HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   37   38   39   40   41   42   43   44   ...   82

83 
 
Qafqaz Vilay
ət Partiya Komitəsinin Plenumunda N.Nərimanovun təklifi ilə
Öm
ər Faiq Nemanzadənin  başçılığı  ilə  Gürcüstanda müsəlmanlar  arasında  iş 
aparmaq üçün xüsusi t
əşkilat yaradılır (225, 16). 20-ci illərdə hökumət tərəfindən 
Abdulla Şaiqə  Azərbaycan ədəbiyyatı tarixinin yazılmağı sifariş edilmiş  və o, bu 
tapşırığı  uğurla  yerinə  yetirmişdir.  1923-cü ildə  N.Nərimanov  Abdulla  Şaiqin 

əllimliyinin 40 illik yubileyində  iştirak  etmiş  və  orada  çıxış  etmişdir  (418). 
C
əfər Cabbarlı Müsavat partiyasının gizli təşkilatının katibi olduğuna baxmayaraq 
N.N
ərimanov onunla əməkdaşlıq etmişdir. İlk azərbaycanlı opera müğənnisi, vokal 
s
ənətçisi,  İtaliyada  təhsil  alan  Şövkət Məmmədova 1922-ci ildə  Xalq Maarif 
Komissarlığının qərarı ilə ilk Azərbaycan teatr məktəbinə  müdir təyin edilmişdir. 
20-ci ill
ərdə Xavər xanım Qayıbova Xalq Maarif Komissarlığı nəzdində müsəlman 
qadınlarının musiqi studiyasına rəhbərlik etmişdir. 
Az
ərbaycanın  görkəmli  maarifçisi,  publisisti,  yazıçı  və  müəllimi  Şəfiqə 
xanım  Əfəndizadə  1920-1926-cı  illərdə  Azərbaycan  Darülmüəllimatda dərs 
dem
əyə cəlb olunmuşdur. Eyni zamanda 1923-1927-ci illərdə Azərbaycan partiya 
v
ə  sovet məktəbində  dərs  vermişdir.  1923-cü ildən Azərbaycan  MİK-ə  üzv 
seçilmişdir. O, N.Nərimanovun Gülsüm xanımla ailə qurması üçün elçilik etmişdir 
(421). 
Fevral  inqilabından  sonra  Səməd bəy Acalovun maarifpərvər fəaliyyəti 
ictimai m
əna kəsb etmişdir. O, Ə.Topçubaşov, M.Rəsulzadə  və b. ilə əməkdaşlıq 
etmişdir (349, 6 oktyabr 1917, № 199; 7 sentyabr, № 200; 26 sentyabr, № 214; 28 
aprel,  №  93).  1920-ci ildən  Azərbaycanda yeni tipli, ana dili əsasında  qurulmalı 
olan m
əktəbin  yaranması  yolunda  S.Acalov  ön  sıralarda  gedənlərdən biri 
olmuşdur.  N.Nərimanovun təşəbbüsü ilə  Abdulla  Şaiq,  M.Mahmudbəyov və 
başqaları  ilə  yanaşı,  o  da  dərslik  komissiyasının  üzvü  olmuşdur. S.Acalov 
coğrafiya,  təbiət dərsliklərini Azərbaycan dilinə  tərcümə  etmişdir.  Şifahi  xalq 
ədəbiyyatının  toplanıb  nəşr  olunmasında  iştirak  etmişdir  (3,  c.  1,  s.392).  1920-ci 
ild
ən N.Nərimanovun təşəbbüsü ilə  müəllim  kadrlarının,  yeni  proqram  və 
d
ərsliklərin  hazırlanmasında  (xüsusən də  riyaziyyat sahəsində) yorulmadan 
f
əaliyyət göstərmişdir. 
S
əməd Mənsur N.Nərimanovla  Moskvada  SSRİ  MİK  rəyasət heyətinin 
ümumi  şöbəsində  işləmişdir.  N.Nərimanovun qərarı  ilə  Nəcəf bəy Vəzirov 
Az
ərbaycan  İnqilab  Komitəsinin Qarabağ  nümayəndə  heyətinin üzvü təyin 
olunmuşdur.  Bundan  başqa  ona  professor  maaşı  təyin  olunmuşdur.  Süleyman 
M
əlikovun məqaləsində  deyilir: “Nəcəf bəy Vəzirov  şairanə  bir məcazi misal 
g
ətirib. Türk (Azərbaycan)  teatrının  başlanğıcını  bir  xarabazarlıqda  əkilən  ağaca 
b
ənzədir və  haman  ağacı  əkən  şəxsiyyət  ixtiyar  yaşında  haman  xarabazarlığa 
qayıtdığı  zaman  oraya  xarabazarlıq  əvəzinə  abad, gözəl və  müəttər  bir  bağ 
görm
əklə daxil olaraq, kürəyi çiynində birinci bağban Nərimanovu, qayçısı əlində 
ikinci  bağban  Sultanməcid Qənizadəni, daha sonra əlində  mişarı  ilə  Əbdürrəhim 
b
əy Haqverdiyevi, arxların yolunu açan Molla Nəsrəddini, ən nəhayət, bu bağçada 


84 
 
tar v
ə  kamançaları  ilə  Hacıbəyovları...  görərək  şadlandığını  təsvir  edır”  (350,  8 
aprel 1923, № 77). 
Mustafa M
ərdanov xatirələrində  N.Nərimanovun teatr xadimlərinə 
göst
ərdiyi diqqəti xüsusi qeyd etmişdir (417, 1956, 14 aprel, № 90). 20-ci illərin 
əvəllərində  Salman Mümtaz tif xəstəliyinə  tutulur və  N.Nərimanov ona həkim 
t
əyin edir, müalicəsinə  də  şəxsən özü nəzarət edir. Onun göstərişi  ilə  Salman 
Mümtazın  evinə  gündəlik  əlaqə  üçün o zamanlar az-az təsadüf edilən telefon 
ç
əkilir. Elə o illərdə Salman Mümtaz “Kommunist” qəzetində klassik irsimizə aid 
“Unudulmuş yarpaqlar” adlı silsilə məqalələrlə çıxış edir (420). 
Əzim Əzimzadə Xalq Maarif Komissarlığı ilə sıx əlaqədə olmuşdur. Onıın 
t
əklifi ilə  Azərbaycanın  tarixi  və  müasir geyimləri  haqqında  albom  hökumət 
t
ərəfindən nəşr olunmuşdur (196, v.35).  
N.N
ərimanov Həştərxana sürgün olunduqda görkəmli jurnalist və  alim 
F
ərhad  Ağazadə  bir neçə  dəfə  onun  yanına  getmişdir.  O,  hələ  1906-cı  ildə 
Az
ərbaycan dili üçün latın qrafikası əsasında “Yeni əlifba layihəsi” hazırlamışdır. 
F.Ağazadə N.Nərimanovun tövsiyəsi ilə əlifba islahatı ilə  məşğul olmuşdur. Vəli 
Xuluflu, M
əmmədhəsən Baharlı,  Bəkir Çobanzadə  N.Nərimanovun tam mənada 
əqidə  yoldaşları  idilər. Bəkir Çobanzadə  Bakıya  N.Nərimanovun  şəxsi müraciəti 
il
ə 1920-ci ildə gəlmişdir. Vəli Xuluflu, Məmmədhəsən Baharlı, Bəkir Çobanzadə 
N.N
ərimanovıın təşəbbüsü ilə yaradılan “Tədqiq” cəmiyyətində çalışmışlar. 
Əbülqasım Hüseynzadə N.Nərimanovla görüşləri haqqında xüsusi xatirələr 
yazmışdır. N.Nərimanovun 1920-ci il 6 iyun tarixli sərəncamı ilə görkəmli ziyalı, 
teatr xadimi C
əlil Bağdadbəyov Şamaxıya sovet işlərində çalışmaq üçün fövqəladə 
kom
issarın  sərəncamına  göndərilmişdir  (272).  N.Nərimanov görkəmli ictimai 
xadim, AXC dövründ
ə  aktiv fəaliyyətdə  olan A.Divanbəyoğluna 
(Sübhanverdixanov) sovet dövründ
ə pedaqoji fəaliyyətlə  məşğul olmağa  zəmanət 
vermişdir.  N.Nərimanov Moskvaya Xalq Maarif Komissarlığına  Kolesnikova 
gönd
ərdiyi məktubda yazırdı: “Sübhanverdixanovun pedaqoji fəaliyyətinə zəmanət 
verir
əm. N.Nərimanov”  (260,  v.3).  Sübhanverdixanov  Maarif  Komissarlığında 
m
əsul vəzifədə çalışmışdır. O, N.Nərimanovun təşəbbüsü ilə yaranan Azərbaycan 
dilind
ə dərslik hazırlamaq üçün xüsusi komissiyanın üzvü olmuşdur. 
Rza T
əhmasib 1921-ci  il  oktyabrın  12-də  İ.Əbilovun  rəhbərliyi  altında 
Az
ərbaycandan Türkiyəyə  gedən ilk rəsmi nümayəndə  heyətinin  üzvü  olmuşdur. 
M.V
əkilov,  Tağı  Şahbazi,  Böyükağa  Talıblı  N.Nərimanovun Azərbaycan 
hökum
ətinə  başçılıq  etdiyi  dövrdə  bir neçə  yüksək rütbəli vəzifələr  tutmuşlar 
(424). N.N
ərimanov  Hacağa  Abbasov,  Abbas  Mirzə  Şərifzadə, H.Sarabski və 
bütün teatr ictimaiyy
əti ilə əməkdaşlıq edib şəxsi dostluq əlaqələri saxlamış, onlara 
qayğı  göstərmişdir. Bunlardan başqa o, Bəhram  Axundov, Əbülfəz Qarayevlə də 
dostluq 
əlaqələri saxlamışdır. 
C
əlil Məmmədquluzadənin həyatının  çox  ağır  bir  dövründə  N.Nərimanov 
ona 
əlindən gələn köməyi  etmişdir.  1920-ci ilin aprel hadisələri  baş  verdikdən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə