HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə56/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   52   53   54   55   56   57   58   59   ...   337

93

 

 



Nəzm 

“Ordu sel kimi yola düşdü

O dalğada dəvələr yığın-yığın”. 

 

Mavəraünnəhrdən savayı bütün ölkə ərazisinin böyüklərindən, əyan-əşrəfindən və sipahilərindən iba-



rət olan və tacik sərdarın başçılıq etdiyi on beş min say-seçmə süvari və piyada hazır etdilər ki, məvacib alan 

qoşunlarla  birlikdə  [hökmdarı]  müşayiət  etsinlər.  Müzəffər  bayraqlar  Cam  qəsəbəsindən  keçib  Dizbad

484

 

mövqeyində dayandılar və qalibiyyətli qoşun Nişapur otlağında ov etdi. 



 

Mirzə  Baysunqur  cəsarətli  cavanlarla  qabaqcadan  yola  düşdü.  Şəvval  [ayının]  10-da  (30.10.1419) 

Damğan

485


 ətrafında cah-calalla dayandı. Əvvəllər Mazandaranda olan, əjdahaya bənzər xortumlarının dəh-

şəti ilə fələyin əjdahasını başını quyruğunun altında gizlətməyə məcbur edən və öz həmlələrinin qorxusu ilə 

asimanın aslanının pəncəsini yerə salan, 

Nəzm 


“Bulud rəngli, səba sürətli, fələk qüvvətli, 

Dağ şəkilli, yer kimi yük götürən, zaman kimi cəld. 

İmranın Musası

486


 kimi düşməni qəhr edən, 

Hər biri düşməni ilan kimi yerin dibinə soxan. 

Biri xortumundan qiyamət dəhşəti qoparan, 

Biri dişindən cəhənnəm əzabını göstərən” 

bir  neçə  dağ  görkəmli,  qana  susamış  fil  Nisa,  Əbivərd,  Səməlqan,  Cərməğan

487


,  Cürcan

488


 və  Mazandaran 

qoşunları ilə birlikdə fələk şövkətli orduya qoşuldular. Simnan ətrafında Fərah, Sistan, Qəndəhar, Qəzneyn, 

Kabil  və  Quhistan  qoşunları  orduya  qatıldılar.  Bu  yürüş  səbəbindən  cahanın  üzərindən  sakitlik  və  dinclik 

qalxdı. Amma inadkarlar o həzrətin qüdrətinin və zərərinin qorxusundan çəkinmədilər və qoşun toplamaqdan, 

silah hazırlamaqdan daşınmadılar. 

 

Zəfər qazanmağa adət etmiş ordu şəvval [ayının] 20-də (09.11.1419) Nəmək kəndindən keçib Vəra-



mində

489


 dayandı. O məqamda Mirzə İbrahim sultan Fars qoşunları və Mirzə Rüstəm İsfahan ordusu ilə bir-

likdə, Əmir Qanaşirin və Əmir Çakmak isə Yəzddən və Kirmandan [gəlib] hökmdarın məiyyətinə qoşuldular. 

Əmir Məsum Cagirlü çoxlu qoşunla Şəhriyar qalasından [çıxıb] qələbə şüarlı orduya daxil oldu. Təvaçılar bir 

neçə gün orduya baxış keçirdilər və yaxşı silahlanmış iki yüz min süvari saydılar.  

 

O  tərəfdən  Qara  Yusif  Türkmanın  səltənətinin  bünövrəsi  dağılmağa  üz  qoydu  və  xəstəlik  qoşunu 



onun bədəninin şəhristanını işğal etdi. Bir tərəfdən Şahrux padşah onu dəf etməyə yollanıb kin kəmərini beli-

nə bağlamışdı və digər tərəfdən Qara Osman onun ordusuna qalib gəlmişdi. Oğlu İsfahan mirzə Adilcevazda 

eyş-işrətlə və əyləncə məclisi ilə məşğul olub ona köməyə gəlmədi və digər oğlu Şah Məhəmməd mirzə Bağ-

dadda müxaliflik edib dedi ki, “atamın ağlı qalmamışdır”. Bunlara baxmayaraq, o, (yəni Qara Yusif) əsla tə-

nəzzül etmədi.  

 

Həmin zaman İraq (İraqi-Ərəb), Həmədan, Sultaniyyə, Tarom



490

 və Qəzvin vilayətləri onun hakimiy-

yəti  altında  idi.  Mirzə  Cahanşah  Sultaniyyədə,  Korkan  Alpavutla  Sərkan  Alpavut  isə  Həmədanda  idilər. 

Adamlarını göndərib [onlara] dedi:  

- Cağatay ordusundan qorxmayın. Çünki mən düşməni əzən qoşunlarla o diyara gəlməkdəyəm. Gə-

rək hüdudu qorumaq və sərhədi mühafizə etmək üçün elə səy göstərəsiniz ki, bundan daha artığını təsəvvür 

etmək mümkün olmasın. 

 

Əmir Şahməlik öz tərəfindən Payəndə adlı bir mülazimi Qara Yusif Türkmanın yanına göndərib belə 



bir ismarış verdi:  

                                                 

484

 İranda, Məşhəddən cənub-qərb tərəfdə Dizbadi-Bala (Yuxarı Dizbad) və Dizbadi-Payin (Aşağı Dizbad) adlı kəndlər vardır.  



485

 Damğan – İranın şimalında, Simnandan şimal-şərqdə yerləşən şəhər. 

486

 Musa peyğəmbər. 



487

 Cərməğan – Əbivərd yaxınlığında. 

488

 Cürcan (Gürgan) – İranda tarixi vilayət. Xəzər dənizinin cənub-şərq sahillərini əhatə edir.  



489

 Vəramin – Tehran yaxınlığındadır. 

490

 Tarom – Cənubi Azərbaycanda, Zəncanla Rəşt arasında bölgə. 




94

 

 



- Şahrux elə bir padşahdır ki, arzusuna və kamına çatacaqdır. O, Sahibqiranın varisidir. Əgər Sulta-

niyyə  qalasından  və  Qəzvindən əlini  çəksən,  biz  də  o  həzrətdən  xahiş  edərik  ki,  Azərbaycan  və  İraqi-Ərəb 

məmləkətini Rum və Şam sərhədinə qədər sənə versin və Herat tərəfə qayıtsın.  

Lakin o, bundan sonra da qətiyyən tənəzzül etmədi, elçini həbs etdirdi və artıq-əskik sözlər söylədi. 

Nəzm 

“Dedi ki, mən bu mülkü mübaliğəsiz surətdə



Tutmuşam dəbilqəni yaran qılıncım ilə. 

Sən də məndən onu ancaq qılıncla ala bilərsən, 

Əgər asanlıqla tuta bilsən, təəccüblənərəm. 

Nə tifil uşağam ki, bir kəsin təhdidindən qorxum, 

Bu təhdidə görə ayağımı bu işdən geri çəkim. 

Nə də bixəbər divanə deyiləm ki, 

Filosofun sözündən qorxub-çəkinim. 

Nə də ağciyər deyiləm ki, savaşdan qorxum, 

Savaşda ayağımın daşa dəyəcəyindən ehtiyat edim. 

Özüm padşah olduğum halda niyə kimsənin arxasınca gedim?! 

Mən aslanam, kimsənin arxasınca sülənən köpək deyiləm. 

Əgər bu həvəs üstündə başımı kəssələr belə, 

Nəfəsim var ikən bu sözləri deməkdən vaz keçmərəm”. 

 

Azərbaycan, Arran



491

 və Bağdad diyarının bölgələrindən çoxlu qoşun və saysız əsgər topladı və sa-

biq zamanlarda, keçmiş qərinələrdə hər nə toplamışdısa, onlara payladı. O, ənənəvi olmayan bir üsula əl atıb 

Təbriz vilayətindən piyada qoşun təşkil etdi və xəstəliyinin şiddəti üzündən kəcavədə oturub o tərəfə doğru 

yola çıxdı. Orduya baxış keçirdi. Günəşin zərrələri kimi çoxlu və ağacların yarpaqları kimi sonsuz idilər. Ha-

mısı ürəklərində qorxuya və cəsarətsizliyə yer olmayan növrəstə cavanlar idilər. 

Nəzm 

“Bu, elə bir qoşun idi ki, başdan-ayağa zirehə qərq olmuşdu, 



Dəmir dənizi kimi dalğalanmaqda idi. 

Qazan kimi hərb atəşindən qaynamaqda, 

Kin küləyindən dərya kimi gurlamaqda. 

Türk dilbərlərinin gözü kimi qan tökməkdə

Mərdlərin qanının qəsdi ilə kin qılıncını itiləməkdə”. 

 

Türkmanlar qarşıdurma və vuruşma iddiasında idilər və özlərinin Şahrux padşaha qarşı döyüşə bilə-



cəklərini  düşünürdülər.  [Qara  Yusif]  soyuğun  hücumuna,  oğullarının  və  əmirlərinin  təfriqəçiliyinə,  özünün 

xəstəliyə  tutulmasına  baxmayaraq,  döyüş  meydanına  tələsdi.  Ucanın  iki  fərsəxliyinə  çatdıqda  əcəl  qasidi 

(ölüm mələyi) özünü yetirdi və o, şahlıq taxtından tabut taxtasına minib, axirət mənzillərinin ilki olan qəbir 

yurduna daxil oldu

492



Nəzm 



“Hökumət büsatını qurmuşdu, 

Lakin həyat ona heç möhlət vermədi. 

Heç kəs belə qəribə şahmat oyunu görməyib, 

Bir tərəfdən şah görünür, digər tərəfdən mat”. 

 

Ordugahın ərazisi şahın mat olması ilə dağılan şahmat (şətrənc) büsatı kimi bir-birinə dəydi. Xeyli 



sayda yoxsul piyada vardı ki, fil görkəmli atlara mindilər və yetərincə padşahzadələr də vardı ki, dövlət atın-

dan piyada olub rəzalət torpağına üz qoydular. Alçaqların və əclafların qovğası ilə cəbbəxana və xəzinə kü-

lək kimi sovruldu. Nəfis cavahirat avaraların və lotu-potunun əlinə düşdü. Cah-calal sahiblərinin çadırlarına 

                                                 

491

 Arran – burada Azərbaycanın Kür və Araz çayları arasındakı əraziləri nəzərdə tutulur. 



492

 Həsənkeyf hakiminin Misir sultanına yazdığı məktuba əsaslanan Ə.Nəvai (Şərhlər, s.237) Qara Yusifin zəhərləndirilərək öldü-

yünü və bu işin hiyləgər və fırıldaqçı bir adam olan Əmir Şahməlikin casusları tərəfindən törədildiyini güman edir.    



Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə