HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə53/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   49   50   51   52   53   54   55   56   ...   337

87

 

 



dır və ağılsızlığı ucbatından [öz səviyyəsindən] böyük işlərə girişmişdir. Hansı tərəfə nəzər salıb bəla və fəla-

kət buxovundan xilas olmağa çalışsa da, nicat və qurtuluş yolunun bağlı, qaçış ayağının sınıq olduğunu gör-

dü. 

Nəzm 


“Haraya qaça bilər düşmən, əgər lap quş olsa belə, 

Bir halda ki, sənin heybətinin qartalı tutub havanın üzünü”. 

 

Onunla Mirzə Baysunqur arasında dostluğun  əsası möhkəm olduğu üçün Əmir Əbu-Səidi göndərib 



şəfaət istədi. Mirzə Baysunqurun xahişi ilə o həzrət onun günahından keçdi. Əhd-peyman bağlandıqdan son-

ra  Mirzə  Bayqara  ramazan  [ayının]  5-də  (08.11.1415)  cahan  hökmdarının  bargahına  tələsdi.  O  həzrət  onu 

şahzadə Qaydunun yanına göndərdi.  

 

Dostlara nəvaziş göstərən hökmdar Şiraz hakimliyini yenidən Mirzə İbrahim sultana verdi və Qum, 



Kaşan

450


, Rey və Rüstəmdar

451


 məmləkətinin idarəçiliyini ta Gilan

452


 hüduduna qədər İlyas Xocaya lütf etdi. 

 

O əsnada Əmir Gürgin



453

 Lar


454

 vilayətindən və dənizsahili bölgələrdən amal Kəbəsinin ehram yükü-

nü bağlayıb o səadət qibləsinə getmək şərəfinə nail oldu. 

 

Cahan hökmdarı Kirmanı tutmağa getdi. Elə ki Sircan qəsəbəsi aləm sakinlərinin sərvərinin dayana-



caq yeri oldu, seyid mənşəli Əmir Şəmsəddin Əli Bəmi dərgaha gəlib qəbul etdi ki, əgər hökmdarın məiyyəti 

Xorasan tərəfə hərəkət edərsə, bacardığı tərzdə Sultan Üveysi hüzura gətirəcəkdir. Ona görə də o həzrət He-

rat tərəfə döndü. 

Müxtəlif əhvalatlar 

 

Mirzə Bayqara Şirazda olarkən Mövlana Bərəndüqə beş yüz qızıl dinar lütf etdi və pərvanəçi bunun 



yalnız iki yüz dinarını ona verdi. Mövlana bu qitəni

455


 dedi və şahzadənin ərzinə çatdrdı: 

Nəzm 


“Düşməni yox edən, dosta nəvaziş göstərən şah, 

Cahanı saxlayan o cahangir. 

Beş yüz altın

456


 mənə verdi ənam, 

Sultanın lütfü bəndəyə çoxdur. 

Bunun üç yüzü qeyb olmuşdur indi

Bəratımda iki yüz görünür indi. 

Ya mən yanlış eşitmişəm, 

Ya da pərvanəçi səhv edibdir. 

Ya da ki, türk dilində məgər, 

“Beş yüz altın” iki yüz dinardırmı?” 

 

Mirzə Bayqara qitəni mütaliə edib buyurdu ki, ona min dinar bağışlasınlar. 



 

Həmçinin bu il Şahrux padşah Əmir Teymurun xarab etdiyi İxtiyarəddin qalasını

457

 təmir etdirdi. 



Ölümlər 

 

Ömərşeyxin oğlu Mirzə İsgəndər güclü, qüdrətli və səxavətli bir padşah idi. Onun vilayətində seyid-



lər [vergidən] azad idilər. Hər il divan malından bol ənam verərdi. Ömrünün müddəti otuz iki il olmuşdur. 

Onun Pirəli adlı bir oğlu vardı. Mirzə Rüstəm onu qətlə yetirdi

458



                                                 



450

 Kaşan – İranın Qum və İsfahan şəhərləri arasında yerləşən şəhər. 

451

 Rüstəmdar – Mazandaranın bir bölgəsidir. Şahrud çayı hövzəsində, Qəzvin və Amol şəhərləri arasında yerləşir. 



452

 Gilan – Xəzər dənizinin cənub-qərb sahillərini əhatə edən tarixi vilayət. Biye-piş (mərkəz şəhəri Lahican) və Biye-pəs (mərkəz 

şəhəri Rəşt) olmaqla iki əmirlikdən ibarət idi. Qızılüzən (Sefidrud) çayı bu iki əmirlik arasında sərhəd sayılırdı (И.П.Петрушевский. 

Государства Азербайджана в XV веке // ССИА, вып. I, Баку, 1949, с.210). 

453


 Farsdakı Lar bölgəsinin məhəlli əmirlərindən olan bu şəxs öz nəsəbini “Şahnamə” qəhrəmanlarından Gürgin Milada çatdırırdı. 

Bu sülalənin hakimiyyətinə I Şah Abbas son qoymuşdur (Nəvai, şərhlər, s.218). 

454

 Lar – İranın cənubunda, Bəndər-Abbasdan şimal-qərb tərəfdə yerləşən şəhər. 



455

 Qitə – əruz vəznində yazılan lirik şeir forması. 

456

 “Beş yüz altın” – orijinalda da türkcə yazılmışdır. 



457

 İxtiyarəddin qalası – Heratın şimalında yerləşən qala (Seddon, şərhlər, s.244). 




88

 

 



819-CU İLİN (01.03.1416 – 17.02.1417) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

Kirman əhvalatlarının, bəzi zaman hadisələrinin və dövranın təbəddülatının təsviri 

 

Kirmanın  [idarəçilik]  işlərini  öz  boynuna  götürmüş  Əmir  Seyid  Şəmsəddin  Bəmi  hərçənd  Sultan 



Üveysi ali taxtın ətəyinə getməyə təşviq etsə də, məqsədinə çata bilmədi. Ona görə də Herata gəlib vəziyyə-

tin  nə  yerdə  olduğunu  Şahruxa  ərz  etdi.  O  həzrət,  Əmir  İbrahim  Cahanşah  Barlası,  Əmir  Həsən  Tərxanı, 

Əmir Yadigarşah Orlatı, Əmir Əleykə Kükəltaşı, Əmir Fərmanşeyxi, Əmir Qanaşirini, Əmir Musanı, Əmir 

Ağteymuru, Şah Qütbəddini və Şah İsgəndəri qırx min nəfər nizə oynadan izdihamlı süvari ilə Kirmanı fəth 

etməyə göndərdi. Onlar rəbiüləvvəl [ayının] (29.04-28.05.1416) əvvəllərində o şəhərin ətrafına çatdılar. 

 

Sultan Üveys döyüş və vuruş iddiası ilə şəhərdən çıxdı. Amma o izdihamlı qoşunların qorxusundan 



qala divarları arxasına sığındı. Zəfərə yaxın olan əsgərlər o şəhəri üzük qaşı kimi dövrəyə aldılar.  

 

Mühasirə əyyamı yetmiş günə çatdıqda Sultan Üveysi elə qorxu bürüdü ki, bəyaz gündüz onun gözü-



nə zülmət gecənin zülfü kimi qara göründü. Peşmançılıq məngəsinə və məzəmmət girdabına düşüb cahan şa-

hının dərgahına qasidlər göndərdi. 

Nəzm 

“Bir nəfər göndərdi cahan şahının hüzuruna ki, 



Onun kəskin qılıncından aman tapsın. 

Sözü bu oldu ki, sən şahsan və biz bəndəyik, 

Bu bəndəliyə şadıq, nə qədər ki sağıq. 

Sənin astanan bizim meracımız oldu, 

Fələk etdi sənin qapının torpağını başımızın tacı”. 

 

Ona görə də o həzrət buyurdu ki, Kirmanın ətrafından köç etsinlər. Neçə gündən sonra Sultan Üveys 



fələyin qulamlıq etdiyi hökmdara xidmətkarlıq ehramını bağlayıb, aləmin pənahı olan dərgaha gələrək dəni-

zin və qurunun hökmdarının kimya kimi təsirli nəzərləri qarşısına çıxdı. 



Müxtəlif əhvalatlar 

 

Bu il Ömərşeyxin oğlu Mirzə Mirək Əhməd Kaşğardan



459

 dənizin və qurunun hökmdarının dərgahı-

na gəldi. Bir neçə gündən sonra o, Mirzə İləngirlə

460


 birlikdə müxaliflik etməyə başladı. Şahrux padşah onla-

rı mühafizə altındakı məmləkətlərdən (“məmaliki-məhrusə”) çıxardı. 

 

Həmçinin bu il Mirzə Mirək Əhmədin Kaşğarda qoyduğu Əmir Şeyx Əli Toğay o diyarı Mirzə Uluğ 



bəyə təslim etdi. 

 

Həmçinin bu il Cabbarverdi xan, Çingiz-oğlanı qovub özbək ulusuna sahib oldu



461

 



Yenə də bu il Şəmi-Cahanın oğlu Nəqşi-Cahanın elçiləri Moğolustandan və Xızır xanın nümayəndə-

ləri Hindistandan bol peşkəşlə Herata gəldilər və Şahrux padşahdan hörmət görüb öz diyarlarına qayıtdılar. 



820-Cİ İLİN (18.02.1417 – 07.02.1418) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

Şahrux padşahın Qəndəhara qoşun çəkməsi 

 

Bu ilin əvvəllərində yaxşı əməl sahibi olan padşah çoxlu ordu ilə hərəkət bayrağını Qəndəhara tərəf 



qaldırdı. Şaban [ayının] 14-də (26.09.1417) səadətli hökmdar Hirmənd çayı kənarında dayandı. O məqamda 

Mirzə  Suyurqatmış  Bədəxşanın  böyük  əmirləri  ilə  zəfər  nişanlı  orduya  qoşuldu.  Sözügedən  ayın  22-də 

                                                                                                                                                                  

458


 Əmirzadə Pirəli 12 ramazan 819-cu ildə (03.11.1416) qətlə yetirilmişdir (Nəvai, şərhlər, s.219).  

459


 Kaşğar – qədim türk şəhəridir və hal-hazırda Çin Xalq Respublikasının qərbində, Uyğur Muxtar vilayətinin tərkibində, Kaşğar 

çayı sahilində yerləşir. 

460

 Mirzə İləngir – Mirzə Miranşahın oğlu Mirzə Əbu-Bəkrin oğlu idi (Nəvai, şərhlər, s.221). 



461

 Farsdilli mənbələrdə “özbək ulusu”, “özbəklər” adı altında XV əsrdə Qızıl Orda dövləti və ya ona aid olan elementlər, cağatay 

adı altında isə Teymurilər dövləti nəzərdə tutulurdu. XVI əsrin əvvəllərində cağatay adı ilə yenə də Teymurilər və onların tərəfdarla-

rı, özbəklər adı ilə Şeybanilər və onların tərəfdarları ifadə edilmişdir.  




Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə