97
Əsgərlərin ülufələrinin verilməsi və haqq sahiblərinin yaşayışının təminatı yönündə bir dəqiqə belə səhlən-
karlıq etməzdi. Din əmrinə rəvac verilməsində, peyğəmbərlərin ağasının (Məhəmməd peyğəmbərin) şəriəti-
nin hökmlərin yerinə yetirilməsində, xeyriyyə binalarının təmirində, mədaxilin və vəqflərin artımında səylər
göstərdi. Üzüyünün möhüründə [ərəbcə] belə nəqş edilmişdi: “Ədalət göstərən məlik (padşah) olar, zülm
edən həlak olar”.
Səltənətinin müddəti on dörd il, şərəfli ömrünün müddəti isə altmış beş il olmuşdur. Məmləkəti
Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəmdən Qəzvin, Həmədan və Diyarbəkrin bəzi yerləri idi.
Öz səltənəti əyyamında altı döyüş etmişdir: birinci döyüşü – Mirzə Əbu-Bəkrə qarşı Pasində
505
; ikin-
ci döyüşü – Mirzə Miranşah və Mirzə Əbu-Bəkrə qarşı Təbrizin Sərdrudunda; üçüncü döyüşü – Qara Osman
Bayandura qarşı Muş səhrasında; dördüncü döyüşü – Sultan Əhməd Cəlairə qarşı Şənbi-Qazanda; beşinci
döyüşü – yenidən Qara Osmana qarşı Erqani qalası [yanında]; altıncı döyüşü – Şirvan valisi Sultan İbrahim
və Gürcüstan hakimi Küstəndilə qarşı.
Onun əzəmətli və şan-şöhrətli övladları. Altı oğlu vardı: 1. Mirzə Pirbudaq – onun səltənəti zamanın-
da vəfat etmişdi; 2. Əmir Şah Məhəmməd – Bağdad valisi idi; 3. Mirzə İsgəndər; 4. Mirzə Cahanşah; 5. Mir-
zə Əbu-Səid; 6. Əmir İsfənd.
Onun vəfatının tarixi haqqında demişlər:
“Təbriz şahı Mir Yusifin vəfatı,
Yazıldı “kitabət” tarixi ilə”
506
.
Onun vəziri Əmir Cəfər Cucə və Əxi Əmir Şeyx idi.
823-CÜ İLİN (17.01.1420 – 05.01.1421) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT
Zəmanənin şahı Qara Yusifin oğlu Mirzə İsgəndərin Qara Osman Bayandurla müharibə etməsi
Mirzə İsgəndər atasının səltənət tacını başına qoyandan sonra qoşun tərtib etməklə məşğul oldu və
saysız-hesabsız, ucsuz-bucaqsız bir ordu topladı.
Nəzm
“İqtidarı üçün rəvan bir şəkildə topladı,
Saysız-hesabsız qədər çoxlu bir ordu.
Rəşadətli bir qoşun ki, savaş zamanı,
Çıxararlar timsahın ağzından dişini”.
O, Kərkükdən və Tovuqdan
507
köç edib Mosula gəldi. Qara Osman Bayandur bir dəstə cəsur süvari
ilə onun qarşısına çıxdı. Zəfərə yaxın olan hökmdar (Qara Osman) Mardinə çatdıqda, o diyarın valisi olan
Tanrıvermiş (Tenqrivermiş) şəhər darvazasını bağlayıb müxaliflik etməyə başladı. Qara Osman mühasirə et-
mədən Nüsəybin
508
şəhərinə yola düşüb, oradan keçərək Şeyxkəndində
509
dayandı. O əsnada Bəhram kimi
intiqamçı ordunun qaravulları xəbər gətirdilər ki, Mirzə İsgəndər Şəmalıq çayından
510
keçib Cəzirəni
511
arxa-
da qoymuşdur.
Bu xəbər ali [hökmdarın] qulağına çatdıqda, köç edib Mirzə İsgəndərin qarşısında səf bağladı. Hər
iki tərəf qılınca və nizəyə əl atıb bir-birinə həmlə etdi. Hər iki tərəfdən bir çoxları həlak torpağına düşdü. O
əsnada Zeynal bəy Yarəli oğlu Mosuldan, Qara Yusifin qardaşı oğlu Mirzə Əli Ərbildən, Cənglü Həsən Kər-
kükdən və Cəzirə hakimi Əmir Şəmsəddin
512
üç min nəfərlə Mirzə İsgəndərə köməyə gəldilər. Yenidən cöv-
505
Pasin – Ərzurumun şərqindəki Dəvəboynu dağından Qarsdakı Soğanlı dağlarına və Aladağa qədər uzanan və Araz çayının yu-
xarı axarları boyunca yerləşən ovalıq və tarixi mahal.
506
Qəribədir ki, Həsən bəy Rumlu, Qara Yusifin ölüm tarixini 822-ci ilə aid etsə də, onun maddeyi-tarix kimi verdiyi “kitabət” kəl-
məsinin əbcəd hesabı 823-ə bərabərdir. Əslində Qara Yusif pəncşənbə günü, 7 zilqədə 823-cü ildə (13.11.1420) ölmüşdür (Nəvai,
şərhlər, s.237,243).
507
Tovuq (Tauq, Tavuk) – Kərkükdən cənubda yerləşən kənd.
508
Nüsəybin (Nusaybin) – Türkiyənin Suriya ilə sərhədində, Mardindən cənub-şərqdə yerləşən şəhər.
509
Şeyxkənd – Diyarbəkr yaxınlığındadır.
510
Şəmalıq (Şəmaluq) – Böyük Zab çayının bir qolu
(Öztürk, şərhlər, s.134).
511
Cəzirə - Türkiyənin Suriya ilə sərhədində, Şırnak vilayətinə bağlı Cizre ilçəsi.
512
“Kitabi-Diyarbəkriyyə”yə görə: Məcdəddin
(Nəvai, şərhlər, s.245).
98
şən geymiş igidlər Əxzər dənizi
513
kimi coşub-gurladılar, sərsəri kin küləyi ilə hərb alovunu alışdırdılar və
ürək deşən oxun ucu və cahanı yandıran nizənin şöləsi ilə döyüş meydanını qızışdırdılar.
O gün Mirzə İsgəndər erkək aslan (şiri-nər) kimi düşmən səfi üzərinə hücum edib qılınc zərbəsi ilə
süvarilərin başlarını zillət torpağı üzərinə saldı.
Nəzm
“Qılıncın nəfəsi başları elə salırdı ki,
Nizədən başqa başını qaldıran kimsə qalmadı.
Bəlarək
514
su
sürahisi kimi incəldi,
Mizraq isə külək kimi sovruldu.
Nizə fikir kimi canda yer tutdu,
Ox isə nur kimi gözə sancıldı”.
Savaş günləri iyirmi günə çatdı. İyirmi birinci gün hər iki tərəfdən hərb atəşi tünd və kəskin şəkildə
yandırıldı və döyüş meydanı qiyamət gününə döndü. Qara Osman tərəfində vuruşan adlı-sanlı cavanlar öldü-
rüldülər. Əmir Osman qızmış bəbir kimi Qaraqoyunlu ordusuna həmlə etdi. O əsnada Mirzə İsgəndər bir dəs-
tə cövşən geymiş bahadırla dayanmışdı.
Nəzm
“Öz səfinin yaxınlığında şahzadə,
Dəmir bir dağ kimi dayanmışdı.
Əlində süsən və gül kimi qılınc və qalxan,
Biləyində sünbül zülf kimi bir kəmənd”.
Onlar birdən Qara Osmanın üzərinə at çapdılar. Onu yəhərin üstündən yer üzünə saldılar. Əmrullanın
oğlu Bistam, Məhəmməd İnaq Xəliloğlu, Yaxşıbəyoğlu, Xızır bəy, Cərsun Xoca Əli, Həmzə Xəzindar, Hə-
sən Əlaəddinbəyoğlu və Osman bəyin oğlu Bayəzid bəy mərdliklə vuruşdular. Qara Məhəmməd adlı birisi
atdan enib Qara Osmanı [ata] mindirmək istədi. Lakin Osman çox yara aldığından və əl-ayağında təpər qal-
madığından ata minə bilmədi. Qara Məhəmməd başını onun iki budunun arasına soxub onu qaldırdı və ata
mindirdi. Yenidən Mirzə İsgəndər həmlə etdi. Qara Osmanın bir sıra adamlarını əsir edib yenidən Qara Os-
manı atdan aşırdı. Daha bir neçə dəfə çoxlu süvari onun başına toplanıb yenidən onu ata mindirdilər. İnaq
Xəlilin oğlu Məhəmməd, Yaxşı bəyin oğlu, Xızır bəy, Qara Məhəmməd, Əlaəddin bəyin oğlu Həsən əsir
alındılar. Bu əsnada oğlu Əli bəy köməyə gəldi və atasını döyüş meydanından kənarlaşdırdı. Qara Osman ya-
ralarına və sınıqlarına baxmayaraq, oğullarına dedi:
- Fərar etmək xilas yolu deyildir. Yaxşısı budur ki, döyüşə-döyüşə buradan çıxaq.
Ona görə də oğulları və başqa əmirləri qoşuna həmlə etdilər. Məhəmməd Xəzinədar
515
, Çənanoğlu
Sultan, Ağ Məhmad, Məhəmməd Bukavul, Əli bəy və Qaraman döyüşə-döyüşə Qara Osmanı savaş meyda-
nından çıxardılar.
O əsnada bəzi adamlar fərar etmişdilər və Əli bəy onları oxa tutaraq geri qaytardı. Qara Osman bö-
yük bir kədərlə Həmidə yollandı. O, düşmənin müşahidə olunduğu yerdə yavaş-yavaş, rəqibin görünmədiyi
zaman isə sürətlə gedirdi. Qara Osman deyirdi ki, “şir bu cür fərar edir: bir adam göründüyü zaman yavaş-
yavaş, heç kim olmadıqda isə sürətlə”.
Şahrux padşahın Qara Yusif Türkmanın övladları ilə müharibə etməsi haqqında söhbət və bəzi zaman
hadisələrinin, dövran təbəddülatlarının təsviri
Şahrux padşahın Qarabağda qışlaq etdiyi qış mövsümündə Şirvan valisi Əmir Xəlilulla, qardaşı Mə-
nuçöhr, Şəki hakimi Seydi Əli oğlu Seydi Əhməd, Seyid Əhməd Qaramanlı, Əmir Şeyx Qəbbani, Gürcüstan
valisi Əlisgəndərin (Aleksandrın) elçiləri, Moğolustan padşahının elçisi İdkur Yarğuçi, Gilan padşahı Əmir
513
Bəhri-Əxzər (ərəbcə “yaşıl dəniz” deməkdir) – klassik müsəlman coğrafiyaşünaslarının Atlantik okeanına verdikləri ad (bax:
A.Quliyev. Azərbaycanın görkəmli səyyah və alimi Hacı Zeynalabdin Şirvani. Bakı, 1964, s.62).
514
Bəlarək – həddən artıq gövhərlə bəzədilmiş (cövhərdar) qılınc növü
(Nəvai, şərhlər, s.245).
515
Nüsxələrdəki bəzi məlumatlara görə: Məhəmməd Xəzinədarın oğlu Mehman bəy
(Nəvai, şərhlər, s.246).