87
dır və ağılsızlığı ucbatından [öz səviyyəsindən] böyük işlərə girişmişdir. Hansı tərəfə nəzər salıb
bəla və fəla-
kət buxovundan xilas olmağa çalışsa da, nicat və qurtuluş yolunun bağlı, qaçış ayağının sınıq olduğunu gör-
dü.
Nəzm
“Haraya qaça bilər düşmən, əgər lap quş olsa belə,
Bir halda ki, sənin heybətinin qartalı tutub havanın üzünü”.
Onunla Mirzə Baysunqur arasında dostluğun əsası möhkəm olduğu üçün Əmir Əbu-Səidi göndərib
şəfaət istədi. Mirzə Baysunqurun xahişi ilə o həzrət onun günahından keçdi. Əhd-peyman bağlandıqdan son-
ra Mirzə Bayqara ramazan [ayının] 5-də (08.11.1415) cahan hökmdarının bargahına tələsdi. O həzrət onu
şahzadə Qaydunun yanına göndərdi.
Dostlara nəvaziş göstərən hökmdar Şiraz hakimliyini yenidən Mirzə İbrahim sultana verdi və Qum,
Kaşan
450
,
Rey və Rüstəmdar
451
məmləkətinin idarəçiliyini ta Gilan
452
hüduduna qədər İlyas Xocaya lütf etdi.
O əsnada Əmir Gürgin
453
Lar
454
vilayətindən və dənizsahili bölgələrdən amal Kəbəsinin ehram yükü-
nü bağlayıb o səadət qibləsinə getmək şərəfinə nail oldu.
Cahan hökmdarı Kirmanı tutmağa getdi. Elə ki Sircan qəsəbəsi aləm sakinlərinin sərvərinin dayana-
caq yeri oldu, seyid mənşəli Əmir Şəmsəddin Əli Bəmi dərgaha gəlib qəbul etdi ki, əgər hökmdarın məiyyəti
Xorasan tərəfə hərəkət edərsə, bacardığı tərzdə Sultan Üveysi hüzura gətirəcəkdir. Ona görə də o həzrət He-
rat tərəfə döndü.
Müxtəlif əhvalatlar
Mirzə Bayqara Şirazda olarkən Mövlana Bərəndüqə beş yüz qızıl dinar lütf etdi və pərvanəçi bunun
yalnız iki yüz dinarını ona verdi. Mövlana bu qitəni
455
dedi və şahzadənin ərzinə çatdrdı:
Nəzm
“Düşməni yox edən, dosta nəvaziş göstərən şah,
Cahanı saxlayan o cahangir.
Beş yüz altın
456
mənə verdi ənam,
Sultanın lütfü bəndəyə çoxdur.
Bunun üç yüzü qeyb olmuşdur indi,
Bəratımda iki yüz görünür indi.
Ya mən yanlış eşitmişəm,
Ya da pərvanəçi səhv edibdir.
Ya da ki, türk dilində məgər,
“Beş yüz altın” iki yüz dinardırmı?”
Mirzə Bayqara qitəni mütaliə edib buyurdu ki, ona min dinar bağışlasınlar.
Həmçinin bu il Şahrux padşah Əmir Teymurun xarab etdiyi İxtiyarəddin qalasını
457
təmir etdirdi.
Ölümlər
Ömərşeyxin oğlu Mirzə İsgəndər güclü, qüdrətli və səxavətli bir padşah idi. Onun vilayətində seyid-
lər [vergidən] azad idilər. Hər il divan malından bol ənam verərdi. Ömrünün müddəti otuz iki il olmuşdur.
Onun Pirəli adlı bir oğlu vardı. Mirzə Rüstəm onu qətlə yetirdi
458
.
450
Kaşan – İranın Qum və İsfahan şəhərləri arasında yerləşən şəhər.
451
Rüstəmdar – Mazandaranın bir bölgəsidir. Şahrud çayı hövzəsində, Qəzvin və Amol şəhərləri arasında yerləşir.
452
Gilan – Xəzər dənizinin cənub-qərb sahillərini əhatə edən tarixi vilayət. Biye-piş (mərkəz şəhəri Lahican) və Biye-pəs (mərkəz
şəhəri Rəşt) olmaqla iki əmirlikdən ibarət idi. Qızılüzən (Sefidrud) çayı bu iki əmirlik arasında sərhəd sayılırdı (И.П.Петрушевский.
Государства Азербайджана в XV веке // ССИА, вып. I, Баку, 1949, с.210).
453
Farsdakı Lar bölgəsinin məhəlli əmirlərindən olan bu şəxs öz nəsəbini “Şahnamə” qəhrəmanlarından Gürgin Milada çatdırırdı.
Bu sülalənin hakimiyyətinə I Şah Abbas son qoymuşdur (Nəvai, şərhlər, s.218).
454
Lar – İranın cənubunda, Bəndər-Abbasdan şimal-qərb tərəfdə yerləşən şəhər.
455
Qitə – əruz vəznində yazılan lirik şeir forması.
456
“Beş yüz altın” – orijinalda da türkcə yazılmışdır.
457
İxtiyarəddin qalası – Heratın şimalında yerləşən qala (Seddon, şərhlər, s.244).
88
819-CU İLİN (01.03.1416 – 17.02.1417) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT
Kirman əhvalatlarının, bəzi zaman hadisələrinin və dövranın təbəddülatının təsviri
Kirmanın [idarəçilik] işlərini öz boynuna götürmüş Əmir Seyid Şəmsəddin Bəmi hərçənd Sultan
Üveysi ali taxtın ətəyinə getməyə təşviq etsə də, məqsədinə çata bilmədi. Ona görə də Herata gəlib vəziyyə-
tin nə yerdə olduğunu Şahruxa ərz etdi. O həzrət, Əmir İbrahim Cahanşah Barlası, Əmir Həsən Tərxanı,
Əmir Yadigarşah Orlatı, Əmir Əleykə Kükəltaşı, Əmir Fərmanşeyxi, Əmir Qanaşirini, Əmir Musanı, Əmir
Ağteymuru, Şah Qütbəddini və Şah İsgəndəri qırx min nəfər nizə oynadan izdihamlı süvari ilə Kirmanı fəth
etməyə göndərdi. Onlar rəbiüləvvəl [ayının] (29.04-28.05.1416) əvvəllərində o şəhərin ətrafına çatdılar.
Sultan Üveys döyüş və vuruş iddiası ilə şəhərdən çıxdı. Amma o izdihamlı qoşunların qorxusundan
qala divarları arxasına sığındı. Zəfərə yaxın olan əsgərlər o şəhəri üzük qaşı kimi dövrəyə aldılar.
Mühasirə əyyamı yetmiş günə çatdıqda Sultan Üveysi elə qorxu bürüdü ki, bəyaz gündüz onun gözü-
nə zülmət gecənin zülfü kimi qara göründü. Peşmançılıq məngəsinə və məzəmmət girdabına düşüb cahan şa-
hının dərgahına qasidlər göndərdi.
Nəzm
“Bir nəfər göndərdi cahan şahının hüzuruna ki,
Onun kəskin qılıncından aman tapsın.
Sözü bu oldu ki, sən şahsan və biz bəndəyik,
Bu bəndəliyə şadıq, nə qədər ki sağıq.
Sənin astanan bizim meracımız oldu,
Fələk etdi sənin qapının torpağını başımızın tacı”.
Ona görə də o həzrət buyurdu ki, Kirmanın ətrafından köç etsinlər. Neçə gündən sonra Sultan Üveys
fələyin qulamlıq etdiyi hökmdara xidmətkarlıq ehramını bağlayıb, aləmin pənahı olan dərgaha gələrək dəni-
zin və qurunun hökmdarının kimya kimi təsirli nəzərləri qarşısına çıxdı.
Müxtəlif əhvalatlar
Bu il Ömərşeyxin oğlu Mirzə Mirək Əhməd Kaşğardan
459
dənizin və qurunun hökmdarının dərgahı-
na gəldi. Bir neçə gündən sonra o, Mirzə İləngirlə
460
birlikdə müxaliflik etməyə başladı. Şahrux padşah onla-
rı mühafizə altındakı məmləkətlərdən (“məmaliki-məhrusə”) çıxardı.
Həmçinin bu il Mirzə Mirək Əhmədin Kaşğarda qoyduğu Əmir Şeyx Əli Toğay o diyarı Mirzə Uluğ
bəyə təslim etdi.
Həmçinin bu il Cabbarverdi xan, Çingiz-oğlanı qovub özbək ulusuna sahib oldu
461
.
Yenə də bu il Şəmi-Cahanın oğlu Nəqşi-Cahanın elçiləri Moğolustandan və Xızır xanın nümayəndə-
ləri Hindistandan bol peşkəşlə Herata gəldilər və Şahrux padşahdan hörmət görüb öz diyarlarına qayıtdılar.
820-Cİ İLİN (18.02.1417 – 07.02.1418) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT
Şahrux padşahın Qəndəhara qoşun çəkməsi
Bu ilin əvvəllərində yaxşı əməl sahibi olan padşah çoxlu ordu ilə hərəkət bayrağını Qəndəhara tərəf
qaldırdı. Şaban [ayının] 14-də (26.09.1417) səadətli hökmdar Hirmənd çayı kənarında dayandı. O məqamda
Mirzə Suyurqatmış Bədəxşanın böyük əmirləri ilə zəfər nişanlı orduya qoşuldu. Sözügedən ayın 22-də
458
Əmirzadə Pirəli 12 ramazan 819-cu ildə (03.11.1416) qətlə yetirilmişdir
(Nəvai, şərhlər, s.219).
459
Kaşğar – qədim türk şəhəridir və hal-hazırda Çin Xalq Respublikasının qərbində, Uyğur Muxtar vilayətinin tərkibində, Kaşğar
çayı sahilində yerləşir.
460
Mirzə İləngir – Mirzə Miranşahın oğlu Mirzə Əbu-Bəkrin oğlu idi (Nəvai, şərhlər, s.221).
461
Farsdilli mənbələrdə “özbək ulusu”, “özbəklər” adı altında XV əsrdə Qızıl Orda dövləti və ya ona aid olan elementlər, cağatay
adı altında isə Teymurilər dövləti nəzərdə tutulurdu. XVI əsrin əvvəllərində cağatay adı ilə yenə də Teymurilər və onların tərəfdarla-
rı, özbəklər adı ilə Şeybanilər və onların tərəfdarları ifadə edilmişdir.