Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə14/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı vəzifələrimiz var?

Hüquqsuz vəzifə, vəzifəsiz hüquq yoxdur. Hüquq və vəzifələr bir-birindən

ayrılmazdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların vəzifələri

müəyyən edilmişdir. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs hüquq və

azadlıqlarından irəli gələn vəzifələr daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyasında vətənin müdafiəsi vətəndaşın

vəzifələrindən biri kimi nəzərdən keçirilir. Vətənin müdafiəsi vəzifəsi məcburi hərbi

xidməti və ya onu əvəz edən alternativ xidmətlə əvəz olunmasını nəzərdə tutur.

Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi vətəndaşın

vəzifələri sırasına Vətənin müdafiəsini aid edir:

1.  Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada



vətəndaşlar hərbi xidmət keçirlər.

2.  Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən



edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol

verilir.

Sağlam yaşamaq üçün ətraf mühitin qorunması bəşəriyyətin ən mühüm

vəzifələrindən biridir.

Təbiəti qorumaq, onu mühafizə etmək, sağlam nəsil böyütmək üçün ətraf mühiti

qorumaq borclarımızdan biridir. Bu baxımdan Azərbaycan Respublikasının

Konstitusiyasının 78-ci maddəsində göstərilir ki, ətraf mühitin qorunması hər bir

şəxsin borcudur.

Digər bir borc isə vergilərlə bağlıdır. Bu, Azərbaycan Respublikasının

Konstitusiyasının 73-cü maddəsində öz əksini tapmışdır.

Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və

vaxtında ödəmək hər kəsin borcudur.

Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən

əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz.

Əxlaq normalarına aid olan davranış qaydaları isə illər boyu cəmiyyət inkişaf etdikcə

yaşayış mühitindən və həmçinin dindən asılı olaraq formalaşmışdır.

İnsan daim öz fikirlərinə nəzarət etməli, cəmiyyətə, ətraf mühit üçün faydalı

olmalıdır. Bu faydalılığın nəticəsində normal cəmiyyət yaranır ki, bu da insanın

ətrafındakılara qarşı olan vəzifələrinin əhəmiyyətini artırır. Həmçinin insan öz

sağlamlığına daim fikir verməli, digər insanlara kömək etməlidir.




İnsanın özü qarşısındakı vəzifələrindən başqa, ailəsi, qohumları və digər insanlar

qarşısında olan mühüm mənəvi vəzifələri də vardır. Bunlardan ən başlıcası ata və

ana, həmçinin ailə qarşısında duran vəzifələrdir. Ata və ana övladı dünyaya gətirən,

onu böyüdüb boya-başa yetirən və tərbiyə verən şəxslərdir. Biz bütün həyatımız və

uğurlarımız üçün valideynlərimizə borcluyuq. Ata və anaya qarşı olan fədakarlıq və

sevgi hisləri bütün insanlara qarşı olmalıdır.

İnsanın ailəsi qarşısındakı vəzifələri ilə yanaşı, onun mənafeyini daim düşünən

dövləti qarşısında da vəzifələri vardır. İnsan ailəsini sevdiyi kimi, millətinə də xidmət

etməli, millətini sevməli və onun mənafeyini qorumalıdır. Millətin, ölkənin tərəqqisi,

inkişafı üçün daim çalışmalıdır.

1.  Vəzifələrimizə aid nümunələr göstərməklə təqdimat hazırlayın.

2.  İnsan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini

qiymətləndirin.

3.  İnsanın mənəviyyatına təsir edən amillərdən biri olan məsuliyyətin əhəmiyyətini

faktlara əsasən əsaslandırın.

4.  “Vəzifə və məsuliyyətimiz mənəviyyatımızı formalaşdırır” başlığı altında esse

yazın.



4. MƏNİM MƏNƏVİ BORCUM

Sultan Hüseyn Bayqara Şah İsmayıl Xətaiyə bir məktub yazır və onu əyləncə məclisi

təşkil etməyə çağırır. Şah İsmayıl əyləncələrdən imtina edir və deyir: “Mənim buna

vaxtım yoxdur. Çünki Vətən torpağı dardadır. Gərək rahatlanmadan məmləkətimin

ətrafında at cövlan etdirəm”.

Şah İsmayıl Xətainin bu sözləri sizdə hansı hisslər oyadır?

Vətən müqəddəs və əbədidir. Vətənin müqəddəsliyi hər birimizin qəlbinə, ruhuna

ana laylası, ana zümzüməsi ilə daxil olur.

Ana vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Qafur Məmmədov, Çingiz

Mustafayev, Mübariz İbrahimov kimi igidlər yurdudur. Azərbaycanın bu qəhrəman

övladı vətənin azadlığı naminə mübarizə aparmış, canlarını bu yolda qurban

vermişlər.

Öz xalqı, milləti üçün canından, qanından keçən, şərəfli həyat yolu ilə başqalarına

nümunə olan yüzlərlə vətən övladları vardır ki, onlar öz mənəvi borclarını vətən və

dövlət qarşısında ləyaqətlə yerinə yetirmişdir.



Öz xalqı və vətəni naminə mübarizə aparan qəhrəmanların və şəxslərin timsalında

mənəvi tərbiyə anlayışı haqqında fikir yürüdün.

İnsanın şəxsiyyət kimi inkişafına, formalaşmasına, müəyyən baxışlarının

yaranmasına təsir edən əsas amil tərbiyədir. İnsanın dəyişməz inkişafını təmin

edən, həyati dəyərləndirməni formalaşdıran isə mənəvi tərbiyədir. Mənəvi tərbiyə

insanlara, onun düşüncə və əməllərinə müsbət təsir göstərir və müsbət keyfiyyətlər

yaradır.


Sizcə, həmin keyfiyyətlər hansılardır? Müəyyənləşdirin.


Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə