Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

Psixoloqlar hesab edirlər ki, bəzən temperament tipləri və xarakterləri müxtəlif olan

uşaqlar daha yaxşı münasibət qura bilirlər.



Psixoloqların fikrincə, 4 temperament tipi var: sanqvinik, xolerik, fleqmatik və

melanxolik. Bu temperament tiplərini qrup daxilində araşdıraraq yoldaşlarınızın

temperament tipini müəyyənləşdirin və aşağıdakı sualı cavablandırın:

- Hansı temperament tiplərinə aid olan uşaqlar bir-biri ilə daha yaxşı ünsiyyət

qururlar? Fikirlərinizi qruplarda müzakirə edib əsaslandırın.

Sanqvinik

Bu tipə aid insanlar zirək və diribaş olurlar. Tələskəndirlər. Oturaq işi

sevmədiklərindən daim hərəkətdədirlər. Ətrafda baş verənlər onların diqqətindən

kənarda qalmır. Hər şeyə maraq göstərirlər və onların maraq obyektləri tez-tez dəyişir.

Böyük həvəslə başladıqları işi asanlıqla yarımçıq qoya bilirlər. İstənilən şəraitə,

vəziyyətə tez uyğunlaşa bilirlər. Son dərəcə emosionaldırlar. Onlar tez sevinib, tez də

kədərlənirlər. Bu tip insanlar təsir altına tez düşürlər.

Xolerik

Bu tipə aid insanlar son dərəcə coşqun və kəmhövsələdirlər. İstənilən məsələyə dərhal

reaksiya verirlər. Bu xasiyyətlərinə görə ətrafdakılarla yola getmir, tez-tez münaqişəyə

girirlər. Adətən, səbirsiz, tündməcaz insanlardır. İnadkardırlar. Sanqvinikdən fərqli

olaraq, maraqları sabit və davamlıdır, başladıqları işi sona çatdırırlar. İstənilən

problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Bu tipə

aid olan insanlar sadiqdirlər, yaxınlarına son dərəcə bağlı olduqlarına görə onlar üçün

mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.


Fleqmatik

Bu tip insanlar qaradinməz, sakit, təmkinli olurlar. Söhbətcil deyillər. Çox çətinliklə

söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyildir. Onları

həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Bu tip istənilən

halda hadisələrə hamıdan gec reaksiya verir. Bu xüsusiyyətlərinə baxmayaraq,

psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları

yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və

mehriban olurlar. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar

vaxtilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.

Melanxolik

Bu tip insanlar sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu

səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir

qanqaraldıcı hadisəni uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayır,

kədərlənir, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç"

məsəlinə riayət etmir. Ən çox özlərindən narazı olduqlarından heç bir bacarıqlarını

dəyərləndirmirlər. Özlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin

belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda

olaraq, başladıqları iş yarımçıq qalır.

Siz artıq ömrünüzün ən gözəl çağını - yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövrdə

həyatın ən önəmli məqamlarından birini ünsiyyət prosesi təşkil edir. Buna görə də

yeniyetmələr daha fəal ünsiyyətə can atır, müəyyən məlumatları ötürür və qəbul

edirlər.

Lakin onu da unutmaq olmaz ki, bu yaş dövründə sizin hələ maraqlarınız tam

formalaşmayıb və ona görə də müxtəlif insanlarla münasibətlərinizdə daha ehtiyatlı

davranaraq təsir altına düşməməlisiniz.

Unutmayın ki, böyüklərlə münasibətdə təmkinli davranıb, onlarla əməkdaşlığa hazır

olduğunuz kimi, öz yaşıdlarınızla münasibətlərdə də xoşagəlməz davranışlara yol

verməməlisiniz.



Özünüz özünüzlə dost olmaq istəyirsinizsə, vaxtaşırı öz hərəkətlərinizi təhlil

edin.

Ünsiyyət mədəniyyətinin özü də insanlar arasındakı münasibətlərdə başlıca rol

oynayır. Xeyirxahlıq, dinləmə mədəniyyəti, təmkinlilik, mehribanlıq, hörmətcillik,

nəzakətlilik, empatiya* bacarığı ünsiyyət mədəniyyətinin əsasını təşkil edir.

İnsanlararası münasibətlər, əsasən, bir-birini tamamlayır, bəzi hallarda isə

konfliktlərə, münaqişələrə səbəb olur.



Münaqişələrin yaranma səbəblərini və bu zaman əməl etməli olduğunuz davranış

qaydalarını yadınıza salın.

Yalnız məktəb direktoru, sinif rəhbəri, valideynlərinizlə deyil, sinif yoldaşlarınız, yaxın

qohumlarınız, yaşıdlarınızla da münasibətdə ünsiyyət mədəniyyəti gözlənilməlidir.

1.  İnsanlar arasında yaranan münaqişələrin idarə olunması üçün göstərilən

yollardan biri də mübahisənin genişlənməsinə yol verməməkdir. Mübahisələr

hansı səbəblərdən yarana bilər və bu mübahisələrin yaranmaması üçün nələrə

diqqət edilməlidir?

2.  Zaur və Həsən mübahisə edirdi. Onların mübahisəsi davaya çevrildi. Həsənin

atası hadisə yerinə gəlib Zauru tutub saxlamağa çalışdı. Sizcə, o, düzgün hərəkət

etdimi? Fikrinizi açıqlayın.

Empatiya - özünü başqa insanın və ya canlının yerində hissetmə bacarığı,

başqasının dərdinə şərikolma hissi.




Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə