HəSƏn həSƏnov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/82
tarix20.03.2018
ölçüsü2,8 Kb.
#32677
1   ...   45   46   47   48   49   50   51   52   ...   82

99 
 
tabeliyin
ə keçdilər. Qərar nəzərdə tuturdu ki, sonralar xüsusi Bakı partiya təşkilatı 
v
ə  bu təşkilatın  müstəqil  Bakı  Komitəsi  yaransın  (147,  s.461).  Buradan  yeganə 
aydın  nəticə  əldə  olunur.  Moskva,  Bakı  partiya  təşkilatının  Azərbaycan 
Kommunist  Partiyasının  tərkib hissəsi  olmadığını  qeyd  edərək,  Bakının  da 
Az
ərbaycanın  tərkib  hissəsi  kimi  tanınmadığını  təsdiqləyirdi. Beləliklə,  bolşevik 
Rusiyasının  ali  məqsədi Azərbaycanı  iki  hissəyə  parçalamaq və  onları  ayrıca 
inzibati vahid şəklində sovetləşdirmək idi. Bu hissələrin biri milli simasını itirmiş, 
ruslaşmış  və  erməniləşmiş  Bakı  vilayəti, o birisi isə  ərazisi hədsiz  parçalanmış, 
kiçilmiş,  sərhədləri Rusiya və  Ermənistan ilə  məhdudlaşan,  beləliklə, heç bir 
strateji m
əna kəsb etməyən, milli yönümlü Azərbaycan Sovet Respublikası olmalı 
idi. H
ətta Azərbaycan və Bakı ayrılmaz ərazi kimi tanınandan sonra da rus-erməni 
bolşevik  cütlüyü  bu  məqsədlərindən dönmürdülər. N.Nərimanov bu məkrli 
planlarla ist
ər hakimiyyətə  gəlmək  ərəfəsində, istər də  hakimiyyətə  gələrək 
mübariz
ə  aparmış, bu planları pozmuş,  Azərbaycanın ərazi bütövlüyünü, Bakının 
milli simasını saxlamış  və paytaxt kimi tanınmasına nail olmuşdur. N.Nərimanov 
Orconikidze il
ə  danışıqlarında  birmənalı  olaraq  Naxçıvan,  Şərur-Dərələyəz 
q
əzasının, Ordubad, Qarabağ və Zəngəzurun mübahisəsiz Azərbaycanın torpaqları 
olduğunu təkrar-təkrar onun nəzərinə çatdırmışdır (161, s.34). 
Aprelin 30-da Az
ərbaycan sovet hökuməti N.Nərimanovun  adından  nota 
gönd
ərərək Ermənistan hökumətindən üç gün ərzində  Qarabağı  və  Zəngəzuru 
Erm
ənistan qoşunlarından təmizləməyi, öz
 
s
ərhədlərinə çəkilməyi və millətlərarası 
qırğını  dayandırmağı  tələb  etdi.  Əks  təqdirdə  Azərbaycan özünü Ermənistanla 
müharib
ə  vəziyyətində  hesab edəcəkdi. Eyni məzmunlu nota Ermənistan 
hökum
ətinə XI Qırmızı ordu rəhbərliyi adından da göndərildi. 
Erm
ənilərin  cavabı  isə  həmişə  olduğu  kimi  idi. Belə  ki, guya Azərbaycan 
ərazisində  erməni  qoşunu  yoxdur  və  Qarabağ  erməniləri  qurultaylarında  özlərini 
Erm
ənistanın tərkib hissəsi olduqlarını elan etmişlər. O ki qaldı Zəngəzura, onlar 
əsassız  olaraq  belə  bir fikir irəli sürürdülər ki, guya bu ərazidə  Azərbaycan 
qanunları heç vaxt hökm sürməmişdir. Onların fikrincə, Zəngəzurun Azərbaycana 
aidiyy
ətinə nə hüquqi, nə də faktiki bir əsas  vardır (176,  v.7). Buna əlavə olaraq 
Erm
ənistan Azərbaycan sovet hakimiyyətini  Mustafa  Kamal  Paşa  ilə  əlaqədə 
olmaqda ittiham edirdi (176,v.5). 
1920-ci ilin may
ında  Ermənistanın  daşnak  hökuməti  sovet  Rusiyasına 
müraci
ət edərək Azərbaycanla sərhədlərin həllində vasitəçi olmağı xahiş etdi (179, 
v.8).  Sovet  Rusiyası  vasitəçilik hüququndan istifadə  edərək ermənilər tərəfindən 
mübahis
əli elan olunan ərazilərə qoşun yeritdi (179, v.6). 1920-ci ilin iyulunda da 
Erm
ənistan öz qoşunlarını Qazax tərəfdən Azərbaycana yeritdi (180, v.3). Həmin 
hücumu Az
ərbaycan tərəfinin  hücumuna  qarşı  əks  hücum  adlandırsalar  da  (180, 
v.5), 
əslində  bu, məkrli  planın  tərkib hissəsi idi. Yəni Azərbaycanı  bu  hissədə 
Gürcüstanla s
ərhədlərdən məhrum etmək idi. 


100 
 
Avqustda is
ə  Ermənistan öz sərt mövqeyini bir daha bildirdi. Onun 
mövqeyinin mahiyy
əti bundan ibarət idi ki, Ermənistan Azərbaycanla sərhədlərini 
Az
ərbaycanla deyil, Rusiya ilə müəyyənləşdirməlidir (180, v.2a). 
Sovet Rusiyas
ının  siyasətində  üç  ərazi  (Naxçıvan,  Qarabağ,  Zəngəzur) 
üstünd
ə  bəzən süni olaraq mübahisələr  yaradılırdı.  Bunlardan Ermənistanda və 
Az
ərbaycanda sovet hakimiyyətini qurmaq üçün şirnikdirici  amil  kimi  istifadə 
olunurdu. Əvvəlcə Azərbaycanda sovet hakimiyyəti qurulduğundan bolşeviklər bu 
ərazilərin Azərbaycan torpağı olduğunu təsdiq etdilər. Sonra isə onlar bu ərazilərin 
“mübahis
əli”  olduğunu  iddia  etdilər və  nəhayət, Ermənistanda  sovet hakimiyyəti 
qurulark
ən rus siyasətinin əsl üzü açıldı. Ərazilərin üçünün də ermənilərə verilməsi 
t
ələb olundu. 
1919-cu ilin ax
ırlarından  Naxçıvanda  daşnaklar  əsl müharibəyə  girəndən 
sonra Türkiy
ə qoşunları Naxçıvanda həm hərbi, həm də siyasi vəziyyətə müdaxilə 
etm
əyə  başladılar.  1920-ci  ilin  yazında  Naxçıvanda  hakimiyyət Türkiyə  ilə  sıx 
əlaqə  saxlayan çar zabiti Kəlbəli  xan  Naxçıvanskinin  əlində  idi.  Türk  generalı 
Kazım  Qarabəkir  Paşa  Naxçıvanı  və  ətrafını  tam  mənada öz himayəsi  altına 
götürmüşdü.  1920-ci  ilin  martında  Naxçıvana  Əli  Teymur  bəyin  başçılığı  altında 
türk ordusunun bir d
əstəsi daxil oldu və  erməni dəstələrinin  Naxçıvana 
müdaxil
əsinə qarşı mübarizəni gücləndirdi. Bakıda sovet hakimiyyətinin qurulması 
Naxçıvanda hələ öz nəticələrini vermirdi. Bakıda sovet hakimiyyəti qurulandan iki 
ay sonra B
əyazitdən və İqdırdan Cavid bəyin başçılığı ilə 9 minlik türk diviziyası 
Naxçıvana daxil oldu. Yalnız bir ay sonra, 1920-ci il iyulun 28-də XI Qırmızı ordu 
Naxçıvana  daxil  oldu.  Naxçıvan  İnqilab  Komitəsi  tərəfindən burada sovet 
hakimiyy
əti elan edildi. 1920-ci ilin avqustunda XI Qırmızı ordunun rəhbərliyi türk 
h
ərbi dəstələrinin rəhbərliyi ilə  danışığa  girdilər. Söhbət  türk  qoşununun 
Naxçıvandan  çıxarılmasından  gedirdi.  Lakin  bir  nəticə  əldə  olunmadı.  Elə  bu 
zamanlar Moskvada türk-sovet müqavil
əsinin  paraflanması  baş  verdi.  Belə 
v
əziyyətdə  Moskva və  Ankara hökumətləri  qarşıdurmaya  getmədən belə  qərara 
g
əldilər ki, müqavilə  rəsmi imzalanana qədər hər  iki  qoşun  Naxçıvanda  qalsın 
(390).  Naxçıvanın  yeni  sovet  hakimiyyəti erməni  daşnaklarına  müraciət edərək 
onları  sülhə  çağırdı.  Lakin  erməni  daşnakları  nəinki bundan imtina etdilər, hətta 
sentyabrın  24-də  Naxçıvanda  yerləşən  türk  qoşunlarına  qarşı  hücuma  keçdilər. 
Türk qoşunları onlara cavab olaraq hücuma keçib, bir neçə əlavə ərazini tutdular. 
Bel
ə  şəraitdə  vəziyyətin gərginliyini istəməyən Moskva tərəfləri sülhə  çağırdı. 
Çünki Moskva bel
ə ehtimal edirdi ki, türk qoşunu Ermənistana qarşı uğurlu hərbi 
əməliyyatlar  aparsa,  döyüşlər davam edər və  sovetlər üçün pis nəticə  verə  bilər 
(122, t.42, s.339-340). 
N.N
ərimanovun  Naxçıvan  məsələsinə  dair mövqeyi müəyyən maraq 
doğurur.  Həqiqətən də  N.Nərimanovun 1920-ci il 1 dekabr tarixli bəyanatında 
“Naxçıvan  qəzası  sovet  Ermənistanının  ayrılmaz  hissəsi”  elan  olunmuşdur.  Bu 
hadis
ədən 27 gün sonra Ermənistan  İnqilab  Komitəsinin cavab bəyanatı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə