93
Qarsı, Batumu, Ərdahanı Türkiyə torpaqları olaraq qəbul etmələri bu dekretin
t
ətbiq olunduğu ərazini dəyişirdi.
Qeyd edək ki, sonralar 1947-ci il oktyabrın 27-də
SSRİ xarici işlər naziri Vışinski BMT-də çıxış edərək Qars və Ərdahanı Gürcüstan
ərazisi adlandırmışdır. Buna cavab olaraq Türkiyə nümayəndəsi onun iddialarını
r
ədd etmişdir. Erməniləri isə işin tamam başqa tərəfi narahat edirdi: Niyə Vışinski
bu torpaqları Ermənistanın deyil, Gürcüstanın olduğunu bəyan etmişdir? Bu
problem o zamanlar aktiv müzakir
ə mövzusu olmuşdur. Bu xəbər Tehranda çıxan
“Alik” erm
əni qəzetində çap olunmuşdur (235, v.39). Osmanlı dövləti “Müstəqil
Qafqaz hökum
ətini” tanımağa və onunla əməkdaşlığa
c
əhd edirdi. Amma Seymin
az
ərbaycanlı fraksiyası bu əməkdaşlığın lehinə, gürcü, xüsusilə erməni fraksiyası
is
ə qəti əleyhinə idi. Nəhayət, 1918-ci il martın 1-də Seym Türkiyə ilə danışıqlara
başlamağın şərtlərini müəyyənləşdirən qərar qəbul etdi. Bu şərtlərdən
birində
deyilirdi: “Transqafqaz nümay
əndələri Şərqi Anadolunun təyini-müqəddəratına və
Türkiy
ə dövləti daxilində Türk Ermənistanına muxtariyyət verilməsinə
çalışacaqlar”. Bundan əlavə Transqafqaz nümayəndələri Brest-Litovsk barışığının
Qafqaza aid olan madd
ələrinə etiraz etdilər. Bu da ilk əvvəl Ermənistanın
maraqlarından irəli gəlirdi. Qəbul edilən sənəddə Qars, Batum və Ərdahan
Türkiy
ənin deyil, Transqafqazın ərazisi hesab olunurdu. Bir neçə müsəlman
siyas
ətçisi Batumun Osmanlıya deyil, Transqafqaza daxil edilməsinin tərəfdarı
olduqlarını açıq-aşkar bildirdilər. Sonralar azərbaycanlı fraksiyasının üzvləri siyasi
durumdan asılı olaraq Brest müqaviləsinə münasibətlərini dəyişdirdilər. Bunun
s
əbəbi azərbaycanlı fraksiyasının türklərlə milli
həmrəyliyə, erməni və gürcülərin
is
ə torpaq iddialarının öz xeyirlərinə həll olunmasına üstünlük vermələri idi.
Transqafqaz Seymi 1918-ci il aprelin 13-d
ə Osmanlı dövləti ilə müharibə haqqında
b
əyanat verdi. Müharibə cəmi səkkiz gün davam etdi. 1918-ci il aprelin 22-də
Seym Transqafqazı müstəqil Demokratik Federativ Respublika (Mavərayi-Qafqaz
Cümhuriyy
əti-Müttəhidəsi) elan etdi. Osmanlı dövləti ilə müharibə dayandırıldı.
Brest müqavil
əsinin prinsipləri qəbul olundu. Aprelin 28-də Transqafqaz
Respublikası Osmanlı dövləti tərəfindən tanındı. Ermənilər bu qərarlara tabe
olsalar da, barışmadılar. Onların silahlı dəstələri Ermənistan muxtariyyəti yaratmaq
m
əqsədi ilə İrəvan quberniyasında 211 müsəlman kəndini yandırdılar. Əhalidən
qırılan-qırıldı, qırılmayan 80 min nəfər isə didərgin düşdü. Aprelin 25-də
S.Şaumyan başda olmaqla Bakı XKS yaradıldı. Əslində bununla Şaumyan İrəvan
quberniyasında baş vermiş qırğınlardan sonra Bakı və onun ətrafında qırğınlar
tör
ətməyi bir daha davam etdirdi. Belə şəraitdə Transqafqaz respublikasında artıq
sakitlik pozulmuşdu, onu bərpa etmək çətin idi.
Yaranmaqda olan üç dövlət
arasında sərhəd münaqişələrini həll etmək yolları axtarılırdı. Bir neçə variant
müzakir
ə olunurdu. Daha doğrusu, Rusiya işğalı zamanı mövcud olan sərhədlərin
əsas götürülməsi daha düzgün olardı. Amma Rusiya istilasından sonra buraya çox
sayda köçürül
ən ermənilər əsrlərlə formalaşan etnik xəritəni öz xeyirlərinə
pozmuşdular. Belə bir vəziyyətdə Avropada daha çox ermənilər
tərəfindən
94
uydurulmuş xəritələr və siyasi oyunlar əsas götürülürdü. Azərbaycan hökuməti də
s
ərhədlərin mübahisəsiz və kompromis həllinin yollarını axtarırdı. Alimlərin cəlbi
il
ə sərhədləri müəyyənləşdirmək üçün müxtəlif üsullar təhlil olunurdu: mono-
dövl
ət qurmaqla, ayrı-ayrı ərazilərin milli çoxluğu ilə, dağ suayrıcısı ilə, çayların
sahili il
ə, dağla aran arasında və i.a. (183, v.19-21).
Azərbaycanda sovet
hakimiyy
əti qurulandan sonra yenə də sərhədlərin optimal və mübahisəsiz
variantları axtarılırdı (173, v. 19-65).
Transqafqaz respublikasında milli zəmində ixtilaflar özünü açıq-aydın
büruz
ə verirdi. Seymin Bakı bolşeviklərinə qarşı ordu göndərmək qərarını erməni
fraksiyası dəstəkləmədi. Batum danışıqlarında Azərbaycan tərəfi konfederasiya
yaratmağın tərəfdarı kimi çıxış edirdi. Çünki bu, yaradılacaq Azərbaycan milli
hökum
ətinə Cənubi Qafqazda daha geniş ərazilərə nəzarət etmək imkanı verirdi.
Erm
ənilərin hər hansı rus hakimiyyəti ilə ittifaqı açıq-aşkar görünürdü. Bir çox
az
ərbaycanlı siyasətçilər, o cümlədən N.Usubbəyov Osmanlı dövlətini köməyə
çağırmaq fikrini irəli sürdü. Gürcü Milli Şurası mayın 14-də qəyyumluq üçün
Almaniya dövl
ətinə müraciət etmək qərarına gəldi. Maraqlar ayrı olduğu kimi,
q
əyyumlar da fərqlənirdi.
Beləliklə, gürcülər qəyyumlarını Almaniyada,
az
ərbaycanlılar Türkiyədə, ermənilər isə Rusiyada axtarırdı.
Qeyd etm
ək lazımdır ki, çar Rusiyası Azərbaycanın ayrı-ayrı xanlıqlarını
işğal edərkən heç də konkret sərhəd siyasətini yürütmürdü və sərhədləri qeydiyyata
almırdı. Elə bu səbəbdən də AXC yaranarkən sərhəd problemləri ilə üzləşməli
oldu. 1918-ci ild
ə xalqımızın başbilən siyasətçiləri, milli dövlətlər yaradıldıqda
q
ədim Azərbaycan torpaqlarına və xalqımızın Cənubi Qafqaza səpələnmiş
nümay
əndələrinə nəzarət hüququnu itirmək qorxusunu hiss edərək,
Cənubi
Qafqazda ayrı-ayrı milli dövlətlər deyil, konfederativ dövlət yaratmağa çalışırdılar.
Lakin h
əmin tarixi şəraitdə bu istəyi yerinə yetirmək mümkün deyildi. Tarixin
hökmü il
ə milli dövlətlər yaranmalı idi.
Bel
ə şəraitdə mayın 26-da Gürcüstan, 28-də isə Azərbaycan və Ermənistan
öz dövl
ət müstəqilliklərini bəyan etdilər.
AXC-nin s
ərhəd siyasətinə qısa da olsa nəzər yetirmək vacibdir. İlk əvvəl
onu
qeyd etm
ək lazımdır ki, “İstiqlal bəyannaməsi”ndə Azərbaycan Xalq
Cümhuriyy
ətinin sərhədləri dəqiq göstərilməmişdir. Bəyanatda sərhədlər mücərrəd
şəkildə “Cənub-Şərqi Cənubi Qafqaz” kimi verilmişdir (217, v.l-2). Müstəqilliyin
el
ə ilk günü ərazi məsələsi ilə bağlı qərar qəbul olundu. F.Xoyski may ayının 29-da
Milli Şuranın toplantısında məsələ qaldırdı ki, “Ermənistan federasiyası
yaratmaqdan ötrü onlara siyasi m
ərkəz lazımdır. Aleksandropol türklər tərəfindən
tutulduğundan belə bir siyasi mərkəz ancaq Yerevan şəhəri ola bilər, ona görə bu
şəhərin ermənilərə güzəştə gedilməsi labüddür” (216, v.5). Paris sülh konfransında
Erm
əni Milli Şurasının sədri, Erməni nümayəndə heyətinin başçısı A.Aqaronyan
Ə.Topçubaşovla İstanbuldakı 1919-cu il 16 yanvar tarixli söhbətində deyirdi ki, nə
q
ədər Azərbaycan hökumətinin başında F.Xoyskidir, ermənilərin Azərbaycana