Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Hər bir insan irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından,

milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və başqa hallardan asılı

olmayaraq, təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir.

1.  Hüquqlarınızın qorunmasına aid sənədləri müzakirə edib münasibət bildirin.

2.  Uşaq hüquqlarının qorunması üzrə hansı konvensiya və qərarlar qəbul edilib?

Onun icrasını ölkəmizdə necə həyata keçirirlər? Sualların cavabını faktlarla

əsaslandırın.

3.  İnsan hüquqlarının qorunmasının beynəlxalq səviyyədə reallaşmasına aid

dəlillər gətirin.

4.  “İnsan hüquqları qorunur” başlığı altında esse yazın

5.  Azərbaycan Respublikası insan hüquqlarının qoruyucusudur fikrini əsaslandırın.

4. İNSAN HÜQUQLARININ POZULMASI

Siz müstəqilliyi 18 oktyabr 1991-ci ildə bərpa olunan müstəqil Azərbaycan

Respublikasında yaşayırsınız. 12 noyabr 1995-ci ildə müstəqil dövlətimizin ilk milli

Konstitusiyası qəbul olunmuşdur ki, onun 158 maddəsindən 48-i mənim, sənin, hər

bir Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını təsbit edir.



Konstitusiyanın hər hansı bir bəndinin pozulmasını və insanlara qarşı hər hansı bir

ədalətsizliyi necə qiymətləndirirsiniz?

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəs doğulduğu andan

toxunulmaz, pozulmaz, ayrılmaz hüquq və azadlıqlara malikdir. Bu hüquq və

azadlıqların təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyamız hər kəsin

qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqları ilə azadlıqlarını

müdafiə etmək hüququnu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və

azadlıqlarının müdafiəsinə təminat verir.



Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkəmizdə insan hüquq və

azadlıqlarının qorunmasını faktlarla göstərin.


Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar.

Onlara ağıl və vicdan bəxş edilib. İnsanlar bir-birinə münasibətdə tolerant

davranmalıdırlar.

İnsan haqları, demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir.

İnsanların hüquq və azadlıqlarının pozulmaması üçün tədbirlər görülür.

Siz insanların hüquq və azadlıqlarının qorunmaması faktını misallarla göstərin.

Tarixdə elə hallar olub ki, insanlar sosial mənşəyinə görə, irqinə və dərisinin rənginə,

cinsinə, milli və dini mənsubiyyətinə görə bərabərhüquqlu olmamışlar. İnsanlar

arasında ayrı-seçkiliyin qoyulması insan hüquqlarının pozulması deməkdir.

İnsan hüquqlarının pozulması bəşəriyyəti düşündürən və narahat edən

məsələlərdən biri olmuşdur. (Biz tarixə nəzər salsaq, görərik ki, quldarlıq

quruluşundan başlayaraq cəmiyyətdə mübarizələr baş vermiş, yoxsulların, qulların,

qadınların hüquqları pozulmuşdur. İnsanlar kölə, qul halına salınmış, alçaldılmışdır.)

Köləliyin tarixi qədimdir. Tarixi mənbələrdən əldə olunan məlumatları nəzərdən

keçirsək, görərik ki, insanlar təbəqələrə bölünmüş, güclülər zəifləri əzmiş, borc

müqabilində və ya hər hansı bir səbəbə görə insanlar kölə olmağa məcbur

edilmişdir. Tarixən qul kimi məhkum edilmiş insanları müxtəlif adlarla “danışan

alət”, “gözünü yuxarı qaldırmayanlar” və s. adlarla adlandırıb istismar etmişlər.

Qədim Misirdə hətta qulları firon ölərkən onunla bərabər basdırırdılar. Onların

inanclarına görə, firon axirətdə öz həyatına davam edərkən ona qullar lazım

olacaqdır. Mesopotamiyada qulu “gözünü yuxarı qaldırmayanlar” adlandırırdılar.

Babil hökmdarı Hamurapi özünün qanunlarını verərkən qulun nüfuz sahibi

olmamasını bir daha hüquqi cəhətdən təsdiqləmişdi. Hamurapi qanununun

maddələrində qeyd olunur: Əgər qul öz sahibinə “sən mənim sahibim deyilsən”

deyərsə, qul sahibi onun yalan dediyini sübut etməlidir; əgər istəyərsə, qul sahibi

bunun cəzası olaraq öz qulunun qulağını kəsə bilər.

Tarixdə insan hüquqlarının pozulması faktlarından biri də Varfolomey faciəsidir.




Tarix dərslərinizdən araşdırdığınız Varfolomey gecəsinin başvermə səbəbi nə idi? Bu

faciəni insan hüquqlarının pozulması faktı kimi necə dəyərləndirirsiniz?

Birinci Dünya müharibəsi (28 iyul 1914 - 11 noyabr 1918) dövründə 10 milyona yaxın

əsgər öldü. Minlərlə insan yurd-yuvasından didərgin düşdü, rahat həyatından

məhrum oldu. 1939-cu ildə başlamış ikinci Dünya müharibəsi isə milyonlarla insanın

ölümünə səbəb oldu. Bu müharibə milyonlarla Avropa yəhudisi üçün əsl faciəyə

çevrildi. Belə ki öz irqi üstünlük nəzəriyyəsini reallaşdıran nasistlər milyonlarla

yəhudinin həyatına son qoydular.

Tarixi faktlara əsasən insanların hüquq və azadlıqlarının

pozulmasını sübut edən dəlillər göstərin.

Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi zəminində baş verən

hadisələr insan hüquqlarının pozulmasına nümunədir və bu proses bu günə qədər

davam etməkdədir. Azərbaycanlılara qarşı təşkil edilən deportasiya* və soyqırımın

tarixi qədim olsa da, XX əsrin 80-ci illərinin axırlarından bu proseslər yenidən

başlandı. Ermənistan Respublikasının ərazisindən iki yüz mindən çox azərbaycanlı

öz daimi yaşayış



* Deportasiya - insanların öz yaşayış yerindən zorla köçürülməsi.


Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə