HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

101 
 
verilmişdir.  Orada  deyilirdi  ki,  Ermənistan sovet hakimiyyəti  “öz  gücünü  yalnız 
xalqın,  o  cümlədən  Naxçıvan  zəhmətkeşlərinin  açıq  ifadə  olunmuş  iradəsində 
görür”. Qeyd etm
ək  lazımdır  ki,  cavab bəyanatı  Azərbaycan hökumətinə  deyil, 
Naxçıvana göndərilmişdir. Bu da erməni siyasətinin bir təzahürüdür, onlar bununla 
Naxçıvanı Azərbaycan torpağı kimi tanımadıqlarını göstərmək istəyirdilər. Tarixi 
m
ənbələrdən bu da aydın olur ki, 1921-ci ildə N.Nərimanov Zəngəzur problemini 
bitmiş  saymamış,  Naxçıvanın  Azərbaycandan  ayrılmaması  üçün  Mehridən yol 
verilm
əsi uğrunda ardıcıl mübarizəsini davam etdirmişdir (265, v.23). 
Naxçıvana  dair  Azərbaycan tərəfinin mövqeyinə  ilk  baxışda  bəraət 
qazandırmaq mümkün olmadığı kimi, Ermənistan tərəfinin mövqeyinə də inanmaq 
ç
ətindir. Bəs, niyə  Azərbaycan belə  asanlıqla  Naxçıvanı  güzəştə  getməyə  hazır 
oldu v
ə  Ermənistan  Naxçıvandan  belə  asanlıqla  imtina  etdi?  Heç  şübhəsiz, 
Az
ərbaycan tərəfinin  Naxçıvana  dair  bəyanatı  düşünülmüş  taktiki  bir  addım  idi. 
H
ətta Ermənistanın qərarı qabaqcadan məlum idi. Tarixi şəraiti qiymətləndirmədən 
n
ə  Azərbaycan hökumətinin, nə  də  Ermənistan hökumətinin  bu  addımlarına 
düzgün elmi tarixi qiym
ət vermək olmaz. 
1920-
ci  il  noyabrın  3-də  Rusiyanın  vasitəçiliyi ilə  türk  qoşunları 
Erm
ənistana sülh təklifini irəli sürdü, lakin erməni tərəfi bundan imtina etdi. 1920-
ci  il  noyabrın  11-də  sovet  Rusiyasının  ikinci  cəhdi də  bir nəticə  vermədi. Belə 
v
əziyyətdə Kazım Qarabəkir Paşa qoşunlarını Ennənistanın üzərinə yeridərək onun 
tam t
əslim  olmasına  qədər  hücumlarını  davam  etdirdi.  Türklərin Ermənistan 
üz
ərində qələbəsi əslində bu ərazinin sovetləşməsində bolşevik Rusiyasına kömək 
etdi. Erm
ənilərin bu döyüşü “Böyük Ermənistan” uğrunda o dövrün son və məğlub 
döyüşü oldu. Həmişə  olduğu  kimi,  Rusiyanın  ənənəvi erməni siyasəti bu 
v
əziyyətdə  də  özünü büruzə  verdi. Bu da ondan ibarət idi ki, bir tərəfdən, sovet 
Rusiyası  Ermənistanda sovet hakimiyyətini qurmaq istəyir, o biri tərəfdən isə 
yıxılmağa  məhkum  olan  daşnak  hökumətinə  müəyyən rəğbət bəsləyirdi. Çünki 
Rusiyanın Ermənistanda mövcud olan hakimiyyətdən asılı olmayan daimi  marağı 
v
ə bundan irəli gələn siyasəti var ıdi. O zamanın bəzi mətbuat orqanlarında gedən 
yazılardan  belə  nəticəyə  gəlmək  olar  ki,  sovet  Rusiyası  türk  qoşunlarının 
hücumunun  qarşısını  almaq  məqsədi ilə  Ermənistanı  sovetləşdirməyə  məcbur 
olmuşdur (361, 1920, № 2). Bu yazılanlar, sözsüz ki, bir yazarın düşüncəsi olsa da, 
burada bir h
əqiqət  vardır.  Hətta  Lenin  yazırdı  ki,  “türk  hücumu  bizə  qarşı 
yön
əlmişdir.  Antanta  bizə  quyu  qazırdı,  amma  özü  ona  düşdü,  çünki  biz  sovet 
Erm
ənistanını  aldıq”  (122,  t.42,  s.  125).  1920-ci  il  dekabrın  2-də  sovet  Rusiyası 
sovet Erm
ənistanı  ilə  müqavilə  bağlayaraq  onun  müstəqilliyini  tanıdı.  Bu 
münasib
ətlə Lenin təbrik teleqramında xüsusi vurğulayırdı ki, Ermənistan var gücü 
il
ə  Azərbaycanla və  Türkiyə  ilə  “qardaşlıq  həmrəyliyi siyasətini həyata 
keçir
əcəkdir” (122, t.42, s.54). Deməli, Azərbaycan və  Ermənistan  arasında  ola 
bil
əcək hər  hansı  mübahisəli məsələnin həllində  Türkiyənin  iştirakı  və  bir çox 
hallarda h
əlledici söz Lenin tərəfindən qəbul edilirdi. 


102 
 
Leninl
ə  yanaşı,  bunu  hakimiyyətdən  endirilmiş  daşnak  Ermənistanının 
başçısı  Xatisyan  da  hiss  etdi.  O,  elə  həmin  gün,  dekabrın  2-də  Aleksandropolda 
(Gümrü) Türkiy
ə  ilə  sülh müqaviləsi  bağladı.  Bu  müqavilə  bir neçə  cəhətdən 
s
əciyyəvi idi. Müqaviləyə görə tərəflər aralarında mövcud olan müharibəni bitmiş 
hesab edir v
ə  daimi  sülh  üçün  danışıqlara  başlayırdılar;  Türkiyə-Ermənistan 
s
ərhəddi dəqiqləşdirilirdi; Şahtaxtı və Şərur rayonlarında plebissit keçirilənə qədər 
Naxçıvanda  Türkiyənin himayəsi  altında  idarəetmə  formasını  və  sərhədlərini 

əyyənləşdirən yerli özünüidarəetmə  yaradılırdı  və  Ermənistan  ona  qarışa 
bilm
əzdi; müqavilə imzalandığı andan əhaliyə istədiyi yerə köçüb getmək imkanı 
yaradılırdı;  imperialist  dövlətlərinin ictimai sakitliyi pozmaq üçün törətdikləri 
qızışdırıcı hərəkətlərin qarşısını almaq üçün Yerevan Respublikasına daxili qayda-
qanunu qorumaq üçün  yüngül silahlanmış polis, dövlət sərhəddini qorumaq üçün 
20 pulemyo
t, 8 dağ  və  ya səhra silahı ilə silahlanmış 1500 nəfərlik muzdlu hərbi 
qüvv
ə saxlamağa icazə verilirdi; Ermənistan heç bir ordu saxlamayacağı öhdəliyini 
öz üz
ərinə  götürürdü və  hərbi mükəlləfiyyət keçirə  bilməzdi;  yuxarıda 
göst
ərilənlərə  nəzarət etmək üçün  Türkiyənin siyasi nümayəndəsi  İrəvanda 
yaşamalı  idi;  bunun  müqabilində  daxili və  xarici təhlükəyə  qarşı  mübarizədə 
Erm
ənistan Respublikası tələb edirdisə, TBMM hökuməti öhdəlik kimi ona silahlı 
yardım  göstərməyi öz üzərinə  götürürdü; Ermənistan  ərazisindən Türkiyə  üçün 
t
əhlükə olardısa, Türkiyə Ermənistana qoşun yeridə bilərdi; Ermənistan hökuməti 
öz 
ərazisində  yaşayan  müsəlman  əhalinin mədəni və  dini  inkişafı  üçün  şərait 
yaratmalı  idi.  TBMM  hökumətinin, məcbur olub müharibəyə  girdiyindən və  iki 
illik müharib
ədə ordusunun saxlanmasına böyük xərc çəkdiyindən, Ermənistandan 
t
əzminat tələb etməyə  haqqı  olsa  da,  humanizm  prinsiplərinə  hörmət edərək 
bundan imtina edirdi v
ə  s. (175, v.86; 10, s.31-32). Bu müqavilə  daşnakları 
hakimiyy
ətdən  saldı.  Bundan  sonra  Rusiya Ermənistanı  bolşevikləşdirdi. 
Türkiy
əyə  münasibətdə  loyal  olan  bolşeviklərin Ermənistanı  nəzarət  altına 
almaqları türkləri rahatlatdı. 
Qeyd etm
ək  lazımdır  ki,  1920-ci  ilin  dekabrında  türk  qoşunları  nəinki 
Naxçıvanda  hələ  də  tam gücü ilə  mövcud idi, hətta  onlar  Qırmızı  ordudan  say, 
silah v
ə sursat baxımından daha üstün idilər. Belə bir tarixi şəraitdə N.Nərimanov 
t
ərəfindən  Naxçıvan  haqqında  verilən bəyanatın  ermənilər üçün nə  dərəcədə  real 
h
əyata keçirilə biləcək bir ideya olduğu göz qabağındadır. Bu hadisələrdə Qırmızı 
ordu il
ə kamalçıların arasında olan əmin-amanlığın yaranmasında N.Nərimanovun 
əvəzsiz  rolu  olmuşdur  (100,  s.53).  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Naxçıvanın 
taleyinin h
əllində  ardıcıl,  düşünülmüş  strateji  və  taktiki  addımlar  silsiləsi 
görünm
əkdədir. Yalnız Azərbaycanın Türkiyə ilə gizli danışıqlarda razılaşdırılmış 
addımları  belə  uğurlu  nəticə  verə  bilərdi.  Bunların  düşünülməsində  və  həyata 
keçirilm
əsində,  sözsüz  ki,  Mustafa  Kamal  Paşanın  və  N.Nərimanovun qiyabi və 
h
əmrəy danışıqları,  Mustafa  Kamal  Paşanın  və  Kazım  Qarabəkir  Paşanın 
s
ərkərdəlik  istedadları,  Naxçıvan  əhalisinin qətiyyəti və  N.Nərimanovun  bu  ağır 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə