93
Nəzm
“Ordu sel kimi yola düşdü,
O dalğada dəvələr yığın-yığın”.
Mavəraünnəhrdən savayı bütün ölkə ərazisinin böyüklərindən, əyan-əşrəfindən və sipahilərindən iba-
rət olan və tacik sərdarın başçılıq etdiyi on beş min say-seçmə süvari və piyada hazır etdilər ki, məvacib alan
qoşunlarla birlikdə [hökmdarı] müşayiət etsinlər. Müzəffər bayraqlar Cam qəsəbəsindən keçib Dizbad
484
mövqeyində dayandılar və qalibiyyətli qoşun Nişapur otlağında ov etdi.
Mirzə Baysunqur cəsarətli cavanlarla qabaqcadan yola düşdü. Şəvval [ayının] 10-da (30.10.1419)
Damğan
485
ətrafında cah-calalla dayandı. Əvvəllər Mazandaranda olan, əjdahaya bənzər xortumlarının dəh-
şəti ilə fələyin əjdahasını başını quyruğunun altında gizlətməyə məcbur edən və öz həmlələrinin qorxusu ilə
asimanın aslanının pəncəsini yerə salan,
Nəzm
“Bulud rəngli, səba sürətli, fələk qüvvətli,
Dağ şəkilli, yer kimi yük götürən, zaman kimi cəld.
İmranın Musası
486
kimi düşməni qəhr edən,
Hər biri düşməni ilan kimi yerin dibinə soxan.
Biri xortumundan qiyamət dəhşəti qoparan,
Biri dişindən cəhənnəm əzabını göstərən”
bir neçə dağ görkəmli, qana susamış fil Nisa, Əbivərd, Səməlqan, Cərməğan
487
, Cürcan
488
və Mazandaran
qoşunları ilə birlikdə fələk şövkətli orduya qoşuldular. Simnan ətrafında Fərah, Sistan, Qəndəhar, Qəzneyn,
Kabil və Quhistan qoşunları orduya qatıldılar. Bu yürüş səbəbindən cahanın üzərindən sakitlik və dinclik
qalxdı. Amma inadkarlar o həzrətin qüdrətinin və zərərinin qorxusundan çəkinmədilər və qoşun toplamaqdan,
silah hazırlamaqdan daşınmadılar.
Zəfər qazanmağa adət etmiş ordu şəvval [ayının] 20-də (09.11.1419) Nəmək kəndindən keçib Vəra-
mində
489
dayandı. O məqamda Mirzə İbrahim sultan Fars qoşunları və Mirzə Rüstəm İsfahan ordusu ilə bir-
likdə, Əmir Qanaşirin və Əmir Çakmak isə Yəzddən və Kirmandan [gəlib] hökmdarın məiyyətinə qoşuldular.
Əmir Məsum Cagirlü çoxlu qoşunla Şəhriyar qalasından [çıxıb] qələbə şüarlı orduya daxil oldu. Təvaçılar bir
neçə gün orduya baxış keçirdilər və yaxşı silahlanmış iki yüz min süvari saydılar.
O tərəfdən Qara Yusif Türkmanın səltənətinin bünövrəsi dağılmağa üz qoydu və xəstəlik qoşunu
onun bədəninin şəhristanını işğal etdi. Bir tərəfdən Şahrux padşah onu dəf etməyə yollanıb kin kəmərini beli-
nə bağlamışdı və digər tərəfdən Qara Osman onun ordusuna qalib gəlmişdi. Oğlu İsfahan mirzə Adilcevazda
eyş-işrətlə və əyləncə məclisi ilə məşğul olub ona köməyə gəlmədi və digər oğlu Şah Məhəmməd mirzə Bağ-
dadda müxaliflik edib dedi ki, “atamın ağlı qalmamışdır”. Bunlara baxmayaraq, o, (yəni Qara Yusif) əsla tə-
nəzzül etmədi.
Həmin zaman İraq (İraqi-Ərəb), Həmədan, Sultaniyyə, Tarom
490
və Qəzvin vilayətləri onun hakimiy-
yəti altında idi. Mirzə Cahanşah Sultaniyyədə, Korkan Alpavutla Sərkan Alpavut isə Həmədanda idilər.
Adamlarını göndərib [onlara] dedi:
- Cağatay ordusundan qorxmayın. Çünki mən düşməni əzən qoşunlarla o diyara gəlməkdəyəm. Gə-
rək hüdudu qorumaq və sərhədi mühafizə etmək üçün elə səy göstərəsiniz ki, bundan daha artığını təsəvvür
etmək mümkün olmasın.
Əmir Şahməlik öz tərəfindən Payəndə adlı bir mülazimi Qara Yusif Türkmanın yanına göndərib belə
bir ismarış verdi:
484
İranda, Məşhəddən cənub-qərb tərəfdə Dizbadi-Bala (Yuxarı Dizbad) və Dizbadi-Payin (Aşağı Dizbad) adlı kəndlər vardır.
485
Damğan – İranın şimalında, Simnandan şimal-şərqdə yerləşən şəhər.
486
Musa peyğəmbər.
487
Cərməğan – Əbivərd yaxınlığında.
488
Cürcan (Gürgan) – İranda tarixi vilayət. Xəzər dənizinin cənub-şərq sahillərini əhatə edir.
489
Vəramin – Tehran yaxınlığındadır.
490
Tarom – Cənubi Azərbaycanda, Zəncanla Rəşt arasında bölgə.
94
- Şahrux elə bir padşahdır ki, arzusuna və kamına çatacaqdır. O, Sahibqiranın varisidir. Əgər Sulta-
niyyə qalasından və Qəzvindən əlini çəksən, biz də o həzrətdən xahiş edərik ki, Azərbaycan və İraqi-Ərəb
məmləkətini Rum və Şam sərhədinə qədər sənə versin və Herat tərəfə qayıtsın.
Lakin o, bundan sonra da qətiyyən tənəzzül etmədi, elçini həbs etdirdi və artıq-əskik sözlər söylədi.
Nəzm
“Dedi ki, mən bu mülkü mübaliğəsiz surətdə,
Tutmuşam dəbilqəni yaran qılıncım ilə.
Sən də məndən onu ancaq qılıncla ala bilərsən,
Əgər asanlıqla tuta bilsən, təəccüblənərəm.
Nə tifil uşağam ki, bir kəsin təhdidindən qorxum,
Bu təhdidə görə ayağımı bu işdən geri çəkim.
Nə də bixəbər divanə deyiləm ki,
Filosofun sözündən qorxub-çəkinim.
Nə də ağciyər deyiləm ki, savaşdan qorxum,
Savaşda ayağımın daşa dəyəcəyindən ehtiyat edim.
Özüm padşah olduğum halda niyə kimsənin arxasınca gedim?!
Mən aslanam, kimsənin arxasınca sülənən köpək deyiləm.
Əgər bu həvəs üstündə başımı kəssələr belə,
Nəfəsim var ikən bu sözləri deməkdən vaz keçmərəm”.
Azərbaycan, Arran
491
və Bağdad diyarının bölgələrindən çoxlu qoşun və saysız əsgər topladı və sa-
biq zamanlarda, keçmiş qərinələrdə hər nə toplamışdısa, onlara payladı. O, ənənəvi olmayan bir üsula əl atıb
Təbriz vilayətindən piyada qoşun təşkil etdi və xəstəliyinin şiddəti üzündən kəcavədə oturub o tərəfə doğru
yola çıxdı. Orduya baxış keçirdi. Günəşin zərrələri kimi çoxlu və ağacların yarpaqları kimi sonsuz idilər. Ha-
mısı ürəklərində qorxuya və cəsarətsizliyə yer olmayan növrəstə cavanlar idilər.
Nəzm
“Bu, elə bir qoşun idi ki, başdan-ayağa zirehə qərq olmuşdu,
Dəmir dənizi kimi dalğalanmaqda idi.
Qazan kimi hərb atəşindən qaynamaqda,
Kin küləyindən dərya kimi gurlamaqda.
Türk dilbərlərinin gözü kimi qan tökməkdə,
Mərdlərin qanının qəsdi ilə kin qılıncını itiləməkdə”.
Türkmanlar qarşıdurma və vuruşma iddiasında idilər və özlərinin Şahrux padşaha qarşı döyüşə bilə-
cəklərini düşünürdülər. [Qara Yusif] soyuğun hücumuna, oğullarının və əmirlərinin təfriqəçiliyinə, özünün
xəstəliyə tutulmasına baxmayaraq, döyüş meydanına tələsdi. Ucanın iki fərsəxliyinə çatdıqda əcəl qasidi
(ölüm mələyi) özünü yetirdi və o, şahlıq taxtından tabut taxtasına minib, axirət mənzillərinin ilki olan qəbir
yurduna daxil oldu
492
.
Nəzm
“Hökumət büsatını qurmuşdu,
Lakin həyat ona heç möhlət vermədi.
Heç kəs belə qəribə şahmat oyunu görməyib,
Bir tərəfdən şah görünür, digər tərəfdən mat”.
Ordugahın ərazisi şahın mat olması ilə dağılan şahmat (şətrənc) büsatı kimi bir-birinə dəydi. Xeyli
sayda yoxsul piyada vardı ki, fil görkəmli atlara mindilər və yetərincə padşahzadələr də vardı ki, dövlət atın-
dan piyada olub rəzalət torpağına üz qoydular. Alçaqların və əclafların qovğası ilə cəbbəxana və xəzinə kü-
lək kimi sovruldu. Nəfis cavahirat avaraların və lotu-potunun əlinə düşdü. Cah-calal sahiblərinin çadırlarına
491
Arran – burada Azərbaycanın Kür və Araz çayları arasındakı əraziləri nəzərdə tutulur.
492
Həsənkeyf hakiminin Misir sultanına yazdığı məktuba əsaslanan Ə.Nəvai (Şərhlər, s.237) Qara Yusifin zəhərləndirilərək öldü-
yünü və bu işin hiyləgər və fırıldaqçı bir adam olan Əmir Şahməlikin casusları tərəfindən törədildiyini güman edir.