89
(04.10.1417) qüdrətli və müzəffər hökmdar izdihamlı ordu ilə Qəndəhara gəldi və ramazan ayının 3-də
(14.10.1417) Qəzneynin əyan-əşrəfi zəfərə yaxın olan padşahın ordusuna qatıldılar.
O əsnada Kabildən qasidlər gəldilər ki, Mirzə Qaydu fərar etmişdir. O həzrət mərhəmətinin mükəm-
məlliyi üzündən heç kəsi onun ardınca göndərmədi. O əsnada digər bir qasid gəldi və ərz etdi ki, onların uc-
batından o diyarda sakinlərdən heç kim qalmamışdır.
Ona görə də o həzrət, Əmir İbrahim Cahanşahı bir dəstə qoşunla o üzüqaranı təqib etməyə göndərdi.
O əsnada Həzarə əmirləri və sərdarları kama çatmış hökmdarın dərgahına külək rəftarlı atlar və yük götürən
dəvələr göndərib bac
462
və xərac [ödəməyi] qəbul etdilər. Dövlətmənd padşah o qış Hirmənd çayı kənarında
qışlaq etdi.
Bir gün o həzrət ov etmək arzusuna düşüb, son dərəcə əzəmətlə külək rəftarlı atına minərək seyrə
çıxdı. Enişdə və yoxuşda qaçma-qovma əsnasında at başı aşağı yıxıldı. O həzrət yəhər üzərindən yerə düşdü
və əli sındı. Şimşək və külək sürətli bir qasidi Herata göndərdilər və Ustad Mirəm Kəmangəri ali orduya gə-
tirdilər ki, o sınığı bağlasın.
Ali dərəcəli hökmdar baharın əvvəllərində Mirzə Səncəri, Əmir Yadigarşah Orlatı və Əmir Firuzşahı
müqayisəyəgəlməz bir qoşunla o diyarda qoyub buyurdu ki, əgər Mirzə Qaydu gəlməsə, onun ardınca gedib,
onu ələ keçirərək aləmin pənahı olan dərgaha gətirsinlər. Hökmdarın məiyyəti isə Herat tərəfə qayıtdı.
Müxtəlif əhvalatlar
Bu il Xətay və Maçin padşahı Day Ming xanın
463
elçiləri üç yüz nəfər süvari ilə birlikdə özləri ilə gə-
tirdikləri çoxlu töhfə və hədiyyələrlə – şahinlərlə, atlaslarla, naxışlı qumaşlarla, Çin istehsalı olan əşyalarla
rəbiüləvvəl ayında (18.04-17.05.1417) dərgaha gəldilər. Şahzadələr və xanlar üçün ayrıca olaraq hədiyyələr
gətirmişdilər. Elçiliklərinin məqsədi bundan ibarət idi ki, rəiyyətin, camaatın və tacirlərin rahatlıqla gəlib-
getmələrini təmin etmək üçün aralıqdan ayrılıq və biganəlik pərdəsi qaldırılsın. İlk dəfə ki elçilər gəlmişdilər,
Seydi Əhməd Tərxan [Çin] padşahı üçün qonur bir at göndərmişdi. Naqqaşlar orada (Çində) o atın və iki tə-
rəfdən onun yüyənini tutan iki axtaçının surətini (rəsmini) çəkmişdilər. [Elçilər həmin rəsmi də] gətirmişdilər.
O həzrət (Şahrux), Ərdəşir Təvaçını elçilərlə birlikdə Xətaya göndərdi.
Ölümlər
Bu il Seyid Əli ibn Seyid Kəmaləddin ibn Seyid Qivaməddin Mərəşi niqris (podaqra) xəstəliyindən
vəfat etdi. Məmləkəti Mazandaran diyarı idi. Oğlu Seyid Mürtəza onun yerinə keçdi.
Şeyx İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad ibn Fərruxzad ibn Hörmüz ibn Gəştasb ibn Fər-
ruxzad ibn Fəramərz ibn Gəştasb ibn Fəridun ibn Fəramərz ibn Salar ibn Yezid ibn Mərzban ibn Hörmüz ibn
Ənuşirəvan Adil bu il hərəkət bayrağını axirət tərəfə qaldırdı
464
. Oğlu Sultan Xəlil səltənətə əyləşdi. [Sultan
Xəlilin] qardaşları Keyqubad, İshaq və Haşım müxaliflik etdi. O, Şahrux padşahın yardımı ilə onları dəf edib
Şirvan diyarına sahib oldu. [Şeyx İbrahimin] səltənəti iyirmi beş il, ömrü yetmiş il olmuşdur. Onun vəziri
Qazı Bayəzid idi.
821-Cİ İLİN (08.02.1418 – 27.01.1419) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT
Bu il Bədəxşan şahlarının müxalifəti səbəbindən Şahrux padşah, Əmir Şeyx Loğmanı, Əmir İbrahimi,
Əmir Məhəmməd Sufi Tərxanı və Əmir Firuzşah Tərxanı Mirzə Suyurqatmış ilə birlikdə Bədəxşanı fəth et-
məyə göndərdi. Əmirlər qoşun və məiyyətlə Kəşm şəhərinə çatdıqda, Şah Bəhaəddinin oğulları zəfərə yaxın
olan əsgərlərin qorxusundan, yaxşı danışıq qabiliyyətinə malik elçilərini çoxlu mallarla əmirlərin yanına gön-
dərib, üzrxahlıq və bağışlanmaq xahişi ilə dilə gələrək bac-xərac [verməyi] qəbul etdilər. Ona görə də əmirlər
həmin ölkəni onlara verib Herat tərəfə qayıtdılar.
462
Bac – ticarət yolları ilə yüklərin daşınması üçün nəzərdə tutulan, şəhər darvazalarında və ya gəmi keçidlərində alınan vergi nö-
vü. Bundan başqa, bac termini mənbələrdə bir çox hallarda xəracla yanaşı, onun sinonimi kimi də işlədilmişdir.
463
Day Ming xan – Çin hökmdarlarının Min sülaləsindən olan Çju Di (1402-1424) nəzərdə tutulur.
464
Şirvanşahlar özlərinin Sasani hökmdarı Ənuşirəvanın (531-579) nəslindən olduqlarını iddia edirdilər
(S.Aşurbəyli. Şirvanşahlar
dövləti, s.293). Lakin Şirvanşahların “Əhsənüt-təvarix”in bu hissəsindəki şəcərəsi natamam və qüsurludur.
90
Həmçinin bu il Mirzə Qaydu Kabildən və Qəzneyndən Herata gəldi. Şahrux padşah ona çox hörmət
göstərdi. Bir müddət sonra o, yolunu azmış adamların təhriki ilə fərar etdi. Mirzə Baysunqur onun ardınca
gedib, Evbeh
465
qəsəbəsində ona çataraq yaxaladı və Herata gətirdi. Həzrət onun ölkəsini Mirzə Suyurqatmı-
şa lütf etdi.
Həmçinin bu il Şahrux padşah şaban [ayının] (03.09-01.10.1418) əvvəllərində yəqinlik sahibi olan
övliyaların sultanı, Xorasanın bariz cah-calal taxtında oturan, cəddi Mustafadan sonra qazıların qazısı, babası
Əliyyül-Mürtəzadan sonra qazilərin qazisi, cinlərin və insanların imamı Sultan Əbül-Həsən Əli ibn Musa ər-
Rzanın, həqiqətən də, arzular Kəbəsi olan və səmavi mələklərin təvaf
466
etdiyi [məqbərəsini] ziyarət etmək
əzmi göstərdi və özünün dərya kimi dərin xatirində qərar verdiyi tərzdə o müqəddəs şəxsiyyətin rövzəsin-
də
467
nurları müşahidə və sirləri mütaliə etdi, niyaz və ixlas şərtlərini zühura gətirdi, üç min misqal
468
qızıl-
dan düzəldilmiş qəndili o həzrətin günbəzinin içindən asdı, layiq olanlara və ehtiyac sahiblərinə nəzirlərin və
sədəqələrin verilməsinə işarə etdi. Böyük seyidlərə, islam qazılarına, bütün say-seçmə adamlara və sadə ca-
maata xeyli lütfkarlıq, qayğıkeşlik və hüsn-rəğbət göstərdi.
Müxtəlif əhvalatlar
Bu il elçi sifəti ilə Xətaya getmiş Ərdəşir Təvaçı
469
çoxlu peşkəşlə Herata gəldi.
Həmçinin bu il Qara Yusif Türkmanın və Qara Osman Bayandurun daha öncə Diyarbəkrdən və
Azərbaycandan gəlmiş elçilərinə səfər ayında (10.03-07.04.1418) geri dönmək icazəsi verildi.
Həmçinin bu il Büraq-oğlan
470
, Uluğ bəyin dərgahına gəlib ehtiram gördü və öz diyarına qayıtdı.
Yenə bu il Mirzə Səəd Vəqqas Azərbaycanda dünyadan köçdü.
822-Cİ İLİN (28.01.1419 – 16.01.1420) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT
Qara Osman Bayandurun Pir Ömərlə müharibəsinin təsviri
Bu il Pir Ömər cövşən geymiş bir dəstə igidlə hərəkət bayrağını Kəmax
471
qalasına doğru yüksəltdi.
O zaman o diyarın valisi olan Qara Osmanın oğlu Yaqub bəy savaş əzmi ilə qaladan çıxıb, döyüşdən və vu-
ruşdan sonra əsir tutuldu. Pir Ömər onu Təbriz tərəfə göndərdi və özü Ərzincan tərəfə döndü. Sonra Qara
Yusif Türkmanın yanına yaxşı danışıq qabiliyyətinə malik qasidlər göndərib yardım istədi. Ona görə də
Azərbaycan padşahı divan əmiri (əmiri-divan) Bayram bəyi, Baba Hacı bəy Gavərudini, Bayəzid bəy Ayin-
lünü və Əmir İlyas Hacılunu iyirmi min adlı-sanlı süvari ilə Qara Osmanı dəf etməkdə Pir Osmana kömək
göstərmək üçün göndərdi. Adları çəkilən əmirlər güclü bir ordu ilə Mardin qışlağına yetişmək iradəsi ilə Ala-
dağa çatdılar.
Pir Ömər bəy bu xəbəri eşitdikdən sonra çoxlu qoşunlarla Ərzincandan çıxıb əmirlərin yanına yollan-
dı ki, onlarla birlikdə Qara Osmanın üzərinə getsin. O, Tərcan vilayətinə daxil olan Humək
472
mövqeyinə gə-
lib orada dayandı.
O zaman Qara Osman öz oğulları ilə Mehrifər
473
yaylağında idi. Onun qardaşı oğlu olan Həsənkeyf
hakimi Piltən bəy onlar haqqında Qara Osmana xəbər göndərdi. Qara Osman yüksək şanlı əmirlərlə düşmə-
nin dəfi barəsində məşvərət təşkil etdi. Əmirlərdən bəziləri belə ərz etdilər:
- Hərçənd bu gün onların əli bizə çatmaz. Amma sabahkı günün fikrini çəkmək və sabahın üzünü bu
günün aynasında görmək gərəkdir. Yaxşısı budur ki, iki firqənin qarşılaşmasından və iki tərəfin üzləşməsin-
465
Evbeh (və ya Obe, Oba, Uba) – Herat yaxınlığında bir kənddir (Seddon, şərhlər, s.220).
466
Təvaf – müsəlmanların Kəbə evinin və digər müqəddəs məkanların ətrafında dövrə vuraraq yerinə yetirdikləri ziyarət mərasimi.
467
Rövzə (ər. “bağça”) – müqəddəs şəxslərin məqbərələri bəzən bu adla xatırlanırlar.
468
Paris nüsxəsi: “6 min misqal”. Misqal – 4,68 qrama bərabər çəki vahidi.
469
Nuruosmaniyyə nüsxəsi: “Ərdəşir Tuğaçı”.
470
Mətndə dəfələrlə təkrar edilən Büraq adını Baraq şəklində də oxumaq mümkündür.
471
Kəmax – Ərzincandan cənub-qərbdə, Fərat çayının sol sahilində tarixi qala və yaşayış məskəni.
472
İndiki Kiğıya bağlı Hubik kəndi (Öztürk, şərhlər, s.121).
473
Qara Yülük Osman bəyin bu məşhur yaylağının harada olduğu dəqiq bilinmir. Bu yaylağın Erqani ilə Hazar gölü arasında yer-
ləşdiyi ehtimal olunur
(Öztürk, şərhlər, s.121).