HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə46/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   42   43   44   45   46   47   48   49   ...   337

73

 

 



və hökmdarın məiyyəti səhranın qumundan daha artıq sayda bir ordu ilə Mavəraünnəhrə doğru hərəkətə gəl-

di. 


Nəzm 

“Kin ahəngi ilə ölkə fəth edən şah

Səadət atını yerindən oynatdı. 

O, döyüş çölündə qaldırdığı tozla, 

Səmanı ağırlaşdırıb yerə vurdu”. 

 

Şahrux padşahın hərəkətindən xəbər tutan kimi Əmir Şeyx Nurəddin Səmərqənd ətrafından çay qıra-



ğına  yollandı.  Əmir  Şahməlik  şəhərin  süvarilərini  və  piyadalarını toplayıb  əzəmətli  orduya  yollandı.  Əmir 

Şeyx Nurəddin qəflətən o güclü qoşuna həmlə edib, onları pərən-pərən salaraq istilaçılıq bayrağını yüksəltdi. 

Nəzm 

“Asimandan gələn bir bəla kimi



Çökdü onların üstünə qəflətən”. 

 

Əmir Şahməlik pərişan və bədhal vəziyyətdə müzəffər orduya çatdı və yol əsnasında Mirzə Əhməd 



Mirək beş yüz süvari ilə ona qoşuldu. Onlar birlikdə aləmin pənahı olan dərgaha gəldilər. 

 

Əmir Şeyx Nurəddin qəzəb və kinlə qələbəyə yaxın olan ordunun qarşısına çıxdı. Şənbə günü, sözü-



gedən ilin rəbiüləvvəl [ayının] 9-da (12.07.1410) Qızıl-Ribat ətrafında böyük bir döyüş baş verdi. Əmir Xu-

dadadın bir oğlu müxaliflər tərəfində mərdliklə döyüşürdü. Mirzə Əhməd Mirək irəli gedib onu qovdu. Şah-

rux padşah qorçularla birlikdə həmlə etdi. 

Nəzm 


“Cilvəyə gətirdi qara atını, 

Kəskin bir atəşi alovlandırdı. 

Kükrəyən bir aslan kimi şan-şövkət ilə

Meydana daxil oldu igid cəngavər”. 

 

Əmir Şeyx Nurəddin fərar yolunu tutdu. Qələbə şüarlı qoşunlar o yaramaz qövümdən bir çoxlarını 



əsir edib, kama çatmış padşahın dərgahına gətirdilər. Onların bir qismi cəzaya (edama) layiq olsa da, o həzrət 

mərhəmətinin bolluğu üzündən hamısına rəhm etdi və qayıdış bayrağını Herata doğru qaldırdı. 



Fars və İraq bölgələrində baş vermiş hadisələr və Mirzə Rüstəmin Mirzə İsgəndərlə müharibə etməsi 

haqqında söhbət 

 

Bu il Mirzə İsgəndər Şirazdan İraqa yönəldi. O, Əmir Əbdüssəmədi və Əmir Sədiqi bir dəstə süvari 



ilə İsfahana yolladı. Onlar Vərzənə qəsəbəsini zəbt etdilər. Mirzə Rüstəm qoşun və məiyyətlə qalanı mühasi-

rəyə aldı. Mirzə İsgəndər, Əmir Tüləklə Əmir Yusif Cəlili mühasirədəkilərin köməyinə göndərdi. Bu xəbəri 

eşidən Mirzə Rüstəm dərhal ata minib onların üzərinə sürətli yürüş etdi. Əmirlər son dərəcə iztirabla özlərini 

xaraba Dəstcərd qalasına saldılar. 

 

Bu əsnada [Mirzə Rüstəm] Bayqara ilə birlikdə Dəstcərdə yönəldi. O zaman Mirzə İsgəndər sürətli 



yürüş edərək ali mənşəli şahzadələrə çatdı və döyüşə başladı. Dava-dalaşdan sonra Mirzə Rüstəm qaçış yolu-

nu tutub can qorxusundan özünü İsfahana yetirdi. Mirzə İsgəndər məiyyət və ordu ilə Atəşgah mövqeyində 

dayandı. 

 

Mirzə Rüstəm, Xəlil sultanın



376

 yanına elçilər göndərib ondan yardım istədi. Ona görə də Xəlil sultan 

bir  dəstə  igidlə  İsfahana  gəldi.  Bir  neçə  gündən  sonra  Mirzə  Rüstəm  öz  gücsüzlüyü  üzündən  İsfahanı  tərk 

edib Azərbaycana yola düşdü. Mirzə İsgəndər onu təqib etmək üçün bir dəstə göndərdi. Onlar Quma

377

 qədər 


getsələr də, onun tozuna belə çata bilmədilər. Xəlil sultan İsfahanı zəbt etdi. O əsnada Şul (Şulistan)

378


 ca-

maatından  və  kürdlərdən ibarət  bir  dəstə  Mirzə  İsgəndərin  izni  olmadan  köç  etdi.  Mirzə  İsgəndər  də  naçar 

                                                 

376


 Xəlil sultan – Mirzə Miranşahın oğlu idi. O, Şahruxun əmrinə əsasən, atasının mülkünə sahib çıxmaq üçün on minlik qoşunla 

İraqi-Əcəm və Azərbaycan üzərinə göndərilmiş və Reydə yerləşmişdi (Nəvai, şərhlər, s.186). 

377

 Qum – İranda, Tehrandan cənub-qərb tərəfdə şəhər. 



378

 Şulistan – Fars vilayətinin bir bölgəsidir. Şirazdan şimal-qərbdə yerləşir (Seddon, şərhlər, s.219). 




74

 

 



qalıb, qalanın ətrafından qalxaraq Şiraza yönəldi. Xəlil sultan İsfahanda qıtlıq baş qaldırdığı üçün Rey tərəfə 

yola düşdü. 



Müxtəlif əhvalatlar 

 

Bu il Mirzə Rüstəm Təbrizə gəldi. Qara Yusif ona böyük hörmət göstərdi. 



 

Həmçinin bu il Əmir Edigenin elçisi Dəşti-Qıpçaqdan üfüqlər padşahı Şahrux sultanın dərgahına gəl-

di. Həmçinin Şirvan padşahının elçisi də Herata gəldi. O həzrət onlara ehtiram göstərib geri qayıtmaq üçün 

icazə verdi. 



Ölümlər 

 

Padşah Sultan Əhməd ibn Sultan Üveys ibn Şeyx Həsən Bozorg ibn Əmir Hüseyn Gürkan ibn Əmir 



Ağbuğa ibn İlka Noyan Cəlair [bu il öldü]. Sultan Əhməd zalım, qorxusuz, fitnəkar və qantökən bir padşah 

idi. Daşürəkli olması ilə tanınmış, rəhmsizliyi ilə məşhurlaşmışdı. Dost və düşmən ondan qorxardı. Onun gö-

zündə doğma və yad eyni idi. Elmlərdən xəbərdar idi və musiqidə sənət sahiblərinin öndəgedəni idi. Beyni-

nin kütlüyü əməlində peyda və düşüncəsinin azlığı hərəkətlərindən və davranışlarından aşkar olurdu. 

Nəzm 

“Tiryəkdən pozulmuş bir beyni vardı, 



O üzdən də sözü və əməli xoşagəlməz idi. 

Əməli ağıl tövründən uzaq idi

Sözündə dürüstlük yox idi”. 

 

Tiryəkə düşkünlüyü və dəliliyinin çoxluğu ucbatından əmirləri və dövlət ərkanını yeri gəldi-gəlmədi 



qətlə  yetirərdi.  Saqqalsızların,  saz  əhlinin  və  xoş  avazlı  oxuyanların  söhbətinə  böyük  meyli  vardı.  Amma 

rəml


379

 elmində əvəzsiz idi. Rumi türkcəsindəki tarix əsərlərində qeyd edilmişdir ki, Sultan Əhməd, İldırım 

Bayəzidə pənah aparan zaman Rum padşahı ondan özü ilə Sahibqiran Əmir Teymur Kürəkan arasında nə baş 

verəcəyinə dair rəml çəkməsini istəmişdi. Sultan Əhməd rəml atdıqdan sonra dedi: “Hər ikiniz kiçik bir xal-

çaya oturub, iki dəfə qatıq yeyəcəksiniz”. Sultanın dediyi kimi də oldu

380


. Xoca Hafiz Şirazi, Sultan Əhmə-

din mədhi haqqında belə deyir: 

Nəzm 

“Allahın sevimlisi, ədalətli sultan, 



İlkani Həsən oğlu Şeyx Üveysin övladı Əhməd. 

Ay əgər sənsiz doğarsa, onu ikiyə bölərlər

Sən Əhmədinin

381


 dövləti ilə Tanrının möcüzəsisən”. 

 

 Səltənət  müddəti  otuz  iki  il  idi



382

.  Məmləkəti  bəzi  vaxtlarda  Azərbaycan,  bəzi  vaxtlarda  isə  İraqi-

Ərəb idi. Amma əksər zamanlarda Sahibqiran Əmir Teymur Kürəkanın qaniçən qılıncının qorxusundan ca-

hanın ətrafında heyran və sərgərdan gəzirdi. Öz səltənəti əyyamında dörd döyüş etmişdi: ilk vuruşması Adil 

ağa ilə, ikincisi şahzadə Pir Əli ilə, üçüncüsü Naxçıvanın şoranlığında Teymur Kürəkanın əmirləri ilə, dör-

düncüsü isə Şənbi-Qazanda Qara Yusiflə olmuşdur. Bütün bu döyüşlərdə məğlubiyyətə uğramışdır. 

 

Sultanın qətli xəbəri Şahrux padşaha çatdıqda, illərlə sultanın xidmətində olmuş xanəndə Xoca Əb-



dülqadiri çağırıb dedi: 

 

- Sultan Əhmədin qətli barəsində nə söylərsən? 



 

Xoca bu rübaini nəğməyə çəkib dilə gətirdi: 

Nəzm 

“Əbdülqadir, gözündən hər dəm qan axıt, 



Cəfakar çərxi-fələklə daha dalaşma. 

                                                 

379

 Rəml elmi – qum üzərində fala baxmaq üsuludur. 



380

 Bilindiyi kimi, 1402-ci ildə Ankara döyüşündə Əmir Teymur, İldırım Bayəzidə qalib gələrək onu əsir aldı. 

381

 Məhəmməd peyğəmbər nəzərdə tutulur. 



382

 Əsərin  son  Tehran  çapının  bu  hissəsində  (s.187)  naqislik  vardır.  Belə  ki,  orada  İldırım  Bayəzidlə  Sultan  Əhmədin  söhbəti  və 

Hafiz Şirazinin bu şeiri yer almamışdır. 



Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə