Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

7. VERGİ

Bəlli olan ilk vergi sistemi Qədim Misirdə olub. Mənbələrdə qeyd olunur ki, firon

əhalidən ildə iki dəfə vergi yığdırırdı. Sonralar Əhəmənilər imperiyası dövründə, e.ə.

500-cü ildə I Dara tərəfindən sabit vergi sistemi həyata keçirilmişdir.



Sizcə, vergilərin yığılması nə üçün vacibdir?

Tarix dərslərindən öyrəndiyiniz hər hansı bir dövlətin vergi sistemi haqqında məlumat

verin.

Vergini dövlətin güc mənbəyi hesab etmək olar. Hər bir dövlət öz əhalisinin yaxşı

yaşamasını təmin etməlidir. Dövlətin gəlir və xərcləri dövlət büdcəsini təşkil edir.

Dövlət büdcənin doldurulmasında maraqlıdır. Büdcə gəlirinin bir hissəsini də

vergilər təşkil edir və ölkənin maliyyə xərclərinin təminatı üçün istifadə olunur. Vergi

sistemi müəyyən edilmiş qaydalara əsasən vergi növlərinə görə müxtəlif faiz

dərəcələrindən ibarətdir. Vergilər iqtisadi münasibətlərin təkmilləşməsinə və

ölkənin inkişafına kömək etməlidir. Vergi qanunvericiliyinə və dövlət qiymət

intizamına riayət olunması üçün 1991-ci ildə Azərbaycan Respublikası Baş Dövlət

Vergi Müfəttişliyi fəaliyyət göstərməyə başladı. Azərbaycan Respublikası

Prezidentinin 11 fevral 2000-ci il tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv

edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini,

dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını

təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti

orqanı - Vergilər Nazirliyi yaradılmışdır.

Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

— Dövlət vergiləri; 

— Muxtar Respublika vergiləri; 

— Yerli vergilər (bələdiyyə vergiləri).

Dövlət vergiləri dedikdə Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan

Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.




Muxtar Respublika vergiləri dedikdə Naxçıvan Muxtar Respublikasının Vergi

Məcəlləsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən

edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə Vergi Məcəlləsində və müvafiq qanunla

müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin

ərazilərində ödənilən vergilər nəzərdə tutulur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən xüsusi vergi rejimi tətbiq edilə

bilər. Xüsusi vergi rejimi dedikdə müəyyən dövr ərzində vergilərin hesablanması və

ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

Vergilərin ödənilməsi Azərbaycan vətəndaşlarının konstitusiya öhdəliyidir.

Azərbaycan Respublikasında vergilər pul vahidimiz olan manatla hesablanır və

ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən

qanunla müəyyən olunmuş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və

vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar

olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri

ödəməyə məcbur edilə bilməz.



Dövlət vergilərinə aşağıdakılar aiddir:

— Fiziki şəxslərin gəlir vergisi; 

— Hüquqi şəxslərin mənfəət vergisi; 

— Hüquqi şəxslərin əmlak vergisi; 

— Hüquqi şəxslərin torpaq vergisi və s.

1.  Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vergilərin ödənilməsinin

vacib olmasını əsaslandırın.

2.  “Vergi dövlətin gəlir mənbəyidir” adlı təqdimat hazırlayın.

3.  Vergidən yayınma hallarının mənfi tərəflərini izah edin.

4.  Vergi iqtisadiyyatın tərkib hissəsidir fikrini əsaslandırın.

5.  Vergilər Nazirliyinin gördüyü işlər barədə araşdırma aparın.




1. MÜNASİBƏTİ NECƏ QURURUQ

Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Bunların içərisində sual-cavab və

mülahizələr xüsusi yer tutur.

Bəs insanlar nəyin naminə ünsiyyət yaradırlar?

İnsanlararası münasibətlərdə ümumi cəhətlər hansılardır?

Ünsiyyət insanlar arasında qarşılıqlı münasibətlərin olmasını nəzərdə tutur.

İnsanlararası münasibətlər ünsiyyət prosesində yaranmaqla yanaşı, məhz bu

prosesdə də formalaşır.

Psixoloqlar qarşılıqlı münasibətləri formal və qeyri-formal olmaqla 2 yerə bölürlər.

Formal ünsiyyət müəyyən rəsmi qaydalarla məhdudlaşır. “Müəllim - müəllim”,

“direktor - müəllim”, “baş həkim - tibb bacısı”, “şöbə müdiri - elmi işçi” və s.

arasındakı münasibətlər formal xarakter daşıyır. Qeyri-formal münasibətlər rəsmi

qaydalarla məhdudlaşmır. Bu cür münasibətlər dostlar, yoldaşlar, qohumlar,

valideynlər və s. arasındakı münasibətlərdir. Lakin bununla belə, istənilən

müəssisədə formal münasibətlər qeyri-formal münasibətlərə keçə bilər. Çox vaxt

bu cür münasibətlər simpatiya* üzərində qurulur.



Sinifdə ən çox kimlərlə ünsiyyət qurursunuz? Buna səbəb nədir? 

Ünsiyyət qurduğunuz şəxslərlə ümumi cəhətlərinizi nədə görürsünüz?

İnsanların tələbatları, fəaliyyət növləri, maraqları, istəkləri, sosial yönümləri,

potensial imkanları, dünyaya baxışları, əqidələri, əməksevərliyi, ünsiyyət

mədəniyyəti və s. onları bir-birinə yaxınlaşdırır.

Simpatiya - bir adama və ya bir şeyə qarşı rəğbət, meyil və cazibədir.



Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə