40
yüşdən və vuruşdan sonra cağatay ordusu qaçış yolunu tutdu. Səbzəvarlılar onları təqib edib bir çoxlarını
qətlə yetirdilər.
Bu möhnətli xəbər Seyid Xocaya çatdıqda iki min adlı-sanlı süvari ilə Səbzvar üzərinə sürətli yürüş
edib, Cacərm
151
mövqeyində səbzəvarlılarla döyüşərək onların bir qismini qətlə yetirdi və bir dəstə igidlə
Məzinana
152
yönəldi. O diyarın qalasını da fəth edəndən sonra Səbzəvarı bir mərkəz kimi dövrəyə aldı.
O əsnada xəbər çatdı ki, Pirək padşah
153
bir dəstə bahadırla Mazandarandan Cüveyn
154
vilayətinə gəl-
mişdir. Əmir Seyid Xoca Səbzəvar ətrafından köç edib onları qarşılamağa tələsdi.
Xoca Sultan Əli Səbzəvar-
dan çıxıb Pirək padşaha qoşuldu. Hər iki tərəf vuruşmağa və döyüşməyə hazır oldular. Əmir Seyid Xoca
mərkəzdə (“qəlb”) yer tutdu. Əmir Mizrab sol cinahda (“cəvanğar”) dayandı. Yüz Buğa və Şeyx Sultan bir
dəstə igidlə sağ cinahda (“bəranğar”) durdular. O tərəfdən Pirək padşah bir dəstə yolunu azmış adamla mər-
kəzdə, Xoca Sultan Əli sağ cinahda (“meymənə”), mazandaranlılar isə sol cinahda (“meysərə”) dayandılar.
İki tərəf bir-birinə həmlə etdi. Savaşın tozu yer üzündən mavi günbəzin (asimanın) zirvəsinə çatdı.
Beyt
“Yoxluq (fəna) tozu havanı o qədər qaraltdı ki,
Onun üzərində bir cahan bina etmək olardı”.
Xoca Əli, Əmir Seyid Xocanın sol cinahını məğlub edərək qələbə bayrağını yüksəltdi. Əmir Mizrab
isə Pirək padşahın sol cinahını darmadağın edib mərkəzə həmlə etdi və başçıların başlarını, bahadırların bə-
dənlərini yerlə yeksan etdi.
Nəzm
“Başçıların başları torpağa düşdü,
İgidlərin böyürləri yarıldı”.
Pirək padşah pərişan və üzüqara halda Mazandaran tərəfə qaçdı. Onun namərdliyini görən Xoca Sul-
tan Əli də məcburiyyətdən qaçış yolunu tutdu. Əmir Seyid Xoca onları təqib edib o bədbəxtlərin çoxunu ge-
dər-gəlməzə göndərdi. Onların bədənlərindən və başlarından quşlara ziyafət süfrəsi quruldu.
Nəzm
“Budaqdan meyvə töküldüyü kimi yerə çoxlu baş düşdüyündən,
Qarğanın və kərkəsin ruzisi bol oldu”.
Əmir Seyid Xoca müzəffər və qalib şəkildə, qeyri-məhdud qənimətlərlə Tus tərəfə qayıtdı.
Xorasan diyarında baş vermiş hadisələr və Mirzə Sultan Hüseynin Şahrux padşaha qarşı müxalifliyi
haqqında söhbət
Əmir Teymur Kürəkanın ölümündən sonra ordunun arxasında olan Mirzə Sultan Hüseyn
155
müxalif-
liyə başlayıb, yanında olan ordunu pərakəndə edərək min süvari ilə sürətli yürüş etməklə Səmərqənd tərəfə
tələsdi ki, özünü şəhərə salsın və səltənət bayrağını yüksəltsin. Orduda olan əmirlər bu hadisədən xəbər tutub
Səmərqənd tərəfə tələsdilər və Mirzə Xəlil sultanın yanına qasidlər göndərib onu xəbərdar etdilər. Ona görə
də Mirzə Xəlil sultan Xudadad Hüseyni ilə birlikdə hərəkət bayrağını Səmərqəndə doğru qaldırdı.
Əmir Şahməlik və Əmir Şeyx Nurəddin, Mirzə Xəlil sultanın səltənət xəbərini eşitdikdə şahzadəyə
xatırlatdılar ki, səadətli Sahibqiranın vəsiyyətinə əsasən, Səmərqənd hakimliyi Cahangir oğlu Mirzə Pir Mə-
həmmədə çatmalıdır. Amma faydası olmadı. Mirzə Uluğ bəy, Mirzə İbrahim sultan, Əmir Şahməlik və Əmir
Şeyx Nurəddin möhtərəm xatunlarla birlikdə Səmərqəndə yönəldilər. Qorçuq mənzilindən Əmir Şahməliki
151
Cacərm – Xorasanda, İranın şimal-şərqində, Səbzəvar şəhərindən şimal-qərbə doğru yerləşən şəhər.
152
Məzinan – Səbzəvardan qərb tərəfdə yerləşən bir kənd.
153
Pirək padşah – moğol əmirlərindəndir, Çingiz xanın qardaşı Cuci Qasarın nəslindəndir. Onun babası Toğa Teymur Elxanilər
dövlətinin əmirlərindən olmuş, Sultan Əbu-Səidin ölümündən sonra Azərbaycandan Xorasana gedərək orada hakimiyyəti ələ keçir-
miş, lakin Sərbədarlar tərəfindən öldürülmüşdür. Toğa Teymurun oğlu Loğman padşah Cürcan hakimi olmuşdur. 1388-ci ildə Loğ-
man padşah öldükdə onun oğlu Pirək padşah, Əmir Teymurun əmri ilə Cürcan hakimi təyin edilmişdir (Nəvai, şərhlər, s.109).
154
Cüveyn – Səbzəvardan şimalda yerləşən bir şəhristan.
155
Əmir Teymur Çinə yürüş üçün Otrar şəhərində 200 minlik ordu hazırladığı halda vəfat etmişdir. Onun ölümündən sonra şahza-
dələr və əmirlər Çin yürüşünün təxirə salınmamasını qərara alsalar da, həmin orduda olan Əmir Sultan Hüseyn öz qoşununu götürüb
Səmərqəndə getdiyi üçün yürüşü dayandırmaq məcburiyyətində qalmışdılar. Əmir Sultan Hüseyn, Əmir Teymurun qız nəvəsi və Mə-
həmməd bəy Musa oğlunun övladıdır. Həmin zaman onun 25-dən artıq yaşı yox idi (Nəvai, şərhlər, s.110-111).
41
şəhərə göndərdilər. Adı çəkilən əmir Səmərqənd darvazasına çatdıqda şəhərin zəbt olunduğunu gördü. Çünki
Arğun şah, Mirzə Xəlil sultanın vədlərinə aldanmışdı. Əmir Şahməlik Çahar-rahə (Dörd yol) darvazasına tə-
ləsdi. Hərçənd Arğun şaha “müxaliflikdən əl çək!” deyə nəsihət etsə də, o, [bunu] qəbul etmədi.
Şeir
“Nadana öyüd verməyin heç bir mənası yoxdur,
Çünki su üstündə nəsihət yazmaq olmaz.
Kar xoş avazdan nəsib ala bilməz,
Ölüyə təbibin əlacı fayda verməz”.
Əmir Şahməlik qəm-qüssəyə yoldaş olub Ülyabad
156
səhrasında əzəmətli orduya qoşuldu və Arğun
şahın müxalifliyini zati-alilərinə ərz etdi. Onlar da Əmir Şeyx Nurəddini göndərdilər ki, onun qədəmlərinin
uğuru ilə şəhər fəth olunsun. [Lakin] Əmir Şeyx Nurəddin də bir iş görə bilməyib hökmdarın ordusuna qayıt-
dı.
O əsnada Rüstəm Toğay Buğa, Mirzə Xəlil sultanın yanından gəlib dedi ki, əmirlər və ordunun qalan
hissəsi Mirzə Xəlil sultanın padşahlığını qəbul etmişlər. Ona görə də xatunlar Səmərqəndə getdilər. Əmir
Şeyx Nurəddin və Əmir Şahməlik, Mirzə Uluğ bəy və Mirzə İbrahim sultanla birlikdə Buxaraya yönəldilər
və o şəhəri zəbt etdilər.
Mirzə Xəlil sultan həddən artıq ordu ilə hərəkət bayrağını Səmərqənd tərəfə yüksəltdi. Əmir Arğun
şah əyan-əşrəflərlə Kuhək
157
çayı kənarında Mirzə Xəlil sultanın ordusuna çatıb Səmərqəndin açarlarını təs-
lim etdi. Ramazan [ayının] 16-da (18.03.1405) Mirzə Xəlil sultan Səmərqəndə daxil oldu. O, Mirzə Məhəm-
məd sultan ibn Cahangirin oğlu və Mirzə Pir Məhəmməd Vəliəhdin qardaşı oğlu olan Cahangiri xanlığa yük-
səldib onun adını fərmanların və hökmlərin əvvəlində yazdı. Neçə gün boyunca Əmir Teymur Kürəkanın ru-
hunu rahatlatmaq üçün fəqirlərə və miskinlərə yemək verilməsi ilə məşğul oldu və mərhum Sahibqirana mər-
siyə olaraq qəsidələr söyləmiş şairlərə çoxlu lütfkarlıq göstərdi.
Sahibqiran Əmir Teymur Kürəkandan sonra Azərbaycan diyarında baş vermiş hadisələrin təsviri
Sahibqiranın ölüm xəbəri Azərbaycan diyarında Mirzə Ömərin qulağına çatdıqda o, öz adına sikkə
kəsdirib
xütbə oxutdu, Bağdadda və Diyarbəkrdə olan atasını və böyük qardaşını hesaba almadı.
Həmin qışda o, Qarabağda qışlaq edib, baharın əvvəllərində çoxlu ordu ilə hərəkət bayrağını Təbrizə
doğru yüksəltmişdi. Yol əsnasında Əmir Cahanşah Cakunu göndərmişdi ki, Əlincəq
158
qalasını xarab etsin.
Çünki Sahibqiran Azərbaycan vilayətini ona həvalə edən zaman Mirzə Ömərə buyurmuşdu ki, qalanı viran
edərsən. Mirzə Ömər rəbiülaxir [ayının] 2-də (08.10.1404) saysız-hesabsız qoşunlarla Şənbi-Qazanda
159
da-
yandı və bir neçə gündən sonra Qarabağa yollandı
160
.
O əsnada Əmir Cahanşah
161
azğın adamların təhriki ilə ramazan [ayının] 2-də (04.03.1405) Mirzə
Ömərin dərgahına gəlib, Mövlana Qütbəddin Evbehini, Əmir Darab Quşçunu və Əmir Şeyx Məhəmməd Tə-
vaçını
162
qətlə yetirərək pərdəsaraya yönəldi. Mirzə Ömər bir dəstə səf yaran bahadırı onun qarşısına göndər-
di. Onların arasında böyük bir döyüş baş verdi. O əsnada Mirzə Ömərin mülazimləri dəstə-dəstə və qoşun-
qoşun köməyə yetişdilər. Əmirlik sahibi olan cənab (Əmir Cahanşah) son dərəcə çarəsizlik və iztirabla idbar
üzünü fərar vadisinə çevirdi. Əmir Əbdürrəzzaq və Aşiq onun ardınca gedib, həmin günün digər namaz vax-
156
“Zəfərnamə”yə görə: “Əliabad”
(Nəvai, şərhlər, s.111).
157
Kuhək – Səmərqənddən şimalda axan çay.
158
Əlincəq (Əlincə) qalası – Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində, Əlincə çayının sağ sahilində, eyni adlı da-
ğın zirvəsində qala (Naxçıvan Ensiklopediyası. I c. Naxçıvan, 2005, s.162-164). Hazırda bu qalanın adı Əlincə kimi tələffüz edilməsi-
nə və yazılmasına baxmayaraq, bir sıra tarixi qaynaqlarda, o cümlədən “Əhsənüt-təvarix”də Əlincəq şəklində qeyd olunmuşdur. Bəzi
tədqiqatçılar bu ifadəni Alıncaq kimi də oxuyurlar.
159
Şənbi-Qazan – Hülaku hökmdarı Qazan xanın (1295-1304) Təbrizin cənub-qərbində saldırdığı şəhərcik (V.Z.Piriyev. Azərbay-
can XIII-XIV əsrlərdə. Bakı, 2003, s.300).
160
Mirzə Ömər babası Teymurun ölüm xəbərini Qarabağda almışdı
(İ.Aka. Mirza Şahruh ve zamanı (1405-1447). Ankara, 1994,
s.43).
161
Əmir Cahanşah Caku oğlu – Əmir Teymurun bacısı oğludur.
162
Təvaçılar müharibə gözlənilən təqdirdə dövlətin tabeliyində olan əyalətlərə gedərək hərbi qüvvə toplayan əmirlər olmuşlar. On-
lar döyüşçüləri səfərbər edir, ordunun haraya toplaşacağını bildirirdilər (Ş.K.Məmmədova. “Xülasət ət-təvarix” Azərbaycan tarixinin
mənbəyi kimi, s.61). Təvaçıların başçısı “təvaçıbaşı” adlanırdı.