HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   54   55   56   57   58   59   60   61   ...   82

117 
 
h
əyata  keçirdi.  Bunun  üçün  Bakıda  toplanan  bütün  silahlı  ermənilər  hazırlıq 
v
əziyyətinə  gətirildilər, azərbaycanlılar  isə  tərksilah edildilər.  Şaumyan  tutduğu 
mövqeyini heç d
ə  gizlətmirdi. O, açıq etiraf edirdi ki, vətəndaş  müharibəsi və  ya 
sinfi mübariz
ə milli qırğına gətirdisə də, bizim başqa yolumuz yox idi. Başqa yol 
dey
ərkən heç də söhbət fəhlələrin marağının itirildiyindən getmirdi, söhbət sadəcə 
Bakının  Azərbaycanın  paytaxtı  elan  edilməsinə  mane olmaqdan gedirdi. Deməli, 
Şaumyanın  rəhbərliyi ilə  təşkil  olunmuş  Bakı  Kommunasının  əsas məqsədi nə 
kommunist ideyasının təntənəsi, nə sovet hakimiyyətinin qurulması, nə də fəhlənin 
tarixi zülmd
ən  qurtarması  deyildi.  Sadəcə  Bakı  Azərbaycana paytaxt olmamalı 
(140, t.2, s.246) v
ə Bakı qurula biləcək hər hansı Azərbaycan dövlətinin tərkibinə 
daxil  olmamalı  idi.  Daha  dəqiq desək, söhbət tək  Bakı  şəhərinin deyil, 
Az
ərbaycanın  bütün  Xəzər sahilinin və  bütün  Bakı  əyalətinin ola biləcək 
Az
ərbaycan dövlətindən təcrid edilməsindən və  bütün müsəlmanlardan 
t
əmizlənməsindən gedirdi (219, v.5-8).  Bunun  kommunist  ideyası  üçün 
n
əticələrini,  Bakı  Kommunasını  sovet  hakimiyyətinə  yaxınlaşdırmaqdansa 
uzaqlaşdırdığını hətta A.Mikoyan da etiraf edirdi (335, 15 mart 1923). 1918-ci ilin 
aprelind
ə  qurulan  Bakı  Xalq  Komissarları  Sovetinin  fəaliyyətinin mahiyyəti, 
Şaumyanın siyasəti və mövqeyi, Şaumyan tərəfindən bu orqanın fəaliyyətinə cəlb 
olunan  şəxslərin,  daha  doğrusu,  ermənilərin siyasi mövqeləri,  V.İ.Leninin  və 
buraya daxil olan b
əzi komissarların, məsələn, N.Nərimanovun Şaumyandan fərqli 
baxışı  Şaumyanın  hakimiyyətini proletar həmrəyliyi və  sinfi mübarizə  deyil, 
mill
ətçi maraq və şovinist mövqedən irəli gələn bir siyasət kimi qiymətləndirməyə 
imkan verir. 
Az
ərbaycan  ideyası  yolunda fəaliyyət göstərən  siyasi  partiyalar  silahlı 
bolşevik  və  daşnak  qüvvələrinə  arxalanan  Şaumyanın  imkanları  qarşısında  bəzən 
aciz qalırdılar. Şaumyan Fətəli xan Xoyskinin başçılıq etdiyi Bakı Şəhər Dumasını 
heç bir mane
əyə  rast gəlmədən  buraxdı.  Bakı  hadisələrindən sonra Zaqafqaziya 
Seymind
ə sosialist Z.Q.Məmmədbəyov bundan ötrü tədbir görülməsini tələb etsə 
d
ə, M.Rəsulzadə  Seymi boykotla hədələdisə  də, istər erməni, istərsə  də  gürcü 
fraksiyaları  bolşeviklərə  qarşı  getmək fikrində  olmadıqlarını  vurğuladılar (216, 
v.38).  Ancaq  Tiflis  daşnakları  vəziyyətə  müdaxilə  etməyə  hazır  olduqlarını 
bildirdil
ər. Lakin bundan ötrü belə  bir  şərt irəli sürdülər ki, erməni  silahlı 
qüvv
ələrinin Bakıda mövcudluğu qanuniləşsin və Bakı bir milli qurum kimi deyil, 
erm
ənilərin və  azərbaycanlıların  müştərək hakimiyyəti  altında  olan  ərazi kimi 
q
əbul olunsun. Lakin Azərbaycan  siyasi  partiyalarından  heç  biri  buna  getmədi 
(216, v.38). 
AXC dövründ
ə  də  Bakıda  millətlərarası  münasibətlər, xüsusən erməni-
müs
əlman münasibətləri kəskin  problem  olaraq  qalırdı.  Bakıda  rus  hökmranlığı 
problemi imperiya dağılandan sonra öz gücünü itirsə də heçə enməmişdi. 1917-ci 
ild
ə  Bakı  fəhlə  sinfinin 37%-i müsəlman, 23%-i rus və  21%-i erməni idi (230). 
Erm
əni-rus cütlüyü 44% təşkil edirdi. AXC dövründə Bakıda bir neçə rus icması 


118 
 
f
əaliyyət göstərirdi. Onlardan slavyan-rus  icmasının  hökumətin tərkibində 
nümay
əndələri var idi. Amma onlarla yanaşı, Podşibyakinin başçılığı ilə rəsmi adı 
“Russovet” olan, 
əsasən  keçmiş  çar  qvardiya  zabitlərindən ibarət olan, Cənubi 
Qafqaz şəhərlərində bölmələri olan, Denikinin qərargahı ilə sıx əlaqə saxlayan və 
c
əsusluqdan çəkinməyən Rus Milli Şurası da fəaliyyətdə idi. Onlar, demək olar ki, 
Az
ərbaycanın  müstəqilliyini tanımırdılar,  Azərbaycan hökuməti və parlamenti ilə 
əməkdaşlıqdan  imtina  edirdilər. Onlar belə  şərt irəli sürürdülər ki, Azərbaycan 
Rusiya t
ərkibinə daxil edilsin. Bakıda fəaliyyət göstərən Erməni Milli Şurası həmin 
Rus 
Milli  Şurası  ilə  “əl-ələ  verib birgə  mövqe tuturdular” (278). Onu da nəzərə 
almaq  lazımdır  ki,  o  zamanlar  Bakının  əhalisinin  çoxluğu,  yəni üçdə  iki hissəsi 
erm
əni və  rus  idi.  Bakıda  genişlənən  qanlı-qadalı  sinfi  mübarizənin  aparıcı 
qüvv
ələri, AXC dövründə  tətil keçirənlərin,  bolşeviklərə  dayaq  duranların, 
v
əziyyəti gərginləşdirənlərin,  XI  Qırmızı  ordunu  gül-çiçəklə  qarşılayanların 
əksəriyyəti ruslar və  ermənilər idi. Təsadüfi  deyildir  ki,  AXC  ideoloqları 
bolşeviklərə qarşı ilk böyük silahlı çıxışlarını çoxmillətli Bakıda deyil, milliliyi ilə 
f
ərqlənən Gəncədə etdilər. Azərbaycan milli hökuməti qurulsa da, bir çox hallarda 
mill
ətlərarası  münasibətlərdə  problemlər mövcud idi. Böyük Britaniya hərbi 
missiyasının Bakıdan verdiyi məlumatında deyilirdi: “Azərbaycan hökuməti yaxşı 
anlayır  ki,  gələcək,  milli  qarşıdurmanın  azaldılmasından  asılıdır.  Amma  mövcud 
v
əziyyət çox gərgindir,  xırda  savaş  nəticəsində  bir neçə  güllə  atəşi  belə  milli 
qırğına  gətirib  çıxara  bilər. Belə  bir  ehtimal  da  var  ki,  milli  qırğın  siyasi 
m
əqsədlərlə həyata keçirilsin” (283). 
AXC dövründ
ə  Azərbaycanda erməni-müsəlman  qarşıdurmasının 
qızışdırılmasını  Denikin  və  bolşeviklər  eyni  ustalıqla  həyata keçirirdilər. Çünki 
ikisinin d
ə  əsas məqsədi müstəqil Azərbaycanı  yox  etmək idi. Xaricilər hələ  də 
az
ərbaycanlılardan  çox  ermənilərə  inanırdılar.  Bunu  xaricilər özləri də  etiraf 
edirdil
ər. 1919-cu ilin fevralında ingilis hərbi  missiyası “Azərbaycanda vəziyyət” 
adlı  məlumatında  yazırdı  ki,  “bizim  burada  mövcudluğumuz  Bakı  müsəlmanları 
üçün q
əbulolunmazdır. Müsəlmanlar güman edirlər ki, biz erməniləri fəaliyyətə 
sövq edirik” (276). T
əsadüfi deyildir ki, AXC hökumətinin tərkibi məsələsində 
əhalinin mütənasibliyini nazirlərin mütənasibliyi ilə  uyğunlaşdırmaq  siyasi 
problem kimi m
əhz xarici dövlətlər tərəfindən ortaya qoyulmuşdur. Nəticədə AXC 
hökum
ətinin tərkibinin 6 azərbaycanlı, 3 rus, 3 ermənidən ibarət olduğu haqqında 
q
ərar verilmişdi (279). 
N.N
ərimanovun milli dövlətçilik  baxışlarında  Azərbaycanın  və  xüsusən 
Bakının milli simasının saxlanılması mühüm yer tutmuşdur. Tarixi məlumatlardan 
aydın  görünür  ki,  Bakıda  ermənilərin  özbaşınalığı  əvvəllər də  mövcud idi. 
N.N
ərimanov hakimiyyətə  gələrkən bu problemə  qarşı  açıq  mübarizəyə 
girişmişdir. O, Stalinə məktubunda yazırdı ki, Bakını erməniləşdirmək planı var və 
bunun qurucusu m
əhz  Mikoyandır.  N.Nərimanov bu qrupla ölüm-dirim 
mübariz
əsinə  başladı.  O  yazırdı  ki,  Bakı  Partiya  Komitəsi Azərbaycanda hər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə