HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə45/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   41   42   43   44   45   46   47   48   ...   337

71

 

 



 

Qara Yusif döyüşdə əsir olmuş oyrat əmirlərini, ərəb rəislərini və digərlərini Şah Məhəmmədin mü-

lazimi edib İraqi-Ərəbə göndərdi. Qara Yusif sultana dedi: 

 

- Əhdi pozmağına və mənim qəsdimə gəldiyinə baxmayaraq, səni öldürmürəm. 



 

Əmir Bistam, sultana dedi: 

 

-  Sultan  Üveysin  xanədanını  xarab  etdin,  onun  davamçılarını  və  dövlət  ərkanını  öldürdün.  Səndən 



dövlətə layiq heç bir iş baş vermədi və verməyəcək. 

 

O, qılıncını belindən sıyırıb, Qara Yusifin önünə ataraq dedi: 



 

- Bu şəxsin həyatı şər və qalmaqal ehtiva etməkdədir və fitnə-fəsada səbəb olmaqdadır. Əgər o, ölü-

mün çəngindən xilas olarsa, böyük bir fitnə törədəcəkdir.  

İraq əmirlərinin hamısı birlikdə dedilər: 

- Sultan Əhmədə aman vermək məsləhət deyil. 

Qara Yusif dedi: 

- Əgər mənim ordumda onun kimi lap min adam olsa belə, yenə də əsla narahatlığım olmaz. 

Nəzm 


“Yetişməz könlümə heç vəchlə təlaş, 

Onun kimi əgər min nəfər olsa ordumda”. 

Mən and içmişdim ki, onu öldürməyim. 

 

Əmir Bistam dedi: 



 

- Sultan Əhməd çoxlu nahaq qanlar axıtmışdır və onun düşmənləri hazırdırlar. Əgər siz ona qəsd et-

mirsinizsə, heç olmasa himayə də etməyin.  

 

Qara Yusif susdu. İraq əmirləri onu Qazı Şeyx Əli mədrəsəsinə apardılar. Xoca Cəfər Təbrizi diz çö-



küb  ərz  etdi  ki, “Sultan  Əhməd  mənim  qardaşımı  nahaqdan qətlə  yetirmişdir”. Əmir  Bistam  şahidlik  etdi. 

İraqlıların təkidi ilə Qara Yusif onun qətlinə fərman verdi. Xoca Cəfər, Satılmışın evində məhbus olan Sultan 

Əhmədi həlak etdi. 

Nəzm 


“Əcəl onun vücud evini yıxdı, 

Onu taxtdan sonra taxtanın üstünə atdı. 

Cahan bu cürə çox işlər gördü, 

Bu, zəmanənin etdiyi ilk iş deyildi”. 

 

Ertəsi gün əmirlər Qara Yusifin yanına gedib dedilər: 



 

- Sultanı qətlə yetirməyimizə baxmayaraq, camaat güman edir ki, sultan həyatdadır.  

 

Əmir Bistamın məsləhəti ilə sultanın cəsədini Xoca Şeyx Keçəçi mədrəsəsində qoyub üzərinə qara 



yun [parça] örtdülər. İnsanlar üç gün boyunca ona tamaşa etdilər. Daha sonra onu qardaşının yanında, Də-

məşqiyyədə dəfn etdilər

366

. Sultanın döyüşdə iştirak etmiş bəzi oğulları da ölüm şərbəti içdilər



367

. Adilcevaz 

qalasında məhbus olan Əlaüddövlə də sultanın ardınca yola düşdü

368


.  

Rum diyarında baş vermiş hadisələr haqqında söhbət 

 

Bu il Rum padşahı Əmir Süleyman yaxşı nitq qabiliyyətinə malik elçilərini Məhəmməd bəy Qara-



manoğlunun yanına yolladı və ona “qardaşım Musa Çələbini tutub [yanıma] göndər!” deyə öz ismarışını çat-

dırdı. Musa Çələbi bu məktubun məzmunundan agah olduqda, tamamilə kədər içində Qaraman vilayətindən 

fərar edib Kastamonu (Qəstəmoniyyə)

369


 hakimi İsfəndiyarın yanına getdi. Əmir Süleyman Bursadan çoxlu 

                                                 

366

 Qardaşı Sultan Hüseyn ibn Sultan Üveysdir. O, 784 / 1382-ci ildə Sultan Əhmədin əmri ilə öldürülmüş və Təbrizin Dəməşqiyyə 



məzarlığında dəfn edilmişdir. Onun anası da orada torpağa tapşırılmışdır (Ə.Nəvai, şərhlər, s.181).  

367


 Həmçinin Sultan Əhmədin qardaşı oğlu Şahvələd ibn Şeyx Əli ibn Sultan Üveys də öz əmisi ilə birlikdə Təbrizə gəlmiş və qətlə 

yetirilərək Dəməşqiyyə məzarlığında dəfn edilmişdi (Ə.Nəvai, şərhlər, s.181). 

368

 O da Dəməşqiyyədə dəfn edildi (Ə.Nəvai, şərhlər, s.182). 



369

 Kastamonu – Türkiyədə, Ankaradan şimal-şərqdə və Sinopdan cənub-qərbdə yerləşən şəhər. Kastamonu, XIV əsrin əvvəllərində 

qurulan Candaroğulları bəyliyinin mərkəzi idi. İsfəndiyar bəy bu bəyliyin ən önəmli bəylərindən olmuşdur. Candaroğulları bəyliyinə 

1461-ci ildə Fateh Sultan Məhəmməd tərəfindən son qoyulmuşdurBu bəylik bəzən İsfəndiyar və ya İsfəndiyaroğulları bəyliyi də ad-

landırılmışdır (Y.Yücel. Candaroğulları // TDVİA, cilt: 7, yıl: 1993, s.146-149; C.Yakupoğlu. İsfendiyar Bey ve zamanı. Gazi Üniver-

sitesi Sosyal Bilimler Enstitüsü, Yayınlanmamış Yüksek Lisans Tezi, Ankara, 1999). 



72

 

 



qoşunlarla İsfəndiyarın vilayətinə doğru yola çıxdı və insanın ruhunu oxşayan bir yerdə eyş-işrət bayrağını 

qaldırıb, vaxtının çoxunu gül rəngli şərab içməklə, ud və çəng

370

 nəğməsini dinləməklə keçirdi. O, bu beytlə-



rin məzmunundan xəbərsiz idi: 

Nəzm 


“Sultanın başı şərabın təsirindən sallanarsa, 

Özündən xəbərsiz şahlıq tacı başından düşər. 

Yuxuya aludə olan şahların hamısının işi, 

Əndazə bilməməkdən oldu xarab”. 

 

Əlahəzrət əmirlər və dövlət ərkanı onun əhvalının səhifələri üzərində uğurun zavala uğramasının və 



uğursuzluğun imarətinin yüksəlməsinin əlamətlərini müşahidə etdilər və onun xidmətindən uzaqlaşıb, Əli pa-

şanın və İsfəndiyarın məsləhəti ilə Musa Çələbini gəmiyə mindirərək Əflaqa

371

 yola saldılar. O diyarın Mirçe 



adlı hakimi xeyli peşkəşlə Musa Çələbinin yanına gəlib onu çoxlu qoşunla və saysız yaraqla Ədirnə şəhərinə 

tərəf  göndərdi.  Əmir  Süleyman  da  Ədirnəyə  getdi.  O  əsnada  Musa  Çələbi  cəsurluq  yolunun  yolçularından 

ibarət bir dəstə ilə qəflətən onun üzərinə töküldü. O, naçar şəkildə fərar yolunu tutdu. Yolu bir kəndə düşdü. 

O kəndin camaatı onu qətlə yetirdi. Səltənət Musa Çələbinin əlində qərar tutdu. O, vəzirliyi

372

 Kor Məlikşaha 



həvalə  etdi,  əmirülüməralığı  Mixaloğlu  bəyə  tapşırdı,  Qazı  Bədrəddini  qazı-əsgər

373


 [təyin]  etdi  və  bütün 

Rum əmirlərini əmirlikdən azad etdi. 

 

Əmir Süleymanın qətli xəbəri qardaşı Sultan Məhəmmədə çatdıqda Amasya şəhərində öz adına xüt-



bə oxudub sikkə vurdurdu. Ondan sonra çoxlu ordu və hədsiz bir qələbəlik və təntənə ilə hərəkət bayrağını 

Bursa tərəfə qaldırdı. O hüduda gəldikdən sonra böyüklər, əyan-əşrəflər, sənətkarlar və əsnaflar

374

 onu qarşı-



lamağa tələsib qala açarlarını təslim etdilər. Sultan Məhəmməd o şəhəri darülmülk (paytaxt) edib orada qışla-

dı. 


Mavəraünnəhrdə baş vermiş hadisələr və Şahrux padşahın Əmir Şeyx Nurəddinlə müharibə etməsi 

haqqında söhbət 

 

Bu il savaş dənizinin nəhəngi Sarı Buğanın oğlu Əmir Şeyx Nurəddin hərəkət bayrağını Səmərqəndə 



doğru qaldırdı. Əmir Şahməlik, Bəhram kimi qəhredici bir ordu ilə şəhərdən çıxıb döyüşə və vuruşa hazır ol-

du. Qızıl-Ribatda o iki qoşun qarşılaşdı. Şeyx Nurəddinin tərəfində çoxlu təpələr vardı və onun ordusu tam 

olaraq görünmürdü. Əmir Şeyx Nurəddin sol və sağ cinahları mərkəzə birləşdirib bir anda hücuma atıldı. Sə-

mərqənd qoşunları o həmləyə tab gətirməyib qaçış yolunu tutdular. Əmir Şeyx Nurəddinin ordusu onları tə-

qib edib Əmir Vəfadarı əsir tutdu. Əmir Şahməlik Keş və Səmərqənd arasında yerləşən Alaqısraq dağına sı-

ğındı. 


 

Əmir Şeyx Nurəddin belə bir qələbədən sonra zilhiccə ayının 16-da (11.04.1411)

375

 Səmərqənd ətra-



fında məskən saldı. Şəhərlilər onun mülazimlərindən çoxunu ox zərbəsi ilə gedər-gəlməzə göndərdilər. Əmir 

Şeyx Nurəddin, Əmir Toğay Buğanı Buxaraya hakim [təyin edib] göndərdi, Çingiz-oğlanı isə Keş tərəfə yol-

ladı.  O  zaman  Əmir  Xudadad  Hüseyninin  oğlu,  Əmir  Şeyx  Nurəddindən  icazəsiz  öz  ölkəsinə  getdi.  Əmir 

Şeyx  Nurəddinin  müxalifliyinin  xəbəri  Heratda  müzəffər  padşahın  qulağına çatdıqda  ali fərman  verildi  ki, 

Əmir Mizrab Bahadır, Əmir Təvəkkül Barlas, Əmir Yadigarşah Orlat, Məhəmməd Sufi Tərxan, Əmir Yusif 

Xoca, Əmir Əcəbşir və Əmir Nuşirəvan Barlas müzəffər qoşunların hərəkətindən öncə Mavəraünnəhrə yö-

nəlsinlər və Əmir Şeyx Nurəddini bəla toruna giriftar etsinlər. Əmirlər buyruğa uyğun olaraq yola düşdülər 

                                                 

370

 Çəng – qədim simli çalğı aləti. Müasir arfanın “əcdadı” hesab edilir (A.İ.Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti, 



s.60-61). 

371


 Əflaq – Valaxiya (Rumıniyada tarixi bir vilayət). 

372


 Vəzir – mülki bürokratiyanın başçısı. 

373


 Qazı-əsgər – orduda şəriət qanunlarını icra edən şəxs. 

374


 Əsnaf – ərəbcə “siniflər” deməkdir. Orta əsrlərdə Yaxın Şərqin bir sıra ölkələrində, o cümlədən də Azərbaycanda sənətkarların 

birləşdikləri sex təşkilatları və onların üzvləri əsnaf adlanırdı (daha ətraflı bax: М.Х.Гейдаров. Социально-экономические отноше-



ния, c.45-87). 

375


 Bəlkə də, burada söhbət 812-ci ilin zilhiccə ayının 16-dan (21.04.1410) gedir. 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə