Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   19

1.  Cəmiyyətin idarə olunmasında məhkəmə hakimiyyətinin rolunu əsaslandırın.

2.  İcra hakimiyyəti haqqında fikirlərinizi bildirin.

3.  Prezident İlham Əliyevin icraedici hakimiyyətin əsas səlahiyyətlisi kimi gördüyü

işlər barədə esse yazın.

4.  Milli Məclisin səlahiyyətlərinə aid işlərə münasibət bildirin.

5.  Hakimiyyət bölgüsünün sxemini çəkin.

6.  Azərbaycan Respublikasının dövlət idarəçilik formasının, eləcə də hakimiyyət

bölgüsünün demokratik bölgü olduğunu əsaslandırın.

7.  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında məlumat

toplayıb təqdim edin.

3. İNSAN HÜQUQLARI

Hal-hazırda insan hüquq və azadlıqlarına aid 70-dən artıq beynəlxalq müqavilə

mövcuddur. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı çərçivəsində çoxsaylı

konvensiyalar qəbul olunmuşdur.



Qəbul olunmuş müqavilə və konvensiyaların əhəmiyyəti nədən ibarətdir? 

Hansı insan hüquq və azadlıqlarını qoruyan sənədləri tanıyırsınız?

İnsan doğulduğu andan ayrılmaz müəyyən hüquqlara malikdir. Dövlət heç bir ayrı-

seçkilik olmadan bu hüquqları təmin etməlidir. Beynəlxalq hüquq insanların hüquq

və azadlıqlarını nizamlayan normaların inkişaf etməsində böyük əhəmiyyət kəsb

edir. Bu normaların məcmusunu beynəlxalq insan hüquqları təşkil edir.

Sizcə, insan hüquq və azadlıqlarının qorunması üçün beynəlxalq hüququn rolu nədən

ibarətdir?

Beynəlxalq insan hüquqlarının tarixi ilk dəfə BMT Nizamnaməsində əks

olunmuşdur. Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi,

milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının müdafiəsi ilk dəfə bu

Nizamnamədən başlamışdır. Burada “irqinə, cinsinə, dilinə və ya dini

mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına

hörmətin dəstəklənməsi və həvəsləndirilməsi” bəyan edilir.



* Pakt - Böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilə.

** Xartiya - ictimai-siyasi sənəd.

10 dekabr 1948-ci il tarixində BMT Baş Assambleyasının 217 saylı qətnaməsi ilə



Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edildi. 30 maddədən ibarət olan bu

sənəddə vətəndaş və siyasi hüquqlardan başqa, bir sıra iqtisadi, sosial və mədəni

hüquqlar da (məsələn, işləmək hüququ, təhsil hüququ, istirahət hüququ və s.) təsbit

olunmuşdur. Bəyannamə beynəlxalq insan hüquqlarının qorunmasında, habelə

bütövlükdə beynəlxalq hüququn inkişafında misilsiz rol oynamışdır.

İnsan hüquq və azadlıqlarını hüquqi sənəd çərçivəsində təsbit etmək məqsədilə

1966-cı ildə iki müqavilə imzalandı - İqtisadi, sosial və mədəni hüquqlar haqqında

Beynəlxalq Pakt* və Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt.

Adlarından göründüyü kimi, birinci paktda iqtisadi, sosial və mədəni hüquqlar, ikinci

paktda isə vətəndaş və siyasi hüquqlar öz əksini tapmışdır. Vətəndaş və siyasi

hüquqlar haqqında pakt iştirakçı dövlətlər üçün müəyyən olunmuş öhdəliklər

nəzərdə tutur. Paktda nəzərdə tutulmuş əsas öhdəlik ondan ibarətdir ki, dövlət öz

ərazi çərçivəsində olan hər bir şəxsin hüquqlarına hörmət etməli və onları təmin



etməlidir. Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət zəruri

qanunvericilik, inzibati və digər tədbirlər görməlidir.



İnsan hüquqları sahəsindəki mövcud beynəlxalq müqavilələri dörd

kateqoriyaya bölmək olar:

Ümumi müqavilələr

Bu müqavilələrdə, demək olar ki, bütün əsas insan hüquqları və ya onların böyük bir

hissəsi təsbit olunur. Ümumi müqavilələr həm universal, həm də regional səviyyədə

mövcuddur. Universal müqavilələrə “İqtisadi, sosial və mədəni hüquqlar haqqında”

və “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq pakt aiddir.

Ümumi regional müqavilələr aşağıdakılardır:

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası

(Avropa İnsan Hüquqları Konvensiyası); İnsan və xalqların hüquqları haqqmda 1981-

ci il Afrika Xartiyası** və s.

Xüsusi müqavilələr

İşgəncə, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınmasına

dair 1987-ci il Avropa Konvensiyası; İşgəncənin qarşısının alınması və

cəzalandırılmasına dair 1985-ci il Amerika Konvensiyası və s.




Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr

Qadınların siyasi hüquqları haqqında 1952-ci il Konvensiyası; Uşaq hüquqları

haqqında 1989-cu il Konvensiyası; Milli azlıqların müdafiəsinə dair 1995-ci il Çərçivə

Konvensiyası və s.



Ayrı-seçkilik məsələlərinə aid olan müqavilələr

İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Beynəlxalq

Konvensiyası; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi

haqqında 

1979-cu il Konvensiyası və s.

İnsan hüquqlarının müəyyən hissəsi artıq ümumi beynəlxalq hüququn bir hissəsinə

çevrilmişdir və hər hansı bir müqavilənin iştirakçısı olub-olmamaqdan asılı

olmayaraq, bütün dövlətlər üçün məcburidir. BMT Baş Assambleyasının

qətnamələri, o cümlədən bu qətnamələrlə qəbul olunmuş aktlar, beynəlxalq

konfransların aktları çərçivəsində qəbul olunmuş və özündə siyasi öhdəliklər ehtiva

edən sənədlər və s.

Bu sənədlərdə həm bütövlükdə insan hüquqlannm müdafiəsi, həm də konkret

insan hüquqlannm həyata keçirilməsi ilə bağlı tövsiyə xarakterli standartlar

müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə çalışır, bəzi

hallarda isə onlan hətta öz qanunvericiliyinə daxil edirlər.

Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında

təsbit olunmuş insan hüquq və azadlıqlarının qorunması səlahiyyətli dövlət

qurumlarının vəzifəsidir. İnsan hüquq və azadlıqlarının qorunması məqsədilə

ölkəmizdə müxtəlif hüquq müdafiə mexanizmləri mövcuddur. Ölkəmizdə yeni,

məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı yaradılmışdır. 28 dekabr

2001-ci il tarixində “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman) haqqında” Konstitusiya qanunu qəbul edilmişdir. Ombudsman (o,

ayrıca bir şəxs və ya şəxslər qrupu ola bilər), bir qayda olaraq, öz Konstitusiya

səlahiyyətlərinə uyğun olaraq və ya xüsusi qanun əsasında parlament tərəfindən

təyin olunur. Bu institutun əsas funksiyası özlərini dövlət idarələrinin ədalətsiz

hərəkətlərinin qurbanları sayan ayrı-ayn şəxslərin hüquqlarını qorumaqdan

ibarətdir. Buna müvafiq olaraq, Ombudsman çox zaman zərərçəkən şəxslə

hökumət arasında tərəfsiz vasitəçi kimi fəaliyyət göstərir.

Həmçinin Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin

səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı da təsdiq edilmişdir.



Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə