HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   39   40   41   42   43   44   45   46   ...   82

87 
 
M.S.Ordubadi N.N
ərimanov  haqqında  xatirələrində  yazırdı  ki,  “onun 
n
əzəriyyəsində  kommunizm ilə  islamiyyəti  barışdırmaq  fikri  mühüm  bir  yer 
tuturdu”. N.N
ərimanov din xadimləri ilə  birbaşa  ünsiyyətə  girmiş,  onları  öz  iş 
otağında  qəbul  etmişdır.  M.S.Ordubadi  buzovnalı  Molla  Mirzə  Əli  ilə 
N.N
ərimanovun mehriban və  dostcasına  görüşünün  şahidi  olmuşdur. 
M.S.Ordubadinin dediyin
ə görə, “partiya bu nəzəriyyəni məhv etmək üçün bütün 
qüvv
əsini sərf edirdi” (424, 1990, 13 aprel). Hətta Mirzəbala Məmmədzadənin 
etirafına  görə, N.Nərimanov  sovet  respublikalarında  dinlə  aparılan  mübarizənin 
Şərqə heç bir xeyir vermədiyini təkidlə irəli sürmüşdür (78, 1 avqust 1924, № 21, 
s.11). 
N.N
ərimanovun  İslam  dini  və  dövlət  arasında  münasibətinə  aid  maraqlı 
fikirl
əri Çiçerinə yazdığı məktubdan aydın olur. Məktubda xüsusi qeyd olunur ki, 
sovet hakimiyy
əti dövründə solçu kommunistlərin səyi nəticəsində  müsəlman din 
xadiml
əri ilə  hökumət  arasında  müəyyən  qarşıdurma  əmələ  gəlmişdir.  Bu 
qarşıdurmanı aradan qaldırmaq üçün N.Nərimanov bir neçə təklif irəli sürmüşdür. 
Onun t
əkliflərinin əsas mahiyyəti ondan ibarət olmuşdur ki, sosializm və İslam bir-
birin
ə  qarşı  durmadan  fəaliyyət göstərə  bilərlər. N.Nərimanov din məsələləri ilə 
əlaqədar Məhəmməd Peyğəmbərin kəlamlarını da xatırlatmışdır: “Cənnət anaların 
ayağı altındadır”, “Elmin arxasınca get, hətta o, Çində olsa da”. Bu fikirlər nəinki 
bizim qanunlara zidd deyil, h
ətta  uyğundur. N.Nərimanov Azərbaycan 
c
əmiyyətində  hökm sürən daha bir kəskin  problem  haqqında  da  danışmışdır.  O 
deyirdi ki, çoxarvadlılığın aradan qaldırılması nəinki Qurana zidd deyil, hətta onun 
t
ələbləri ilə  səsləşir.  N.Nərimanov Avropada ruhanilərlə  sıx  əlaqədə  olan 
dövl
ətlərin fəaliyyətini  xüsusi  qeyd  etmişdir.  O,  misal  gətirirdi ki, Avropa din 
xadiml
əri xüsusi dövlət məktəblərini bitirirlər və  fəaliyyət dövründə  dövlətdən 
maaş  alırlar.  İslam  din  xadimləri isə  ancaq  əhalidən  aldıqları  pul  hesabına 
dolanırlar.  Bizim  hakimiyyət  İslam  din  xadimlərinin fəaliyyətinə  məhdudiyyət 
qoyaraq 
əslində  onların  gəlirini kəsir,  bu  da  onlarda  narazılıq  yaratmaya  bilməz. 
Biz İslam din xadimlərini inandırmalıyıq ki, onlar bizim hakimiyyətimiz dövründə 
heç bir t
əqibə  məruz qalmayacaqlar. N.Nərimanov  yazırdı  ki,  sovet  hökuməti 
onlara yas m
ərasimlərində iştirak etməyi, məsciddə dua etməyi, kiminsə xahişi ilə 
Quran  oxumağı  qadağan  etməməlidir. Biz hər  bir  şəxsə  icazə  verməliyik ki, 
m
əktəbdən kənarda  öz  övladına  Quranı  və  dinin  əsaslarını  öyrətsin. Biz icazə 
verm
əliyik ki, yeni evlənənlər dövlət  qeydiyyatından  sonra  məscidə  gedib kəbin 
k
əsdirsinlər. Kəbinin bir üstünlüyü var, o da ondan ibarətdir ki, ailə pozularsa, kişi 
qadın qarşısında maliyyə öhdəliyi götürür. Belə bir öhdəliyin dövlət tərəfindən də 
bir qayda olaraq q
əbul olunmasını biz fikirləşməliyik. 
N.N
ərimanovun mövqeyinə görə hökumət çoxpilləli dini şuralar yaratmalı, 
h
ər məscidin  dindarları  öz  mollasını  seçki  yolu  ilə  müəyyənləşdirməli, hər milli 
respublikanın  ali  ruhanisi  ruhanilər tərəfindən seçilməli, hər bir ərazidə  Ali dini 
şura yaradılmalıdır. 


88 
 
N.N
ərimanov dinin məktəbdə  öyrənilməsi məsələsini yolverilməz hesab 
etmiş  və bunu hər hansı ruhani-müəllimin öz dinini başqasından daha üstün kimi 
q
ələmə verəcəyi və hətta ola bilsin, digər dini pisləyəcəyi ehtimalı ilə izah etmişdir. 
N.N
ərimanov  insanları  panislamizmdən  qorxmamağa  çağırmışdır.  Onun 
fikrinc
ə,  panislamizm  dini  düşüncənin  deyil,  ziyalı  düşüncəsinin məhsuludur. 
N.N
ərimanov deyirdi ki, bu yolda bizim əsas vəzifəmiz siyasətimizin mahiyyətinin 
aydın olmasıdır. O, müsəlman dövlətlərinin ilk növbədə müstəmləkəçilikdən azad 
olunmasının  tərəfdarı  olmuşdur.  N.Nərimanov belə  fikirləşirdi  ki,  müsəlman 
dövl
ətləri olan Türkiyə, İran, Əfqanıstan öz milli hökumətlərindən başqa heç kim 
t
ərəfindən idarə olunmamalıdır. 
N.N
ərimanov  açıqca  deyirdi  ki,  biz  gərək bəzi müsəlman  ərazilərində 
(Kazan,  Krım  və  Bakı)  İslam din xadimlərinin  qurultaylarını  keçirək və 
qaldırdığım  bütün  məsələləri, xüsusən də  “azad məscid”, “sovet hakimiyyətinin 
İslam dövlətlərinə yönəlik siyasəti” kimi vacib problemləri oralarda müzakirə edək 
(321, v.49-58). 
Bel
əliklə, N.Nərimanov sovet dövlət  sistemi  şəraitində  yaşamasına 
baxmayaraq,  İslam  dini  problemlərinin həllinə, din xadimlərinə, dini ocaqlara
müq
əddəs yerlərə, dini bayramlara və  günlərə  xüsusi hörmətlə  yanaşmış, 
islamiyy
əti kommunizmlə  barışdırmağa  səy göstərmiş,  dini  baxımdan  müqəddəs 
sayılan yerlərin qorunması üçün əlindən gələni etmişdir. 
N.N
ərimanovun Azərbaycan dilinin dövlət  dili  statusu  alması  uğrunda 
apardığı siyasət. N.Nərimanovun milli dövlətçilik baxışlarında Azərbaycan dilinə 
qayğı  başlıca  yer  tutmuşdur.  Onun  maarifçilik  fəaliyyətində  ana dili bir problem 
kimi daim ön planda olmuşdur. 
N.N
ərimanov hələ 1899-cu ildə Bakıda “Türk-Azərbaycan dilinin müxtəsər 
s
ərf-nəhfi” əsərini çap etdirmişdir. Sonralar N.Nərimanov yazırdı: “Mən bu sərf və 
n
əhvi  o  vaxtlar  yazmışam  ki,  “millətçilər” o vaxt hələ  türk (Azərbaycan) dilinin 
s
ərf və nəhfi olduğunu bilmirdilər” (361, aprel 1917, № 18). 
1919-cu ild
ə  Moskvada  çalışarkən  ona  Əfqanıstanın  sovet  Rusiyasındakı 
s
əfirini qəbul etmək  tapşırılmışdır.  N.Nərimanov onunla Rusiya hökumətinin 
adından danışsa da, Azərbaycan dilində söhbət aparmışdır (307, t.2, s.231). 
Hakimiyy
ətə  gələndən sonra N.Nərimanovun ana dilinə  sədaqəti qüvvədə 
qalmışdır. Azərbaycan dili N.Nərimanovun fərmanı ilə dövlət dili statusu almışdır. 
N.N
ərimanov bütün idarələrdə yazı işinin rus dili ilə yanaşı, Azərbaycan dilində də 
aparılması barədə sərəncam vermişdir. 1920-ci ilin avqustunda İnqilab Komitəsinin 
xüsusi dekreti il
ə  məktəblərdə  “Ana dili”nin tədris  olunması  qərara  alınmışdır. 
Kadr  çatışmazlığı  ilə  əlaqədar olaraq, bəzən  məktəblərdə  Azərbaycan dilini 
bilm
əyənlər bu dilin tədrisi ilə məşğul olurdular (204, v.54; 232, v. 1). 1921-ci ilin 
avqustunda  İnqilab Komitəsinin qərarı ilə bütün dövlət idarələrində kargüzarlığın 
Az
ərbaycan dilində  aparılması  haqqında  qərar qəbul olunmuşdur.  Azərbaycan 
dilind
ə savadlı məmurlar hazırlamaq üçün xüsusi dərnəklər təşkil edilmişdir (211, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə