99
Seyid Rzanın əmisi oğlu Əmir Heydər Kiya və Məlik İzzəddin Şir bir-birinin ardınca çoxlu peşkəşlə kama
çatmış padşahın zəfər şüarlı ordusuna gəldilər.
Fərvərdin [ayında]
516
aləmi bəzəyən günəş Balıq bürcündən Qoç bürcünə çatdıqda qışın qoşunu yaz
ordusunun ön dəstləri qarşısında geri çəkildi, yüngül ayaqlı külək fərraşlığa qədəm qoydu, çevik əlli bulud
naqqaşlıq etməyə əl uzatdı, qüdrət əli yer üzünün ağ paltarını yaşıl libasla əvəz etdi və çəmənin yaxşı çöhrə-
sini bitkilərin yaşıl rəngi ilə bəzədi. Üfüqlər padşahı (Şahrux) rəbiüləvvəl [ayının] 19-da (03.04.1420)
517
qış-
laqdan çıxıb Təbrizə yönəldi. Hökmdar tərəfindən fərman verildi ki, Mirzə İbrahim sultan və Əmir Şahməlik
iyirmi min süvari ilə Mirzə Əbu-Səidin və Mirzə İsfahanın yurdu olan Naxçıvan və Səlmatu
518
tərəfə hərəkət
etsinlər. Əmirlər buyruğa əsasən, o diyara tərəf hərəkət etdilər. O əsnada Mirzə İsfahanın mülazimləri fələk
şövkətli orduya gəlib padşaha sədaqət ərz etdilər. O həzrət onlara hörmət göstərib geri göndərdi.
Qaraköpək
519
mənzilində ərz etdilər ki, Yarəhməd Qaramanlı cəhalətinin və nadanlığının çoxluğu
üzündən müxaliflik və itaətsizlik göstərməyə başlamış, Gəncədə və Bərdədə olan əmirlərin mülazimlərini qa-
rət etmişdir. Ona görə də (Şahrux) Mirzə Baysunqura onları dəf etmək göstərişi verib o tərəfə göndərdi. Yar-
əhməd sayı yağış qədər olan ordunun gəlişindən xəbərdar olub Səfərzən qalasına
520
pənah apardı.
Mirzə Bay-
sunqur qalanı mühasirə etdi. İki-üç gündən sonra Yarəhməd acizlik və çarəsizlik üzündən inadı tərk edib aşa-
ğı endi. Mirzə Baysunqur onu aləmin pənahı olan dərgaha çatdırdı. O həzrət (Şahrux) onu Əmir Çaharşənbə-
yə tapşırdı.
O əsnada Təhərtənin nəvəsi Əmir Əlinin elçiləri və Gürcüstan hakimi İvaninin mülazimləri cəmadi-
yüləvvəl [ayının] başlanğıcında (14.05.1420) hökmdarın ordusuna gəldilər və elə həmin zaman Əmir Şahmə-
likin qasidləri xəbər gətirdilər ki, Qara Osman, Mirzə İsgəndərə məğlub olmuşdur. [Dünyanın insanla] məs-
kunlaşmış dörddə bir hissəsinin padşahı cəmadiyüləvvəl [ayının] 3-də (16.05.1420) Araz çayını keçib Mastə-
kul
521
civarında dayandı. Cəmadiyüləvvəl [ayının] 23-də (05.06.1420) Bayəzid qalasının çevrəsi qurunun və
dənizin hökmdarının dayanacaq yerinə çevrildi. Ora elə bir qaladır ki, uca bir dağ başında yerləşir və hündür-
lüyü o dərəcədədir ki, səba küləyi onun ətəyindən belə keçə bilmir. İstehkamı o qədər möhkəmdir ki, mü-
kəmməl biliyə malik uzaqgörən ağıl belə oranı fəth etmək fikrinə qapıla bilməz.
Nəzm
“Aşiqlərin əhdi kimi hasarı möhkəm,
Göyün mətanəti kimi təməli davamlı.
Asimanın yeddi qatı kimi yeddi divarı var,
Bürcləri baş qaldırıb ulduza.
Onun yolundan fikir peyki yorulmuş,
Acizliklə yarı yoldan qayıtmış.
Ora çıxan qıvrım-qıvrım və dar yol,
Dilbərin zülfü və gözü kimi ağlı başdan alar.
Oraya qoymuşlar poladdan bir qapı,
Sərtlikdə xəsisin qəlbi ilə bərabər”.
Xülasə, zəfər şüarlı əsgərlər həmin gün şəhərbəndi alıb istila bayrağını yüksəltdilər və Mirzə Bay-
sunqurun mülazimləri cəsarətlərinin çoxluğundan dağ belindəki qaya üzərində yerləşən bir neçə bürcə doğru
hərəkət edib bürcü deşdilər. Dağ başında olan neçə nəfər şövkətli bahadır özlərini qalaya çatdırıb qalanı tut-
dular və qələbə şüarlı qoşunların əlinə çoxlu qənimət düşdü.
516
Fərvərdin – İran günəş təqviminin ilk ayı (21 mart – 20 aprel).
517
Əslində bu hadisələr h. 824 / m. 1421-ci ilə aid olmalıdır (İ.Aka. Şahruh Mirza, s.120-125).
518
“Mətləüs-səədeyn”də bu yerin adı belə yazılmışdır: “Türkman əsilli Səəd oğlunun qədim yurdu olan Sərmatu” (Nəvai, şərhlər,
s.247). Əslində burada Sürməli bölgəsi (Türkiyənin indiki İğdır vilayəti) nəzərdə tutulmuşdur (bax:
F.Sümer. Kara Koyunlular,
s.118).
519
Qaraköpək – indiki Füzulu rayonunda kənd. Başqa adı Şəkərcik və ya Şəkərli olmuşdur.
520
F.Sümerə görə, bu, “Gürcüstan torpağındakı Esferzen qalasıdır”
(F.Sümer. Kara Koyunlular, s.118).
521
Bəzi nüsxələrdə Masyəkul yazılıb
(Nəvai, şərhlər, s.248).
100
Ondan sonra ləyaqətli hökmdar Aladağa yollanıb, İrənci dağının ətəyindən adlayaraq, Abaqa sara-
yından (Sərayi-Abaqa) keçməklə Əxlata
522
yönəldi. Yol əsnasında Əmir Qanaşirini Adilcevaz qalasını fəth
etməyə göndərdi. Adı çəkilən əmir o qalanı tutub əzəmətli orduya yollandı.
Mirzə İsfahan Muş səhrasında dəniz kimi coşan və ildırım kimi gurlayan ordunun gəlişi üzündən o
vilayəti tərk edib Diyarbəkrdə Mirzə İsgəndərə qoşuldu. Onu təqib edən Əmir İbrahim Caku onun mallarını
ələ keçirib fələk şövkətli orduya döndü. Muş qalasının kutvalı Əmir Əbdürrəhman da qalanı təslim etdi. Bit-
lis valisi Əmir Şəmsəddin və Qara Osman özünün Əli bəy və Bayəzid bəy [adlı] oğulları ilə birlikdə bir-birin
ardınca hökmdar ordusuna qoşuldular. O həzrət dərgahına gəlmiş Diyarbəkr hakimlərinə hörmət göstərib xə-
lət verdi və onlara [getmək] icazəsi verərək, öz nəfis vücudu ilə Təbrizə yönəldi.
O əsnada xəbər çatdı ki, Qara Yusif Türkmanın oğulları bir dəstə bahadırla Əxlat ətrafına gəlmişlər.
Əmir Xəlilulla Şirvan tərəfə, Əmir İsfəndiyar Dərbənd tərəfə, Qustay Arrana, Məliki-Əzəmin (Məlik İzzəd-
din Şirin) oğlu Məlik Məhəmməd Kürdüstana, Əmir Şəmsəddin Bitlisə və Əmir Məhəmməd Kürd Əxlata
yola düşdü. Onların hamısı şərəf və izzətlə qiymətli xələtlərə, şahanə gövhərlərə, yorğa atlara, rəngbərəng
papağa, daş-qaşlı kəmərə, cürbəcür ikramlara və növbənöv ənamlara layiq görülməklə ucaldılıb yola salındı-
lar.
O zaman Əmir Şeyx Qəbbani son dərəcə iş bilən adam olduğu üçün dərgaha gəldi, münasib peşkəş-
lər təqdim etdi və keçmiş ixlasının gözəlliyini layiqli xidmətlərlə birləşdirdi. O həzrət (Şahrux) Mirzə İbra-
him sultanı və Əmir Şahməliki Əleykə Calıqla Seyid Əhməd Dizəki dəf etməyə göndərdi. Onlar [bu şəxslə-
rin] elini və ulusunu tutub, hökmdar ordusuna qoşuldular.
Yüksək şanlı əmirlər Qara Osmanla birlikdə məruzə edib dedilər:
- Məmləkətin xaraba qalmağının səbəbkarı Qara Yusifin oğullarıdır. Nə qədər ki onlar yox edilmə-
yiblər, məmləkətdə rahatlıq olmayacaqdır.
Nəzm
“Bu məmləkətin xarabalığı onlardan olmuşdur,
Onlardan cahan pərişan olmuşdur.
Rəiyyət onların zülmündən gileylənir,
Qurdu sürüyə gözətçi etmə sən!”
Ona görə də cahan hökmdarı hərb yarağını, nağaranı və s. hazırlamağı əmr edib Ərciş
523
tərəfə döndü.
İlyas Xocanı və Qara Osmanı bir dəstə bahadırla mənqəlay etdi. Ayın 14-də (25.07.1420) Herat tərəfdən xa-
tunlar gəlib hərəmdə yerləşdilər. Mənqəlay əmirlərinin yanında olan Əmir Məhəmməd Xoca Çöhrə
524
, Mirzə
İsgəndərin qaravulları ilə döyüşüb, iki nəfəri dustaq edərək o həzrətin hüzuruna gətirdi. Qara Yusifin oğulları
neçə dəfə elçilər göndərib sülhdən söz salsalar da, bir faydası olmadı.
O həzrət tədricən onların üzərinə köç etdi. Nəhayət, seşənbə günü, rəcəb [ayının] 27-də (07.08.1420)
fələk şövkətli ordu Ağadəvə
525
mövqeyində dayandı. Türkman qoşunu Ələşkərd
526
hüdudundakı Yəqşi (Yak-
şı, Yaxşı) mövqeyində yerləşib xəndək qazımışdı. [Şahruxun qoşunları] birdən ata minib, öz yüklərini (“ağ-
ruq”) qoyaraq iki fərsəx irəli gəldilər və ordunun səfini qurdular. Türkman ordusu Xorasan ordusunun fillə-
rindən qorxub çəkinirdi. Çünki onların atları heç vaxt fil görməmişdi. Böyük öküzləri saman çuvalları ilə
[yükləyib] filə bənzətdilər, bəziləri gildən fil heykəli düzəltdilər və atları onların üzərinə çapdılar ki, fildən
qorxmasınlar. Mirzə İsgəndər bir dəstə igidlə mərkəzdə qərar tutdu. Sağ cinahda Pir Hüseyn bəy Səədlü,
Korkan Alpavut, Sərkan Alpavut və Pir Məhmat Səədlü öz tabeçiləri ilə yerləşdilər. Sol cinahda İsfahan mir-
zə, Bayram bəy və oğlu Şahsüvar bəy dayandılar. O tərəfdən isə Şahrux padşahın [ordusunun] ön dəstəsində
(mənqəlay) Baysunqur mirzə, Əmir Şahməlik, Şeyx Loğman Məlik və Şeyx Loğman Barlas, sağ cinahında
Şiraz valisi olan oğlu İbrahim sultan, İsfahan valisi Rüstəm mirzə, Şibirğan tiyuldarı Əmir İbrahim Caku və
522
Əxlat və Adilcevaz – Şərqi Anadoluda, Van gölünün şimal-qərb sahilində şəhərlər.
523
Ərciş – Türkiyənin şərqində, Van gölünün şimalında yerləşən şəhər.
524
Qaynağın mətnində yanlışlıqla Çurə (və ya Çevrə) yazılmışdır. Əslində Çöhrə olmalıdır (bax:
İ.Aka. Şahruh Mirza, s.123).
525
Tehran nəşrində yanlışlıqla “Ağmadu” kimi yazılmışdır. Ağadəvə – Aladağın ətəyində bir yer adıdır
(M.Öztürk, şərhlər, s.139).
526
Ələşkərd – Şərqi Anadoluda, Kağızmandan cənubda yerləşən ovalıq.