Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

LAYİHƏ

4. EKOLOJİ TARAZLIĞIN QORUNMASI VƏ BƏRPASI

Ekoloji tarazlığın qorunması və bərpası ilə bağlı layihənin hazırlanması üçün aşağıda

sizə təqdim olunan mövzular əsasında araşdırma aparın. Layihənin hazırlanmasını

aşağıdakı alqoritm üzrə planlaşdırın:

bu məqsədlə aşağıdakı mövzulardan birini seçin;

iş formasını müəyyənləşdirin;

istinad edəcəyiniz mənbələri müəyyənləşdirin;

tədqiqatın nəticəsinin təqdimolunma formasını müəyyənləşdirin və çıxış

hazırlayın.



“Zibilliklərin azaldılması”

Mövcud vəziyyəti araşdırmaqla dünyada və yaxud respublikamızda zibilliklərin

azaldılması ilə bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.

“Yaşıllıqların artırılması”

Dünyada və yaxud respublikamızda yaşıllıqların artırılması ilə bağlı hansı tədbirlər

həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.

“Su hövzələrinin təmiz saxlanılması”

Dünyada və yaxud respublikamızda su hövzələrinin təmiz saxlanılması ilə bağlı

hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.




“Havanın çirklənməsinin qarşısının alınması”

Dünyada və yaxud respublikamızda havanın çirklənməsinin qarşısının alınması ilə

bağlı hansı tədbirlər həyata keçirilir? Bu məqsədlə təkliflər hazırlayın.

“Yaşadığınız ərazinin təmizliyi”

Yaşadığınız ərazinin ekoloji tarazlığının qorunması məqsədilə təkliflərinizi verin və

tədbirlər planı hazırlayın.

“Şəhərimizin zəhərli tüstü və qazlardan qorunması üçün ictimai nəqliyyat

vasitələrindən istifadədə necə dəyişiklik edərdiniz”

Bu məqsədlə hansı tədbirləri təklif edə bilərsiniz?





1. CƏMİYYƏTİN İNKİŞAFINDA İNTEQRASİYANIN ROLU

XXI əsri İKT (İnformasiya Kommunikasiya Texnologiyaları) əsri ilə yanaşı, inteqrasiya

əsri də adlandırırlar. Elm və təhsildə, iqtisadi və siyasi sahələrdə - bir sözlə, hər

yerdə inteqrasiya anlayışı ilə tez-tez rastlaşırıq. İnteqrasiyasız həyatı təsəvvür etmək,

cəmiyyətin həyatını inkişaf etdirmək qeyri-münkündür. İnteqrasiya sözü həyatın

bütün sahələrinə aiddir. Bu anlayışın mahiyyətinə varmaq üçün ilk növbədə onun

mənasını bilmək lazımdır. “İnteqrasiya” latın dilində “integer” sözündən olub,

“bütöv”, “bütövləşmə” deməkdir. Əslində, sözün etimologiyası inteqrasiyanın siyasi

proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. “İnteger” sözündən

yaranan “integratio” sözü də latın dilində “bərpa”, “tamamlanan” mənasını verir.

İlkin araşdırmalar onu göstərir ki, inteqrasiya termini XX əsrin sonundan daha fəal

istifadə edilsə də, onun ifadə etdiyi mahiyyət və məzmun həyat yarandığı gündən

mövcud olmuşdur. Zaman keçdikcə inteqrasiya bütövləşmələrin, tamamlanmaların

nəticəsi kimi meydana çıxmışdır.



Sizcə, cəmiyyətin inkişafında inteqrasiyanın rolu nədən ibarətdir?

Əvvəllər insanlar kollektiv şəkildə yaşamış, qəbilə və tayfa halında fəaliyyət

göstərmiş, inkişaf etmiş və daha yaxşı yaşamaq üçün səmərəli yollar axtarmışlar.

Həyatını dəyişməyə və yaxşılaşdırmağa çalışan insan yeni inkişaf yolları axtarmağa

başlamış, əmək nəticəsində yeni kəşflər etməklə elmi yeniliklərin əsasını

qoymuşdur.

İnteqrasiya cəmiyyətin, eləcə də dövlətin daxili və xarici siyasətinə təsir edən əsas

amildir. Dünyanı əhatə edən inteqrasiya onlar arasında əlaqə və əməkdaşlığa şərait

yaratmışdır. Müasir dünyada gedən inteqrasiya proseslərini bir çox tədqiqatçılar

yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu

adlandırırlar.

Tarix dərslərindən öyrəndiyiniz mədəniyyətlərarası əlaqəyə dair faktları sadalayın. Bu

əlaqəni cəmiyyətin inkişafına təkan verən amil kimi əsaslandırın.




Bu gün həyatımızı internet, elektron poçt və qlobal rabitə imkanları olmadan

təsəvvür belə etmək mümkün deyil. İKT cəmiyyətin inkişafına müsbət təsir edən

mühüm bir vasitədir. O, dövlət orqanları, iqtisadi, sosial sahələrlə yanaşı, elm, təhsil,

mədəniyyət sahələrinə, insanların gündəlik həyatına öz təsirini göstərir. Bir çox

ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə etmişdir. Dünya təcrübəsi

göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir

və bunun nəticəsində yoxsulluğun azaldılması üçün şərait yaranır.

 

BMT-nin Nyu-Yorkdakı binası

Avropada, ABŞ-da, Yaponiyada və dünyanın bir sıra inkişaf etmiş ölkələrində

informasiya və kommunikasiya vasitələrinin inkişafı əsasında əmək məhsuldarlığı

artmış, nəticədə təhsildə, məişətdə, səhiyyədə, ticarətdə, istehsalda həyat səviyyəsi

yüksəlmişdir.

Ölkəmizin inkişafı dünya birliyinə inteqrasiyanı sürətləndirdi. Bu isə Azərbaycan

Respublikasının Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası kimi təşkilatların üzv

olmasına şərait yaratdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra

ölkəmiz Avropaya inteqrasiya yolu tutaraq Avropanın böyük dövlətlərindən olan

Fransa, İtaliya, Böyük Britaniya və digər ölkələrlə əlaqələrini genişləndirməyə

başladı. Azərbaycanın beynəlxalq təşkilatlara, Avropaya inteqrasiya prosesinin

sürətləndirilməsi istiqamətində böyük işlər görüldü. Ölkəmiz ATƏT, Avropa Şurası,

Avropa İttifaqı və digər təşkilatlarla yanaşı, Avropada təhlükəsizliyin təmin olunması

sahəsində ən nüfuzlu təşkilat olan NATO ilə əməkdaşlıq etməyə başladı.

Ermənistanın Azərbaycana təcavüz etməsi ərazilərimizin böyük bir qisminin

itirilməsinə səbəb oldu. Belə bir vaxtda işğal olunmuş Dağlıq Qarabağ və ona bitişik



Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə