Həyat bilgisi 8



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix01.12.2017
ölçüsü373,03 Kb.
#13220
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

3. EKOLOJİ TARAZLIQ

2010-cu ildə Böyük Britaniyada dünyanın ekoloji baxımdan ən təmiz şəhərlərinin

reytinq siyahısı hazırlanmışdır. Bu siyahıya daxil edilmiş 221 meqapolis içərisində

dünyanın ən təmiz şəhəri Kanadanın Kalqari şəhəri hesab edilir. Siyahı hazırlanarkən

aşağıdakılar nəzərə alınmışdır:

Sizcə, nə üçün məhz bu meyarlar əsas götürülmüşdür?

Ekoloji tarazlığın pozulmasının nəticələri hansılardır? Onun qorunması və bərpası

üçün hansı tədbirlər görülür?

Təbiət öz-özünü tənzimləyir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında

yaranmış, uzun sürən təkamül prosesində inkişaf etmişdir. Təbiətdə baş verən təbii

proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin

ahəngini, tarazlığını pozmuşdur. Bu bütün tarix boyu müşahidə edilsə də, son

dövrlərdə daha çox nəzərə çarpır.



Atmosferin, su hövzələrinin, torpağın çirklənməsinin səbəblərini və canlılara təsirini

yadınıza salın və yoldaşlarınızla müzakirə edin.

Həm təbii, həm də texnogen xarakterli hadisələr ekoloji tarazlığın pozulmasına

səbəb olur.

Təbii fəlakətlər - zəlzələ, sunami, torpaq sürüşmələri, meşə yanğınları, quraqlıq,

daşqın və s. hadisələr canlı aləm üçün əsl təhlükə mənbəyidir. Meşə yanğınları

planetin ekoloji tarazlığını pozmaqla ciddi problemlər yaradır. Karbonun və suyun

dövr etməsində mühüm rol oynayan meşələrin yanması bu həyati prosesləri pozur.

Yanğınlar meşə fondunun ekoloji və resurs potensialını azaldır, meşə

ekosistemlərinə, torpağın üst qatma dağıdıcı təsir göstərir, yanmış tullantı

məhsulları ilə atmosferi və suyu çirkləndirir.



içməli suyun keyfiyyəti

zibilin vaxtında təmizlənməsi

kanalizasiya şəbəkələrinin və çirkab

sularının təmizlənməsinin vəziyyəti

bərpa olunan enerji mənbələrindən

istifadənin səviyyəsi

şəhərlərdə səsküyün

səviyyəsi

avtomobillərin hərəkət intensivliyi və bununla

əlaqədar havanın işlənmiş qazlarla çirklənməsi


Meşə yanğınlarının ətraf mühitə necə təsir edə biləcəyini qruplarda müzakirə edin və

nəticələri yoldaşlarınızla bölüşün.

Təbii fəlakətlər nəticəsində ekoloji tarazlığın pozulmasının qarşısının alınması,

gözlənilən nəticələrin maksimum səviyyədə azaldılması üçün mütəxəssislər

müxtəlif təkliflər irəli sürür, tədbirlər planı hazırlayırlar.

Son dövrlərdə bir çox texnogen xarakterli ekoloji problemlər insanın biganəliyi, təbii

sərvətlərdən istifadə edərkən səhvlərə yol verməsi, təbiəti şüurlu surətdə dəyişməsi

nəticəsində yaranır və ekoloji sabitliyi pozur.

Şəkildə gördükləriniz haqqında nə deyə bilərsiniz? Ozon qatının dağılmasının

qarşısının alınması üçün hansı tədbirlər görə biləcəyiniz barədə yoldaşlarınızla

müzakirə aparın.



Yer kürəsində əhalinin sayının sürətlə artması nəticəsində insanlar təbiətdən

getdikcə daha çox istifadə edirlər. Onlar təbiətin geniş sahələrini təsərrüfat

dövriyyəsinə cəlb edir, təbii ehtiyatlan daha çox hasil edirlər. Bütün bunlar təbiətə

atılan tullantıların artmasına səbəb olur. Bu isə o deməkdir ki, insanlar ona ikiqat

ziyan vurur. Bu da bəzən ekoloji fəlakətlərə səbəb olur.

Ekoloji fəlakətlər hərbi fəlakətlərdən də qorxuludur. Ona görə də dünya ölkələri bu

fəlakətlərə qarşı birləşir. Milli ekoloji problemlər regional, regional ekoloji

problemlər isə qlobal ekoloji problemlərə çevrildiyindən beynəlxalq əməkdaşlıq

xüsusi əhəmiyyət kəsb edir. Artıq bir neçə ölkənin maraq dairəsini əhatə edən

problemlərin həlli üçün ölkələrarası müqavilələr, sazişlər qəbul olunur. Həm

miqyasından, həm də əhəmiyyətindən asılı olaraq, beynəlxalq ekoloji problemlər

İkitərəfli, çoxtərəfli sazişlər, konvensiyalar* əsasında tənzimlənir.



Dünyanın yeganə xilas yolu birlikdir.

Azərbaycan Respublikası ekoloji mühitin sağlamlaşdırılmasını strateji məqsəd sayır.

Ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulmuş və dövlət səviyyəsində

xüsusi sənədlər işlənilib hazırlanmışdır. Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər

Nazirliyi təxirəsalınmaz tədbirlər həyata keçirir.

Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq,

bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.

1.  Respublikamız aşağıda adlan çəkilən konvensiyalara qoşulmuşdur. Bu

konvensiyalar haqqında məlumat toplayın və yoldaşlarınızla fikirlərinizi

bölüşün.


“Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında”

Beynəlxalq Konvensiya;

“Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə

Konvensiyası.

2.  Məktəbinizin ətraf ərazisinin qorunması məqsədilə görülə biləcək tədbirlərin

planını tərtib edin. Bu məqsədlə layihəyə kimlərin cəlb olunacağını müəyyən

edin.

* Konvensiya - xüsusi bir məsələyə dair beynəlxalq saziş, müqavilə.



Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə