HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə54/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   50   51   52   53   54   55   56   57   ...   337

89

 

 



(04.10.1417)  qüdrətli  və  müzəffər  hökmdar  izdihamlı  ordu  ilə  Qəndəhara  gəldi  və  ramazan  ayının  3-də 

(14.10.1417) Qəzneynin əyan-əşrəfi zəfərə yaxın olan padşahın ordusuna qatıldılar. 

 

O əsnada Kabildən qasidlər gəldilər ki, Mirzə Qaydu fərar etmişdir. O həzrət mərhəmətinin mükəm-



məlliyi üzündən heç kəsi onun ardınca göndərmədi. O əsnada digər bir qasid gəldi və ərz etdi ki, onların uc-

batından o diyarda sakinlərdən heç kim qalmamışdır. 

 

Ona görə də o həzrət, Əmir İbrahim Cahanşahı bir dəstə qoşunla o üzüqaranı təqib etməyə göndərdi. 



O əsnada Həzarə əmirləri və sərdarları kama çatmış hökmdarın dərgahına külək rəftarlı atlar və yük götürən 

dəvələr göndərib bac

462

 və xərac [ödəməyi] qəbul etdilər. Dövlətmənd padşah o qış Hirmənd çayı kənarında 



qışlaq etdi. 

 

Bir gün o həzrət ov etmək arzusuna düşüb, son dərəcə əzəmətlə külək rəftarlı atına minərək seyrə 



çıxdı. Enişdə və yoxuşda qaçma-qovma əsnasında at başı aşağı yıxıldı. O həzrət yəhər üzərindən yerə düşdü 

və əli sındı. Şimşək və külək sürətli bir qasidi Herata göndərdilər və Ustad Mirəm Kəmangəri ali orduya gə-

tirdilər ki, o sınığı bağlasın. 

 

Ali dərəcəli hökmdar baharın əvvəllərində Mirzə Səncəri, Əmir Yadigarşah Orlatı və Əmir Firuzşahı 



müqayisəyəgəlməz bir qoşunla o diyarda qoyub buyurdu ki, əgər Mirzə Qaydu gəlməsə, onun ardınca gedib, 

onu ələ keçirərək aləmin pənahı olan dərgaha gətirsinlər. Hökmdarın məiyyəti isə Herat tərəfə qayıtdı. 



Müxtəlif əhvalatlar 

 

Bu il Xətay və Maçin padşahı Day Ming xanın



463

 elçiləri üç yüz nəfər süvari ilə birlikdə özləri ilə gə-

tirdikləri çoxlu töhfə və hədiyyələrlə – şahinlərlə, atlaslarla, naxışlı qumaşlarla, Çin istehsalı olan  əşyalarla 

rəbiüləvvəl ayında (18.04-17.05.1417) dərgaha gəldilər. Şahzadələr və xanlar üçün ayrıca olaraq hədiyyələr 

gətirmişdilər.  Elçiliklərinin  məqsədi  bundan  ibarət  idi  ki,  rəiyyətin,  camaatın  və  tacirlərin  rahatlıqla  gəlib-

getmələrini təmin etmək üçün aralıqdan ayrılıq və biganəlik pərdəsi qaldırılsın. İlk dəfə ki elçilər gəlmişdilər

Seydi Əhməd Tərxan [Çin] padşahı üçün qonur bir at göndərmişdi. Naqqaşlar orada (Çində) o atın və iki tə-

rəfdən onun yüyənini tutan iki axtaçının surətini (rəsmini) çəkmişdilər. [Elçilər həmin rəsmi də] gətirmişdilər. 

O həzrət (Şahrux), Ərdəşir Təvaçını elçilərlə birlikdə Xətaya göndərdi. 

Ölümlər 

 

Bu il Seyid Əli ibn Seyid Kəmaləddin ibn Seyid Qivaməddin Mərəşi niqris (podaqra) xəstəliyindən 



vəfat etdi. Məmləkəti Mazandaran diyarı idi. Oğlu Seyid Mürtəza onun yerinə keçdi. 

 

Şeyx İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubad ibn Fərruxzad ibn Hörmüz ibn Gəştasb ibn Fər-



ruxzad ibn Fəramərz ibn Gəştasb ibn Fəridun ibn Fəramərz ibn Salar ibn Yezid ibn Mərzban ibn Hörmüz ibn 

Ənuşirəvan Adil bu il hərəkət bayrağını axirət tərəfə qaldırdı

464

. Oğlu Sultan Xəlil səltənətə əyləşdi. [Sultan 



Xəlilin] qardaşları Keyqubad, İshaq və Haşım müxaliflik etdi. O, Şahrux padşahın yardımı ilə onları dəf edib 

Şirvan diyarına sahib oldu. [Şeyx İbrahimin] səltənəti iyirmi beş il, ömrü yetmiş il olmuşdur. Onun vəziri 

Qazı Bayəzid idi. 

821-Cİ İLİN (08.02.1418 – 27.01.1419) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

 

Bu il Bədəxşan şahlarının müxalifəti səbəbindən Şahrux padşah, Əmir Şeyx Loğmanı, Əmir İbrahimi, 



Əmir Məhəmməd Sufi Tərxanı və Əmir Firuzşah Tərxanı Mirzə Suyurqatmış ilə birlikdə Bədəxşanı fəth et-

məyə göndərdi. Əmirlər qoşun və məiyyətlə Kəşm şəhərinə çatdıqda, Şah Bəhaəddinin oğulları zəfərə yaxın 

olan əsgərlərin qorxusundan, yaxşı danışıq qabiliyyətinə malik elçilərini çoxlu mallarla əmirlərin yanına gön-

dərib, üzrxahlıq və bağışlanmaq xahişi ilə dilə gələrək bac-xərac [verməyi] qəbul etdilər. Ona görə də əmirlər 

həmin ölkəni onlara verib Herat tərəfə qayıtdılar. 

                                                 

462

 Bac – ticarət yolları ilə yüklərin daşınması üçün nəzərdə tutulan, şəhər darvazalarında və ya gəmi keçidlərində alınan vergi nö-



vü. Bundan başqa, bac termini mənbələrdə bir çox hallarda xəracla yanaşı, onun sinonimi kimi də işlədilmişdir.  

463


 Day Ming xan – Çin hökmdarlarının Min sülaləsindən olan Çju Di (1402-1424) nəzərdə tutulur. 

464


 Şirvanşahlar özlərinin Sasani hökmdarı Ənuşirəvanın (531-579) nəslindən olduqlarını iddia edirdilər (S.Aşurbəyli. Şirvanşahlar 

dövləti, s.293). Lakin Şirvanşahların “Əhsənüt-təvarix”in bu hissəsindəki şəcərəsi natamam və qüsurludur.  


90

 

 



 

Həmçinin bu il Mirzə Qaydu Kabildən və Qəzneyndən Herata gəldi. Şahrux padşah ona çox hörmət 

göstərdi. Bir müddət sonra o, yolunu azmış adamların təhriki ilə fərar etdi. Mirzə Baysunqur onun ardınca 

gedib, Evbeh

465

 qəsəbəsində ona çataraq yaxaladı və Herata gətirdi. Həzrət onun ölkəsini Mirzə Suyurqatmı-



şa lütf etdi. 

 

Həmçinin  bu  il  Şahrux  padşah  şaban  [ayının]  (03.09-01.10.1418)  əvvəllərində  yəqinlik  sahibi  olan 



övliyaların sultanı, Xorasanın bariz cah-calal taxtında oturan, cəddi Mustafadan sonra qazıların qazısı, babası 

Əliyyül-Mürtəzadan sonra qazilərin qazisi, cinlərin və insanların imamı Sultan Əbül-Həsən Əli ibn Musa ər-

Rzanın,  həqiqətən  də,  arzular Kəbəsi  olan  və səmavi  mələklərin  təvaf

466


 etdiyi [məqbərəsini]  ziyarət  etmək 

əzmi  göstərdi və özünün dərya kimi dərin xatirində qərar verdiyi tərzdə o müqəddəs şəxsiyyətin rövzəsin-

467


 nurları müşahidə və sirləri mütaliə etdi, niyaz və ixlas şərtlərini zühura gətirdi, üç min misqal

468


 qızıl-

dan düzəldilmiş qəndili o həzrətin günbəzinin içindən asdı, layiq olanlara və ehtiyac sahiblərinə nəzirlərin və 

sədəqələrin verilməsinə işarə etdi. Böyük seyidlərə, islam qazılarına, bütün say-seçmə adamlara və sadə ca-

maata xeyli lütfkarlıq, qayğıkeşlik və hüsn-rəğbət göstərdi.  



Müxtəlif əhvalatlar 

Bu il elçi sifəti ilə Xətaya getmiş Ərdəşir Təvaçı

469

 çoxlu peşkəşlə Herata gəldi. 



Həmçinin  bu  il  Qara  Yusif  Türkmanın  və  Qara  Osman  Bayandurun  daha  öncə  Diyarbəkrdən  və 

Azərbaycandan gəlmiş elçilərinə səfər ayında (10.03-07.04.1418) geri dönmək icazəsi verildi.  

Həmçinin bu il Büraq-oğlan

470


, Uluğ bəyin dərgahına gəlib ehtiram gördü və öz diyarına qayıtdı. 

Yenə bu il Mirzə Səəd Vəqqas Azərbaycanda dünyadan köçdü. 



822-Cİ İLİN (28.01.1419 – 16.01.1420) HADİSƏLƏRİ HAQQINDA SÖHBƏT 

Qara Osman Bayandurun Pir Ömərlə müharibəsinin təsviri 

 

Bu il Pir Ömər cövşən geymiş bir dəstə igidlə hərəkət bayrağını Kəmax



471

 qalasına doğru yüksəltdi. 

O zaman o diyarın valisi olan Qara Osmanın oğlu Yaqub bəy savaş əzmi ilə qaladan çıxıb, döyüşdən və vu-

ruşdan sonra  əsir tutuldu. Pir Ömər onu Təbriz tərəfə göndərdi və özü Ərzincan tərəfə döndü. Sonra Qara 

Yusif  Türkmanın  yanına  yaxşı  danışıq  qabiliyyətinə  malik  qasidlər  göndərib  yardım  istədi.  Ona  görə  də 

Azərbaycan padşahı divan əmiri (əmiri-divan) Bayram bəyi, Baba Hacı bəy Gavərudini, Bayəzid bəy Ayin-

lünü və Əmir İlyas Hacılunu iyirmi min adlı-sanlı süvari ilə Qara Osmanı dəf etməkdə Pir Osmana kömək 

göstərmək üçün göndərdi. Adları çəkilən əmirlər güclü bir ordu ilə Mardin qışlağına yetişmək iradəsi ilə Ala-

dağa çatdılar. 

 

Pir Ömər bəy bu xəbəri eşitdikdən sonra çoxlu qoşunlarla Ərzincandan çıxıb əmirlərin yanına yollan-



dı ki, onlarla birlikdə Qara Osmanın üzərinə getsin. O, Tərcan vilayətinə daxil olan Humək

472


 mövqeyinə gə-

lib orada dayandı.  

 

O zaman Qara Osman öz oğulları ilə Mehrifər



473

 yaylağında idi. Onun qardaşı oğlu olan Həsənkeyf 

hakimi Piltən bəy onlar haqqında Qara Osmana xəbər göndərdi. Qara Osman yüksək şanlı əmirlərlə düşmə-

nin dəfi barəsində məşvərət təşkil etdi. Əmirlərdən bəziləri belə ərz etdilər: 

 

- Hərçənd bu gün onların əli bizə çatmaz. Amma sabahkı günün fikrini çəkmək və sabahın üzünü bu 



günün aynasında görmək gərəkdir. Yaxşısı budur ki, iki firqənin qarşılaşmasından və iki tərəfin üzləşməsin-

                                                 

465

 Evbeh (və ya Obe, Oba, Uba) – Herat yaxınlığında bir kənddir (Seddon, şərhlər, s.220). 



466

 Təvaf – müsəlmanların Kəbə evinin və digər müqəddəs məkanların ətrafında dövrə vuraraq yerinə yetirdikləri ziyarət mərasimi. 

467

 Rövzə (ər. “bağça”) – müqəddəs şəxslərin məqbərələri bəzən bu adla xatırlanırlar. 



468

 Paris nüsxəsi: “6 min misqal”. Misqal – 4,68 qrama bərabər çəki vahidi.  

469

 Nuruosmaniyyə nüsxəsi: “Ərdəşir Tuğaçı”. 



470

 Mətndə dəfələrlə təkrar edilən Büraq adını Baraq şəklində də oxumaq mümkündür. 

471

 Kəmax – Ərzincandan cənub-qərbdə, Fərat çayının sol sahilində tarixi qala və yaşayış məskəni. 



472

 İndiki Kiğıya bağlı Hubik kəndi (Öztürk, şərhlər, s.121). 

473

 Qara Yülük Osman bəyin bu məşhur yaylağının harada olduğu dəqiq bilinmir. Bu yaylağın Erqani ilə Hazar gölü arasında yer-



ləşdiyi ehtimal olunur (Öztürk, şərhlər, s.121).  


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə