97
Erm
ənilər haqqında o dövrün bir gürcü siyasətçisi qısa və konkret deyirdi:
“N
ə qədər ki, ermənilər onları təmin edən
qədər ərazi əldə etməyiblər, bizim
h
əyatımızı zəhərləyəcəklər” (215, v.l). Gürcü siyasətçisinin bu fikrini eynilə hər
h
ansı Azərbaycan siyasətçisi də deyə bilərdi. Çünki ermənilər Azərbaycan
ərazisinə göz dikmişdilər. Ə.Topçubaşov İstanbulda Osmanlı dövlətinin baş naziri
T
ələt Paşa ilə görüşlərində erməniləri xarakterizə edən mövqeyini belə bildirirdi:
“Erm
ənilərlə dil
tapmaq çox çətindir, onların səmimiyyətinə biz inanmırıq,
dünyada neç
ə dövlət varsa, onların da bir o qədər siyasi orientasiyaları var,
İstanbulda sizə, Berlində isə almanlara məhəbbətlərini açıqlayırlar” (166, s.11).
“Biz erm
ənilərlə dostluğa çalışırıq, amma qorxuram ki, buna nail olmayaq, çünki
onların iştahası böyükdür, özgələrinin, yəni bizim hesabımıza öz məqsədlərinə nail
olmaq üçün bizim maraqlarımızı tapdalayaraq bütün paytaxtlarda bizi dövlətçilikdə
bacarıqsız və başqa xalqlara qarşı ədalətsiz bir millət kimi qələmə verirlər” (166,
s.13-
14). “İnanmadığın bir kəslə müttəfiq olmaq çox çətindir (166, s.15).
“Erm
ənilər qəflətən bolşeviklərə çevrilə bilərlər (166. s. 17). “Avropanın bütün
paytaxtlarında ermənilər bizi pisləyirlər” (166, s.18). “Ermənilər Parisdə,
Londonda, Vaşinqtonda faktları öz xeyirlərinə şişirdərək bağırırlar və bununla
özl
ərinə marağı artırırlar”. Bu fikirləri Ə.Topçubaşov ingilis polkovniki Tampla
söhb
ətində qeyd edirdi (166, s.68, 86). F.Xoyski bildirirdi ki, 1918-ci ildə biz
Bakını azad edərkən “ermənilər özlərini gah bolşevik, gah da ingilis kimi qələmə
verirdil
ər və onsuz da mürəkkəb vəziyyəti ağırlaşdırırdılar” (166, s.69). Ermənilər
dünya siyas
ətçilərini inandırmışdılar kı, bütün Cənubi Qafqaz onların əraziləridir.
H
ətta Ə.Topçubaşov ABŞ-ın İstanbulda diplomatik nümayəndəsi
ilə görüşərkən
özünü “Az
ərbaycandanam” deyə təqdim etdikdə Braun deyir: “Deməli,
erm
ənisiniz” (166, s.86).
1918-
ci il oktyabrın 14-də Osmanlı dövləti Azərbaycanla Dağıstanın vahid
bir dövl
ətdə birləşməsi təklifini irəli sürdü. Dağıstanın bəzi siyasətçilərinin də buna
meyli var idi. Bu fikir onunla
əsaslandırılırdı ki, Azərbaycan və Dağıstan ayrılıqda
zamanın imtahanından çıxa bilməzlər. Tiflisdən Fariz bəy
Vəkilovun müşayiəti ilə
Bakıya gələn ingilis hərbi diplomatı Q.Uordrop N.Usubbəyovun etirafını nəzərə
çatdırır: “Bir neçə Dağıstan xalqının müraciətinə baxmayaraq, Azərbaycan bu
yolda oyun oynadı və heç bir əməli iş görmədi” (282).
O zamanlar
ən mübahisəli ərazilərdən biri də Batum idi. Hər üç dövlət
Batuma yiy
ələnmək istəyirdi. Gürcüstanın iddiaları ona əsaslanırdı ki, Batum onun
tarixi
ərazisidir. Ermənistanın iddiaları ona əsaslanırdı ki, onun dənizə çıxışı
olmalıdır. Azərbaycanın iddiaları isə ona əsaslanırdı ki, o, Avropaya neft ixracını
Batum vasit
əsilə həyata keçirir. Qeyd edək ki, sonralar N.Nərimanovun
bilavasitə
iştirakı ilə qısa müddətdə neft kəmərinin tikintisi başa çatdırılıb istifadəyə verildi.
N.N
ərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi.
Az
ərbaycanda sovet hakimiyyəti qurulmaq ərəfəsində ərazi problemi nə vəziyyətdə
idi? Naxçıvan (Şərur-Dərələyəz daxil olmaqla) müharibə vəziyyətində idi, daşnak
98
Dronun r
əhbərlik etdiyi yaraqlılar tərəfindən nəzarət olunan Zəngəzur və
Qarabağda vəziyyət çox ağır idi. Onu da qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ
erm
əniləri təxminən 1919-cu ilin mayında keçirilən qurultaylarında özlərini
“Az
ərbaycanın tərkibində müvəqqəti” sayırdılar və Azərbaycan hökumətinə
imzalamaq üçün “Müv
əqqəti saziş” göndərmişdilər (176, v. 10). 1920-ci
il aprelin
23-29-
da Dağlıq Qarabağın Taqavard kəndində qondarma “Dağlıq Qarabağın
əməkçi kəndlilərinin doqquzuncu qurultayı” keçirildi. Qurultay Dağlıq Qarabağın
Erm
ənistanın ayrılmaz hissəsi olduğu qərarını qəbul etdi. Ermənistan Azərbaycana
qarşı öz ərazi iddialarından əl çəkməmişdi. Bu ərazilərin üçündə də (Naxçıvan,
Z
əngəzur, Qarabağ) müharibə gedirdi. 1920-ci ilin yazında Qarabağ cəbhəsində
v
əziyyət Azərbaycanın xeyrinə əsaslı şəkildə dəyişsə də, rəsmən Azərbaycan
ərazisi olmasına baxmayaraq, Zəngəzurda vəziyyət erməni hərbi dəstələrinin
xeyrin
ə idi.
Mənbələr sübut edir ki, AXC-nin hərbi uğurları zamandan asılı olaraq
d
əyişirdi, xüsusən Zəngəzurda gah uğurlu, gah da uğursuz olurdu. Azərbaycanda
sovet hakimiyy
əti qurulanda Paris sülh konfransına təqdim olunan ərazilərin
siyahısının bir çoxu artıq Azərbaycanın nəzarətindən çıxmışdı. İrəvan və Dərbənd
xanlıqlarının əraziləri, Borçalı və i.a. azərbaycanlıların nəzarətindən kənar qalan
ərazilər idi.
Sovet Rusiyasının hələ 1918-ci il Bakı Kommunası yaradılan zamandan
m
əqsədi bu idi ki, Bakını və hətta keçmiş Bakı quberniyasının bütün ərazisini
Az
ərbaycandan ayırsın. 1918-ci il mart qırğınının əsas məqsədi də Bakının milli
simasını dəyişmək və buranı müsəlman əhalisindən azad etmək idi. S.Şaumyan bu
m
əqsədlərini gizlətmirdi və dəfələrlə çıxışlarında, məktublarında da qeyd etmişdi
(140, c.2, s.246). N.N
ərimanovun V.Lenin qarşısında qoyduğu məsələlərin
arasında ən ümdələrindən biri Bakının Azərbaycandan ayrılmayaraq paytaxt kimi
tanınması idi (329, v. 158). V.Lenin N.Nərimanovun bu tələbinə razılıq verir.
1920-ci il aprelin 23-d
ə, xüsusi olaraq bu problem haqqında Leninin göstərişi ilə
Qafqaz ordusunun komandanı Tuxaçevski və Hərbi İnqilabi Şuranın üzvü
Orconikidze Rostovdan ordu komandanı Levandovskiyə
v
ə Xəzər
hərbi donanma
komandanı Raskolnikova teleqram göndərirlər. Teleqramda deyilirdi ki, “490 №-li
direktiv
ə əlavə və dəyişiklik edərək əmr edirəm: XI ordunun son məqsədi Bakı
quberniyası deyil, bütün Azərbaycanı ələ keçirməkdir” (242, v.146). Bu teleqram o
dem
ək deyil ki, sovet Rusiyası Bakını ələ keçirərək Azərbaycanın geridə qalan
hiss
əsi ilə işi olmayacaydı. Bir tarixi fakta diqqəti cəlb etməliyəm. 12 fevral 1920-
ci ild
ə AK(b)P-nin təsis qurultayında faktiki olaraq iki struktur yarandı.
“Hümm
ət”, “Ədalət”, Azərbaycanda fəaliyyətdə olan “Rusiya Kommunist
Partiyası” ləğv olundu və onlar Azərbaycan Kommunist Partiyası adı altında
birl
əşdilər. Bunlara rəhbərlik etmək üçün AK(b)P Mərkəzi Komitəsi yarandı.
Bununla yanaşı, “Hümmət”, “Ədalət”, Azərbaycanda fəaliyyətdə olan “Rusiya
Kommunist Partiyası”nın Bakı təşkilatları və Bakı Komitələri nə Azərbaycan
Kommunist Partiyasının tərkib hissəsi oldular, nə də AK(b)P Mərkəzi Komitəsinin