95
münasib
əti anormal olacaq, çünki ermənilər məhz F.Xoyskini sentyabrda Bakı
alınarkən baş verən erməni qırğınlarında günahkar sayırlar (166, s.130). Bu,
s
əmimi bir bəyanat deyildi. Söhbət heç də F.Xoyskinin şəxsiyyətindən getmirdi.
Problem daha geniş idi. Ermənilərin əsas məqsədi bütün vasitələrlə Azərbaycanda
sabitliyi pozmaq, Az
ərbaycan siyasətçilərinə qarşı xalqda inamsızlıq yaratmaq,
onları uğursuzluqların səbəbkarı kimi qələmə vermək idi.
Bu məsələ müzakirədən
sonra s
əs çoxluğu ilə qəbul olundu. İrəvan Türk Milli Şurasının üzvləri buna etiraz
etdil
ərsə də, Azərbaycan Milli Şurası bu qərarı qəbul etdi. Ətraf əraziləri ilə
birlikd
ə İrəvan şəhəri Ermənistana verildi.
Müzakirələrdə Xasməmmədov,
C
əfərov, Şeyxülislamov, Məhərrəmov etiraf etdilər ki, “İrəvanın ermənilərə
güz
əştə gedilməsi qaçılmaz bəladır” (147, s.14). F.Xoyskinin bu qərardan sonrakı
iki teleqramı da məsələnin mahiyyətini açmağa kömək edir. Birinci teleqramında,
o, xarici işlər naziri M.Hacınskiyə yazırdı ki, “ermənilərlə bütün mübahisələri
qurtardıq”, “onlar bizim ultimatumu qəbul edəcəklər və müharibə işi bitəcək” (217
v. 1-
2). Əlbəttə, hökumətin bütün üzvlərinin ermənilərlə belə asanlıqla barışığa nail
olunduğuna inandığını söyləmək mümkün deyildir. F.Xoyskinin vurduğu ikinci
teleqram is
ə M.Rəsulzadəyədir: “Əgər ermənilər Qarabağa qarşı iddia irəli
sürs
ələr, İrəvanı güzəştə getməyimizdən imtina edin” (64, s.33, 37). Amma siyasi
hadis
ələr elə cərəyan etdi ki, ermənilər Qarabağa sahib olmaq iddialarında qaldılar,
az
ərbaycanlılar isə İrəvanı güzəştə getmək qərarlarından imtina edə bilmədilər.
Az
ərbaycan tarixçisi T.Köçərli bu qərarla bağlı tarixi aspektdə bir suala cavab
axtarır: “Azərbaycan Milli Şurası İrəvanı Ermənistana verməmək haqqında qərar
q
əbul edə bilərdimi? - Şübhəsiz. Lakin bununla Azərbaycan İrəvanı əldə saxlaya
bil
ərdimi? - Birmənalı cavab yoxdur” (43, s.309). Bu tarixi sual və cavabı
N.N
ərimanovun Zəngəzurla bağlı mövqeyinə də aid etmək olar.
Onu da qeyd
etm
ək lazımdır ki, 1920-ci ilin axırında Zəngəzurda erməni əhalisi çoxluq təşkil
edirdi (163, v.22). Az
ərbaycan Xalq Cümhuriyyəti başçılarının qərarı ilə
Aleksandro
pol quberniyası ərazilərinin bir qisminin
də Ermənistana verilməsinə
etiraz olmadı. Batum konfransının nəticəsi kimi üç respublika arasında müqavilə
imzalandı, Ararat (Ermənistan) Respublikasının ərazisi təxminən 10 min kv.km
mü
əyyənləşdirildi. Lakin ermənilər bununla kifayətlənməyərək yeni-yeni iddialar
ir
əli sürməyə başladılar. 1918-ci ildə AXC hökumətinin qərarı ilə İrəvan və
Aleksandropol hesabına ərazilərini qanuniləşdirən ermənilər Azərbaycanda sovet
hakimiyy
əti qurulanda artıq 25 min kv.km əraziyə malik idi. Bununla yanaşı, qeyd
etm
ək lazımdır ki, Zaqatala dairəsinin Milli Komitəsi əhali arasında sorğu
keçir
ərək Azərbaycana birləşmək haqqında nəticəyə gəlmişdir. AXC hökuməti
1918-ci il iyunun 30-da “Zaqatala dair
əsinin Azərbaycana birləşməsi haqqında”
180 №-li qərar qəbul etmişdir (199, v.10).
Az
ərbaycan hökuməti İrəvan şəhərindən ermənilərin xeyrinə imtina etmişdi.
Lakin b
əzi xarici dövlətlər İrəvan və onun ətrafının hələ də Azərbaycana məxsus
olduğu fikrində idilər. 1918-ci ilin yayında bir ingilis diplomatının göndərdiyi
96
m
əlumata görə, yeni Azərbaycan Respublikası üç quberniyanın ərazisi hesabına
t
əşkil olunurdu: Bakı, Yelizavetpol (Gəncə) və İrəvan (274). 1918-ci il 31
oktyabr
tarixli “Az
ərbaycana diqqət yetirin” adlı bir məlumatda yazılırdı ki, Azərbaycanın
t
ələb etdiyi ərazilər “müəmmalı olsa da” o, Yelizavetpol (Gəncə), Bakı və ola
bilsin ki, İrəvan və Dağıstandan ibarət olsun (275). 1919-cu ilin fevral ayında daha
bir ingilis diplomatı “Azərbaycanda vəziyyət” adlı məruzəsində yazırdı ki,
Az
ərbaycanın tələb etdiyi ərazilər arasında Bakı, Yelizavetpol (Gəncə), Zaqatala
v
ə İrəvan adlı məkan vardır (276).
1918-
ci ilin iyul ayında “Mərkəz” və “Qafqaz” adı ilə İstanbulda birgə
konfrans keçirilm
əli idi. Mərkəz adı ilə Almaniya, Avstriya-Macarıstan, Osmanlı
v
ə Bolqarıstanın, Qafqaz adı ilə Gürcüstan, Azərbaycan,
Ermənistan, Dağlılar
İttifaqının (bu ittifaqa Dağıstan, İnquşetiya, Çeçenistan, Kabarda, Osetiya və
Şimali Qafqazın başqa müsəlman xalqları daxil idilər) nümayəndə heyətləri iştirak
edirdil
ər. Bu konfransın müzakirə ediləcəyi ən vacib
məsələlərdən biri dövlət
ərazilərinin və sərhədlərinin dəqiqləşdirilməsi idi. Ermənistanın təqdim etdiyi
s
ənəddə ərazi tələbləri ondan ibarət idi ki, Sürməli, Naxçıvan, Ordubad, Axalkələk,
Eçmi
ədzin, İrəvan qəzası, Borçalı, Qazax, Qarabağ və Zəngəzur onlara verilsin. Az
sonra erm
ənilər əvvəl istədikləri ərazilərə Türkiyənin Kilikiya vilayətini və İranın
idar
əsində olan Azərbaycan ərazilərini də əlavə etdilər. AXC nümayəndə heyəti də
İstanbul konfransına Azərbaycana daxil olan ərazilərin siyahısını təqdim etdi: Bakı
vilay
əti (şəhər daxil olmaqla), Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları,
G
əncə vilayəti (Gəncə, Cavanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur, Qazax
q
əzaları), Yerevan vilayəti (Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bəyazid qəzaları),
Tiflis vilay
əti (Borçalı, Sıqnağ qəzaları və Tiflis qəzasının bir hissəsi)
və Zaqatala
sancağı (62, 1990, № 3, s.122).
Bir müdd
ət sonra isə Azərbaycan hökumətinin Paris sülh konfransına
t
əqdim etdiyi memorandumda Azərbaycan Respublikasının ərazisi aşağıdakı
şəkildə təqdim olundu: Bakı quberniyası, Yelizavetpol quberniyası, İrəvan
quberniyasından Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, habelə Yeni
B
əyazid, Eçmiədzin, İrəvan və Aleksandropol qəzalarının bir hissəsi; Tiflis
quberniyasından Borçalı, Tiflis və Sıqnağ qəzalarının bir hissəsi, Zaqatala qəzası;
Dağıstan regionundan Samur nahiyəsini əhatə edən ərazinin bir hissəsi,
habelə
D
ərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq-Tabasaran qəzasının bir
hiss
əsi (11, s.29). Həmin memoranduma əsasən Azərbaycan Respublikasının
ərazisi 94,1 min kv.km müəyyənləşdirilmişdi. 1919-cu ilin iyununda
Ə.Topçubaşov Paris sülh konfransının sədri, Fransanın baş naziri J.B.Klemansoya
gönd
ərdiyi notada Azərbaycan ərazisinin 100 min kv.km olduğunu iddia edirdi.
Amma Paris sülh konfransı Azərbaycanı müstəqil dövlət kimi tanısa da, onun ərazi
t
ələblərini təmin etmək iqtidarında deyildi və ya etmək istəmirdi. Çünki
erm
ənilərin bu konfransda ərazi iddialarını dəstəkləyən çoxlu tərəfdarlar və b.
s
əbəblər var idi.