65
əhd-peyman bağladıqdan sonra cahan padşahının hüzuruna gəlib növbənöv şahanə mərhəmətlə şərəfləndiril-
di. O həzrət Mavəraünnəhr və Türküstan vilayətinin idarəçiliyini hörmətli və səadətli oğlu Mirzə Uluğ bəyə
verdi, Hisrari-Şadman
336
hakimliyini Mirzə Məhəmməd Cahangirə
337
, Qəndəhar
338
, Kabil və Qəzneyn ha-
kimliyini Mirzə Qaydu ibn Mirzə Pir Məhəmməd ibn Cahangirə lütf etdi və şaban [ayının] 11-də
(19.12.1409) gəlişinin kölgəsini Herat şəhərinin üzərinə saldı.
Mirzə Ömərşeyxin oğlu Mirzə Pir Məhəmmədin öldürülməsi haqqında söhbət
Bu il Mirzə Pir Məhəmməd Kirmana gedərkən, Düçahə
339
mövqeyində onun təbiblik mərtəbəsindən
əmirlik dərəcəsinə çatdırdığı çirkin Hüseyn Şərbətdar bir dəstə qorxusuz adamla Mirzə Pir Məhəmmədin
üzərinə tökülüb onu qətlə yetirdi. Mirzə İsgəndər həmin zaman can qorxusundan Şiraza yollandı və iki gün-
dən sonra uğur və bəxtiyarlıqla Səadət darvazasından keçib, Əmir Teymur Xocanın evinə gedərək hadisəni
ona danışdı. Şəhərdə olan əmirlər bu hərəkətin səbəbkarının Mirzə İsgəndər olduğunu güman etdilər. Lakin
həqiqəti öyrəndikdən sonra onu səltənətə oturtdular. Hüseyn Şərbətdar öz qardaşı Xoca Əlini Mirzə İsgəndə-
ri öldürməyə göndərdi. [Məlum oldu ki], o, Şiraz tərəfə getmişdir. Hüseyn Şərbətdar bir dəstə yaramazla Şi-
razın ətrafına gəldi. Səhərdən axşama qədər şəhərlilərə müqavimət edib Murdəstan məhəlləsində bazar nəza-
rətçisi Əlaəddin Məhəmməddən pərişanedici sözlər eşitdi. Şam namazı vaxtı əmirlər o natamamdan üz çevir-
dilər. Ertəsi gün o qəddar fərar yolunu tutdu. Fərar əsnasında Əmir Sədiqin əlinə düşdü. Onu böyük bir rüs-
vayçılıqla bir öküzün üzərinə mindirib Şiraza gətirdilər. Mirzə İsgəndər ondan soruşdu ki, “qardaşımı niyə
öldürdün?”. Cavab verdi ki, “onu öldürməyim sənin üçün pis olmadı”. Mirzə İsgəndər öz əli ilə onun sağ gö-
zünü hədəqəsindən çıxardı və onun göstərişi ilə o nifaq əhlinin başçısını çomaq zərbəsi ilə həlak edərək başı-
nı İsfahana göndərdilər.
İraq diyarında baş vermiş hadisələr haqqında söhbət
Bu il Qara Yusif Türkman, Sultan Mötəsim ibn Sultan Zeynəddini Qazı Əhməd Saidi və Əmir Bis-
tamla bərabər tam qələbəlik bir qoşunla İraq və Fars şəhərlərini almağa göndərdi. Mirzə Pir Məhəmmədin
oğlu Mirzə Ömərşeyx, Əmir Səid Barlas, Əmir Çolbanşah və digərləri ordu ilə döyüşmək və vuruşmaq üçün
İsfahandan onları qarşılamağa çıxdılar. Lakin döyüşmədən Yəzd tərəfə yüyən çevirdilər. Mirzə Ömərşeyx
əmirlərdən ayrılıb Köşki-zərdə
340
Mirzə İsgəndərə qoşuldu. O iki xoşbəxt bir-biri ilə ittifaqda [düşmənlərini]
qarşılamağa tələsdilər. Atəşgah
341
ətrafında iki ordu qarşılaşdı. Hər iki tərəf qılınclara və nizələrə əl atdı.
Nəzm
“Götürdülər parlaq qılıncı ələ,
Qol açdılar sərxoş şirlər kimi.
Hiddətlə atlarını çapdılar,
Bir anda bir-birilərinə cumdular”.
Dava-dalaş əsnasında Şiraz əyanları ordunun səfini viran qoyub Sultan Mötəsimin qoşununa birləşdi-
lər. Ona görə də onlar cəsarətlənib hamısı birdən həmlə etdilər. Mərkəzə yaxınlaşdılar. Mirzə İsgəndər erkək
aslan (şiri-nər) kimi onların üzərinə atıldı. Sultan Mötəsim ona tab gətirməyib qaçmağa üz qoydu. Mirzə İs-
gəndərin igidləri qılınc və xəncər zərbəsi ilə Məhəmməd Müzəffərin xanədanından tüstü çıxardılar
342
. Azər-
baycanın və İraqın əksər əmirləri əsir alındılar, bəziləri isə həlak torpağı üzərinə düşdülər.
336
Hisari-Şadman – müasir Tacikistan Respublikası ərazisində, Kafirnihan çayının yuxarı axarları yaxınlığında şəhər. Bəzən sadə-
cə olaraq Hisar adlanırdı.
337
Məhəmməd Cahangir – Əmir Teymurun oğlu Mirzə Məhəmməd sultanın oğludur (Nəvai, şərhlər, s.167).
338
Qəndəhar – müasir Əfqanıstanın cənubunda, Ərqəndab çayının sol sahilində yerləşən şəhərdir və orta əsrlərdə İrandan Hindista-
na gedən ticarət yolu üzərindəki mühüm bir məntəqə idi.
339
Düçahə (Düçahi) – Kirmandan qərbdə, Sircan şəhərindən şimaldadır.
340
Köşki-zər (Qızıl köşk), Qəsri-zər (Qızıl qəsr) və ya Köşki-zərd (Sarı köşk), Qəsri-zərd (Sarı qəsr) – Şirazın 24 fərsəx şimalında
kənd (Nəvai, şərhlər, s.628).
341
Atəşgah – Nəcəfabaddan İsfahana gedən yolun üzərində yerləşir. Burada alçaq bir dağın təpəsində hələ də atəşgah qalıqları gö-
rülməkdədir (Nəvai, şərhlər, s.169).
342
Məhəmməd Müzəffər – XIV əsrdə Cənubi və Qərbi İranda hökm sürən Müzəffərilər xanədanının banisidir. Sultan Mötəsim
onun sülaləsindən idi.
66
Nəzm
“Baş və bədən bir-birindən ayrılmış qılıncla,
O meydanda düşürülmüş baş amansızlıqla.
Bütün qılınclar qərq olmuş qırmızı qana,
Su dənizindən atəş tökülmüş”.
Sultan Mötəsim məiyyət və qoşunla İsfahan tərəfə qaçdı. İstədi ki, atını arxdan atlatsın. Cüssəsi bö-
yük olduğundan arxası üstə yıxıldı və bir bahadır başını bədənindən ayırdı. Onun fitnə atəşi söndü.
Əmir Bis-
tam böyük bir kədərlə Rey tərəfə fərar etdi. Qazı Əhməd Saidi təəssüb boyunduruğunu boynuna salıb, orta-
bab və yoxsul rəiyyətlə birlikdə öz dar düşüncəsinə əsaslanan böyük iddiaları qarşısına məqsəd qoydu. Hər-
çənd Mirzə İsgəndər o nadan cahilin yanına yaxşı nitq qabiliyyətinə malik adamlar göndərib onu itaət və ta-
beçiliyə dəvət etsə də, faydası olmadı. Bu səbəbdən Mirzə İsgəndər həmin yay ta payızın ortasına kimi şəhə-
rin ətrafında oturdu.
Bu əsnada Şahrux padşahın fərmanı ilə Mirzə Rüstəm məiyyət və ordu ilə İsfahana gəlib çatdı. Ona
görə də Mirzə İsgəndər İsfahan ətrafından köç edib Yəzdi tutduqdan sonra Şiraza yola düşdü.
Sultan Əhməd Cəlairin əhvalı haqqında söhbət
Bu il Sultan Əhməd Cəlairin zatının cövhərinə xəstəlik mübtəla oldu. Təbiblərin məsləhəti ilə o,
Bağdaddan çıxıb hərəkət bayrağını Üveys-Qərn yaylağına doğru qaldırdı. Orada onun xəstəliyi sağaldı. Eşit-
di ki, Bistam Cagirlü İsfahana getmişdir. Fürsəti qənimət bilib, Xurşah Dərcüzini ilə birlikdə Həmədandan
keçərək Sultaniyyə çəmənində dayandı.
Bu əsnada xəbər gəldi ki, Veys adlı birisi sultanın oğlu olduğunu iddia edərək səltənət iddiası edir.
Ona görə də [Sultan Əhməd] tam sürətlə Bağdad tərəfə yürüş edib, fitnənin xəmir mayası olan bir dəstə ada-
mı tutaraq məhbus etdi.
Qara Yusif Türkmanla Qara Osman Türkmanın müharibə etməsi haqqında söhbət
Qara Yusif Türkman bu il Məhəmməd Dəvati, Əmir Seyid Əhməd və Uzun Şəmsəddinlə birlikdə zə-
fərə yaxın olan
ordu ilə Muş
343
ətrafına gəlib özünün bargah çadırını günəşin və ayın zirvəsinə ucaltdı.
Nəzm
“O qədər çadır başını Sürəyyaya
344
qaldırdı ki,
Min asiman yer üzündə oldu peyda”.
O əsnada Mardin valisi Məlik Salehin qasidi dərgaha yetişib məruzə etdi ki, “Qara Osman Bayandur
bir dəstə inadkar süvari ilə Mardinə gəlməkdədir”. Qara Yusif dəniz kimi coşan və şimşək kimi gurlayan bir
ordu ilə Muş səhrasından Adilcevaza yönəldi. O tərəfdən də Qara Osman igidlərdən [ibarət] bir güruhla Qara
Yusifin önündə səf çəkdi. Hər iki tərəf zurna çaldı, şeypur və nağara səsləndirdi.
Nəzm
“Səsləndirdilər iki tərəfdən rəvan
bir tərzdə,
Sərvərlərin ordusu şeypur və nağara.
İki tərəf bir-birinə hücum çəkdi,
Qülzüm dənizi
345
kimi cuşa gəldilər”.
Şiddətli döyüşdən və vuruşdan sonra Qara Osman qaçış yolunu tutdu. Qara Yusif isə müzəffər ordu-
su ilə Mardinə yollandı. O diyarın sultanı şəhəri təslim etdi və onun tərəfdarlarının zümrəsinə daxil oldu.
Əmir Qara Yusif öz qızlarından birini ona nikahladı, onu mallarla təchiz etdi və onu Mosul
346
əyalətinə gön-
dərərək, o diyarı iqta
347
şəklində ona verib yola saldı. Orada Əmir Qara Yusifin bəzi nökərləri insafsızlıq
343
Muş (Muşabad) – Türkiyənin şərqində, Xınısdan cənubda və Əxlatdan qərbdə yerləşən şəhər.
344
Sürəyya – Üklər və ya Yeddiqardaş ulduzu.
345
Qülzüm dənizi – orta əsrlərdə müsəlman coğrafiyaçılarının Qırmızı dənizə, bəzi hallarda isə Xəzər dənizinə verdikləri ad.
346
Mosul – indiki İraqın şimalında, Dəclə çayı sahilində şəhər.
347
İqta (ərəbcə torpaq payı anlamındadır) – orta əsrlərdə müsəlman ölkələrində feodallara verilmiş şərti torpaq mülkiyyəti (daha ət-
raflı bax:
Z.M.Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, s.127-130).