HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə47/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   43   44   45   46   47   48   49   50   ...   337

75

 

 



Çünki o sərvərlik səmasının günəşi qəflətən öldü

Ölümün tarixi oldu “qəsdi-Təbriz” (“Təbrizin qəsdi”)”

383



 



İlkaniyyə (Cəlairi) sultanlarının dövləti süquta uğradı. Bu sülalədən bu minvalla dörd nəfər səltənət 

sürmüşdür: Əmir Şeyx Həsən Bozorg, Sultan Üveys, Sultan Hüseyn və Sultan Əhməd. Onların səltənətləri-

nin müddəti yetmiş dörd il olmuşdur. 

 

Sultan  Əhmədin  qətlindən  sonra  Sultan  Məhəmməd  ibn  Şahvələd  ibn  Şeyx  Əli  ibn  Sultan  Üveys 



Bağdadda qərar tutdu. O əsnada Qara Yusifin oğlu Şah Məhəmməd Ərbili

384


 ondan aldı. 

814-CÜ İLDƏ (25.04.1411 – 12.04.1412) BAŞ VERMİŞ HADİSƏLƏR HAQQINDA SÖHBƏT 

Rum diyarında baş vermiş hadisələr və Sultan Məhəmmədin Musa Çələbi ilə müharibə etməsi 

 

Bu il Sultan Məhəmməd istədi ki, qardaşı Musa Çələbinin üstünə getsin. Buna görə də Bayəzid paşa-



nı çağırıb dedi: 

 

- Çoxlu qoşunlarla bu bədkirdar zalımı dəf etmək üçün tələsmək lazımdır. Çünki iki qılınc bir qına 



sığmaz və bir yaydan iki ox atmaq olmaz. Gərək sudan keçid yeri tapasan ki, Ədirnəyə yollanaq.  

 

Buna  görə  də  əmirlər  məşvərətdən  sonra  Şahməlikin  məsləhəti  ilə  Qazı  Fəzlullanı  İstanbul  valisi-



nin

385


 yanına göndərib ondan gəmi istədilər və o diyarın hakimi onlar üçün çoxlu gəmi göndərdi. Musa Çələ-

bi bu xəbəri eşitdikdən sonra vilayəti tərk edib Las diyarına

386

 qaçdı. Əli bəy Evrenosoğlu və Əli bəy Mixal-



oğlu

387


, Musa Çələbidən üz döndərib, Sultan Məhəmmədə xidmətkarlıq ehramını bağlayaraq onun dərgahına 

tələsdilər. Buna görə də Musa Çələbi Las diyarında qərar tuta bilməyib başqa bir yerə getdi. Əksər əmirlər 

onun yanından fərar edib Sultan Məhəmmədə qoşuldular. Belə ki, axtaçıdan başqa onun xidmətində heç kəs 

qalmadı. Sultan Məhəmməd Ədirnədən keçib Sofiyaya

388

 gəldi. Musa Çələbi igidlik  meydanının bahadırla-



rından ibarət bir dəstə ilə sultanın qarşısında səf çəkdi. Mərd igidlər və savaş meydanının bahadırları bir-biri-

nə qarışdılar və bir-birinin başına qılınc (“tiğü-şəmşir”) vurdular. İti qılıncların gövhərləri adlı-sanlı igidlərin 

qanından qırmızı yaqut rəngini aldılar, atəş yağdıran oxlar isə güclü sərkərdələrin ürəyinin yanğısından Bə-

dəxşan


389

 ləlinin rənginə döndülər. Meydanın tozu Fərqədan

390

 [ulduzlarının] başına qondu. 



Nəzm 

“Bəhmən kimi heybətli süvarilərin tozundan, 

Yer göyə qalxdı, göy yerə endi. 

O tozanaqda, cahanı gəzən atlar, 

Atəşin altındakı kül kimi görünməz oldu”. 

 

Axırda [Allahın] əbədi lütfü və sonsuz qayğısı Sultan Məhəmmədin halına şamil oldu. Musa Çələbi-



nin ordusu çini kasa kimi sınıb dağıldı, onun özü isə fərar yolunu tutdu. Sultan Məhəmmədin ordusu onu tə-

qib edib əksər mülazimlərini itinəfəs qılıncın zərbəsi ilə gedər-gəlməzə göndərdilər. Qaçış əsnasında əzəmət-

li Tanrının təqdiri ilə Musa Çələbinin atı palçığa batdı. Onun atını təqib edən Saruca adlı qulam onu tutub 

Sultan Məhəmmədin hüzuruna gətirdi və onun fərmanı ilə öldürüldü. Onun mülazimlərinin əksəri aləmin ət-

                                                 

383


 Burada tarix əbcəd hesabı ilə göstərilmişdir. Əbcəd – klassik ədəbiyyatda sayları ifadə etmək üçün rəqəmlərdən savayı, bəzən 

hərflərdən də istifadə olunur və bu hesablama üsuluna “əbcəd hesabı” deyilir. Əbcəd hesabına əsasən, ərəb əlifbasına daxil olan 28 

hərfin hər biri müəyyən bir ədədi ifadə edir. Əbcəd hesabından ayrı-ayrı şəxslərin təvəllüdü və vəfatını, əsərlərin yazıldığı və ya bit-

diyi ili, əlamətdar hadisələrin tarixini göstərmək üçün poeziyada istifadə olunmuşdur. “Qəsdi-Təbriz” = 813 h.  

384

 Ərbil – Şimali İraqda, Böyük və Kiçik Zab çayları arasında yerləşən şəhər. 



385

 İstanbul valisi adı altında Bizans imperatoru II Manuil nəzərdə tutulmuşdur (Nəvai, şərhlər, s.189).  

386

 Las (Laz) diyarı – Lazar Qrilyanoviçin və övladlarının hakimiyyəti altında olan Serbiya torpaqları nəzərdə tutulur. 



387

 Türklərin Kosa Mixal adlandırdıqları Mixail adlı bir yunan sərkərdəsi Osmanlı dövlətinin banisi Osman Qazi zamanında islamı 

qəbul etmiş və onun nəslindən olanlar Mixaloğlu adı ilə tanınaraq Osmanlı dövlətində yüksək mənsəblər daşımışlar (Nəvai, şərhlər, 

s.189). 

388


 Sofiya – indiki Bolqarıstan Respublikasının paytaxtı. 

389


 Bədəxşan – indiki Tacikistanın şərqini və Əfqanıstanın şimal-şərqini əhatə edən tarixi vilayət. Qiymətli qırmızı yaqut (ləl) mə-

dənləri ilə məşhur olan bu vilayətin adı klassik Şərq ədəbiyyatında dönə-dönə tərənnüm olunmuşdur. 

390

 Fərqədan ulduzları – Şimal qütbünə yaxın, Kiçik Ayı bürcündə iki parlaq ulduz. 




76

 

 



rafına və yan-yörəsinə təfriqə və pərakəndə oldular. Əzəb bəy Əflaq hakiminə pənah apardı. Simavna qazı-

391



 ilə Məhəmməd bəy Mixaloğlu isə əsir tutuldular. Sultan Məhəmməd bütün Rumeli vilayətini ələ keçirdi. 

Məhəmməd bəy Qaramanoğlunun Bursa şəhərini mühasirə etməsi haqqında söhbət 

 

Sultan Məhəmmədin Musa Çələbinin üstünə getdiyi zaman Qaramanoğlu da müxaliflik edib hərəkət 



bayrağını Bursaya doğru qaldırdı. Yol əsnasında Sivrihisarı

392


 (“Hisari-Sivri”) ələ keçirib Bursa ətrafına gəl-

di. 


 

Hacı Əvəz paşa şəhərətrafı bölgələrin (bölükat) əhalisini şəhərə gətirdi və qala müdafiəsi ləvazimatı-

nı mükəmməl bir tərzdə tərtib etdi. O əsnada Qaramanoğlu izdihamlı ordu ilə qalanı bir mərkəz kimi dövrəyə 

alıb bütün şəhəri yandırdı və xəndəyə su buraxdı. Əvəz paşa içəridən lağım vurub suyu başqa bir tərəfə yö-

nəltdi. O əsnada xəbər gətirdilər ki, Musa Çələbinin cəsədini Bursadakı əcdadlarının məqbərəsində dəfn et-

mək üçün Kaplucaya (“Qapuluca”) gətirmişlər. Ona görə də Qaramanoğlunun ürəyini tamamilə qorxu bürü-

dü. O, Bursanın ətrafından köçüb öz diyarına tərəf fərar etdi. Yanında olan nədimi ona dedi: 

 

- Biz Rum padşahının ölüsündən belə qaçırıqsa, onun dirisi gəlsəydi bizim halımız nə cür olacaqdı? 



 

Məhəmməd bəy Qaramanoğlunun müxalifliyi xəbəri Sultan Məhəmmədə çatdıqda çoxlu ordu və as-

lan ovlayan igidlərlə, İsfəndiyaroğlu və Gərmiyan

393


 valisi ilə birlikdə Qaraman diyarına yönəldi. Akşehir

394


 

(Ağşəhər) ətrafı Bəhram kimi qəhredici qoşunların dayanacaq yerinə çevrildikdə  qalibiyyətli qoşun (çərik) 

bir  həmlədə  o  şəhəri  ələ  keçirdi.  O  şəhərin  fəthindən  sonra  Konya  tərəfə  yollandı.  O  tərəfdən  Məhəmməd 

bəy cürət edib, savaş meydanına qədəm qoyaraq çox döyüşdü. Axırda üləmanın məsləhəti ilə iki tərəfin kin-

küdurəti sülh və səfa ilə əvəzləndi. [Məhəmməd bəy Qaramanoğlu] Bəyşəhri, Sivrihisarı və Nigdeni

395


 ona 

təslim etdi. 

 

Sultan  bəxşiş  caməxanasından  (qarderobundan)  onun  qabiliyyət  qamətinə  ənam  və  ehsan  bəxşişi 



geydirdikdən sonra öz diyarına yola düşdü. Beləliklə, Sultan Məhəmməd Bursaya qayıtdı. 

Müxtəlif əhvalatlar 

 

Həmçinin bu il Şahvələd oğlu Sultan Məhəmməd Bağdad valisi idi. Əmisindən sonra onunla yaxın-



ları arasında ixtilaf çıxdı

396


. Bu vaxt Qara Yusif oğlu Şah Məhəmməd Ərbildə idi. O, Bağdaddakı pərişanlığı 

eşitdikdən sonra oraya sürətli yürüş edib gözlənilmədən Suqüs-sultan (Sultan bazarı) darvazasına gəldi. Tale 

elə gətirdi ki, Sultan Əhməd dövründə [Bağdadın] daruğası

397


 olmuş Əmir Bəxşeyiş həmin vaxt Sultan [Mə-

həmməd] tərəfindən oranın şihnəsi

398

 olan Əbdürrəhim Məllahı qətlə yetirdi və orada çaxnaşma baş qaldırdı. 



Sultan Məhəmməd Şüştərə qaçdı və Bağdad şəhəri Şah Məhəmmədin əlinə keçdi. 

 

Həmçinin bu il Mirzə Rüstəm Təbrizə gəldi. Qara Yusif ona böyük hörmət və ehtiram göstərdi. Onu 



İraqa göndərmək üçün Marağaya getdi və onunla oradan çoxlu qoşun yolladı. 

 

Bu il Dəşti-Qıpçaq padşahının elçiləri və Şirvandan Əmir Şeyx İbrahimin nümayəndələri Şahrux sul-



tanın dərgahına gəldilər. 

                                                 

391

 Simavna qazısı adı altında Qazı Bədrəddin Mahmud nəzərdə tutulmuşdur. Simanva – Anadoluda, Kütahya əyalətində bir şəhər-



dir (Nəvai, şərhlər, s.190).   

392


 Sivrihisar – Ankara ilə Eskişehir arasındadır. 

393


 Gərmiyan – XIII əsrin sonlarında Kütahya və ətrafında qurulmuş türk bəyliyi (M.Ç.Varlık. Germiyanoğulları // TDVİA, cilt: 14, 

yıl: 1996, s.33-35). 

394


 Akşehir – Konyadan şimal-qərbdə yerləşən şəhər. 

395


 Beyşehir – Konyadan qərbdə yerləşən Beyşehir gölünün cənub-şərq sahilində şəhər; Niğde – Konyadan şərqdə və Kayseridən 

cənub-qərbdə yerləşən şəhər. 

396

 “Mətləüs-səədeyn”ə görə, Sultan Əhmədin ölümündən sonra şahzadə Vələd ibn şahzadə Şeyx Əli ibn Sultan Üveysin övladları 



Sultan  Məhəmməd  və  Sultan  Üveys  Bağdadın  hakimi  oldular  və  onların  arasında  böyük  bir  ixtilaf  meydana  gəldi  (Nəvai,  şərhlər, 

s.192). 

397


 Daruğa  –  moğolca  “rəis”  deməkdir.  Şəhər  idarəçiliyinin  başında  duran  məmur  “daruğa”  adlanırdı.  Daruğa  şəhərin  inzibati  və 

hərbi-siyasi rəhbəri sayılırdı. Onun ixtiyarında silahlı dəstələr olurdu. Bundan əlavə, bazar daruğası, dəftərxana daruğası, mühasibat 

daruğası, fərraşxana daruğası kimi vəzifələr də vardı (bax: V.F.Minorsky. “Tadhkirat al-Muluk”: A Manual of Safavid Administra-

tion  circa  1137  /  1725.  London,  1943,  p.141;    Ş.K.Məmmədova.  “Xülasətüt-təvarix”  Azərbaycan  tarixinin  mənbəyi  kimi,  s.55; 

М.Х.Гейдаров. Социально-экономические отношения, с.84-85,132; З.Г.Байрамов. Местное и городское управление, с.17-19). 

398


 Şihnə – bugünkü deyimlə polis rəisi anlayışına uyğun gəlir. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə