Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

yerlərindən, tarixən onlara məxsus olan qədim torpaqlarından zorla

köçürülmüşdür. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzü nəticəsində bir

milyondan artıq azərbaycanlı öz ata-baba torpaqlarından didərgin düşmüş, iyirmi

mindən artıq azərbaycanlı həlak olmuş, minlərlə adam itkin düşmüş, yüz minlərlə

insan yaralanmışdır. Eləcə də təcavüz nəticəsində kənd təsərrüfatının yararlı torpaq

sahələri işğal altında qalmış, yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı

obyektləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri və s. dağıdılmışdır. Ermənilərin

Xocalıda törətdikləri soyqırım insan hüquqlarının pozulmasının ən bariz

nümunəsidir. Münaqişə ilə bağlı hətta BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 822,

853, 874 və 884 nömrəli qətnamələrin qəbul edilməsinə baxmayaraq, onların heç

biri indiyə qədər icra olunmamışdır.

Qarabağ müharibəsini insan hüquqlarının pozulması faktı kimi dəyərləndirmək

olarmı?

İnsan hüquqlarının və azadlıqlarının boğulması faktı tarixən olmuş və davam

etməkdədir. Bütün bunların qarşısını almaq üçün beynəlxalq hüquq və qanunlar

müəyyən edilmişdir.

1.  Xocalı faciəsini insan hüquqlarının pozulması faktı kimi dəyərləndirərək

təqdimat hazırlayın

2.  İnsan hüquqlarının pozulmasını faktlara əsasən şərh edin.

3.  Oxuduğunuz əsərlərdən, yaxud baxdığınız filmlərdən insan hüquqlarının

pozulmasına dair nümunələr göstərin.

4.  “İnsanların hüquq və azadlıqları bəzən boğulur” adlı təqdimat hazırlayın.




5. MALİYYƏ

Əziz dost, sənin də hər kəs kimi məqsədlərin var. Bu baxımdan öz şəxsi məqsədlərin

haqqında düşün. Lakin bunların içərisində maliyyə məqsədlərini unutma. Şəxsi

məqsədinə daha yaxşı oxumaq, ali məktəbə daxil olmaq, maliyyə məqsədlərinə isə

kompüter, kitab, geyim və s. almaq üçün pul yığmaq aid ola bilər.

Sizcə, maliyyənin həyatımızda hansı rolu vardır?

Aşağıda verilmiş cədvəldən istifadə etməklə məqsədlərinizi sadalayın və onları sizin

üçün əhəmiyyətlilik dərəcəsinə görə düzün.

Şəxsi məqsədlər

Maliyyə məqsədləri

 

 



Tarixdən bəllidir ki, ibtidai dövrlərdə pul olmamışdır: insanlar barter (əvəzlənmə,

dəyişmə) üsulundan istifadə etmişlər. Heyvandarlıqla məşğul olan maldar əti, yunu,

südü taxıl, tərəvəz və s. kimi lazım olan tələbatlarına dəyişirdi. Bu dolaşıq və çətin

prosesdən çıxış yolu tapmaq istəyən insanlar pulu kəşf etdilər. Beləliklə, hər kəsin

yaşamaq üçün pula ehtiyacı oldu.

Bəzi insanlar daha çox pul qazanır, bəziləri isə daha az. Bir qisim insanlar daha çox

pul xərcləyir, digərləri isə daha qənaətcildirlər. Bəzi insanlar gəlirlərinin bir qisminə

qənaət edir, bəziləri isə bədxərc olur, hətta borc pul da alırlar. Bəs siz necə, maliyyə

xərclərinizi düzgün hesablaya bilirsinizmi?

Cədvəli doldurun və öz maliyyə xərclərinizi müəyyən edin.

Tarix

Gəlirin mənbəyi və

miqdarı

Mən nə

aldım?

Neçəyə

idi?

Bu, istək, yoxsa

ehtiyac idi?

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Cəm

 

 



 

 

Siz gündəlik həyatınızda belə hesablamalar etməklə böyük qənaətlər etmiş olarsınız.



Beləliklə, maliyyə çətinliklərinin öhdəsindən gəlmə yolunu hələ məktəbli ikən kəşf edin.

Maliyyə nə deməkdir?

Maliyyə sisteminin həyata keçirilməsi deyərkən nə başa düşürsünüz?


Maliyyə iqtisadiyyatın bir qolu sayılır. Maliyyə pul yığımı, pulun borc verilməsi, pulun

xərclənməsi, büdcənin hazırlanması və s. prosesləri əhatə edir. Bu proses, əsasən,

şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə həyata keçirilir. Bank pulu digər

fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya* məqsədilə kredit (borc) olaraq

verir və onlardan faiz tələb edir. Bank sektoru kredit təmin etməklə çıxış edir.

Maliyyə müxtəlif növ qiymətli kağızların birjalarda** alınıb satılmasına imkan

yaradır. Mərkəzi bank isə pul kütləsinə nəzarət edir.

Dövlətin idarəçilik, müdafiə və s. kimi çoxsaylı funksiyaları vardır. Cəmiyyətin inkişafı

və idarəetmənin mürəkkəbləşməsi ilə əlaqədar dövlət gəlirləri, xərcləri, maliyyə

münasibətləri meydana gəlməyə başladı. Azərbaycan Respublikası öz xərclərini və

maliyyə münasibətlərini tənzimləmək üçün bu işi Maliyyə Nazirliyi vasitəsilə həyata

keçirir.


Maliyyə Nazirliyi haqqında məlumat toplayaraq təqdimat hazırlayın.

Maliyyə müxtəlif pul vəsaitləri fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar

olan iqtisadi münasibətləri əhatə edir. Bu pul vəsaitləri fondları

mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş fondlara ayrılır.

Mərkəzləşdirilməmiş pul fondları müəssisələrin fondlarıdır. Onlara yığım fondu,

istehlak və ehtiyat fondları daxildir. Yığım fondunun vəsaitləri kapital qoyuluşunun

maliyyələşdirilməsinə 

və s. xərclərə sərf edilir. İstehlak fondu zəruri və izafi məhsulun dəyəri hesabına

formalaşır.

Ehtiyat fondu məhsulun dəyəri hesabına təşkil olunur. Lazım olan ehtiyaclar həmin

fondun vəsaiti hesabına ödənilir.

Mərkəzləşdirilmiş pul vəsaitləri fondları dövlət səviyyəsində formalaşdırılır. Onlara

müxtəlif hakimiyyət orqanlarının büdcələri və büdcədənkənar fondlar daxildir.

Maliyyə münasibətləri çox vaxt pul formasında ifadə olunur. Bu baxımdan gəlirin

bölgü və yenidən bölgüsünün mürəkkəbliyi maliyyə ilə yanaşı, başqa iqtisadi

kateqoriyaların da iştirakını zəruri edir. Məsələn, qiymət, əməkhaqqı, vergi, faiz və s.

Gördüyünüz kimi, həyatımızı maliyyəsiz təsəvvür etmək çətindir. Buna baxmayaraq,

çalışın, həyatınızda lazımsız maliyyə xərclərinə yol verməyin.

1.  Maliyyə anlayışı haqqında fikirlərinizi bildirin.

2.  Pulun tarixi haqqında təqdimat hazırlayın.

3.  Öz həftəlik maliyyə xərclərinizin siyahısını tutun və xərclərinizi hesablayın.

4.  “Mən maliyyə naziri olsaydım” adlı esse yazın.

İnvestisiya - gəlir və ya səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət

növləri obyektlərinə qoyulan maliyyə vəsaiti, habelə maddi sərvətlərdən ibarətdir. 

** Birja - əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan topdan

bazardır.




Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə