HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə55/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   51   52   53   54   55   56   57   58   ...   337

91

 

 



dən öncə şücaət əhlindən ibarət bir dəstə ilə mərdliklə at çaparaq sürətli yürüş edək, qəflətən Pir Ömərin üs-

tünə basqın edib həmlə küləyi ilə savaş atəşini alovlandıraq və düşmənlərin yığnağının xırmanını yandıraq. 

 

Bu  söz  Qara  Osmanın  xoşuna  gəldi.  O,  çoxsaylı  əsgərlərdən  və  aslan  ovlayan  igidlərdən  ibarət  bir 



dəstə  ilə  sürətli  bahar  küləyi  kimi  talesizlik  əhlinin  üstünə  yola  düşdü.  Səf  yaran  bahadırların  qaraltısını 

uzaqdan görən Pir Ömər ata minib onları qarşılamağa çıxdı. İki qoşun qarşı-qarşıya gəldikdə, adlı-sanlı baha-

dırlar və yaxşı silahlanmış dilavərlər hay-küy salıb bir-birinə hücum çəkdilər. Zərnigar qalxanların şüasından 

döyüşçülərin gözləri qamaşdı. Zümrüd bədənli qılınc Pir Ömərin mülazimlərinin qanından qırmızı yaqut rən-

ginə boyandı. Dörd qanadlı oxlar kaman yuvasından uçub, bahadırların kinlə dolu sinələrinə oturdu. 

Nəzm 


“O qarışıqlıqda kaman qarğasının ucbatından, 

Kin sipərləri oldu qartalların yuvası. 

Oxla kaman üzündən əcəl yarpaq açdı, 

Göy qurşağından töküldü ölüm yağışı”. 

 

Şiddətli  döyüşdən  və  vuruşdan  sonra  Ulu  Tanrının  təqdiri  ilə  Pir  Ömər  əsir  tutuldu.  Qara  Osman 



onun qətlinə fərman verdi. Lakin oğulları Əli bəy, Şəmsəddin mirzə və İsgəndər mirzə qardaşları Yaqub bə-

yin əsirlikdə olması səbəbindən qətlə mane oldular. O əsnada Pir Ömər fürsət tapıb qaçdı. Xeyli araşdırma-

dan sonra o, yenidən yaxalanıb öldürüldü. Qara Osman Ərzincan vilayətinə basqın edib müzəffər və qalib şə-

kildə, qeyri-məhdud qənimətlərlə Kəmaxa döndü. 

 

Pir Ömərin möhnətli  [ölüm] xəbəri Səhənd yaylağında



474

 Qara  Yusifə  çatdıqda,  qan  içən  ordusunu 

intiqam üçün topladı. O əsnada xəbər gəldi ki, Şahrux padşah Xorasandan sonsuz bir ordu ilə köçə-köçə cilo-

vunu  boşlayaraq Təbrizə  doğru  hərəkətdədir.  Ona  görə  də [Qara  Yusif]  həmin  yürüşdən  vaz  keçib  öz  oğlu 

Əmir Əbu-Səidi o sərhədi qorumağa təyin etdi. 

 

Bu  ilin əvvəllərində  Qara Yusif,  Mirzə  Pirbudağı  bir  sıra  əmirlərlə  birlikdə  Şirvan  tərəfə  göndərdi. 



Onlar Dərbənd

475


 qalasını mühasirə etsələr də, [oranı] tuta bilməyib geri qayıtdılar. 

Şahruxun Azərbaycan tərəfə qoşun çəkməsi və İran meşəsinin şiri, Turanın aslanı Qara Yusif 

Türkmanın vəfat etməsi haqqında söhbət

476


 

 

Bu yürüşün səbəbi o idi ki, həzrət öz mülazimi Sədiqi elçi kimi Təbriz tərəfə göndərdi və sülhdən 



söz açdı. Qara Yusif Türkman isə [cavabında] pərişanedici sözlər dilə gətirdi. Sədiq Herat tərəfə qayıtdı. 

Nəzm 


“Çünki qasidi qüssədən yordun, 

Acı zəhərlə dodağını buladın. 

Tikan və qanqal kimi çox olan

Və bədənə neştər kimi batan sözlər dedin”. 

 

O, [Şahruxa] belə məruzə etdi: 



 

-  Qara  Yusif  Türkman  özünü  o  diyarda  müstəqil  padşah  sayır  və  ətrafdakı  hakimlər,  yan-yörədəki 

sərdarlar ona tabedirlər. Möhkəm qalalar düzəldib və müxaliflik bayraqlarını yüksəldib. Padşahın şövkətin-

dən və onun ordusunun qələbəliyindən əsla qorxu-hürküsü yoxdur. Onun çoxlu qoşunları var, qarşıdurma və 

vuruşma naxışını öz beyninin lövhəsinə həkk etmişdir. 

Nəzm 


“Dava üçün kəmərini möhkəmlədib

Savaşdan başqa bir düşüncəsi yoxdur”. 

 

Elə  ki  o  pis  əməl  sahibinin  (Qara  Yusifin)  hegemonluğu  gözəl  xasiyyətli  padşaha  (Şahruxa)  çatdı, 



onun qəzəb atəşi alovlandı. 

Nəzm 


“Bu dikbaşlıqdan o İsgəndər nişanlı, 

                                                 

474

 Cənubi Azərbaycanda, Təbriz şəhərindən cənub tərəfdə yerləşir. 



475

 Dərbənd – hazırda Dağıstan Respublikasının cənub-şərqində yerləşən tarixi Azərbaycan şəhəri. 

476

 Əslində bu hadisələr h. 823 / m. 1420-ci ildə baş vermişdir (İ.Aka. Mirza Şahruh, s.115-119). 




92

 

 



Ay üzlülərin kəkili kimi pərişan oldu. 

O, pəri çöhrəlilərin zülfü kimi qıvrıldı, 

Bədxahın su üzərinə vurduğu naxış ucbatından”. 

 

Saray əmirlərini və dərgah müqərrəblərini



477

 toplayıb məşvərət təşkil etdi. Onlar dedilər: 

 

-  Bu  fəsad  qaynağının  cismi  qılınc  və  nizə  işlətmədən  kəsilməz  və  Azərbaycan  ordusunun  tüğyanı 



bahadırların həmləsinin sərsəri küləyindən başqa heç nə ilə yatırılmaz. 

 

Ona görə də hökmdar hökm  verdi ki, təvaçılar Xətay sərhədindən ta Azərbaycan hüduduna qədər, 



Qəlmaq  (Kalmık)  sərhədindən  ta  Dəşti-Qıpçağa  qədər  və  Türküstandakı  Əqsidən

478


 ta  Hindistanın  ortasına 

qədər  cahan  qoşunlarını  Azərbaycana  yürüş  üçün  hazır  etsinlər.  Cəbbədarlar  ərz  etdilər  ki,  “otuz  min  dəst 

cəbbə

479


 hökmdar qurxanasında

480


 mövcuddur”. Qərar verildi ki, daha on min [dəst] düzəltsinlər və mühafizə 

altındakı  məmləkətlərdən  (“məmaliki-məhrusə”)  –  Kaşğardan,  Türküstandan,  Mavəraünnəhrdən,  Xorasan-

dan,  Kabildən,  Toxarıstandan

481


,  İraqdan,  Farsdan,  Xuzistandan,  Təbəristandan

482


,  Kirmandan  və  Ümman 

(okean) sahillərindən məmləkətlərin vergiləri hesabına zəmanənin qiymətinə uyğun olaraq döyüş əsləhəsi – 

qılınc, nizə və xədəng oxu satın alıb hökmdarın düşərgəsinə gətirsinlər. Mirzə Uluğ bəy Mavəraünnəhri mü-

hafizə  etmək  üçün  o  diyarda  qaldı,  amma  o  diyarın  qoşunlarından  on  min

483

 süvarini  qələbə  şüarlı  orduya 



göndərdi. Qərara alındı ki, Mirzə Suyurqatmış Hindistan sərhədini qorumaq üçün Kabildə qalsın. Əmir Əh-

məd Tərxan isə Xorasan əyalətinə təyin olundu. 

 

Cahan padşahı şaban [ayının] 11-də (01.09.1419) Zağan bağından çıxıb Azərbaycana doğru hərəkət 



etdi. 

Nəzm 


“Zəmanənin sahibqiranı Şahrux, 

Günəş görkəmli və ay üzlü şahənşah. 

Tərpəndi yerindən döyüş əzmi ilə, 

Parlaq günəş kimi, bayraqla və iti qılıncla. 

Ölkələr fatehinin ayağını öpmək ümidi ilə, 

Yer canlanaraq oynadı yerindən”. 

 

Cahan  hökmdarı  Mağan  gölü  çəmənində  dayandı.  Bu  yürüş  elə  bir  vaxtda  baş  verirdi  ki,  istiliyin 



çoxluğundan su qaynayırdı, səmum yelindən torpaq kürəsi atəş kürəsinə dönmüşdü və hərarət alovundan ha-

vanın təbiəti cəhənnəm hərarətinə qovuşmuşdu. 

Nəzm 

“Günəş dəmiri əridirdi, 



Torpaq isti qumla dolu bir tava idi. 

Göyləri isidən o qumdan, 

Ulduz noxud kimi qovruldu. 

Təzə ay səmada görünmədi, 

Fələk istidən dilini çıxardı. 

Yağda kabab olan balıq kimi, 

Timsahlar dənizdə yanmaqdan coşdular”. 

 

Havanın  hərarəti  və  qoşunların  toplanması  səbəbindən  bir  neçə  gün  o  məkanda  qaldılar.  O  əsnada 



Əmir Şahməlik Xarəzm ordusu ilə döyüş əzmi ilə Əmir Həsən Sufi Tərxanla birlikdə mənqəlay qaydasında 

yola  düşdü.  Dünyanı  fəth  edən  hökmdar  ramazan  [ayının]  4-də  (24.09.1419),  tərəzi  bürcünün  əvvəllərində 

Mağan gölündən köç edib məqsədinə doğru hərəkət etdi. 

                                                 

477

 Müqərrəb – ərəbcə “yaxın adam” deməkdir. Orta əsrlərdə bir sıra Şərq ölkələrində sarayda vəzifə daşıyan məsul şəxslər şaha ya-



xın olduqları üçün bir qayda olaraq “müqərrəb” adlandırılırdılar. Səfəvi dövlətində bu şəxslər “müqərrəbül-xaqan” və ya “müqərrə-

bül-həzrət” tituluna malik idilər (bax: Mirzə Səmia. Təzkirətül-müluk, be kuşişi: S.M.Dəbirseyaqi. Tehran, 1368, s.18).    

478

 Əqsi (Axsi, Axsikət) – Sırdəryanın sağ sahilində, Özbəkistanın Nəmənqan vilayəti ərazisində şəhər. 



479

 Cəbbə – yaraq-əsləhə; cəbbədar – ordunun silahlandırılmasına cavabdeh olan məmur. 

480

 Qurxana – silah anbarı. 



481

 Toxarıstan – indiki Özbəkistanın və Tacikistanın cənubunu və Əfqanıstanın şimalını əhatə edən tarixi vilayət. 

482

 Təbəristan – İranın Mazandaran vilayətinin köhnə adı. 



483

 Nuruosmaniyyə nüsxəsi: “15 min”. 




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə