Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə2/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

Bütün bunlar mayenin səthinin sanki elastik bir pərdə ilə örtüldüyünü söyləyir.

Mayenin bu xassəsi səthi gərilmə adlanır. Sabun köpüyünün üfürülməsi, nazik

iynənin və yaxud nazik üzqırxan almazın stəkandakı suyun səthində qalması,

istənilən köpüklənmədə qabarcıqların toplanması mayenin bu xassəsinin təcrübi

təsdiqidir. Hər hansı bir kağız parçasını konus şəklinə salıb, yuyucu maddə

qarışdırılmış suya salaq. Sonra kağızı ehmalca çıxarıb üfürsək, sabun köpüyünün

basketbol topu böyüklüyündə qabarmasının şahidi olanq. Bunun üçün paltar

sabunundan başqa istənilən yuyucu maddədən istifadə etmək olar.



Maddənin qaz halı. Qazlar asanlıqla sıxılır, çünki qaz molekullan arasındakı məsafə

onların ölçülərindən xeyli böyükdür. Qaz müəyyən həddə kimi sıxıla bilir. Ancaq

təzyiq müvafiq həddə çatdıqda sıxılma zəifləyir. Qazların bu xassəsindən avtomobil

təkərlərinin, məişətdə qaz, səhiyyədə isə oksigen balonlarının doldurulmasında

istifadə olunur.

1.  Dumanla buludun yaranma səbəbini və fərqli cəhətlərini araşdırıb dəftərinizə

yazın.

2.  Təbiətdə elektrik cərəyanını, istiliyi keçirən maddələr olmasa idi, nə baş verərdi?



Fikrinizi əsaslandırın.

3.  Təyyarələrin, kosmik gəmilərin hərəkətlərinin elektromaqnit sahəsi vasitəsilə

idarə olunmasına dair məlumat toplayın.



2. KAİNATDA BAŞ VERƏN HADİSƏLƏRİN SİRRİ

Kainat sonsuzdur. Siz kainatda çoxsaylı səma cisimləri: planetlər, təbii peyklər,

asteroidlər, ulduzlar, kometlər, meteoritlər və s. olduğunu, onların qarşılıqlı əlaqədə

olub qalaktikanı yaratdığını bilirsiniz.



Bəs kainatda hansı hadisələr baş verir? Bu hadisələr necə öyrənilir? 

Kainatda baş verən bu hadisələr hansı qanunlara əsaslanır?

Qədim zamanlarda astronomlar səmanı müşahidə etmək üçün sadə teleskopdan

istifadə edirdilər. O dövrdə insanlar göy cisimlərinin hərəkətini izləsələr də, onların

quruluşu, mənşəyi, inkişafı və orada baş verən hadisələr barədə heç nə deyə

bilmirdilər.

Müasir dövrdə alimlər kainatı tədqiq etmək üçün rəsədxanalarda müxtəlif

cihazlardan istifadə etməklə göy cisimləri üzərində müxtəlif müşahidələr aparırlar.

Hazırda göy cisimlərini müşahidə etmək üçün müxtəlif teleskoplardan istifadə

olunur.



Rəsədxanalarda səmada baş verən dəyişiklikləri qeydə alan şüşə lövhələrin köməyi

ilə ulduzların yerinin və parlaqlığının dəyişməsini, həmçinin kainatda baş verən

hadisələri müşahidə etmək və onların səbəbini öyrənmək mümkündür.

Günəş sistemində baş verən hadisələrə Yerin Günəş, Ayın Yer ətrafında hərəkətini,

Günəş və Ay tutulmalarını, Günəşdə baş verən partlayışları, asteroidləıin hərəkətini

və s. misal göstərmək olar.

Yer kürəsi, digər planetlər və Günəş sisteminin kiçik cisimləri Günəş ətrafında

fırlanır. Günəş sistemindən kənarda da ulduzların olduğunu heç

düşünmüsünüzmü?

Ayın Yer, Yerin Günəş ətrafında hərəkətinin səbəbi nədir?

Günəş və Ay tutulmaları necə baş verir?

Bizim qalaktikadan başqa qalaktikalar mövcuddurmu?

Bu qalaktikalar haqqında nə deyə bilərsiniz?

Keçmiş dövrlərdə də Günəşin, Ayın göy sferasında hərəkət etdiyi məlum idi.

Ptolemeyin Geosentrik sistem nəzəriyyəsinə görə, Yer kainatın mərkəzində yerləşir,

Günəş, Ay və planetlər isə Yerin ətrafında fırlanır. XVI əsrdə polyak alimi

N.Kopemikin Heliosentrik sistem nəzəriyyəsi Ptolemeyin nəzəriyyəsini alt-üst etdi. Bu

nəzəriyyə insanlarda Günəş sisteminin quruluşu haqqında düzgün təsəvvür yaratdı

və məlum oldu ki, bütün planetlər Günəşin ətrafında, Ay isə Yerin ətrafında fırlanır.

Kainat materiyadan və şüalanmadan ibarətdir. Kainatda materiya bir bərabərdə

müntəzəm paylanmışdır. Kainatın mühüm xassələrindən biri onun genişlənməsi və

dəyişməsidir. O, daim hərəkətdədir. Ayın Yer, Yerin Günəş, Günəşin qalaktikanın

mərkəzi ətrafında fırlanmasının səbəbi göy cisimləri arasında olan cazibədir. Günəş



sistemi, Ağ yol və son dərəcə müxtəlif işıqlığa malik yüz milyardlarla ulduzu əhatə

edən nəhəng ulduz sistemi bizim qalaktikadır. Bütün ulduzlar qalaktikada cazibə

qüvvəsi ilə bir-biri ilə əlaqədə olmaqla qalaktikanın mərkəzi ətrafında fırlanır. Günəş

qalaktikanın mərkəzi ətrafında 200 km/san. sürətlə fırlanaraq bir tam dövrünü 230-

270 milyon ilə tamamlayır. Təkcə Yer və onun əhatəsindəki cisimlər deyil, kütləsi

olan bütün cisimlər bir-birini cəzb edir.




Günəş və Ay tutulmaları necə baş verir?

Günəş tutulması - Günəşin Yerdən tam və ya qismən görünməməsidir. Bu zaman

Günəş, Yer və Ay bir sıraya düzülür. Belə hadisədə Ay Günəşlə Yerin arasında

yerləşir. Bu ən çoxu 7 dəq., əksər hallarda isə 1-2 dəq. davam edir.

Ay tutulması - Günəş Yer və Ayın bir düz xətt boyunca düzüldüyü zaman baş verir.

Lakin bu zaman Yer Ay ilə Günəş arasında yerləşir. Ay Yerin kölgəsinə girir,

Günəşdən aldığı parlaqlıq itir. Ay bütövlükdə Yerin kölgəsində yerləşdiyi vaxt tam

tutulma fazası başlayır və adətən, 1,5 saat davam edir.

Hər iki hadisə işığın düz xətt boyunca yayılması qanununa əsaslanır. Bu qanuna

əsasən bircins mühitdə işıq düz xətt boyunca yayılır.

Göründüyü kimi, kainatda bütün hadisələr eyni qanunlar əsasında baş verir və

bütün qanunlar istənilən sahə üçün istənilən istiqamətdə dəyişməzdir.

1.  Böyük sürətlə hərəkət edən planetlər Günəşdən uzaqlaşmağa çalışsa da, bu,

mümkün olmur. Bunun səbəbini müəyyənləşdirin və fikirlərinizi əsaslandırın.

2.  Yer kürəsindəki canlıların Yerin səthindən qopmamasının səbəbini izah edin.

3.  Astronomlar diametri 300 metr olan asteroidi Yer üçün təhlükəli hesab edirlər.

Onların ilk qənaətinə görə, Yer kürəsi ilə toqquşmada asteroid böyük şəhərin

üzərinə düşərsə, onu dağıda bilər. Lakin sonradan belə qərara gəlirlər ki,

təhlükənin olması gözlənilmir. Astronomların bu qənaətə gəlmələrinin səbəbini

araşdırın.




Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə