Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

2. İNSANLARARASI MÜNASİBƏTLƏR

Mütəxəssislərin bir qismi belə hesab edir ki, insanlar dünyaya gələndə onların

beyinləri ağ kağıza bənzəyir. Ancaq vaxt keçdikcə hətta eyni valideynlərin övladları

belə müxtəlif xasiyyətli olur, insanlara münasibətlərinə görə bir-birindən

fərqlənirlər. Hətta onların bir qismi dahi, bir qismi isə cani olur.

Sizcə, buna səbəb nədir? 

İnsanlararası münasibətlərdə ümumi cəhətlər nə üçün əhəmiyyətlidir?

Bildiyiniz kimi, insanlar xarakterlərinə görə bir-birilərindən fərqlənirlər. “Yaxşı adam”

və ya “pis adam” adlandırdığımız insanlar da xarakterlərinə görə fərqlənirlər.

İnsanların bir-birinə uyğun xarakterləri onlar arasında dostluq, yoldaşlıq, sevgi,

rəğbət kimi hislərin yaranmasına səbəb olur.

İnsanların xarakterləri fərqləndiyi kimi onların digər insanlara qarşı münasibətləri də

fərqlidir.

İnsanların bəzi xüsusiyyətlərini nəzərə alaraq onları qruplaşdırmaq mümkün

olmuşdur.

Kollektivə və digər insanlarla münasibətə görə

məsuliyyətli, qayğıkeş, laqeyd, təvazökar

Əməyə münasibətə görə

əməksevər, zəhmətkeş, tənbəl, zirək

Özünə münasibətə görə

lovğa, şöhrətpərəst, eqoist

Əşyalara münasibətə görə

səliqəli, pinti



Bu əlamətlər bir-biri ilə üzvi surətdə bağlıdır. Xarakterik əlamətlər, nəinki uşaq

yaşlarında, bütün ömür boyu inkişaf edir.




Kiçik yaşdan hazırkı yaşa qədər xarakterinizdə və insanlara qarşı münasibətinizdə baş

verən dəyişiklikləri müzakirə edin.

İnsanların bir-birinə münasibətlərinin formalaşmasında ailənin, bağçanın, məktəbin,

ümumiyyətlə, cəmiyyətin rolu danılmazdır.

İnsanların hisləri çox müxtəlif və rəngarəngdir. Bu da onların ətrafdakı insanlara

münasibətlərinin müxtəlif olmasına imkan yaradır.

Ali hislər insanın yüksək inkişafının məhsuludur. Bu hislər məzmunca ən zəngin

hislərdir. Bura əxlaqi, zehni və estetik hislər daxildir.

İnsanlararası münasibətlərdə hər kəs öz məsuliyyətini hiss etməlidir. “Məsuliyyət”

dedikdə öz qərarlarına, hərəkətlərinə və əməllərinə görə cavabdehlik başa düşülür.

Əgər dostlar, yoldaşlar arasında soyuq münasibət yaranarsa, onu həll etməyə

çalışın.

Problemli məsələnin həllinə doğru 6 addım:

Ehtiyac və tələbatları müəyyən edin

Siz nə istəyirsiniz? Nəyə həqiqətən ehtiyacınız var?

Problemi müəyyən edin.

Problem nədən ibarətdir?

Problemin müxtəlif həlli yollarının müəyyən

edilməsinə dair düşünün.

Problemi hansı yolla həll etmək olar?

Qərarı qiymətləndirin.

Nəyə nail olacağam?

Qərarın ən yaxşı həlli yolunu tapın.

Problem həll olundu. Qərar səni razı saldımı?

Qərarın nə ilə nəticələndiyini yoxlayın.

Deyə bilərik ki, problem həll olunub?

Daim mədəni ünsiyyətə çalışın. Çünki mədəni ünsiyyət zamanı heç kəs alçalmır,

incimir, nüfuzdan düşmür.

1.  Sinif yoldaşlarınızı xasiyyətlərinə görə qruplaşdırın və cütlüklər yaradın.

2.  Dost seçərkən hansı ümumi cəhətlərin olmasına önəm verirsiniz?

Ümumi cəhət

Nə üçün əhəmiyyətlidir?

 

 




3. VƏZİFƏLƏRİMİZ VƏ MƏSULİYYƏTİMİZ

Hər gün səhər tezdən məktəbə tələsirsiniz. Ev tapşırıqlarım hazırlamayanda, demək

olar ki, bütün gün narahat olursunuz. Təbii ki, bu çox vaxt sizin məsuliyyətinizdən

irəli gəlir. Bir şagird kimi dərslərinizi yaxşı oxumaqla yanaşı, sizin bir çox vəzifələriniz

və məsuliyyətləriniz də vardır.

Sizcə, vəzifə və məsuliyyətin insanın həyatında hansı mühüm rolu vardır?

Bildiyimiz kimi, ayrı-ayrı insanlar bir-birinin köməyi ilə işləyirlər. Bunun nəticəsində

bir-birinin iş və fəaliyyətindən istifadə edərək öz həyat və məişət ehtiyaclarını təmin

edirlər. Müşahidə aparsanız, görərsiniz ki, insan bədəninin hər bir üzvü

özünəməxsus bir işi yerinə yetirir, eyni zamanda başqa üzvlərin fəaliyyətindən də

bəhrələnir. Yəni bir üzv digər üzvün fəaliyyətinə kömək edir. Əgər insan

orqanizmində hər bir üzv yalnız özü üçün çalışsa, qanunauyğunluq pozular.

Təsəvvür edin ki, cəmiyyətin ayrı-ayrı üzvlərinin fəaliyyəti cəmiyyətin birgə

fəaliyyətinə kömək edir. Bu zaman hər bir kəs öz vəzifə və məsuliyyətini dərk edir.

Yəni insan öz vəzifəsini cəmiyyətin mənfəəti ilə yanaşı istəməli və öz işi və

fəaliyyətlərindən cəmiyyətin faydalanmasını nəzərə almalıdır. İnsan zəhmətindən

bəhrələnsin ki, hamıya faydalı olsun, özü də bu cəmiyyətdən fayda əldə edə bilsin. O

həmçinin hamının hüququnu müdafiə etməlidir ki, öz hüquqlarını da müdafiə edə

bilsin.


Vəzifə insanın zəruri olan haqlı davranışıdır. İnsanın davranış normaları cəmiyyətin

və başqa insanların maraqlarına uyğun olmalıdır. Cəmiyyət, əsasən, insanlar

arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir

qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların

pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə

əxlaq normalarına əsaslanır.



Yol hərəkəti qaydalarına uyğun davranışlara aid nümunələr göstərməklə cəmiyyətdə

bu qaydaların zəruri olmasını əsaslandırın.

Dövlət tərəfindən müəyyən olunan qaydalar, əsasən, səlahiyyətli orqanlar

tərəfindən icra edilir.

Vətəndaşların konstitusiya ilə müəyyən edilmiş vəzifələri vardır. Hər bir şəxs

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa

şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş vəzifələri

yerinə yetirməlidir.



Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə