58
Əmir Çolbanşah Barlası qoydu və Xoca Həsən Sərbəndiyə solu tutmağı tapşırdı. Mirzə Rüstəm bir dəstə səf
yaran bahadırla Fars ordusuna
289
həmlə etdi.
Nəzm
“Bir anda şeypur çaldılar,
Ordunun mərkəzinə hücum etdilər.
Döyüşçülər tam həşəmət və güclə,
Bir-birinə cumdular şir və pələng kimi”.
Döyüşdən və vuruşdan sonra İlahi lütfkarlıq yeli Mirzə Pir Məhəmmədin bayrağının pərçiminə əsdi.
Mirzə Rüstəm və Mirzə İsgəndər ağır məğlubiyyətə uğrayaraq Xorasan tərəfə fərar etdilər. Mirzə Pir Mə-
həmməd İsfahan hakimliyini öz oğlu Mirzə Ömərşeyxə verərək Şiraz tərəfə qayıtdı.
Mirzə Əbu-Bəkrin və Mirzə Miranşahın Qara Yusif Türkmanla müharibə etməsi haqqında söhbət
Bu il Mirzə Əbu-Bəkr eşitdi ki, Qara Yusif Türkman Azərbaycandan Sultaniyyəyə doğru yola çıx-
mışdır. O, Dərviş Quşçunu iki yüz süvari ilə Sultaniyyədə qoyub Dəmavəndə
290
yönəldi. Qara Yusif isə bir
dəstə bahadırla Sultaniyyəyə gəlib, o şəhərin rəiyyətini köçürərək Azərbaycana göndərdi.
O əsnada Sultan Üveysin
291
qızının oğlu olan Sultan Mötəsim ibn Sultan Zeynalabidin ibn Şah Şüca
hüzura gəldi. Qara Yusifin Təbrizə yönəldiyini eşidən Mirzə Əbu-Bəkr Sultaniyyəyə gəlib oradan Ərdəbilə
yola düşdü. O bölgəni də qarət edib, Marağanı da talayaraq mallar ələ keçirdikdən sonra Çəmçəmalda
292
qış-
laq etdi. Baharın əvvəllərində, gecə-gündüz bərabərliyi zamanı xəbər gəldi ki, Cavni Qurbanın əmirləri Nov-
ruz və Əbdürrəhman beş min süvari ilə Səmərqənd tərəfdən çıxıb, Xarəzm yolundan keçərək Astarabada gəl-
mişlər. [Mirzə Əbu-Bəkr] adamlar göndərib onları yanına çağırdı. Əmirlər Dərcəzin hüdudunda zəfərə yaxın
olan orduya qoşuldular. Baba Hacı Gavərud qalasından qeyri-məhdud bir qoşunla müzəffər orduya qatıldı.
Mirzə Əbu-Bəkr onların varlığına arxayın olub, cilovunu boşlayaraq köçhaköçlə qiyamət günü kimi Təbrizə
yönəldi.
O tərəfdən Qara Yusif Türkman arzusuna yetmiş və kamına çatmış halda tam qələbəliklə zilqədə
[ayının] 16-da (13.04.1408) Şənbi-Qazanda yerləşdi və öz ordusunun ətrafında xəndək qazdırdı. O, İraq
əmirlərini çağırıb dedi:
- Mən türkman qəbiləsindənəm. Mənim yaylağım Aladağ, qışlağım isə Diyarbəkr və Fərat sahilidir.
Səltənət işləri mənlik deyildir. İndi Mirzə Əbu-Bəkr döyüş və vuruş meydanına gəlməkdədir. Onun sizin
üzərinizdə çox haqqı var. Əgər onun tərəfinə getsəniz, qətiyyən mənim könlümə ağır gəlməz.
İraq əmirləri hamısı birlikdə başlarını itaətlə yerə qoyub dedilər:
- Biz bu xanədanın düşmənlərini dəf etmək üçün tabeçilik kəmərini canımızın ortasına bağlamışıq və
bu dövlətin düşmənlərini iti qılınc zərbəsi ilə məğlub edəcəyik.
Nəzm
“Çalışaq
və cəldliklə ata minək,
Hamımız sənin yolunda canımızı fəda edək.
Həyat libasını bədənimizdən çıxarmağımız,
Sənin hökmündən boyun qaçırmaqdan daha yaxşıdır”.
Qara Yusif İraq əmirlərinin sözünün və əməlinin bir-birinə müvafiq olduğunu gördükdə, onların ha-
mısını ənamlar və bəxşişlərlə ümidvar edib hər birini gözəl ikram və bol hədiyyə ilə şərəfləndirdi. Ondan
sonra iyirmi min süvari və piyada ilə şahzadəni qarşılamağa çıxdı. Sözügedən ilin zilqədə [ayının] 24-də
(21.04.1408) Sərdrudda
293
iki tərəf bir-biri ilə qarşılaşdı. Qara Yusif dağ görkəmli bir ata mindi.
Nəzm
289
Teymurilərin İranın Fars vilayətindəki qoşunları nəzərdə tutulur.
290
Dəmavənd – İranın Mazandaran vilayətində dağ.
291
Cəlairilər sülaləsinin hökmdarı Sultan Üveys nəzərdə tutulur. Onun Dilşad sultan adlı qızı Müzəffərilər sülaləsindən olan Şah
Şücanın oğlu Zeynalabidinin həyat yoldaşı idi (Ə.Nəvai, şərhlər, s.151-152).
292
Çəmçəmal – Şimali İraqda, Kərküklə Süleymaniyyə arasındadır.
293
Sərdrud – Təbrizin qərbində yaşayış məntəqəsi.
59
“Duruşu pələng, yalı bizon
və vücudu dağ kimi,
Siması qartal, şövkəti Ənqa
294
və qanadı tuti kimi.
Döyüş çağı onun iki ayağından çıxan tozdan
hava qaralar,
Həmlə günündə səba
295
onun iki əlində gizlənər.
Cilvəyə gəldiyi zaman xoş rəftarlı kəklik kimidir,
Yol gedilən gündə isə hiyləgər ala qarğa kimidir.
Nalının gurultusunu Rumdan Kabilə qədər eşidərsən,
Telinin nişanını Hinddən Şüştərə
296
qədər görərsən”.
O, ordunun sağ və sol cinahlarını Əmir Bistam Cagir, onun qardaşı Mənsur, Məsum, onun oğlu Əxi
Fərəc, Hüseyn bəy Səədlü, onun qardaşı Pir Məhəmməd, Pir Ömər, Pirzad bəy, onun qardaşı Yadigarşah,
Calıq, Əleykə, Pir Əli Sulduz, Tizək və Cəlaləddin Xəlifə kimi ali mənşəli əmirlərə və aslan ovlayan baha-
dırlara tapşırıb, dəmiri əridən bir dəstə bahadırla cağatay ordusuna həmlə etdi. [Cağatayların] bir qismini ya-
raladılar və öldürdülər. Mirzə Əbu-Bəkr belə bir hücumu müşahidə etdikdə bir dəstə igidlə türkman ordusu
üzərinə at çapdı.
“Sayı ulduzlar qədər olan qoşunu ilə hərəkətə gəldi,
Onların sayı o qədər idi ki, ondan fələk qorxuya düşdü.
Bir anda düşmənlərinin üzərinə töküldülər,
Yeri-göyü bir-birinə vurdular.
Parlaq, möhkəm və iti qılınclardan,
Bədənə almaz və yaqut oturtdular
297
.
Başdan və bədəndən o qədər çox qan axdı ki,
Fələyin Süheyli
298
döndü Yəmən əqiqinə
299
”.
Müzəffər qoşunların hücumunun şiddətindən Tizək fərar etdi. Mirzə Əbu-Bəkr onu təqib edərək qət-
lə yetirdi və onun başını nizənin ucuna taxaraq geri döndü.
Qara Yusif, Mirzə Əbu-Bəkrin mərkəzə həmlə edəcəyini düşündüyü üçü oradan çıxıb digər bir qoşu-
na qatıldı və fikirləşdi ki, əgər mərkəzin köməyə ehtiyacı olsa, dərhal oraya yardım edərəm. Bu əsnada Əmir
Bistam və digər böyük əmirlər kin qılıncını qından sıyırıb Mirzə Əbu-Bəkrin sol və sağ cinahlarına həmlə et-
dilər. Cani Qurbaninin adamları o həmlə qarşısında tab gətirməyib məğlubiyyətə uğradılar. Türkman baha-
dırlarının bir dəstəsi mərkəzə yönəldi. Mərkəzin önündə olan Baba Hacı bəy Gavərudi müdafiə olunmağa və
müqavimət göstərməyə başladı. Türkman qoşunları kəsici qılınc və can alan nizə zərbələri ilə Baba Hacı bə-
yin qoşununun bir dəstəsini zillət torpağı üzərinə sərdilər. Mərkəzdən kimsə köməyə çatmadığı üçün Baba
Hacı bəy məğlub olub mərkəzə çəkildi. Əmir Bistam və Bəhram [kimi] intiqamçı olan digər əmirlər qarşıla-
rındakı maneələri aradan qaldıraraq mərkəzin arxasına keçdilər. Ona görə də Mirzə Miranşahın dayandığı
yer olan ordunun mərkəzinin tərtibi pozuldu. O əsnada Əmir Musa Dögərin qulamı bilmədən Mirzə Miranşa-
hı qətlə yetirdi.
Mirzə Əbu-Bəkr üç nücumi saatdan sonra Tizəkin ardınca getməkdən qayıdıb üç yüz nəfərlə döyüş
meydanına çatdı və öz qoşunundan əsər-əlamət görmədi. O, məyus və pərişan halda qaçanların ardınca yola
düşdü. Qorxusunun çoxluğundan külək və şimşək kimi tələsirdi, tez dönən çərxi-fələk kimi yer kürəsinin
məsafələrini qət edirdi, havada çaxan ildırım kimi təcili şəkildə keçib gedirdi və bulud kimi dönən fələyə
qonşu olurdu.
Qara Yusif buyurdu ki, onu təqib etməsinlər. Türkman qoşunlarının əlinə çoxlu mallar keçdi. Onların
arasında min ədəd samur dərisi vardı. Türkmanlar bilmədən onları ucuz qiymətə satdılar. Qara Yusif heç kə-
sin qənimətlərinə tamah salmadı və Mirzə Miranşaha aid olanları öz hərəmsarayına göndərdi. Mirzə Miran-
294
Ənqa quşu – klassik Şərq ədəbiyyatına görə, Qaf dağında yaşadığı iddia edilən və insanların gözünə görünməyən əfsanəvi bir
quşdur. İsmi olub cismi olmayan, yəni adı olub özü olmayan, tapılmayan şeylərə məcazi mənada “ənqa quşu” deyilir.
295
Səba küləyi – yüngül və lətif meh.
296
Şüştər – İranın cənub-qərbində, Əhvaz (Hüveyzə) şəhərindən şimalda, Karun çayının orta axarları kənarında yerləşən şəhər.
297
Burada qılınc almaza, qan isə yaquta bənzədilmişdir.
298
Süheyl – səmanın cənub tərəfində olan və Yəməndən daha yaxşı görünən ulduz.
299
Əqiq – qırmızı rəngli qiymətli daş.