HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

115 
 
m
əsələ müzakirə edilməsin (188, v.377). N.Nərimanov hətta yaradılmaqda olan hər 
hansı  mərkəzi strukturda Azərbaycanın  tam  səlahiyyətli nümayəndəsinin üzv 
olmasını tələb etmişdir (188, v.311). 
Qeyd etm
ək lazımdır ki, Ermənistanla Rusiya arasında belə bir xüsusi saziş 
imzalanmışdı:  “Ermənistan və  Rusiya vətəndaşlığı  bərabər və  ayrılmaz  sayılır” 
(171, v.4). N.N
ərimanov buna qəti etirazını bildirərək tələb etmişdir ki, Rusiyada 
v
ə  başqa  sovet  respublikalarında  həbs olunan azərbaycanlıları  Azərbaycan 
m
əhkəməsi mühakimə  etsin (188,  v.299). O, bununla yanaşı, hər hansı bir xarici 
v
ətəndaşın  Azərbaycan  ərazisində  həbsi  haqqında  məsələyə  şəxsən özü nəzarət 
etmişdir (187, v.6). 
Az
ərbaycandan  qaçqın  düşmüş  qeyri-azərbaycanlıların  qayıtması  üçün 
Rusiya hökum
əti 1920-21-ci illərdə  xeyli canfəşanlıq  göstərirdi. Bu məsələ  ilə 
bağlı  Nərimanov tərəfindən  yaradılmış  komissiya  onların  Azərbaycana 
qayıtmalarını  dayandırmaq  barədə  qərar qəbul etmişdir.  Azərbaycan hökuməti 
yanında  RSFSR  hökumətinin milli məsələlər üzrə  səlahiyyətli nümayəndəsi bir 
neç
ə  dəfə  N.Nərimanovun  ünvanına  bu  barədə  sərt məktublar göndərsə  də 
Az
ərbaycan hökumətinin qərarı dəyişməz qalmışdır (254, v.11-12). 
N.N
ərimanov iqtisadi məsələlərin Mərkəzlə  ucqarların  münasibətində 
xüsusi yer tutduğunu vurğulayır  və qeyd edir ki, “mən neft məhsullarından gələn 
g
əlirin müəyyən faizinin Azərbaycanın  xeyrinə  ayrılması  üçün  düz  bir  il 
Serebrovski il
ə mübarizə aparmışam və məsələni Siyasi Büroya qədər çatdırmışam. 
Siyasi Büro bu ayırmanı Serebrovskiyə bir vəzifə olaraq tapşırmışdı” (316, s.418). 
N.N
ərimanov  sovet  respublikalarından  kənara  satılan  hər  hansı  neft  məhsulunun 
ancaq Az
ərbaycan hökumətinin  sifarişi  əsasında  olması  barədə  Siyasi Büronun 
xüsusi q
ərarına  nail  olmuşdur  (188,  v.79).  N.Nərimanov 1922-ci ildə  Genuyada 
keçiril
əcək beynəlxalq konfransa Azərbaycan hökuməti  adından  “Azərbaycan 
Sovet  Sosialist  Respublikasının  vəkili təyin  olunmuşdur”  (273).  Genuyadan 
qayıdan  N.Nərimanov bəyanat  verərək  bildirmişdir  ki,  “bəzi neft mədənlərinin 
imtiyazat iltizam il
ə verilməsi hələ qəti həll edilməmişdi. Neft mədənlərinin hissə-
hiss
ə olaraq imtiyazat ilə verilməsini mümkün hesab edirik ki, bu da Azərbaycan 
Respublikası  üçün  əlverişli  olacaq  və  bizə  dövlət sənayemizi  lazımi  dərəcəyə 
yetirm
əyə imkan verəcəkdir” (340, 16 mart 1922, № 106; 350, 16 may 1922). 
Respublikanın  dəmiryollarında  mövcud  olan  haqsızlıqlar  haqqında  da  söz 
açan N.N
ərimanov deyirdi: “Müstəqil respublikanın müəyyən ərazidə dəmiryoluna 
olan t
əsirini əlindən elə alırlar ki, həmin respublika məlum yükü öz ərazisində bir 
m
əntəqədən  başqa  bir  məntəqəyə  göndərmək üçün mərkəzi  orqanın  icazəsi 
olmadan müst
əqil hüquqa  malik olmasın - bu, artıq sovet hakimiyyətinin hər cür 
prinsipl
ərinə  ziddir”  (316,  s.420).  İ.N.Smirnovun  xatirələrindən  aydın  olur  ki, 
respublikada n
əqliyyat nazirliyi yaratmaq istəyinə  Mərkəzin nümayəndəsi etiraz 
ed
ərkən N.Nərimanov ona qəti olaraq, bu məsələ  siyasi məsələdir,  demiş  və  bu, 
m
ən dediyim kimi həll olunacaq cavabını vermiş, qərar qəbul etmişdir (255, v.2-3). 


116 
 
N.N
ərimanov hətta  milli  aviasiyanın  yaradılmasına  da  diqqət  yetirmişdir. 
M
ənbələrdən məlum olur ki, hətta Xəzərdə neftin olmağı haqqında ilk məlumatlar 
o zaman yaranan milli aviasiyada qulluq ed
ən azərbaycanlı  şahin-pilot Teymur 
Mustafayev v
ə onun köməkçisi Hacıyev tərəfindən verilmişdir (119, s.54-55). 
N.N
ərimanov Azərbaycan iqtisadiyyatı üçün taleyüklü məsələlərin həllində 
xüsusi c
əsarət və  əzmkarlıq  göstərmişdir.  Bakı-Tiflis-Batum neft kəmərinin 
ç
əkilməsi  başa  çatdırılmış  və  N.Nərimanovun  iştirakı  ilə  açılışı  olmuşdur.  Bakı-
Culfa d
əmiryolunun çəkilməsinə  Cənubi Qafqaz Dəmiryolu idarəsinin rəisi 
maneçilik tör
ədirdi. Bu səbəbdən N.Nərimanov V.Leninə  tədbir görmək üçün 
müraci
ət etmiş (212,  v.133)  və işlərin təcili bərpa edilməsi haqqında qərar qəbul 
etmişdir. 
N.N
ərimanov  sovet  Rusiyasının  Azərbaycana  daxil  olmağının  hər bir 
ehtimalda gerç
əkləşəcəyini hiss edərək öz müdaxiləsi ilə  bu  işğalın  doğuracağı 
ziyanı və zərərləri azaltmağa, minimuma endirməyə çalışmışdır. Mərkəzin iddiaları 
il
ə  mübarizədə  N.Nərimanov  çox  vaxt  uğur  qazanmışdır.  N.Nərimanov Xalq 
Komissarları Sovetinin sədri vəzifəsində olarkən fəaliyyətində hər hansı məsələnin 
Az
ərbaycanın  ziyanına,  Rusiyanın  isə  xeyrinə  həll  olunması  faktı  mövcud 
olmamışdır. N.Nərimanov Rusiya və Mərkəzin iddialarına qarşı durmuş, bolşevizm 
şəraitində  Azərbaycanın  müstəqilliyinin  qorunub  saxlanmasına  ümid  etmiş  və  bu 
yolda aktiv f
əaliyyət göstərmişdir.  V.İ.Lenin  Azərbaycanla  bağlı  bir  çox 
m
əsələlərdə N.Nərimanovun məsləhətləri ilə hesablaşmışdır. 
Şaumyanın  Azərbaycanın  və  xüsusən  Bakının  milli  simasını  dəyişmək 
f
əaliyyəti  bolşeviklik  ideologiyasından  daha  çox  irqçilik  təəssüratı  bağışlayır. 
Lenin v
ə  bolşeviklər  partiyası  bir  neçə  dəfə  Şaumyanın  məhz milli məsələlərdə 
s
əhv mövqeyini  vurğulayaraq  onu  tənqid atəşinə  tutmuşdu.  Hələ  1914-cü ildə 
Lenin Şaumyana irad tutmuşdu ki, o, marksist mövqeyindənsə, “erməni korluğunu 
üstün tutur v
ə  rus  şovinist-millətçilərdən  olan  Purişkeviçlərin  yardımçısı  olaraq 
onların  millətçi mövqelərindən  çıxış  edir  (122,  t.48,  s.302).  Erməni-müsəlman 
qarşıdurması  1905-ci ildə  baş  vermişdirsə  də,  bu  qarşıdurma  məhz 1918-ci ildə 
S.Şaumyanın  rəhbərliyi,  bolşevik-daşnak  cütlüyünün  icrası  ilə  daha kəskin  şəkil 
almışdır.  S.Şaumyan  ermənilərin müstəqilliyini qanuni  tarixi ideya kimi qəbul 
etdiyi halda (156, s.298-299), Az
ərbaycan xalqının milli  müstəqillik ideyasını bir 
neç
ə  millətçinin arzusu kimi qələmə  verirdi (140, t.2, s.257). Şaumyan xalqların, 
daha doğrusu, Azərbaycan xalqının öz müqəddəratını təyin etmə hüququnun, hətta 
muxtariyy
ət hüququnun olmaması mövqeyindən çıxış etdiyinə görə Lenin 1918-ci 
il  martın  15-də  ona bir daha ciddi xəbərdarlıq  etdi  (122,  t.8,  s.233-236). Bu 
x
əbərdarlıq  Şaumyanın  mövqeyinə  təsir etmədiyindən, üç gün sonra, 1918-ci il 
martın 19-da RK(b)P MK Şaumyana məktub yazaraq xüsusilə vurğuladı ki, “əgər 
müs
əlmanlar muxtariyyət istəyirlərsə, bunu onlara vermək lazımdır” (131, s.107). 
Bütün bu göst
ərişlərə və tövsiyələrə baxmayaraq, Şaumyan daşnaklara arxalanaraq 
1918-
ci il mart ayının ikinci yarısında Azərbaycan xalqına qarşı soyqırım siyasətini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə