HəSƏn bəy rumlu əHSƏNÜt-təvariX


-Cİ İLİN (13.04.1412 – 02.04.1413) HADİSƏLƏRİ



Yüklə 8,91 Mb.
Pdf görüntüsü
səhifə48/337
tarix15.03.2018
ölçüsü8,91 Mb.
#31513
1   ...   44   45   46   47   48   49   50   51   ...   337

77

 

 



 

815-Cİ İLİN (13.04.1412 – 02.04.1413) HADİSƏLƏRİ 

Mavəraünnəhr diyarında baş vermiş hadisələr haqqında söhbət 

 

Bu il Şahrux padşahın fərmanı ilə Əmir Şahməlik ramazanın (05.12.1412 – 03.01.1413) ortalarında 



Səmərqənddən Səvrana

399


 hərəkət etdi və Əmir Musaka ilə Əmir Tərxanı bir dəstə igidlə mənqəlay qaydasın-

da  irəli  göndərdi.  Əmir  Şeyx  Nurəddin  kin  meydanının  bahadırlarının  gəlişindən  xəbər  tutduqda fərar edib 

Moğolustan hakiminə pənah apardı

400


. Mənqəlay əmirləri ardınca gedib onun vilayətini qarət etdilər. O əsna-

da Əbdülxaliq onun üstünə gəlib onun adamlarını pərən-pərən saldı. Əmir Şeyx Nurəddin, Xızır Xoca-oğla-

nın  oğlu  Məhəmməd  xanın  yanına  getdi  və  göstərdiyi  çoxlu  səylər  nəticəsində  Əmir  Şahməlikin  elçilərini 

tutdurmağa nail oldu. [Məhəmməd xan] o yaramaza on bir min süvari verib Mavəraünnəhrə göndərdi. Onlar 

Seyram qalasını

401


 mühasirə etdilər. 

 

Əmir Şahməlik çoxlu qoşunla moğolların və Əmir Şeyx Nurəddinin üzərinə hərəkət etdi. O, Şayəstə-



mi iki min süvari ilə onların ailələri və köçləri üzərinə göndərdi və moğolların ailələrini və köçlərini qarət et-

dilər.  Bu  haldan  xəbər  tutan  moğollar  pərən-pərən  düşdülər.  Əmir  Şahməlik  Moğolustana  yollandı.  Əmir 

Şeyx Nurəddin, Məhəmməd xanın köməyindən ümidini üzüb Çingiz-oğlanın yanına elçi göndərdi və xahiş 

etdi ki, Əmir Şahməlikin yanına adam göndərib onun günahının bağışlanmasını istəsin. Çingiz-oğlan dərhal 

öz nökərlərindən Ramazan Özbəyi Əmir Şahməlikin yanına göndərib sülhdən söz saldı. Amma baş tutmadı. 

Əmir Şahməlik Səvrana gəldi və iki nökərlə Əmir Şeyx Nurəddinin yanına getdi. Onun da yanında iki nökər 

vardı. Hərçənd [Əmir Şahməlik] “düşmənçiliyi tərk et!” deyə nəsihət etsə də, [Əmir Şeyx Nurəddin] qəbul 

etmədi. Əmir Şahməlik öz ordusuna gəldi. Əmir Şeyx Nurəddin iki nəfərlə

402

 qalanın yaxınlığında dayanmış-



dı. Əmir Şahməlik Hərqüdaqa dedi: 

 

- Sən mənim qardaşım yerindəsən. Əgər cürət qədəmini irəli qoysan və ona həmlə etsən, sənin baha-



dırlığın aləmdə məşhur olacaqdır və Şahrux padşah da sənə böyük hüsn-rəğbət göstərəcəkdir. 

 

Hərqüdaq qəbul edib, qalanın qapısına gedərək atdan endi. Bir neçə dəfə diz çökdü. Əmir Şeyx Nu-



rəddin də əyilib onu qucaqladı. Elə ki Hərqüdağın iki əli Əmir Şeyx Nurəddinin arxasında bir-birinə yetişdi, 

var gücü ilə onu atdan aşağı çəkdi və yerə düşdüyü vaxt dizini onun sinəsinə qoyub qılıncını belindən sıyırdı. 

Əmir Şeyx Nurəddinin qalanın bayırında olan iki nökəri onun üstünə cumdular və birisi onun biləyinə qılınc 

vurdu. Hərqüdaq, Əmur Şeyx Nurəddini dizinin altında saxlayıb həmin süvariyə qılınc çaldı. Elə vurdu ki, 

onun atının dodaqları kəsildi. Onların atlarını hürkütdükdən sonra Əmir Şeyx Nurəddinin üzünə qılınc vurdu. 

Belə ki, onun qılınca mane olmaq istəyən əlinin barmaqlarının ucu kəsilib qopdu. Əmir Şahməlik uzaqdan 

baxırdı.  Hərqüdaq  başını  qaldırdıqda  Əmir  Şahməlik  iki  yüz  süvari  ilə  basqın  edib  qalanın  qapısına  çatdı. 

Hərqüdaq hələ Əmir Şeyx Nurəddinin sinəsinin üzərində idi. Kömək gəlib çatdıqda ayağa qalxıb daha bir qı-

lınc zərbəsi ilə onun başını [bədənindən] ayırdı. Əmir Şahməlik Səvranı mühasirəyə aldı. O əsnada Həzrət 

Şahrux onu geri çağırdı ki, “qala əhli səndən qorxur; sən bizim yanımıza gəl və birisini göndərib onları hüzu-

rumuza tələb edək”. Əmir Şahməlik hökmdarın ordusuna gəldi. Həzrət Şahrux Mavəraünnəhrdən qalxıb He-

rata yollandı

403



 



 

                                                 

399

 Səvran – Sırdərya (Seyhun) çayı sahilində, Yəsi şəhərindən (Qazaxıstanın indiki Türküstan şəhərindən) şimala doğru bir günlük 



yol məsafəsində yerləşirdi (Nəvai, şərhlər, s.193). 

400


 Əmir Nurəddin – Teymurun cəsur sərkərdələrindən idi. Teymurun ölümündən sonra onun dul arvadı Tuman ağa ilə evlənmişdi. 

Lakin o, Şahruxun Uluğ bəyi Mavəraünnəhrdə qoymasından və oranın bütün idarəçilik işlərini Şahməlikə həvalə etməsindən narazı 

qalmış və qiyam qaldırmışdı. Çünki Şahməlik onun köhnə rəqibi idi (Nəvai, şərhlər, s.194).  

401


 Seyram – qədim adı İspicab olan bu tarixi şəhər Təraz şəhərindən 80 mil cənub-qərbdə yerləşirdi. Təraz şəhərinin xarabalıqları 

indiki Övliya-ata (Cambul) şəhəri yaxınlığındadır (Nəvai, şərhlər, s.193).  

402

 Tehran çapında səhvən “iki min nəfər” yazılmışdır. 



403

 “Mücməli-Fəsihi”  və  “Mətləüs-səədeyn”də  Şeyx  Nurəddinin  qətli  h.  814-cü  ilin  hadisələri  içində  verilmişdir  (Nəvai,  şərhlər, 



s.195). 


78

 

 



Fars vilayətində baş vermiş hadisələr haqqında söhbət 

 

Bu il Mirzə İsgəndər Kirmana yönəlib, Bəm və Gərmsirata



404

 basqın üçün bir dəstə göndərdi. Özü isə 

bir  dəstə  igidlə  Kirman  ətrafında  dayandı.  Ordunun  bir  hissəsini  də  Sircanı

405


 mühasirə  etməyə  qoymuşdu. 

Qala camaatı qəflətən onların üzərinə gecə basqını edib hamısını pərən-pərən saldılar. Mirzə İsgəndər qaçan-

ları cəzalandırdı və Sultan Hüseyn Barlası Sircan camaatını dəf etməyə yolladı. Onlar arasında çox ağır bir 

hərb baş verdi. Sircanlılar məğlub oldular. Onlar (Sultan Hüseyn Barlasın əsgərləri) müzəffər və qalib şəkil-

də Mirzə İsgəndərin ordusuna gəldilər. Kirmanlılar Mürtəzayi-Əzəm Şəmsəddin Bəmini aman istəməyə gön-

dərib, mal və xərac

406

 [verməyi] qəbul etdilər. Ona görə də Mirzə İsgəndər sülh edib Şiraz tərəfə qayıtdı. 



 

Mirzə Rüstəm İsfahana çatdıqda Xoca Əhməd Saidi digər böyüklərlə birlikdə onu qarşılamağa gəldi. 

Mirzə iki ay müddətində orada vaxt keçirdi və Xoca Əhməd Saidini Qurban bayramı günündə qətlə yetirdi. 

Ona görə də şəhərlilər müxaliflik etməyə başladılar. Həmin zaman Mirzə İsgəndər İsfahan ətrafına yetişdi. 

Mirzə Rüstəm naçar qalıb Xorasana yollandı. 

Müxtəlif əhvalatlar 

 

Bu il Hindistan elçiləri Xızır xanın



407

 yanından  bol  töhfələr  və  Moltan

408

 qazısı  ilə  birlikdə  Şahrux 



sultanın dərgahına gəldilər və Həzrət Şahruxun şöhrətli adına zərb etdikləri bir neçə qızıl sikkə gətirdilər. 

816-CI İLİN (03.04.1413 – 22.03.1414) HADİSƏLƏRİ 

Qara Yusif Türkmanın Şirvan padşahı Sultan İbrahimlə müharibə etməsi 

 

Sultan  Əhməd  Cəlair  Təbrizə  hərəkət  etdiyi  vaxt  Şirvan  valisi  Şeyx  İbrahimdən  kömək  istəmişdi. 



Ona görə də Şeyx İbrahim öz oğlu Kəyumərsi böyük bir qoşunla sultana köməyə göndərmişdi. Şirvanlılar 

döyüş günü ordugahın yaxınlığında dayanmışdılar. O əsnada türkman ordusunun döyüşə getməmiş olan bir 

dəstəsi onların üzərinə tökülüb, onu dustaq edərək Qara Yusifin yanına apardılar. Bu xəbər Şirvana çatdıqda, 

Şeyx İbrahim türkman hökmdarının dərgahına bol töhfələrlə elçilər göndərib oğlunun [geri verilməsini] istə-

di. Qara Yusif dedi: 

 

- Şirvan Azərbaycan civarında yerləşir. Şeyx İbrahim isə Bağdad hakimi ilə məhəbbət və ittihad edə-



rək Təbriz valisinə qarşı müxaliflik edir. 

 

Lakin axırda mərhəmətinin çoxluğundan onun qanının üstündən keçib onu çoxlu mallarla Şirvan ha-



kiminin yanına göndərdi. Bir müddət sonra isə Şeyx İbrahim öz oğlu Kəyumərsə Qara Yusifin tərəfdarların-

dan olması səbəbi ilə ölüm şərbətini içirdi, çoxlu ordu və saysız qoşun toplayıb, Gürcüstan valisi Küstəndil

409

 

və Şəki [hakimi] Əmir Seydi Əhmədlə ittifaq halında Qara Yusifə qarşı müxaliflik kəmərini belinə bağlaya-



raq döyüş və vuruş meydanına yönəldi. 

 

O tərəfdən Qara Yusif Türkman çoxlu qoşunlarla uğur və səadətlə Şənbi-Qazana yollandı. O, Əmir 



Qaramanı atəş yağdıran oxun ucu ilə dağı deşən, Cövza (Əkizlər) bürcünün kəmərbəndini göy günbəzin (sə-

manın) qübbəsinə tikən və can alan nizənin ucu ilə ayın üzündəki ləkələri təmizləyən,  

Nəzm 

“Birlikdə qaldırdıqları tozları bulud, açılmış oxları yağış, 



                                                 

404


 Bəm – Kirmandan cənub-şərqdə, Kuhbəndan silsiləsinin cənub yamaclarında  yerləşən şəhər.  Gərmsirat (gərmsir) – isti iqlimə 

malik yer deməkdir. İranda (İran körfəzi sahillərində) və Əfqanıstanda (Hirmənd çayı boyunda) bu adda coğrafi məkanlar da vardır. 

405

 Sircan – Kirmandan cənub-qərbdə şəhər.  



406

 Xərac – orta əsrlərdə islam ölkələrində müsəlman əhalidən alınan əsas torpaq vergisi idi. Lakin XV əsrdən xərac əvəzinə torpaq 

vergisi kimi malcəhət (mal u cihat) terminindən istifadə olunmağa başlandı. Bir çox hallarda Səfəvi mənbələrində xərac adı altında 

ümumiyyətlə  vergi  nəzərdə  tutulur  (А.А.Али-заде.  Социально-экономическая  и  политическая  история  Азербайджана,  c.210-



216; Эфендиев О.А. Образование азербайджанского государства Сефевидов, c.41). 

 

 

407


 Xızır xan – Dehli sultanı (1414-1421). Dehli sultanı olmazdan öncə Moltan hakimi idi  (E.Konukçu. Hızır Han // TDVİA, cilt: 

17, yıl: 1998, s.415-416). Yəqin ki, o, Şahruxa Moltan hakimi olduğu zaman elçilik göndərmişdir. 

408


 Moltan (Multan) – Pakistanın Pəncab vilayətində şəhər. 

409


 Küstəndil – gürcü hökmdarı I Konstantin (1407-1412). 


Yüklə 8,91 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   337




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə