Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

6. SIĞORTA

Həyat bəzən bizi gözləmədiyimiz təhlükələrlə üz-üzə qoyur. Bu təhlükələr bizim

sağlamlığımıza, malımıza, mülkümüzə ziyan vura bilər. Dəyən zərərləri aradan

qaldırmaq çox çətin olur. Dost-tanışdan yardım istəmək isə problemi həll etməyə də

bilər. Bu ziyanları aradan qaldırmaq üçün bizə hər hansı bir kömək lazımdır.

Şəkillərdə gördüyünüz bu kimi hadisələrdən daha az ziyanla çıxmaq üçün bizə ən

yaxşı köməkçi vasitə nə ola bilər?

İnsanlar həmişə həyatlarını təhlükəsiz keçirmək, gözlənilməz hadisələrin ziyanını

azaltmaq istəyi ilə yaşamışlar. Bundan çıxış yolları tapmaq üçün isə sığorta anlayışı

həyatımıza daxil oldu.



Sizcə, həyatın bu cür gözlənilməz sürprizlərini az zərərlə ötüşdürmək üçün nə etmək

olar? Bizim hansı çıxış yollarımız vardır? Belə bir öhdəliyi üzərinə götürən qurumun

fəaliyyəti haqqında nələri bilirsiniz?

Maliyyə sisteminin tərkib hissəsi olan sığorta dəyən ziyanın aradan qaldırılması

üçün məqsədli pul vəsaiti fondlarının yaradılması və istifadəsi prosesidir.

Hələ XIV əsrin əvvəllərində Almaniyanın Brugge şəhərində əmlakın sığorta edilməsi

üçün “Sığorta” palatası yaradılmışdı. İlk sığorta şirkəti isə 1424-cü ildə Genuya

şəhərində təşkil edilmişdi.

Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin

maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir. Gözlənilməz və

fövqəladə hadisələr əmlak mənafelərinin qorunmasına, dövlətin maliyyə sisteminin

möhkəmləndirilməsinə təsir göstərir. O nəinki sığorta hadisələri zamanı büdcəni

dəyən zərərlərin ödənilməsindən azad edir, hətta uzunmüddətli investisiyaların

mənbəyinə çevrilir.




Şəklə əsasən fikirlərinizi bildirin.

Sığorta münasibətləri icbari və könüllü formalarda həyata keçirilir, icbari (yəni

məcburi) sığorta dövlət tərəfindən qanunvericilik əsasında həyata keçirilməklə

cəmiyyətin maraqlarının təmin edilməsi üçündür. Sığortanın icbari forması

sığortaçını müdafiə edir. Ona görə də sosial sığorta, hərbi xidmətçilərin sığortası və

digər bir neçə sığorta forması bizim ölkədə icbari sığortadır. Hər bir ölkədə icbari

sığorta obyektləri müxtəlifdir. İcbari sığortada obyektlərin siyahısı, sığorta

ödənişlərinin aparılması dövrü, sığorta edənlə sığorta olunanın əsas hüquq və

vəzifələri və s. nəzərdə tutulur. İcbari sığorta, bir qayda olaraq, dövlət sığorta

orqanlarına tapşırılır. Bunun üçün sığorta orqanları hər il bütün ölkə üzrə

sığortalanmış obyektlərin qeydiyyatım aparır, sığorta ödənişlərinin hesablanmasını

və müəyyən olunmuş müddətə yığılmasını həyata keçirir.

İcbari sığortadan fərqli olaraq, sığortanın könüllü formasında sığortaçılarla sığorta

olunanlar arasında müqavilə könüllü olaraq bağlanılır. Qanunvericiliyə uyğun

olaraq, könüllü sığortanın hər bir növü üzrə qaydalar müəyyənləşdirilir. Bir qayda

olaraq, könüllü sığorta müqaviləsi əvvəlcədən müəyyən edilmiş sığorta müddəti

üçün bağlanılır. Könüllü sığorta könüllü əsaslarla fəaliyyət göstərir. Qanun könüllü

sığortaya aid olan bütün obyektləri müəyyənləşdirir. Konkret şərait sığorta qaydaları

vasitəsilə tənzimlənir.

Sığorta şərtlərinə uyğun olaraq, sığorta müqaviləsinin bağlanması üçün bəzi

məhdudiyyətlər mövcuddur. Belə ki könüllü sığorta həmişə sığorta müddəti ilə

məhdudlaşdırılır. Müqavilədə müddətin başlama və sona çatma vaxtı xüsusi olaraq

müəyyənləşdirilir. Könüllü sığortada fasiləsizlik yalnız müddət bit-



məmişdən qabaq təkrar müqavilənin bağlanması yolu ilə müəyyən edilir.

“Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta iki əsas

sahədən: həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu

sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər.



Həyat sığortası - sığortalanan şəxsin sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud

əlilliyə görə tamamilə və ya qismən itirilməsi hallan üçün apanlan sığortadır. Həyat

sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta

məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərtlərlə sığortaçıya və

ya onun varisinə ödənilir. Həyat sığortası müqavilələri uzun müddətə bağlanılır.

Qeyri-həyat sığortası sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya vurulan zərər

ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin

sığortasıdır.

Milli Məclisin 25 iyun 1999-cu il qərarı ilə respublikamızda ilk dəfə “Sığorta haqqında”

qanun qəbul edilmişdir. Bu qanunla ölkəmizdə sığorta işi hüquqi bazaya malik

olmuş, milli sığorta bazarının yaranmasına şərait yaradılmışdır.

1.  Könüllü və icbari sığortanın oxşar və fərqli cəhətlərini izah edin.

2.  Sizcə, qəbul edilmiş “Sığorta haqqında” qanunun əhəmiyyəti nədir?

3.  Hansı sığorta şirkətini tanıyırsınız? Tanıdığınız sığorta şirkəti haqqında təqdimat

hazırlayın.

4.  Sığortalar haqqında məlumat yazmaqla cədvəli tamamlayın.



Tibbi sığorta

Həyat sığortası

Əmlakın yanğından və riskdən sığortası



Bədbəxt hadisələrdən sığorta

5.  Genuya şəhərində yaradılmış ilk sığorta şirkəti haqqında məlumat toplayın.




Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə