Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

rayonların tarixi Azərbaycan torpaqları olmasını, yüz minlərlə soydaşımızın qaçqın

və məcburi köçkün vəziyyətinə düşməsi faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq

ölkə başçısının üzərinə düşən mühüm vəzifə idi. Bu vəzifəni Heydər Əliyev yerinə

yetirdi. Onun qısa zaman ərzində dünyanın bir çox dövlət və hökumət başçıları ilə

keçirdiyi görüşlər beynəlxalq aləmdə Azərbaycanı sülhsevər ölkə kimi tanıtdı.



Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 4 may 1994-cü il

tarixində “Sülh naminə Tərəfdaşlıq proqramının Çərçivə Sənədi”nin imzalanması ilə

başlandı.



Azərbaycan Respublikası siyasi inteqrasiyanı inkişaf etdirirmi? Bu inteqrasiyaya aid

digər faktlar sadalayın.

Avropaya inteqrasiya, beynəlxalq təşkilatlara üzvolma, dünyada mövcud olan

təhlükələrə qarşı birgə fəaliyyət, bir çox layihələrin həyata keçirilməsi istiqamətində

əldə edilən uğurlar onu göstərir ki, Azərbaycan və Qərb dövlətləri arasında iqtisadi-

siyasi inteqrasiya davam etməkdədir.

Mədəniyyət və təhsil sahəsində UNESCO ilə əməkdaşlıq Azərbaycan təhsilinin

inkişafına səbəb oldu. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla: Avropa Birliyi,

Avropa Şurası, o cümlədən Avropa Şurası Parlament Assambleyası, Avropada

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə sıx əməkdaşlıq edir.

Azərbaycanın dünya ölkələrinə inteqrasiyasını cəmiyyətin inkişafina kimi dəyərləndirin.

Ümumiyyətlə, XX əsrin son on illiyindən başlayaraq inteqrasiya, İKT-nin tətbiqi

cəmiyyətin inkişafına təsir edən ən vacib amillərdən birinə çevrildi.

Gördüyünüz kimi, cəmiyyətin inkişafında inteqrasiyanın rolu əvəzsizdir. Sahələrarası

əlaqələr, münasibətlər cəmiyyətin inkişafına təkan verir, yeni kəşflərin yaranmasına

şərait yaradır.

1.  Cəmiyyətin inkişafında beynəlxaq təşkilatların rolunu izah edin.

2.  İqtisadi əlaqələr inkişafa yol açır fikrini əsaslandırın.

3.  Mədəniyyətlərarası inteqrasiyaya aid nümunələr göstərin.

4.  Sahələrarası inteqrasiyanın cəmiyyətin inkişafına təsirini şərh edin.

5.  İKT-ni inteqrasiya imkanlarına yol açan və cəmiyyətin həyatına təsir edən vasitə

kimi əsaslandırın.




2. DÖVLƏT HAKİMİYYƏTİ

Qədim Misir dövlətinin hökmdarı firon adlanırdı. Ölkədə aparılan ən mühüm hərbi,

dini və inşaat tədbirləri fironun adından həyata keçirilirdi. Fironun ən yaxın

köməkçisi olan ali məmur çati adlanırdı. Çati ölkənin təsərrüfat həyatını və

məhkəmə orqanlarını idarə edirdi. Adətən, firon bu vəzifəyə övladlarını təyin edirdi.

Misirdə dövlət idarəçiliyi kimə məxsus idi?

Verilən faktlara əsasən Misirin idarəçiliyini demokratik idarəçilik hesab etmək olarmı?

Yəqin ki, siz tarix və həyat bilgisi dərslərindən əvvəlki illərdə öyrəndiyiniz bu faktları

xatırlayırsınız.

Hər hansı bir qrupun, toplumun idarə olunmağa ehtiyacı vardır. Bu baxımdan

cəmiyyətin də idarə olunması zəruridir. Cəmiyyətin idarə edilməsi, əslində,

mürəkkəb bir prosesdir və böyük səriştə tələb edir. Cəmiyyətdə baş verən

konfliktlərin nizamlanmasını, onun hüquqi baxımdan qaydaya salınmasını

hakimiyyət üzərinə götürür.



Siz hakimiyyət anlayışını necə izah edərdiniz?

Hakimiyyət insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə yaranıb. Onun

meydana gəlməsinə tayfa və qəbilələrdə insanlar arasındakı münasibətlərin

qaydaya salınması, müxtəlif növ işlərin icrası: qidanın bölünməsi, ailə-nikah

münasibətlərinin nizamlanması, əməyin bölünməsi və s. zərurətlərin yaranması

səbəb olmuşdur. Yığmcağın qərarı, ağsaqqallar şurası, qəbilə başçısı və s. ictimai

hakimiyyətin nüfuzuna söykənməklə mövcud olmuşdur.

Tarix dərslərindən idarəçiliyə aid yadınızda qalan hər hansı faktları söyləyib

münasibət bildirin.

İbtidai icma dövründə insanlar yaşamaq uğrunda mübarizə aparmışlar. Zaman

keçdikcə dövlətlər yaranmağa başladı. Bu dövlətlərdə müəyyən qayda və qanunların

tətbiqi insanların həyatının hüquqi cəhətdən tənzimlənməsinə şərait yaratdı.

Müəyyən olunmuş qaydalar dövlət hakimiyyəti bölgüsü prinsipinin yaranmasına

gətirib çıxartdı.

Hər bir demokratik dövlətdə dövlət hakimiyyəti hüquqi dövlətin əsas prinsipi olan

“hakimiyyət bölgüsü” əsasında təşkil edilir.




Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü və 4-cü

hissələrində göstərilir:

III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin

bölünməsi prinsipi əsasında təşkil edilir:

IV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə

hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində

müstəqildirlər.

Konstitusiyamızın 7-ci maddəsinin 3-cü və 4-cü hissələrində verilmiş prinsipləri

müzakirə edin.

Dövlət hakimiyyətinə aşağıdakılar aiddir:



dövlət hakimiyyətinin universallığı, yəni qərarların hamıya şamil olunması;

dövlət hakimiyyətinin xüsusi aparat vasitəsilə həyata keçirilməsi;

dövlət hakimiyyətinin cəmiyyətdə məcburiyyət monopoliyasına malik olması;

dövlət hakimiyyətinin suverenliyi*.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Azərbaycan Respublikasının

Milli Məclisi tərəfindən həyata keçirilir. Milli Məclis əhali tərəfindən seçki yolu ilə

formalaşdırılır. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə yolu

ilə seçilirlər. Yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikasının

vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli

qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata

keçirir;


icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata

keçirir.



Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə