3. EKOLOJİ TARAZLIQ
2010-cu ildə Böyük Britaniyada dünyanın ekoloji baxımdan ən təmiz şəhərlərinin
reytinq siyahısı hazırlanmışdır. Bu siyahıya daxil edilmiş 221 meqapolis içərisində
dünyanın ən təmiz şəhəri Kanadanın Kalqari şəhəri hesab edilir. Siyahı hazırlanarkən
aşağıdakılar nəzərə alınmışdır:
Sizcə, nə üçün məhz bu meyarlar əsas götürülmüşdür?
Ekoloji tarazlığın pozulmasının nəticələri hansılardır? Onun qorunması və bərpası
üçün hansı tədbirlər görülür?
Təbiət öz-özünü tənzimləyir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında
yaranmış, uzun sürən təkamül prosesində inkişaf etmişdir. Təbiətdə baş verən təbii
proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin
ahəngini, tarazlığını pozmuşdur. Bu bütün tarix boyu müşahidə edilsə də, son
dövrlərdə daha çox nəzərə çarpır.
Atmosferin, su hövzə
lə
rinin, torpağın çirklə
nmə
sinin sə
bə
blə
rini və
canlılara tə
sirini
yadınıza salın və
yoldaşlarınızla müzakirə
edin.
Həm təbii, həm də texnogen xarakterli hadisələr ekoloji tarazlığın pozulmasına
səbəb olur.
Təbii fəlakətlər - zəlzələ, sunami, torpaq sürüşmələri, meşə yanğınları, quraqlıq,
daşqın və s. hadisələr canlı aləm üçün əsl təhlükə mənbəyidir. Meşə yanğınları
planetin ekoloji tarazlığını pozmaqla ciddi problemlər yaradır. Karbonun və suyun
dövr etməsində mühüm rol oynayan meşələrin yanması bu həyati prosesləri pozur.
Yanğınlar meşə fondunun ekoloji və resurs potensialını azaldır, meşə
ekosistemlərinə, torpağın üst qatma dağıdıcı təsir göstərir, yanmış tullantı
məhsulları ilə atmosferi və suyu çirkləndirir.
içməli suyun keyfiyyəti
zibilin vaxtında təmizlənməsi
kanalizasiya şəbəkələrinin və çirkab
sularının təmizlənməsinin vəziyyəti
bərpa olunan enerji mənbələrindən
istifadənin səviyyəsi
şəhərlərdə səsküyün
səviyyəsi
avtomobillərin hərəkət intensivliyi və bununla
əlaqədar havanın işlənmiş qazlarla çirklənməsi
Meşə
yanğınlarının ə
traf mühitə
necə
tə
sir edə
bilə
cə
yini qruplarda müzakirə
edin və
nə
ticə
lə
ri yoldaşlarınızla bölüşün.
Təbii fəlakətlər nəticəsində ekoloji tarazlığın pozulmasının qarşısının alınması,
gözlənilən nəticələrin maksimum səviyyədə azaldılması üçün mütəxəssislər
müxtəlif təkliflər irəli sürür, tədbirlər planı hazırlayırlar.
Son dövrlərdə bir çox texnogen xarakterli ekoloji problemlər insanın biganəliyi, təbii
sərvətlərdən istifadə edərkən səhvlərə yol verməsi, təbiəti şüurlu surətdə dəyişməsi
nəticəsində yaranır və ekoloji sabitliyi pozur.
Şəkildə gördükləriniz haqqında nə deyə bilərsiniz? Ozon qatının dağılmasının
qarşısının alınması üçün hansı tədbirlər görə biləcəyiniz barədə yoldaşlarınızla
müzakirə aparın.
Yer kürəsində əhalinin sayının sürətlə artması nəticəsində insanlar təbiətdən
getdikcə daha çox istifadə edirlər. Onlar təbiətin geniş sahələrini təsərrüfat
dövriyyəsinə cəlb edir, təbii ehtiyatlan daha çox hasil edirlər. Bütün bunlar təbiətə
atılan tullantıların artmasına səbəb olur. Bu isə o deməkdir ki, insanlar ona ikiqat
ziyan vurur. Bu da bəzən ekoloji fəlakətlərə səbəb olur.
Ekoloji fəlakətlər hərbi fəlakətlərdən də qorxuludur. Ona görə də dünya ölkələri bu
fəlakətlərə qarşı birləşir. Milli ekoloji problemlər regional, regional ekoloji
problemlər isə qlobal ekoloji problemlərə çevrildiyindən beynəlxalq əməkdaşlıq
xüsusi əhəmiyyət kəsb edir. Artıq bir neçə ölkənin maraq dairəsini əhatə edən
problemlərin həlli üçün ölkələrarası müqavilələr, sazişlər qəbul olunur. Həm
miqyasından, həm də əhəmiyyətindən asılı olaraq, beynəlxalq ekoloji problemlər
İkitərəfli, çoxtərəfli sazişlər, konvensiyalar* əsasında tənzimlənir.
Dünyanın yeganə xilas yolu birlikdir.
Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır.
Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulmuş və dövlət səviyyəsində
xüsusi sənədlər işlənilib hazırlanmışdır. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi təxirəsalınmaz tədbirlər həyata keçirir.
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq,
bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
1. Respublikamız aşağıda adlan çəkilən konvensiyalara qoşulmuşdur. Bu
konvensiyalar haqqında məlumat toplayın və yoldaşlarınızla fikirlərinizi
bölüşün.
“Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında”
Beynəlxalq Konvensiya;
“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə
Konvensiyası.
2. Məktəbinizin ətraf ərazisinin qorunması məqsədilə görülə biləcək tədbirlərin
planını tərtib edin. Bu məqsədlə layihəyə kimlərin cəlb olunacağını müəyyən
edin.
* Konvensiya - xüsusi bir məsələyə dair beynəlxalq saziş, müqavilə.