HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə58/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   54   55   56   57   58   59   60   61   ...   337

97

 

 



Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-

karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriəti-

nin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər 

göstərdi.  Üzüyünün  möhüründə  [ərəbcə]  belə  nəqş  edilmişdi:  “Ədalət  göstərən  məlik  (padşah)  olar,  zülm 

edən həlak olar”. 

 

Səltənətinin  müddəti  on  dörd  il,  şərəfli  ömrünün  müddəti  isə  altmış  beş  il  olmuşdur.  Məmləkəti 



Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəmdən Qəzvin, Həmədan və Diyarbəkrin bəzi yerləri idi.  

 

Öz səltənəti əyyamında altı döyüş etmişdir: birinci döyüşü – Mirzə Əbu-Bəkrə qarşı Pasində



505

; ikin-


ci döyüşü – Mirzə Miranşah və Mirzə Əbu-Bəkrə qarşı Təbrizin Sərdrudunda; üçüncü döyüşü – Qara Osman 

Bayandura  qarşı  Muş  səhrasında;  dördüncü  döyüşü  –  Sultan  Əhməd  Cəlairə  qarşı  Şənbi-Qazanda;  beşinci 

döyüşü – yenidən Qara Osmana qarşı Erqani qalası [yanında]; altıncı döyüşü – Şirvan valisi Sultan İbrahim 

və Gürcüstan hakimi Küstəndilə qarşı. 

 

Onun əzəmətli və şan-şöhrətli övladları. Altı oğlu vardı: 1. Mirzə Pirbudaq – onun səltənəti zamanın-



da vəfat etmişdi; 2. Əmir Şah Məhəmməd – Bağdad valisi idi; 3. Mirzə İsgəndər; 4. Mirzə Cahanşah; 5. Mir-

zə Əbu-Səid; 6. Əmir İsfənd. 

 

Onun vəfatının tarixi haqqında demişlər: 



“Təbriz şahı Mir Yusifin vəfatı, 

Yazıldı “kitabət” tarixi ilə”

506



 



Onun vəziri Əmir Cəfər Cucə və Əxi Əmir Şeyx idi. 

823-CÜ İLİN (17.01.1420 – 05.01.1421) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

Zəmanənin şahı Qara Yusifin oğlu Mirzə İsgəndərin Qara Osman Bayandurla müharibə etməsi 

 

Mirzə  İsgəndər  atasının səltənət tacını  başına  qoyandan  sonra  qoşun  tərtib etməklə  məşğul  oldu  və 



saysız-hesabsız, ucsuz-bucaqsız bir ordu topladı.  

Nəzm 


“İqtidarı üçün rəvan bir şəkildə topladı, 

Saysız-hesabsız qədər çoxlu bir ordu. 

Rəşadətli bir qoşun ki, savaş zamanı, 

Çıxararlar timsahın ağzından dişini”. 

 

O, Kərkükdən və Tovuqdan



507

 köç edib Mosula gəldi. Qara Osman Bayandur bir dəstə cəsur süvari 

ilə  onun  qarşısına  çıxdı.  Zəfərə  yaxın  olan  hökmdar  (Qara  Osman)  Mardinə  çatdıqda,  o  diyarın  valisi  olan 

Tanrıvermiş (Tenqrivermiş) şəhər darvazasını bağlayıb müxaliflik etməyə başladı. Qara Osman mühasirə et-

mədən  Nüsəybin

508


 şəhərinə  yola  düşüb,  oradan  keçərək  Şeyxkəndində

509


 dayandı.  O  əsnada  Bəhram  kimi 

intiqamçı ordunun qaravulları xəbər gətirdilər ki, Mirzə İsgəndər Şəmalıq çayından

510

 keçib Cəzirəni



511

 arxa-


da qoymuşdur. 

 

Bu xəbər ali [hökmdarın] qulağına çatdıqda, köç edib Mirzə İsgəndərin qarşısında səf bağladı. Hər 



iki tərəf qılınca və nizəyə əl atıb bir-birinə həmlə etdi. Hər iki tərəfdən bir çoxları həlak torpağına düşdü. O 

əsnada Zeynal bəy Yarəli oğlu Mosuldan, Qara Yusifin qardaşı oğlu Mirzə Əli Ərbildən, Cənglü Həsən Kər-

kükdən və Cəzirə hakimi Əmir Şəmsəddin

512


 üç min nəfərlə Mirzə İsgəndərə köməyə gəldilər. Yenidən cöv-

                                                 

505

 Pasin – Ərzurumun şərqindəki Dəvəboynu dağından Qarsdakı Soğanlı dağlarına və Aladağa qədər uzanan və Araz çayının yu-



xarı axarları boyunca yerləşən ovalıq və tarixi mahal. 

506


 Qəribədir ki, Həsən bəy Rumlu, Qara Yusifin ölüm tarixini 822-ci ilə aid etsə də, onun maddeyi-tarix kimi verdiyi “kitabət” kəl-

məsinin  əbcəd  hesabı  823-ə  bərabərdir.  Əslində  Qara  Yusif  pəncşənbə  günü,  7  zilqədə  823-cü  ildə  (13.11.1420)  ölmüşdür  (Nəvai, 



şərhlər, s.237,243).   

507


 Tovuq (Tauq, Tavuk) – Kərkükdən cənubda yerləşən kənd. 

508


 Nüsəybin (Nusaybin) – Türkiyənin Suriya ilə sərhədində, Mardindən cənub-şərqdə yerləşən şəhər. 

509


 Şeyxkənd – Diyarbəkr yaxınlığındadır. 

510


 Şəmalıq (Şəmaluq) – Böyük Zab çayının bir qolu (Öztürk, şərhlər, s.134). 

511


 Cəzirə - Türkiyənin Suriya ilə sərhədində, Şırnak vilayətinə bağlı Cizre ilçəsi. 

512


 “Kitabi-Diyarbəkriyyə”yə görə: Məcdəddin (Nəvai, şərhlər, s.245). 


98

 

 



şən geymiş igidlər Əxzər dənizi

513


 kimi  coşub-gurladılar,  sərsəri  kin  küləyi  ilə  hərb  alovunu  alışdırdılar  və 

ürək deşən oxun ucu və cahanı yandıran nizənin şöləsi ilə döyüş meydanını qızışdırdılar. 

 

O gün Mirzə İsgəndər erkək aslan (şiri-nər) kimi düşmən səfi üzərinə hücum edib qılınc zərbəsi ilə 



süvarilərin başlarını zillət torpağı üzərinə saldı. 

Nəzm 


“Qılıncın nəfəsi başları elə salırdı ki, 

Nizədən başqa başını qaldıran kimsə qalmadı. 

Bəlarək

514


 su sürahisi kimi incəldi

Mizraq isə külək kimi sovruldu. 

Nizə fikir kimi canda yer tutdu

Ox isə nur kimi gözə sancıldı”. 

 

Savaş günləri iyirmi günə çatdı. İyirmi birinci gün hər iki tərəfdən hərb atəşi tünd və kəskin şəkildə 



yandırıldı və döyüş meydanı qiyamət gününə döndü. Qara Osman tərəfində vuruşan adlı-sanlı cavanlar öldü-

rüldülər. Əmir Osman qızmış bəbir kimi Qaraqoyunlu ordusuna həmlə etdi. O əsnada Mirzə İsgəndər bir dəs-

tə cövşən geymiş bahadırla dayanmışdı. 

Nəzm 


“Öz səfinin yaxınlığında şahzadə, 

Dəmir bir dağ kimi dayanmışdı. 

Əlində süsən və gül kimi qılınc və qalxan

Biləyində sünbül zülf kimi bir kəmənd”. 

 

Onlar birdən Qara Osmanın üzərinə at çapdılar. Onu yəhərin üstündən yer üzünə saldılar. Əmrullanın 



oğlu Bistam, Məhəmməd İnaq Xəliloğlu, Yaxşıbəyoğlu, Xızır bəy, Cərsun Xoca Əli, Həmzə Xəzindar, Hə-

sən  Əlaəddinbəyoğlu  və  Osman  bəyin  oğlu  Bayəzid bəy  mərdliklə  vuruşdular. Qara Məhəmməd  adlı  birisi 

atdan enib Qara Osmanı [ata] mindirmək istədi. Lakin Osman çox yara aldığından və əl-ayağında təpər qal-

madığından ata minə bilmədi. Qara Məhəmməd başını onun iki budunun arasına soxub onu qaldırdı və ata 

mindirdi. Yenidən Mirzə İsgəndər həmlə etdi. Qara Osmanın bir sıra adamlarını əsir edib yenidən Qara Os-

manı  atdan  aşırdı.  Daha  bir  neçə  dəfə  çoxlu  süvari  onun  başına  toplanıb  yenidən  onu  ata  mindirdilər.  İnaq 

Xəlilin  oğlu  Məhəmməd,  Yaxşı  bəyin  oğlu,  Xızır  bəy,  Qara  Məhəmməd,  Əlaəddin  bəyin  oğlu  Həsən  əsir 

alındılar. Bu əsnada oğlu Əli bəy köməyə gəldi və atasını döyüş meydanından kənarlaşdırdı. Qara Osman ya-

ralarına və sınıqlarına baxmayaraq, oğullarına dedi: 

 

- Fərar etmək xilas yolu deyildir. Yaxşısı budur ki, döyüşə-döyüşə buradan çıxaq. 



 

Ona görə də oğulları və başqa əmirləri qoşuna həmlə etdilər. Məhəmməd Xəzinədar

515

, Çənanoğlu 



Sultan, Ağ Məhmad, Məhəmməd Bukavul, Əli bəy və Qaraman döyüşə-döyüşə Qara Osmanı savaş meyda-

nından çıxardılar. 

 

O əsnada bəzi adamlar fərar etmişdilər və Əli bəy onları oxa tutaraq geri qaytardı. Qara Osman bö-



yük bir kədərlə Həmidə yollandı. O, düşmənin müşahidə olunduğu yerdə yavaş-yavaş, rəqibin görünmədiyi 

zaman isə sürətlə gedirdi. Qara Osman deyirdi ki, “şir bu cür fərar edir: bir adam göründüyü zaman yavaş-

yavaş, heç kim olmadıqda isə sürətlə”.    

Şahrux padşahın Qara Yusif Türkmanın övladları ilə müharibə etməsi haqqında söhbət və bəzi zaman 

hadisələrinin, dövran təbəddülatlarının təsviri 

 

Şahrux padşahın Qarabağda qışlaq etdiyi qış mövsümündə Şirvan valisi Əmir Xəlilulla, qardaşı Mə-



nuçöhr, Şəki hakimi Seydi Əli oğlu Seydi Əhməd, Seyid Əhməd Qaramanlı, Əmir Şeyx Qəbbani, Gürcüstan 

valisi Əlisgəndərin (Aleksandrın) elçiləri, Moğolustan padşahının elçisi İdkur Yarğuçi, Gilan padşahı Əmir 

                                                 

513


 Bəhri-Əxzər  (ərəbcə  “yaşıl  dəniz”  deməkdir)  –  klassik  müsəlman  coğrafiyaşünaslarının  Atlantik  okeanına  verdikləri  ad  (bax: 

A.Quliyev. Azərbaycanın görkəmli səyyah və alimi Hacı Zeynalabdin Şirvani. Bakı, 1964, s.62). 

514


 Bəlarək – həddən artıq gövhərlə bəzədilmiş (cövhərdar) qılınc növü (Nəvai, şərhlər, s.245). 

515


 Nüsxələrdəki bəzi məlumatlara görə: Məhəmməd Xəzinədarın oğlu Mehman bəy (Nəvai, şərhlər, s.246). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə