91
dən öncə şücaət əhlindən ibarət bir dəstə ilə mərdliklə at çaparaq sürətli yürüş edək, qəflətən Pir Ömərin üs-
tünə basqın edib həmlə küləyi ilə savaş atəşini alovlandıraq və düşmənlərin yığnağının xırmanını yandıraq.
Bu söz Qara Osmanın xoşuna gəldi. O, çoxsaylı əsgərlərdən və aslan ovlayan igidlərdən ibarət bir
dəstə ilə sürətli bahar küləyi kimi talesizlik əhlinin üstünə yola düşdü. Səf yaran bahadırların qaraltısını
uzaqdan görən Pir Ömər ata minib onları qarşılamağa çıxdı. İki qoşun qarşı-qarşıya gəldikdə, adlı-sanlı baha-
dırlar və yaxşı silahlanmış dilavərlər hay-küy salıb bir-birinə hücum çəkdilər. Zərnigar qalxanların şüasından
döyüşçülərin gözləri qamaşdı. Zümrüd bədənli qılınc Pir Ömərin mülazimlərinin qanından qırmızı yaqut rən-
ginə boyandı. Dörd qanadlı oxlar kaman yuvasından uçub, bahadırların kinlə dolu sinələrinə oturdu.
Nəzm
“O qarışıqlıqda kaman qarğasının ucbatından,
Kin sipərləri oldu qartalların yuvası.
Oxla kaman üzündən əcəl yarpaq açdı,
Göy qurşağından töküldü ölüm yağışı”.
Şiddətli döyüşdən və vuruşdan sonra Ulu Tanrının təqdiri ilə Pir Ömər əsir tutuldu. Qara Osman
onun qətlinə fərman verdi. Lakin oğulları Əli bəy, Şəmsəddin mirzə və İsgəndər mirzə qardaşları Yaqub bə-
yin əsirlikdə olması səbəbindən qətlə mane oldular. O əsnada Pir Ömər fürsət tapıb qaçdı. Xeyli araşdırma-
dan sonra o, yenidən yaxalanıb öldürüldü. Qara Osman Ərzincan vilayətinə basqın edib müzəffər və qalib şə-
kildə, qeyri-məhdud qənimətlərlə Kəmaxa döndü.
Pir Ömərin möhnətli [ölüm] xəbəri Səhənd yaylağında
474
Qara Yusifə çatdıqda, qan içən ordusunu
intiqam üçün topladı. O əsnada xəbər gəldi ki, Şahrux padşah Xorasandan sonsuz bir ordu ilə köçə-köçə cilo-
vunu boşlayaraq Təbrizə doğru hərəkətdədir. Ona görə də [Qara Yusif] həmin yürüşdən vaz keçib öz oğlu
Əmir Əbu-Səidi o sərhədi qorumağa təyin etdi.
Bu ilin əvvəllərində Qara Yusif, Mirzə Pirbudağı bir sıra əmirlərlə birlikdə Şirvan tərəfə göndərdi.
Onlar Dərbənd
475
qalasını mühasirə etsələr də, [oranı] tuta bilməyib geri qayıtdılar.
Şahruxun Azərbaycan tərəfə qoşun çəkməsi və İran meşəsinin şiri, Turanın aslanı Qara Yusif
Türkmanın vəfat etməsi haqqında söhbət
476
Bu yürüşün səbəbi o idi ki, həzrət öz mülazimi Sədiqi elçi kimi Təbriz tərəfə göndərdi və sülhdən
söz açdı. Qara Yusif Türkman isə [cavabında] pərişanedici sözlər dilə gətirdi. Sədiq Herat tərəfə qayıtdı.
Nəzm
“Çünki qasidi qüssədən yordun,
Acı zəhərlə dodağını buladın.
Tikan və qanqal kimi çox olan,
Və bədənə neştər kimi batan sözlər dedin”.
O, [Şahruxa] belə məruzə etdi:
- Qara Yusif Türkman özünü o diyarda müstəqil padşah sayır və ətrafdakı hakimlər, yan-yörədəki
sərdarlar ona tabedirlər. Möhkəm qalalar düzəldib və müxaliflik bayraqlarını yüksəldib. Padşahın şövkətin-
dən və onun ordusunun qələbəliyindən əsla qorxu-hürküsü yoxdur. Onun çoxlu qoşunları var, qarşıdurma və
vuruşma naxışını öz beyninin lövhəsinə həkk etmişdir.
Nəzm
“Dava
üçün kəmərini möhkəmlədib,
Savaşdan başqa bir düşüncəsi yoxdur”.
Elə ki o pis əməl sahibinin (Qara Yusifin) hegemonluğu gözəl xasiyyətli padşaha (Şahruxa) çatdı,
onun qəzəb atəşi alovlandı.
Nəzm
“Bu dikbaşlıqdan o İsgəndər nişanlı,
474
Cənubi Azərbaycanda, Təbriz şəhərindən cənub tərəfdə yerləşir.
475
Dərbənd – hazırda Dağıstan Respublikasının cənub-şərqində yerləşən tarixi Azərbaycan şəhəri.
476
Əslində bu hadisələr h. 823 / m. 1420-ci ildə baş vermişdir (İ.Aka. Mirza Şahruh, s.115-119).
92
Ay üzlülərin kəkili kimi pərişan oldu.
O, pəri çöhrəlilərin zülfü kimi qıvrıldı,
Bədxahın su üzərinə vurduğu naxış ucbatından”.
Saray əmirlərini və dərgah müqərrəblərini
477
toplayıb məşvərət təşkil etdi. Onlar dedilər:
- Bu fəsad qaynağının cismi qılınc və nizə işlətmədən kəsilməz və Azərbaycan ordusunun tüğyanı
bahadırların həmləsinin sərsəri küləyindən başqa heç nə ilə yatırılmaz.
Ona görə də hökmdar hökm verdi ki, təvaçılar Xətay sərhədindən ta Azərbaycan hüduduna qədər,
Qəlmaq (Kalmık) sərhədindən ta Dəşti-Qıpçağa qədər və Türküstandakı Əqsidən
478
ta Hindistanın ortasına
qədər cahan qoşunlarını Azərbaycana yürüş üçün hazır etsinlər. Cəbbədarlar ərz etdilər ki, “otuz min dəst
cəbbə
479
hökmdar qurxanasında
480
mövcuddur”. Qərar verildi ki, daha on min [dəst] düzəltsinlər və mühafizə
altındakı məmləkətlərdən (“məmaliki-məhrusə”) – Kaşğardan, Türküstandan, Mavəraünnəhrdən, Xorasan-
dan, Kabildən, Toxarıstandan
481
, İraqdan, Farsdan, Xuzistandan, Təbəristandan
482
, Kirmandan və Ümman
(okean) sahillərindən məmləkətlərin vergiləri hesabına zəmanənin qiymətinə uyğun olaraq döyüş əsləhəsi –
qılınc, nizə və xədəng oxu satın alıb hökmdarın düşərgəsinə gətirsinlər. Mirzə Uluğ bəy Mavəraünnəhri mü-
hafizə etmək üçün o diyarda qaldı, amma o diyarın qoşunlarından on min
483
süvarini qələbə şüarlı orduya
göndərdi. Qərara alındı ki, Mirzə Suyurqatmış Hindistan sərhədini qorumaq üçün Kabildə qalsın. Əmir Əh-
məd Tərxan isə Xorasan əyalətinə təyin olundu.
Cahan padşahı şaban [ayının] 11-də (01.09.1419) Zağan bağından çıxıb Azərbaycana doğru hərəkət
etdi.
Nəzm
“Zəmanənin sahibqiranı Şahrux,
Günəş görkəmli və ay üzlü şahənşah.
Tərpəndi yerindən döyüş əzmi ilə,
Parlaq günəş kimi, bayraqla və iti qılıncla.
Ölkələr fatehinin ayağını öpmək ümidi ilə,
Yer canlanaraq oynadı yerindən”.
Cahan hökmdarı Mağan gölü çəmənində dayandı. Bu yürüş elə bir vaxtda baş verirdi ki, istiliyin
çoxluğundan su qaynayırdı, səmum yelindən torpaq kürəsi atəş kürəsinə dönmüşdü və hərarət alovundan ha-
vanın təbiəti cəhənnəm hərarətinə qovuşmuşdu.
Nəzm
“Günəş dəmiri əridirdi,
Torpaq isti qumla dolu bir tava idi.
Göyləri isidən o qumdan,
Ulduz noxud kimi qovruldu.
Təzə ay səmada görünmədi,
Fələk istidən dilini çıxardı.
Yağda kabab olan balıq kimi,
Timsahlar dənizdə yanmaqdan coşdular”.
Havanın hərarəti və qoşunların toplanması səbəbindən bir neçə gün o məkanda qaldılar. O əsnada
Əmir Şahməlik Xarəzm ordusu ilə döyüş əzmi ilə Əmir Həsən Sufi Tərxanla birlikdə mənqəlay qaydasında
yola düşdü. Dünyanı fəth edən hökmdar ramazan [ayının] 4-də (24.09.1419), tərəzi bürcünün əvvəllərində
Mağan gölündən köç edib məqsədinə doğru hərəkət etdi.
477
Müqərrəb – ərəbcə “yaxın adam” deməkdir. Orta əsrlərdə bir sıra Şərq ölkələrində sarayda vəzifə daşıyan məsul şəxslər şaha ya-
xın olduqları üçün bir qayda olaraq “müqərrəb” adlandırılırdılar. Səfəvi dövlətində bu şəxslər “müqərrəbül-xaqan” və ya “müqərrə-
bül-həzrət” tituluna malik idilər (bax: Mirzə Səmia. Təzkirətül-müluk, be kuşişi: S.M.Dəbirseyaqi. Tehran, 1368, s.18).
478
Əqsi (Axsi, Axsikət) – Sırdəryanın sağ sahilində, Özbəkistanın Nəmənqan vilayəti ərazisində şəhər.
479
Cəbbə – yaraq-əsləhə; cəbbədar – ordunun silahlandırılmasına cavabdeh olan məmur.
480
Qurxana – silah anbarı.
481
Toxarıstan – indiki Özbəkistanın və Tacikistanın cənubunu və Əfqanıstanın şimalını əhatə edən tarixi vilayət.
482
Təbəristan – İranın Mazandaran vilayətinin köhnə adı.
483
Nuruosmaniyyə nüsxəsi: “15 min”.