərb alətidir; musiqar – qədim nəfəs alətlərindəndir (A.İ.Nəcəfzadə. Azərbaycan idiofonlu çalğı alətləri. Ba-

kı, 2010, s.95). 

565


 Dühül – zərb çalğı alətidir. 

566


 Yasavul istilahı “qanun” və “fərman” mənası verən “yasa” sözündən götürülüb və bu vəzifənin daşıyıcıları hökmdarın hüzurun-

da əmr və fərmanları icra edən şəxslər idilər. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə