HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   38   39   40   41   42   43   44   45   ...   82

85 
 
sonra “Molla N
əsrəddin”  jurnalı  artıq  bir  neçə  müddət idi ki, nəşr  olunmurdu. 
H
əmin  ilin  iyun  ayının  ilk  günlərində  qardaşı  Ələkbər C.Məmədquluzadəyə 
müv
əqqəti olaraq  İrana köçməyi məsləhət  edir. Onun  yaxın bir tanışı  Hüseynağa 
Cavanşir  isə  getməməyi məsləhət görür. Mirzə  Cəlil tərəddüd içərisində  qalır, 
amma  qardaşının  təkidi ilə  İrana  getməyə  məcbur olur. Elə  həmin günlərdə  yeni 
hakimiyy
ət sanki Mirzə  Cəlilə  müsbət münasibət göstərərək onun “Ölülər” 
pyesinin müzakir
əsini təşkil  edir.  “Ölülər”  pyesi  tamaşaya qoyulur və  teatr 
s
əhnələrindən düşmür. 
İyulun 18-də Azərbaycan sovet hökuməti Əliheydər Qarayevin başçılığı ilə 
“Balta” adlı jurnal buraxmaq fikrinə düşür və “Molla Nəsrəddin” jurnalının müəllif 
kollektivini  bu  jurnalın  ətrafına  toplamaq  qərarına  gəlir.  1921-ci  ilin  may  ayında 
Birinci Ümumaz
ərbaycan Sovetlər  qurultayında  Dadaş  Bünyadzadə  öz  çıxışında 
xüsusi olaraq qeyd edirdi ki, hökum
ət Mirzə Cəlilin Bakıya qayıtması üçün əlindən 
g
ələni  edir.  Bu  çıxışdan  bir  neçə  gün sonra Təbrizdə  erməni dilində  çıxan 
“Minaret” q
əzeti uydurma bir xəbər  verir  ki,  guya  “fevralın  27-də  Təbrizdə  16 
adam h
əbs  edilmişdir  və  onlar gizli təşkilatda  iştirak  etməkdə  təqsirləndirilirlər. 
“Molla N
əsrəddin”  jurnalının  redaktoru  Mirzə  Cəlil də  onların  arasındadır”.  Bu 
x
əbərdən 6 gün sonra Təbrizdə “Molla Nəsrəddin” jurnalının 2-ci nömrəsi çıxır və 
erm
ənilərin xəbərinin növbəti yalan olduğu təsdiqlənir. Martın 25-də Bakıda qonaq 
olan Türkiy
ə nümayəndə heyəti “Ölülər” pyesinin tamaşasına gedir. Aprelin 30-da 
Naxçıvan İnqilab Komitəsinin sədri Qədimovun vasitəsilə Mirzə Cəlil rəsmi olaraq 
Bakıya dəvət olunur. 
İyunun 14-də Mirzə Cəlil artıq Bakıya gəlir, Maarif Komissarlığının məsul 
işçisi olur və  Azərbaycanın  mədəniyyət həyatına fəal surətdə qovuşur. O, Şuşada 
kitabxana  açır,  Bakıda  açılmış  Tənqid-təbliğ  teatrını  “Molla  Nəsrəddin  teatrı” 
adlandırır. Həyat yoldaşı Həmidə xanım Kəhrizlidə xalçaçılıq emalatxanasını bərpa 
etdirir. 1922-ci il aprelin 17-d
ə  “Molla Nəsrəddin”  jurnalının  bərpası  haqqında 
x
əbər  yayılır.  Mirzə  Cəlilin  yeni  yazdığı  “Anamın  kitabı”  adlı  əsəri səhnəyə 
qoyulur. H
ələ  1916-cı  ildə  “Açıq  söz”  qəzetində  N.Nərimanovun Mirzə  Cəlilin 
“Ölül
ər”  pyesi  haqqında  “İdeyası  inqilabi  bu  drama  müsəlmanların  həyatında 
böyük  rollar  oynayacaqdır”  fikri  dərc  olunmuşdur.  Həmidə  xanım 
C.M
əmmədquluzadə haqqında xatirələrində yazır: “Dadaş Bünyadzadə, Əliheydər 
Qarayev Mirz
ə Cəlilin görüşünə gəldilər. Onlar bizə yaxşı mənzil və mükəlləfiyyət 
v
əd etdilər. Bir həftə  keçdi, ancaq heç bir xəbər  çıxmadı.  Mirzə  Ələkbər (Mirzə 
C
əlilin qardaşı) xəstə idi, utanır və əsəbiləşirdi. Mirzə Cəlil çox həyəcan keçirirdi. 
N
əhayət, o, N.Nərimanovun  yanına  getməyi qərara  aldı.  Nərimanov vəziyyətdən 
hali olan kimi Mirz
ə Cəlili haman saat Staropoçtovi küçəsindəki 64 nömrəli (indiki 
56 nömr
əli) evə  aparıb,  onun  sərəncamına  beş  otaqlı  münasib  bir  mənzil verdi” 
(423, s.109). 
“Yeni fikir” q
əzeti o illərdə yazırdı: “A.Şaiq, Ə.Haqverdiyev, S.S.Axundov 
kimi Az
ərbaycanın  məşhur  ədiblərinə  gəlincə, bunlar da çox məsul mövqelərdə 


86 
 
şuralar idarətinin zəhmətkeş hakimiyyəti uğrunda çalışır... Əgər “Molla Nəsrəddin” 
m
əcmuəsinin müdiri Mirzə  Cəlildən bəhs edilərsə,  müsavat  zamanında  nəşr 
edilm
əyən bu məcmuə müntəzəm çıxır” (378). 1920-ci ildə Tənqid-təbliğ teatrında 
faci
ə  və  komediyaların  qəbulu üçün tərkibində  Mirzə  Cəlil, Məmməd Səid 
Ordubadi, Abdulla Şaiq, Süleyman Sani Axundov, Hüseyn Cavid olan xüsusi ədəbi 
komissiya t
əşkil olunmuşdur. 
N.N
ərimanov  ziyalılara  öz  diqqətini  əsirgəməmişdir.  O  zamanın  sovet 
respublikaları  arasında  Azərbaycan  yaşlı  nəsildən olan bu qədər  ziyalının 
hökum
ətlə əməkdaşlığa girib xalqına xidmət etdiyi müstəsna bir respublika idi. Bu, 
sözsüz ki, N.N
ərimanovun  şəxsi nüfuzu və  milli  ruhu  hesabına  olmuşdur. 
Araşdırmalar  göstərir ki, N.Nərimanovun bu sahədəki fəaliyyəti xüsusi tədqiq 
olunmalıdır. 
N.N
ərimanov və  İslam dini problemləri.  İslam  dininə  münasibət 
N.N
ərimanov siyasətinin  ən ümdə  məsələlərindən  olmuş  və  milli dövlətçilik 
baxışlarında  önəmli  yer  tutmuşdur.  O,  bu  məsələni dəfələrlə  işıqlandırmağa 
çalışmışdır (308, t.2, s.164-167, 168-176). 
1920-
ci  il  mayın  26-da N.Nərimanovun verdiyi ilk göstərişlərdən birində 
yerli 
əhalinin milli adət-ənənələrinə  və dini hisslərinə hörmətlə  yanaşılması tələb 
olunurdu (160, s.52). Bu m
əsələdə N.Nərimanovla XI Qırmızı ordu komandanlığı 
arasında xeyli ixtilaf baş vermişdir. N.Nərimanov hətta ənənəvi “cümə axşamı”nı 
müq
əddəs sayaraq, həmin gün qəbul etdiyi xəstələri pulsuz müalicə etmişdir (424). 
O, milli d
əyərləri yaranmaqda olan beynəlmiləl dəyərlərdən üstün tutaraq bir neçə 
m
əsciddə  nitq söyləmiş,  dindarlara  qarşı  repressiyaların tətbiqinə  qəti etiraz 
etmişdir  (156).  N.Nərimanov  çadranın  atılmasında  məcburiyyətə  qarşı  olmuşdur. 
Onun fikrinc
ə, bu prosesi məntiqi  şəkildə  həyat özü tənzimləməli idi (424). 
M
əhərrəmlik günlərində N.Nərimanov məscidə ərzaq göndərmişdir (424). 
1921-
cı ilin aprelində N.Nərimanov Təzəpir məscidinin bərpası, təmiri üçün 
xüsusi s
ərəncam vermişdir və bu işin icrasını hərbçilərə tapşırmışdır (211, v.100). 
O,  Şəkidə  şiələrlə  sünnilər  arasında  ola  biləcək  toqquşmanın  qarşısını  almışdır 
(211, v.100a). Novruz bayr
amını  və  müsəlman  dini  bayramları  olan  Ramazan 
bayramını,  Qurban  bayramını,  Mövlud  (Məhəmməd  Peyğəmbərin  doğum  günü) 
bayramını, Aşura gününü istirahət günü elan etmişdir (211, v.146). Bu münasibətlə 
m
əsul  işçiləri xalq tərəfindən keçirilən tədbirlərdə  iştirak etmələri üçün yerlərə 
ezam etmişdir (178, v.42). 
Çiçerin Lenin
ə məktubunda yazırdı ki, N.Nərimanovun “mollalar üçün nitqi 
müs
əlman  camaatına  nəzakətlə  yanaşmağın  nümunəsidir” (122, t.52, s.430). 
N.N
ərimanov 1920-ci ilin sentyabr ayında XI Qırmızı ordunun rəhbərliyindən ordu 
bölm
ələrinin yerləşdikləri məscidlərin  binasını  boşaltmasını  tələb  etmişdir. 
N.N
ərimanov məscidlərə  ərzaq  malları  ayırmış  və  din xadimlərinin  ərizələrinin 
baxılmasına çox həssaslıqla yanaşmışdır (60, s. 29-35). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə