105
Ümumaz
ərbaycan sovetlər qurultayında Naxçıvanla bağlı xüsusi vurğulamışdır ki,
sovet Rusiyası ilə Türkiyə arasındakı müqaviləyə əsasən Naxçıvan Azərbaycanın
protektoratlığı altında bir respublika kimi tanınacaq və Azərbaycan
nümayəndə
hey
əti bu işdə var qüvvəsi ilə çalışacaqdır (286, t.2, s.500). Müqavilədən sonra
Türkiy
ə Ukrayna ilə də saziş bağladı. Bu tərəfdən sərhədlərini qanuniləşdirən və
möhk
əmləndirən Türkiyə silahlı qüvvələrini başqa sərhədlərinə yönəldərək uğur
qazandı. Türkiyə-Rusiya və başqa sovet respublikaları ilə dostluq və əməkdaşlıq
sazişlərinin əldə olunmasında N.Nərimanovun rolu gözə çarpacaq dərəcədə
olmuşdur. Bu müqavilələrin imzalanması və təsdiqindən sonra Rusiya Cənubi
Qafqazda öz mövqel
ərini möhkəmləndirdi və üç respublikanı vahid ittifaq
dövl
ətində birləşdirmək üçün addımlar atdı.
Bölg
ənin işinə müdaxilə edən ölkələrin və erməni siyasətçilərinin
Z
əngəzura xüsusi marağı gözə çarpır. 1919-cu il mayın 19-da Bakıda yerləşən
mütt
əfiq qoşunlarının komandanı general Şatevord Azərbaycan hökumətini
x
əbərdar edirdi ki, “Zəngəzurda Azərbaycan idarəçiliyi təşkil olunmayacaq” və
“Z
əngəzurun işlərinə hər hansı müdaxilə yolverilməzdir” (145, s.235).
Erməni
t
ədqiqatçısı Qrant Avetisyan belə qeyd edir ki, 1919-cu ilin dekabrında erməni
hökum
əti Azərbaycanla danışıqlar aparmağın aşağıdakı şərtlərini irəli sürmüşdü:
Şərur-Naxçıvan yolu açılsın, Azərbaycan Zəngəzura olan iddialarından imtina
etsin, erm
ənilər Azərbaycan ərazisində azərbaycanlılarla eyni hüquqlara malik
olsun (390). H
əmin şərtlərin Ermənistanın baş naziri Aleksandr Xatisyan
t
ərəfindən F.Xoyskiyə teleqram şəklində göndərildiyini də müəllif qeyd edir (390).
1920-
ci ilin yanvarından aprelinə qədərki dövrdə daxil olan sənədlərdə
s
əslənən əsas narahatlıq Zəngəzur və Qarabağ cəbhələrinin ermənilər tərəfindən
birl
əşdirilməsi idi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan ordusu
Türkiy
ə ordusu ilə birlikdə Zəngəzurda hərbi əməliyyatlar aparmağa məcbur
olmuşdu və bu yerləri nəzarəti altına almaqda idi. Lakin Azərbaycan-Türkiyə
bir
liyi, bir sıra dövlətlər tərəfindən ərazi problemindən daha çox siyasi addım kimi
qiym
ətləndirilirdi, çünki Qərb ölkələri Azərbaycanın Türkiyə ilə birbaşa
əlaqəsindən narahat olaraq bunu yolverilməz sayırdılar. Ona görə ki,
bu vəziyyət
regionda türkçülüyün gücl
ənməsinə gətirə bilərdi. Narahatlıq ingilis hərbi
diplomatı polkovnik Rxeinin məlumatından da aydın olur. Rxei yazırdı ki, bu hərbi
yürüşün, Azərbaycan-Türkiyə hərbi birliyinin əsas məqsədi “Azərbaycanı Türkiyə
il
ə birləşdirməkdir” və bu dəhlizlə Azərbaycana silah və sursat göndərməkdir.
Əgər biz vaxtında müdaxilə etməsək, Türkiyə-Azərbaycan birləşmiş ordusu
Z
əngəzuru ala bilər və ermənilər məğlub ola bilər (281). Rxei N.Usubbəyovla
Erm
ənistan baş naziri Xatisyanın görüşünə nail oldu. Həmin görüşdə
Az
ərbaycandan tələb olunurdu ki, Zəngəzurda hərbi əməliyyat dayandırılsın,
oradan ordu çıxarılsın və yollar açılsın. Buna cavab olaraq N.Usubbəyov yurd-
yuvasından didərgin salınanların öz yuvalarına qayıtmasının təmin olunmasını
t
ələb etdi. Xatisyan
bu didərginlərin bir il, il yarım əvvəl Zəngəzuru tərk etdiklərini
106
v
ə onların geri dönüb yaşaması üçün şəraitin olmadığını bəhanə gətirsə də,
N.Usubb
əyov bununla razılaşmadı. Beləliklə, danışıqlar Azərbaycanın xeyrinə
n
əticələnmədi.
Amma Az
ərbaycan və Türkiyə ordularının birgə uğurlu hərəkatı
dayandırıldı. 1920-ci il aprelin 27-də general Səlimov Şuşadan Bakıya belə bir
m
əzmunlu teleqram göndərdi: “Bilmirəm, Zəngəzura hərəkəti davam etdirimmi”
(146, s.578). H
əmin gün Bakıda Parlamentin iclasında əsas məruzəçi olan
M
.H.Hacınski Zəngəzurun taleyinin daxili qüvvələr hesabına həlli qarşısında aciz
olduqlarını bildirir (147, s.535). Bu məlumatlardan iki nəticəyə gəlmək olar.
Birincisi, o zaman Z
əngəzurun böyük hissəsi erməni silahlı dəstələrinin
n
əzarətində idi. İkincisi, Azərbaycan ordusunun Zəngəzuru azad etmək gücünə nə
d
ərəcədə hazır olduğu sualı hökumət başçıları və ordu generalları qarşısında da
dururdu. T.Köç
ərli bu məsələyə münasibət bildirərkən
belə bir nəticəyə gəlir ki,
“Z
əngəzurda erməni silahlı bandalarını darmadağın etmək işi yarımçıq qalmışdı”
(43, s.346). R
əsmi sənədlərdə də qeyd olunurdu ki, “Zəngəzur Ararat (erməni)
qoşunları tərəfindən dağıdılmışdır” (233, v. 13).
Türkiy
ənin “Cümhuriyyət arxivi”nin 930 №-li fondunda Zəngəzur
mövzusuna aid 1918-ci ilin avqustundan 1920-ci ilin aprelin
ə qədərki dövrü əhatə
ed
ən 50-dən çox sənəd saxlanılır. Bu sənədlərlə tanış olaraq Zəngəzurun siyasi və
h
ərbi durumu haqda nəticəyə gəlmək olar. İlkin sənəddən aydın olur ki, 1918-ci
ilin
avqustunda Andronikin d
əstələri Zəngəzur əyalətinin bir qismini ələ
keçirmişdir. 1919-cu ilin yanvarından başlayaraq ermənilər tərəfdən Zəngəzurun
müs
əlman kəndləri yerlə-yeksan edilir, kəndlərin əhalisinin bir qismi məhv edilir,
qalan hiss
əsi isə qovulurdu. Məktublarda ermənilər tərəfindən vaxtaşırı dağılan
k
əndlərin sayı göstərilir: 30 kənd (yanvar 1919), 110 kənd (oktyabr 1919), 20 kənd
(dekabr 1919), 26 k
ənd (dekabr 1919), 26 kənd (yanvar 1920), 40 kənd (yanvar
1920). 19 yanvar 1920-ci ild
ən başlayaraq və xüsusən 31 dekabr 1919-cu ildən 5
fevral 1920-ci il
ə qədər bəzi məktublarda dağıdılan kəndlərin adları sadalanır:
Oqupir, Davidan, Atkız, Şabadan, Apişu, Kuşuçilər, Kazıkurdalı, Koğçinək
bölg
əsi, Xanbulaq otlağı. 3 dekabr 1919-cu ildə Zəngəzurda məsciddə toplanan
900 kişinin, 400 qadın və uşağın ermənilər tərəfindən dinamitlə partladılması
haqda x
əbər verilir. Həmin dövrdə insan və kənd itkiləri o qədər idi ki,
bəzən məhv
edil
ən kəndlərin, mətnsiz, sadəcə siyahısı göstərilmişdir. Zəngəzur Azərbaycan
torpağı olsa da, oranın böyük bir hissəsi 1919-cu ildə artıq ermənilər tərəfindən
idar
ə olunurdu və azərbaycanlılar yaşayan bir çox kəndlər dağıdılmışdı (277).
Z
əngəzuru Azərbaycandan ayırmaq dünya siyasətinin gizli oyunun nəticəsi
v
ə dünya geosiyasətinin maraqlarının təcəssümü idi.
Tarixən Avrasiyada mövcud
olan “vahid türk x
ətti”nin dünya xəritəsində bir neçə sahədə sınması, türk
xalqlarının bir-birindən təcrid olunması dünya və xüsusən erməni və rus
siyas
ətçilərinin ümdə maraqları idi. Sibir türklərini məcburi assimilyasiyaya
uğradaraq Yaqut və Altay türklərini təcrid etmək, Orenburq vilayətini