LAYİHƏ
4. EKOLOJİ TARAZLIĞIN QORUNMASI VƏ BƏRPASI
Ekoloji tarazlığın qorunması və bərpası ilə bağlı layihənin hazırlanması üçün aşağıda
sizə təqdim olunan mövzular əsasında araşdırma aparın. Layihənin hazırlanmasını
aşağıdakı alqoritm üzrə planlaşdırın:
bu məqsədlə aşağıdakı mövzulardan birini seçin;
iş formasını müəyyənləşdirin;
istinad edəcəyiniz mənbələri müəyyənləşdirin;
tədqiqatın nəticəsinin təqdimolunma formasını müəyyənləşdirin və çıxış
hazırlayın.
“Zibilliklərin azaldılması”
Mövcud vəziyyəti araşdırmaqla dünyada və yaxud respublikamızda zibilliklərin
azaldılması ilə bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Yaşıllıqların artırılması”
Dünyada və yaxud respublikamızda yaşıllıqların artırılması ilə bağlı hansı tədbirlər
həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Su hövzələrinin təmiz saxlanılması”
Dünyada və yaxud respublikamızda su hövzələrinin təmiz saxlanılması ilə bağlı
hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Havanın çirklənməsinin qarşısının alınması”
Dünyada və yaxud respublikamızda havanın çirklənməsinin qarşısının alınması ilə
bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.
“Yaşadığınız ərazinin təmizliyi”
Yaşadığınız ərazinin ekoloji tarazlığının qorunması məqsədilə təkliflərinizi verin və
tədbirlər planı hazırlayın.
“Şəhərimizin zəhərli tüstü və qazlardan qorunması üçün ictimai nəqliyyat
vasitələrindən istifadədə necə dəyişiklik edərdiniz”
Bu məqsədlə hansı tədbirləri təklif edə bilərsiniz?
1. CƏMİYYƏTİN İNKİŞAFINDA İNTEQRASİYANIN ROLU
XXI əsri İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) əsri ilə yanaşı, inteqrasiya
əsri də adlandırırlar. Elm və təhsildə, iqtisadi və siyasi sahələrdə - bir sözlə, hər
yerdə inteqrasiya anlayışı ilə tez-tez rastlaşırıq. İnteqrasiyasız həyatı təsəvvür etmək,
cəmiyyətin həyatını inkişaf etdirmək qeyri-münkündür. İnteqrasiya sözü həyatın
bütün sahələrinə aiddir. Bu anlayışın mahiyyətinə varmaq üçün ilk növbədə onun
mənasını bilmək lazımdır. “İnteqrasiya” latın dilində “integer” sözündən olub,
“bütöv”, “bütövləşmə” deməkdir. Əslində, sözün etimologiyası inteqrasiyanın siyasi
proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. “İnteger” sözündən
yaranan “integratio” sözü də latın dilində “bərpa”, “tamamlanan” mənasını verir.
İlkin araşdırmalar onu göstərir ki, inteqrasiya termini XX əsrin sonundan daha fəal
istifadə edilsə də, onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən
mövcud olmuşdur. Zaman keçdikcə inteqrasiya bütövləşmələrin, tamamlanmaların
nəticəsi kimi meydana çıxmışdır.
Sizcə
, cə
miyyə
tin inkişafında inteqrasiyanın rolu nə
də
n ibarə
tdir?
Əvvəllər insanlar kollektiv şəkildə yaşamış, qəbilə və tayfa halında fəaliyyət
göstərmiş, inkişaf etmiş və daha yaxşı yaşamaq üçün səmərəli yollar axtarmışlar.
Həyatını dəyişməyə və yaxşılaşdırmağa çalışan insan yeni inkişaf yolları axtarmağa
başlamış, əmək nəticəsində yeni kəşflər etməklə elmi yeniliklərin əsasını
qoymuşdur.
İnteqrasiya cəmiyyətin, eləcə də dövlətin daxili və xarici siyasətinə təsir edən əsas
amildir. Dünyanı əhatə edən inteqrasiya onlar arasında əlaqə və əməkdaşlığa şərait
yaratmışdır. Müasir dünyada gedən inteqrasiya proseslərini bir çox tədqiqatçılar
yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu
adlandırırlar.
Tarix dərslərindən öyrəndiyiniz mədəniyyətlərarası əlaqəyə dair faktları sadalayın. Bu
əlaqəni cəmiyyətin inkişafına təkan verən amil kimi əsaslandırın.
Bu gün həyatımızı internet, elektron poçt və qlobal rabitə imkanları olmadan
təsəvvür belə etmək mümkün deyil. İKT cəmiyyətin inkişafına müsbət təsir edən
mühüm bir vasitədir. O, dövlət orqanları, iqtisadi, sosial sahələrlə yanaşı, elm, təhsil,
mədəniyyət sahələrinə, insanların gündəlik həyatına öz təsirini göstərir. Bir çox
ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişdir. Dünya təcrübəsi
göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir
və bunun nəticəsində yoxsulluğun azaldılması üçün şərait yaranır.
BMT-nin Nyu-Yorkdakı binası
Avropada, ABŞ-da, Yaponiyada və dünyanın bir sıra inkişaf etmiş ölkələrində
informasiya və kommunikasiya vasitələrinin inkişafı əsasında əmək məhsuldarlığı
artmış, nəticədə təhsildə, məişətdə, səhiyyədə, ticarətdə, istehsalda həyat səviyyəsi
yüksəlmişdir.
Ölkəmizin inkişafı dünya birliyinə inteqrasiyanı sürətləndirdi. Bu isə Azərbaycan
Respublikasının Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası kimi təşkilatların üzv
olmasına şərait yaratdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra
ölkəmiz Avropaya inteqrasiya yolu tutaraq Avropanın böyük dövlətlərindən olan
Fransa, İtaliya, Böyük Britaniya və digər ölkələrlə əlaqələrini genişləndirməyə
başladı. Azərbaycanın beynəlxalq təşkilatlara, Avropaya inteqrasiya prosesinin
sürətləndirilməsi istiqamətində böyük işlər görüldü. Ölkəmiz ATƏT, Avropa Şurası,
Avropa İttifaqı və digər təşkilatlarla yanaşı, Avropada təhlükəsizliyin təmin olunması
sahəsində ən nüfuzlu təşkilat olan NATO ilə əməkdaşlıq etməyə başladı.
Ermənistanın Azərbaycana təcavüz etməsi ərazilərimizin böyük bir qisminin
itirilməsinə səbəb oldu. Belə bir vaxtda işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik