Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

1.  Şəxsi gigiyena qaydalarına əməl etməməyin nəticələrinə dair təqdimat

hazırlayın.

2.  Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı cədvəli

doldurun.



Qadınların hüquqları

Hüquqların qorunmasının əhəmiyyəti

 

 



3.  Reproduktiv sağlamlığın qorunmasının qlobal problem hesab olunmasının

səbəbini araşdırın və həmin səbəbi 1-2 cümlə ilə ifadə edin.

2. TƏHLÜKƏSİZ HƏYAT

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “112 ” qaynar telefon xəttinə tez-

tez yanğın, liftdə köməksiz vəziyyətdə qalma, qazdan boğulma, kimyəvi yanıqlarla bağlı

məlumatlar daxil olur.

Bu kimi fövqəladə hadisələrin baş verməməsi üçün hansı təhlükəsizlik qaydalarına

əməl olunmalıdır?

Məişətdə ən çox rast gəlinən hadisələrdən biri məhz qaz cihazlarından törənən

yanğınlar, partlayışlar və zəhərlənmələrdir. Əsasən, buna qaz sızması səbəb olur.

Buna görə də mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan

yandırmaq, elektrik cihazlarını cərəyana qoşmaq olmaz. Bu, partlayış və yanğına

səbəb ola bilər.

Qazın sızması qaz cihazındaki kranın açıq qalması, qaz kəmərinin və ya qaz cihazının

zədələnməsi nəticəsində yarana bilər. Əgər sızma qaz cihazındaki kranın açıq

qalması nəticəsində baş verərsə, onu bağlamaq, mənzilin havasını təmizləmək üçün

qapı və pəncərələri açmaq lazımdır. Əgər qazın sızması qaz kəmərinin və ya qaz

cihazının zədələnməsi səbəbindən baş verərsə, onda qazdan istifadə etmək olmaz

və təcili Qaz idarəsinin qəza xidmətinə xəbər vermək lazımdır.

Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq

oddan istifadə etmək qəti qadağandır.




qaz cihazı olan otaqda

nəfəsliyi açıq saxlayın;

işlək qaz cihazını

nəzarətsiz qoymayın.

Suyun daşması alovun

sönməsinə və qaz

sızmasına səbəb olduğu

üçün çaydanda və

qazanda suyu

qaynadarkən daşıb

tökülməyəcəyi səviyyəyə

qədər doldurun;

qaz plitəsi üzərində

dəsmal və geyim

qurutmayın;

evi isitmək məqsədilə

mətbəxdəki qaz

plitəsindən istifadə

etməyin;

qaz cihazını işlək

vəziyyətdə qoyub

yatmayın;

mənzilə girərkən yalnız

qaz sızmasının

olmadığına tam əmin

olduqdan sonra işığı

yandıra və elektrik

cihazlarından istifadə

edə bilərsiniz.

Rauf 5-ci sinifdə oxuyur. O, həyətdə

oynamaq istəyir. Hava soyuq

olduğundan ana onu həyətə qoymur.

Rauf bu dəfə top oynamaq fikrinə

düşür. Topun saplarının çıxdığını

görüb qayçı ilə onları kəsmək istədi. O,

qayçını götürən zaman yıxıldı və qayçı

onun gözünü zədələdi.

Axı Rauf aşağı siniflərdə oxuyarkən

kəsici və deşici alətlərlə necə

davranmaq lazım olduğunu, hansı

təhlükəsizlik qaydalarına əməl etməli

olduğunu öyrənmişdi. Bəs necə oldu ki,



bədbəxt hadisə baş verdi? Həmin

qaydaları siz də yada salıb suala cavab

verin.

Lalə elektrik lampalarını yanılı halda yaş

əsgi ilə təmizləmək istəyirdi. Anası ona



bəzi tövsiyələr verdi. Sizcə, ana hansı

tövsiyələri verdi?

Bu ilkin yardım tədbiri hansı qəzalar

zamanı göstərilə bilər? Bu hallar hansı

qaydalara əməl olunmaması

nəticəsində baş verir?


1. 

Asifə elektrik mişarı ilə ağac doğramaq tapşırılmışdı. O hansı təhlükəsizlik

qaydalarına əməl etməli idi?

2.  Məktəb emalatxanasında rahat işləmək üçün lazım olan təhlükəsizlik

qaydalarının siyahısını tərtib edin.

3.  Məişətdə işlədilən cihazların əksəriyyəti insan əməyini yüngülləşdirsə də,

onlarla düzgün davranmadıqda qəzalar baş verə bilər. Qəzaların baş

verməməsi üçün hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?



Gülər evdə tək idi. Dərsdən gəlib

yuyunmalı, yeməyi isitməli, çay

dəmləyib içməli idi. Bu zaman bir anlıq

düşündü: mən müəllimimin və

valideynlərimin öyrətdiyi hansı qaydalar

çərçivəsində hərəkət etməliyəm?

Bəs hansı təhlükə zamanı

valideynlərə və elektrik

mühəndisinə xəbər verilməlidir?

elektrik cihazına toxunarkən arabir

sancma hiss olunarsa;

rozetkanın rəngi dəyişərsə;

elektrik cihazından və ya naqildən

yanıq iyi gələrsə;

rozetkadan cızıltı səsi gələrsə;

qığılcım baş verərsə.


Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə