HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

103 
 
v
əziyyətdə həyata keçirdiyi milli maraqlara söykənmiş, düşünülmüş dövlət siyasəti 
h
əlledici  rol  oynadı.  Türkiyədən Moskvaya gedən və  Moskvadan Türkiyəyə 
qayıdan  bütün  nümayəndə  heyətləri ilə  N.Nərimanov  şəxsən  görüşmüşdür  və  bir 
çox hallarda t
əkbətək danışıqlar aparmışdır. 
Fikrimizc
ə,  şifahi  bəyanatdan  əlavə  N.Nərimanovdan rəsmi sənəd, yəni 
Erm
ənistan-Azərbaycan  sazişi  tələb  olunmuş,  lakin N.Nərimanov bundan imtina 
etmişdir.  N.Nərimanovun bəyanatında  Naxçıvana  aid  bir  xüsusiyyət diqqəti cəlb 
edir. Əgər N.Nərimanov bəyanatında Zəngəzurdan sovet Azərbaycanının qoşununu 
çıxarmağı  vəd  vermişdirsə,  Naxçıvan  və  Qarabağ  barəsində  belə  vəd 
verilm
əmişdir.  Naxçıvan  əhalisinin  heç  bir  şərtlə  Ermənistana  tabe  olmayacağı 
erm
ənilərə də, Azərbaycan rəhbərliyinə də yaxşı məlum olmuşdur. Ermənistan və 
Az
ərbaycan  artıq  Rusiya  dövlətinin maraq və  təsir dairəsində  olduqlarından 
erm
ənilər anlayırdılar ki, onlar istədikləri üsulla, yəni hərb və etnik təmizləmə yolu 
il
ə Naxçıvana hakim ola bilməyəcəklər. Fikrimizcə, ermənilərin bu addımı xüsusi 
t
ədqiqata  möhtacdır.  1920-ci  il  dekabrın  2-də  Rusiya ilə  Ermənistan  arasında 
imzalanan  sazişdə  Zəngəzur Ermənistan  ərazisi kimi göstərilmişdir,  Naxçıvan  və 
Qarabağ haqqında isə heç bir qeyd yoxdur. 
O zamanlar 
ərazilərin səsvermə  yolu ilə  dövlət mənsubluğunu 

əyyənləşdirmək  praktikası  geniş  yayılmışdır.  Dağlıq  Qarabağın  Azərbaycanın 
t
ərkibində  qalmaq məsələsində  də  həmin üsuldan istifadə  olunmuşdur.  Bundan 
başqa,  Zaqatala  dairəsinin taleyinin həllini  də  Azərbaycan  Milli  Şurası  yerli 
əhalinin öhdəsinə  buraxmışdı  (349,  3  noyabr  1918,  №  92).
 
Sorğu  nəticəsində  bu 
ərazinin taleyi Azərbaycanın  xeyrinə  həll  olunmuşdur.  Qars  vilayətinin də 
tabeliyinin 
əhalinin istəyi nəzərə alınmaqla həlli təklif olunmuşdur. 
Bel
əliklə,  Naxçıvanın  Ermənistana verilməsi məsələsi  Naxçıvan  əhalisinin 
öhd
əsinə  buraxılmış,  yəni  onların  rəyi həlledici  rol  oynamışdır.  O  ki  qaldı 
Naxçıvanın  əhalisinin iradəsinə,  o  zamanlar  Naxçıvan  qəzasında  və  Şərur-
D
ərələyəzdə  əhalinin  əksəriyyəti azərbaycanlı  idi  (218,  v.60-61). Təklif olunan 
əhalinin iradəsinin ifadəsi  Naxçıvanda  hələ  AXC dövründə,  Paris  sülh  konfransı 
ərəfəsində  keçirilmişdi.  Azərbaycanın  Naxçıvanla  bağlı  addımını  bu  torpaqdan 
imtina kimi deyil, sad
əcə siyasətə məlum və nəticəsi qabaqcadan bəlli olan taktiki 
addım kimi qiymətləndirmək lazımdır. Naxçıvanda rəy sorğusu keçirilərkən heç bir 
gözl
ənilməz hadisə  baş  vermədi.  Əhalinin  90%-i  Naxçıvanın  Azərbaycanın 
t
ərkibində  qalmasına  səs verdi (54, s.301). N.Nərimanov bütün bunlarla 
kifay
ətlənməyərək Türkiyə ilə danışıqlara başlamışdır. 
T.Köç
ərli “Qarabağ” əsərində belə bir nəticəyə gəlir ki, “əgər N.Nərimanov 
Dağlıq Qarabağla Zəngəzurun “dərhal və danışıqsız Azərbaycana birləşdirilməsi” 
namin
ə  Naxçıvandan  imtina  etmək tələbinə  “bəli” desəydi,  şübhəsiz,  Naxçıvanın 
Erm
ənistana verilməsi gerçəkləşərdi” (43, s.360). Müəllif  Naxçıvan  probleminin 
h
əllini N.Nərimanovun  uğuru  və  S.Orconikidzenin  uğursuzluğu  kimi 
qiym
ətləndirir (43, s.378). Çünki Orconikidze və  Kirov rus-türk  danışıqları 


104 
 
ərəfəsində, 1921-ci  il  yanvarın  2-də  RK(b)P MK-nın  bütün  üzvlərinə  tamamilə 
m
əxfi məktubda  yazırdılar:  “...türklər  Naxçıvanda  öz  bufer  zonalarını  yarada 
bil
ərlər.  Onlar  burada  xüsusi  xanlıq  yaratmaq  istəyirlər.  Onların  əlində  Təbriz 
d
əmiryolu olacaq, bizi İrandan ayıracaq və Ermənistanı parçalayacaq”. 
N.N
ərimanov Naxçıvanın taleyi ilə bağlı öz diplomatik-siyasi mübarizəsini 
davam  etdirmişdir.  Şahtaxtinski  Moskvadan  xalq  xarici  işlər  komissarı 
M.Hüseynova yazırdı ki, Türkiyə-Rusiya danışıqlarında məhz Azərbaycanın təkidi 
il
ə  Naxçıvan  məsələsinin müzakirə  edilməsinə  və  Türkiyənin təkidi ilə 
Az
ərbaycanın xeyrinə həllinə nail olmuşdur (251, v.138). Azərbaycan tərəfi 1921-
cü il avqustun 14-d
ə  Naxçıvan  rəhbərliyinə  teleqram vuraraq tələb etdi ki, 
“Erm
ənistan XKS tərəfindən göndərilən bütün ermənilər təcili olaraq Naxçıvandan 
çıxarılsınlar”.  Həmin  teleqramın  bir  surəti də  Ermənistan rəhbərliyinə 
gönd
ərilmişdir (212, v.36). 
N.N
ərimanovun  tapşırığı  ilə  Azərbaycanın  Moskvadakı  səlahiyyətli 
nümay
əndəsi M.Hacinski Moskvada ezamiyyətdə  olan Türkiyə  nümayəndə 
hey
ətinin başçısı Bəkir Sami ilə görüşərək ermənilərin əsassız olaraq iddia etdikləri 
əraziləri, xüsusən də  Naxçıvan  problemini  müzakirə  etdilər. N.Nərimanovun 
nümay
əndələri Türkiyə tərəfinin problemlərə siyasi müdaxiləsinə razılığını aldılar. 
Bir neç
ə  gündən sonra Bəkir Saminin Leninlə  görüşündə  bu  razılığın  nəticəsi 
özünü büruz
ə  verdi. Məhz  bu  danışıqlar  nəticəsində  Naxçıvanla  bağlı  Qars 
müqavil
əsinin əsası qoyuldu. Qars müqaviləsinin bir çox vacib xüsusiyyəti var idi: 
Türkiy
ə  əslində  nəinki öz sərhədlərini, hətta  iki  sovet  respublikası  arasında  da 
s
ərhədlərin müəyyənləşməsində öz kəsərli sözünü dedi. Türkiyənin Azərbaycanla 
Erm
ənistan arasında, sərhədlərin müəyyənləşməsində iştirakı, sözsüz ki, onun həm 
öz m
ənafeyi, həm də  Azərbaycana  qarşı  xüsusi  münasibətinin təzahürü idi. 
Bel
əliklə, 1921-ci il martın 16-da Moskva, oktyabrın 13-də isə Qars müqavilələri 
bağlandı.  Bu  müqavilələrin həm Azərbaycan, həm də  Türkiyə  üçün tarixi 
əhəmiyyəti var idi. Azərbaycan, nəhayət, Ermənistan ilə  sərhədlərini beynəlxalq 
s
ənədlə, Türkiyə hamiliyi və Rusiyanın iştirakı ilə rəsmiləşdirdi. Türkiyə üçün bu 
s
ənədin tarixiliyi ondan ibarət idi ki, bir dövlət olaraq beynəlxalq həyatdan təcrid 
olunmadan  çıxdı,  qonşuları  ilə  sıx  və  qarşılıqlı  iqtisadi  və  diplomatik  əlaqələrini 
t
ənzimləyən  sazişləri  əldə  etdi.  M.Qasımov  yazır  ki,  Türkiyə  ona zorla qəbul 
etdiril
ən Sevr müqaviləsinə  qarşı  Rusiya  ilə  birlikdə  Azərbaycan, Gürcüstan və 
Erm
ənistanın  dəstəyini  aldı;  dünyaya,  xüsusən Antanta ölkələrinə  Sevr 
müqavil
əsinin  iflasa  uğrayacağını  göstərdi; üç Cənubi  Qafqaz  respublikası, 
xüsus
ən Ermənistanla münasibətlərini tənzimlədi; özünün Güney Qafqaz 
respublikaları  ilə  olan sərhədlərinin təhlükəsizliyini təmin etdi (10, s. 109-110). 
Türkiy
ə hökuməti Azərbaycan və Ermənistanın Qars müqaviləsinə imza atmasına 
v
ə  bu istəyin  reallaşmağında  N.Nərimanova ümid bəsləyirdi. Türkiyə  rəhbərliyi 
Erm
ənistan rəhbərliyinin Qars müqaviləsindən imtina edəcəyindən narahat idi. 
N
ərimanov bu məsələnin həllində sərt  mövqe nümayiş etdirmişdir. N.Nərimanov 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə