107
Qazaxıstandan ayırmaqla və Həştərxan türklərini
məcburi assimilyasiyaya
uğratmaqla bir tərəfdən Başqırdıstanı, Tatarıstanı və çuvaşları, o biri tərəfdən isə
Orta Asiya türkl
ərini türk dünyasından təcrid etmək, tatarları Krımdan, türkdilli
qaraçayları və balkarları Qafqazdan sürgün edərək, Krımı və Qafqazı
türksüzl
əşdirmək və Azərbaycanı şimal türklərindən, Zəngəzuru ayırmaqla
Az
ərbaycanı Türkiyə dövlətindən təcrid etmək məqsədindən irəli gəlirdi. Bunlar
möht
əşəm Avrasiya “vahid türk xətti”nin zəncirvari sınmasının təzahürləridir.
Bel
ə bir sual yaranır: Əgər N.Nərimanov bu şəraitdə vəzifəsindən istefa
vers
əydi, yaxud ümumiyyətlə, bu vəzifədə N.Nərimanov deyil, o dövrün başqa bir
az
ərbaycanlı siyasətçisi olsaydı, Azərbaycan dövləti Naxçıvanı və Qarabağı
Az
ərbaycan torpağı kimi saxlaya bilərdimi? N.Nərimanov kimi milli
təmayüllü
kommunistl
ər bir növ bolşevik siyasətinin qəddarlığına qarşı xalqlarının
maraqlarını qorumaqda zərbələri özlərinə olan sipər kimi dururdular. Axı,
Gürcüstanda Mdivani, Okucava kimi milli t
əmayüllü kommunistlər vəzifələrindən
k
ənarlaşdırıldıqdan sonra yerinə Lavrenti Beriya gəldi.
Azərbaycanda isə
N.N
ərimanov hakimiyyətdən uzaqlaşdırılmaqla Levon Mirzoyanın hakimiyyətə
g
əlməsi üçün zəmin yaradıldı. Qazaxıstanda milli təmayüllü kommunist Saken
Seyfullin Xalq Komissarları Sovetinin sədri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra,
Qazaxıstana başçı vaxtilə II Nikolayın qətlində fəal iştirak edən Qoloşşekin kimi
q
əddar şovinist bolşevik keçdi. O dövrdə vəzifə, onu tutanlar üçün
repressiyalardan
qorunmaq m
əqsədi ilə deyil, bir çox hallarda xalqını repressiyalardan qurtarmaq,
milli d
əyərlərini mühafizə etmək üçün istifadə olunurdu. Vəzifəli adamlar daha çox
t
əqiblərə və repressiyalara məruz qalırdılar. Özbəkistanda milli təmayüllü
kommunist A.İkramovu respublika partiya rəhbəri vəzifəsindən azad etməzdən
əvvəl onu Moskvaya çağırdılar. Həmin dövrdə Özbəkistanda rəhbər
vəzifədə olan
adamların çoxunu həbs etdilər. Onu Daşkəndə qaytarıb vəzifədən azad edərkən
M
ərkəzi Komitənin üzvləri arasında heç kvorum da olmamışdır. Həmin vaxt onun
köm
əkçilərindən birini yüksək vəzifəyə çəkdiklərini bilərək A.İkramov ona xəbər
çatdırır ki, bu addım “sadəcə səni həbs etmək üçün edilir”. Həqiqətən də
A.İkramovun həbsindən sonra Özbəkistanda görünməmiş repressiyalar baş
vermişdir (386, 1989, № 96, s.75).
Qeyd etm
ək lazımdır ki, Zəngəzur bolşevik Rusiyasının təkidi ilə sovet
Erm
ənistanına verilmiş olsa da, əslində 1921-ci ilin yayına qədər orada sovet
Erm
ənistanının orqanları, qurumları deyil, daşnak qüvvələri hökm sürürdü (161).
1921-
ci il martın 21-də Q.T.Minosyan adlı bir nəfərin Azərbaycan hökumətinə
Gorusdan vurduğu teleqram bu cəhətdən səciyyəvidir. Teleqramda deyilirdi: “Beş
aydır ki, Zəngəzur bolşeviklərdən azad olunmuşdur və 1920-ci il dekabrın 25-də
Tatev qurultayında Zəngəzur azad elan edilmişdir. Qurultayda belə nəticəyə
g
əlmişik ki, qonşumuz və qardaşımız olan tatarlarla (yəni azərbaycanlılarla - H.H.)
əlaqələrimiz dostluq əsasında qurulmalıdır. Sizə bir neçə nüsxə “Müsəlman
qardaşlarımıza müraciət” göndərirəm və xahiş edirəm ki, onu yayasınız”.
108
Teleqramda bir daha qeyd olunurdu: “Biz ist
ərdik ki, qardaşlıq əlaqələrimizi bərpa
ed
ək” (245, v.17). Bu teleqram bir neçə cəhətdən əhəmiyyətlidir. Sənəddən aydın
olur ki, 1920-
ci ilin noyabrında Zəngəzur bolşeviklərin deyil, onların əleyhinə olan
qüvv
ələrin idarəsində idi. Zəngəzurdakı mövcud hakimiyyət sovet Azərbaycanı ilə
əlaqə saxlamağa ehtiyac duyurdu.
N.N
ərimanov Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən
meydanda t
əklənmiş vəziyyətdə olmuşdur. O, təkbaşına Zəngəzurun
Az
ərbaycandan ayrılmasının qarşısını almaq üçün heç bir şey edə bilməmişdir.
N.N
ərimanov özü də bunu etiraf edirdi: “Əgər müsəlman kommunistlərinin
əksəriyyəti... milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan
Z
əngəzuru ala bilməzdi” (243, v.7-8).
N.N
ərimanovun Dağlıq Qarabağ probleminə münasibəti birmənalı
olmuşdur. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “qurultayın”
q
ərarının nəticəsiz qalmasını N.Nərimanovun Ermənistana verdiyi notanın nəticəsi
kimi qiym
ətləndirmək olar. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya
RK(b)P MK-
ya “Dağlıq Qarabağda vəziyyət” haqqında teleqram vurmuşdur.
Teleqram bu sözl
ərlə bitirdi: “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə
mövqey
ə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin
Az
ərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi
qiym
ətləndirəcəkdir” (320, v.3). 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç
q
ərardan irəli gələn nəticələri də N.Nərimanovun
siyasətinin uğuru kimi
qiym
ətləndirmək olar. 1921-ci il iyunun 19-da Ermənistan tərəfindən “Dağlıq
Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında” dekret həyata
keçirilm
ədi, iyunun 26-da Azərbaycan XKS-nin qərarı ilə Ermənistanın Dağlıq
Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xətm edildi
(205, v.1). N.N
ərimanov bu qərarı haqqında rəsmi olaraq Orconikidzeyə və
Erm
ənistan İnqilab Komitəsinin sədri Myasnikova bildirmişdir (206, v.71). 1921-ci
il iyulun 4-d
ə RK(b)P MK Qafqaz Bürosunun Dağlıq Qarabağı Ermənistanın
t
ərkibinə daxil etmək haqqında qərarı da nəticəsiz qaldı. Nəhayət, 1921-ci il iyulun
5-d
ə RK(b)P MK Qafqaz Bürosunun qərarı ilə Dağlıq Qarabağın Azərbaycanın
t
ərkibində saxlanması gerçəkləşdi. Qeyd etmək lazımdır ki, bu qərarla ona “geniş
vilay
ət muxtariyyəti verildi” (237, v.122). Bu tövsiyənin
həyata keçirilməsi
N.N
ərimanovun Azərbaycanda hakimiyyəti dövründə baş tutmamışdır:
“Mirzoyanın güclü təsiri altında Dağlıq Qarabağ Muxtar Vilayət elan edilmişdir.
M
ənim vaxtımda bu, mümkün olmamışdır” (316, s.441). Bu qərardan az sonra
N.N
ərimanov Orconikidzeyə, Ermənistan İnqilab Komitəsinin sədri Myasnikova
v
ə Qarabağın Ermənistanda səlahiyyətli nümayəndəsi Mravyana teleqram vuraraq
bildirmişdir ki, Mravyanın missiyası əsassızdır və o, geri çağırılır (206, v.71).
N.N
ərimanovun 1922-ci il 13 iyul tarixli “Biz və onlar” qeydlərindən aydın
olur ki, onun m
əşhur 1920-ci il noyabr bəyanatının arxasında hadisələr və
sövd
ələşmələr olmuşdur. Bu qeydlərində o deyirdi: “Azərbaycan Zəngəzuru